Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1035/2023 26.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X2 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-181/2010 nömrəli, 07 dekabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 89576 ABŞ dolları əsas, 13715 ABŞ dolları faiz borcu olmaqla cəmi 103291 ABŞ dolları borcun, ödənilmiş 20 manat dövlət rüsumunun Cavabdeh bankın xeyrinə tutulması, tutmanın ipoteka predmeti ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadəsində olan 0,021978 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 1 otaqlı 29,2 kv.m. yaşayış, 83,42 kv.m köməkçi sahədən ibarət 750a nömrəli bağ evinə yönəldilməsi, evin açıq hərracdan satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Zəngilan Rayon Məhkəməsinin 2(034)-181/2010 nömrəli, 23 iyul 2010-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 26 sentyabr 2008-ci il tarixli, 04 saylı kredit müqaviləsinə əsasən ödənilməmiş 89576 ABŞ dolları məbləğində kredit borcunun, 13715 ABŞ dollar məbləğində faiz borcunun, cəmi 103291 ABŞ dolları məbləğində borcun tutulduğu anda Azərbaycan respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına müəyyən edilmiş məzənnə nəzərə alınmaqla manat hesabı ilə tutulması, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində istifadəsində olan 0,021978 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 1 otaqlı 29,2 kv.m. yaşayış, 83,42 kv.m köməkçi sahədən ibarət 750a nömrəli bağ evinə yönəldilməsi, həmin bağ evinin açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması, bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 20 manat məbləğində pulun Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. (hakim Səyyad Qafari)
3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə və apellyasiya şikayəti ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
4. Zəngilan Rayon Məhkəməsinin 2(034)-181/2010 nömrəli, 07 dekabr 2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Zəngilan Rayon Məhkəməsinin 2(034)-181/2010 nömrəli, 23 iyul 2010-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi, apellyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Qərardaddan İddiaçı ASC apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir.
6. Zəngilan Rayon Məhkəməsinin 2(034)-181/2010 nömrəli, 07 dekabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin 7 gün müddətində mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
7. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməmişdir. Məhkəmə iclası barədə heç bir bildiriş banka daxil olmamışdır. "xxxx" ASC-nin yalnız banka sözügedən qərardad daxil olduqdan sonra məlumatı olmuşdur. Konstitusiyanın norması məhkəmə tərəfindən nəzərə alınmamışdır və məhkəmənin çəkişmə prinsipinə riayət olunmamaqla, iddiaçının iştirakı ilə baxılmamışdır. İş materiallarından görünür ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 181/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinin surəti Cavabdeh təqdim edilməsi üçün Zəngilan Rayon İcra Hakimiyyətinin başçısının Zəngilan şəhəri üzrə nümayəndəliyinə göndərilsə də, qətnamənin surətinin cavabdehə çatdırılıb-çatdırılmaması ilə bağlı iş materiallarında hər-hansı bir mötəbər sübut aşkar edilməmişdir. Məhkəmənin belə mövqeyi Mülki Prosessual Məcəllənin 135.3-cü maddəsinin tələblərinə ziddir. Məhkəmə qətnamənin cavabdehə çatdırılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərmişdir. Zəngilan Rayon Məhkəməsinin 2(034)-181/2010 nömrəli, xx.xx.2010-cu il tarixli qətnaməsinin qəbul olunmasından 12 ildən artıq bir müddət keçmişdir. Qətnamə üzrə tutulmalı olan borc tələbi Cavabdeh məxsus olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində yerləşən 750A nömrəli bağ evinə yönəldilməklə açıq hərrac vasitəsilə satılması qət edilmişdir. Məhkəmə ümumiyyətlə qeyd edilən icra sənədinin icrası ilə bağlı heç bir faktiki halı araşdırmamışdır. Lakin, bilindiyi kimi məhkəmənin icra sənədinə icrasına nəzarət etmək səlahiyyət vardır. Qeyd edilən əmlak qanunamüvafiq qaydada hərraca çıxarılmış, lakin keçirilən hərraclarda alıcı olmadığından ipoteka predmeti olan əmlak ipoteka saxlayan İddiaçı ASC-yə təklif edilmiş və bank öz növbəsində borc əvəzi olaraq əmlakı balansa götürərək öz adına çıxarış almışdır. Cavabdehin nümayəndəsi (vəkili) izahatında qeyd etmişdir ki, Kərimov Rauf adına kredit götürülmüş və Ali Məhkəmədə həmin 140000 manat silinmişdir. Faktiki olaraq bu borc götürülməmişdir. Məhkəmə nümayəndənin verdiyi izahatda qeyd edilən şəxsin işə hansı hissədə aid olmasına araşdırmamışdır. Kredit götürən Cavabdehdur və "xxxx" ASC-də götürdüyü məbləğ 95000 ABŞ dolları təşkil edib. Belə olduqda isə Rauf Kərimovun qeyd edilən işə heç bir aidiyyəti yoxdur. Ali Məhkəmənin hansı saylı və tarixli qərarı ilə borc silinməsini nə nümayəndə göstərib, nə də məhkəmə araşdırmasını aparıb. Cavabdehin nümayəndəsi (vəkili) izahatında bildirib ki, 2009-cu ildən 2010-cu ilin sonuna kimi şəxs bıcaqlanmış və xəstə olmuşdur. Bu halı sübut etmək üçün cavabdeh tərəf və nümayəndəsi heç bir sübut göstərmədiyi az kimi, məhkəmə də öz növbəsində heç bir sübut tələb etməyərək araşdırma aparmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(003)-4449/2017 nömrəli qətnaməsinə əsasən Cavabdeh "xxxx" ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsində yerləşən 750A nömrəli bağ evindən boşaldılması və mülkiyyətçiyə təhvil verilməsi qət edilmişdir. Qeyd edilən icra sənədi icra olunmasından ötrü Xəzər rayon İcra şöbəsinə göndərilmişdir. Xəzər rayon İcra şöbəsi cavabdehə qanunamüvafiq qaydada könüllü icra etməsi üçün müddət vermişdir, lakin könüllü icra müddətində Cavabdeh əmlakı mülkiyyətçiyə təhvil verməmişdir. Bundan sonra əmlakın boşaldılması üçün məcburi icra tədbirlərinin görülməsi istiqamətində tədbirlər görülmüşdür. Dəfələrlə Cavabdeh müvəqqəti yaşadığı ünvan 1 ünvanına bildirişlər göndərilmişdir (bildirişlər və çatmasını təsdiq edən qəbzlər ərizəyə əlavə olunur) və həmin bildirişlər həmin ünvanda imzalanıb qəbul olunmuşdur. xx.xx.2019-cu il tarixdə əmlak boşaldılaraq "xxxx" ASC-yə təhvil verilmişdir. Boşaldılması ilə bağlı elə həmin tarixdə təhvil-təslim aktı tərtib olunmuşdur. Təhvil-təslim aktının məzmunundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, əmlakın boşaldılması zamanı cavabdeh tərəfindən iştirak edən, boşaldılma zamanı əşyaları qəbul edən və bu barədə iltizam verən şəxs Cavabdeh etibarnamə üzrə nümayəndəsi X3 olmuşdur. Göründüyü kimi ipoteka predmeti olan əmlak Cavabdeh mülkiyyətində olınuş əmlak hərracın yekunlarına dair protokola əsasən "xxxx" ASC tərəfindən əldə edilmişdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh "xxxx" ASC-dən xx.xx.2008-ci il tarixdə 95 000 ABŞ dolları kredit götürmüş və həmin kreditin təminatı olaraq özünə məxsus əmlakı öhdəliyin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü etmişdir. Cavabdeh tərəfin izahatından və məhkəmənin qərardadda göstərilən mövqeyindən belə anlaşılır ki, Cavabdeh 14 (on dörd) il ərzində kredit barədə məlumat əldə etməmiş, ona məxsus olan əmlakla bağlı nələr olub bitdiyini maraqlanmamışdır. Təbii ki, götürülmüş kreditin nəticəsi ilə və onun mülkiyyətində olan əmlakla bağlı maraqlanmaması heç bir halda inandırıcı ola bilməz. Nəzərə almaq lazımdır ki, Cavabdeh harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə elməyi və bütün dövlət idarələrində onun adından ərizə verməyi, işlər aparmağı X1 etibarnamə əsasında səlahiyyətlər vermişdir. Xüsusi nəzərə almaq lazımdır ki, həmin əmlak boşaldıldıqdan sonra üçüncü bır şəxsə xx.xx.2020-ci il tarixdə satılmışdır.
b) Şikayətə qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər.
Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər
Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; (...)
Maddə 399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.
Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
10. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
11. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək, prosessual müddətin bərpasına dair ərizəyə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
13. Birinci instansiya məhkəməsi Zəngilan Rayon Məhkəməsinin 2(034)-181/2010 nömrəli, 23 iyul 2010-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-181/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsinin surəti Cavabdeh təqdim edilməsi üçün Zəngilan Rayon İcra Hakimiyyətinin başçısının Zəngilan şəhəri üzrə nümayəndəliyinə göndərilsə də, qətnamənin surətinin cavabdehə çatdırılıb-çatdırılmaması ilə bağlı iş materiallarında hərhansı bir mötəbər sübut aşkar edilməmişdir. Qətnamənin surəti cavabdehin ərizəsi əsasında 15 noyabr 2022-ci il tarixdə ona təqdim edilmişdir.
14. İş materiallarından görünür ki, qətnamə qanuni qüvvəsini aldıqdan sonra 24 avqust 2010-cu il tarixdə icra edilməsi icraya yönəldilmişdir.
15. Zəngilan rayon icra qrupunun 29 avqust 2010-cu il tarixli icraata başlamaq haqqında qərarına əsasən iş üzrə icraata başlanılmış, borclu Cavabdeh icra sənədində göstərilən tələbi 10 ün müddətində könüllü olaraq təmin edilməsi təklif olunmuşdur.
16. Tələbin könüllü icrası barədə 18 may 2011-ci il tarixli bildirişdən (səh.62) görünür ki, cavabdehin faktiki yaşadığı ünvana (Mərdəkan qəsəbəsi 750A) bildiriş göndərilmişdir.
17. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.
18. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
19. Hazırkı işdən görünür ki, qətnamənin qəbul edilməsindən 12 il sonra cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin ona təqdim edilməsini xahiş etmiş və ərizəsində qeyd etmişdir ki, qətnamədən icra şöbəsinə dəvət edildiyi zaman məlumatlı olmuşdur. Birinci instansiya məhkəməsi işə baxarkən ona nə bildiriş, nə də qətnamənin surəti təqdim edilmişdir.
20. Cavabdeh qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyünü onun qətnamənin mövcudluğundan məlumatı olmaması ilə əsaslandırır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, işə mahiyyəti üzrə baxılarkən cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməsə də, iş materiallarında qətnamənin rəsmi qaydada ona təqdim edilməsi barədə sənəd olmasa da qeyd edilən hallar müddətin üzrlü səbəbdən ötürülməsi üçün yekun nəticəyə gəlməyə əsas vermir. Belə ki, birinci instansiya məhkəməsi qətnamənin icrası mərhələsində cavabdehin borcun tutulması ilə bağlı icra hərəkətləri barədə məlumatlandırılıb-məlumatlandırılmaması barədə araşdırma aparmamış, icra işini tələb edib ona baxış keçirməmişdir.
22. Göstərilən hallar araşdırıldıqdan sonra apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəyə münasibət bildirilməlidir.
23. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmalı, Zəngilan Rayon Məhkəməsinin 2(034)-181/2010 nömrəli, 07 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilməli, müddətin ötürülməsinin üzrlü hesab edilməsinə dair ərizəyə yenidən baxılması üçün mülki iş Zəngilan Rayon Məhkəməsinə göndərilməlidir.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.2, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Şikayət təmin edilsin. Zəngilan Rayon Məhkəməsinin 2(034)-181/2010 nömrəli, 07 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. Apellyasiya şikayəti verilməsi üçün müddətin ötürülməsinin üzrlü hesab edilməsinə dair ərizəyə yenidən baxılması üçün mülki iş Zəngilan Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.