Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-105/2023 27.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi tələbinə dair iş üzrə (Açar sözlər:kredit müqaviləsi üzrə əsas və faiz borcun, cərimənin tutulması,tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın likvid dəyəri) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: X2 (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-106/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 3012 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana 24 ay müddətinə, illik 22 faiz ödənilmək şərtilə, 3000 ABŞ dolları kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə ödəniş planından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər olan dövr ərzində hər ay 155.64 ABŞ dolları (sonuncu ay isə 155.62 ABŞ dolları) borcu hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. İpoteka saxlayan İddiaçı ASC ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 3012 saylı ipoteka müqaviləsindən görünür ki, ipoteka qoyan kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyətində olan “Mercedes Benz E220 CDİ” minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir. Həmin ipoteka müqaviləsinin 2.2-ci bəndindən görünür ki, ipotekanın predmeti tərəflərin qarşılıqlı razılığı ilə 15000 ABŞ dolları dəyərində qiymətləndirilmişdir. AC № 437243 saylı, xx.xx.2015-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, 2002-ci il buraxılışlı “Mercedes Benz E220 CDİ” minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi Qeydiyyat İmtahan şöbəsinin ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən xx.xx.2015-ci il tarixli, AA № 133074 saylı çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində olan “Mercedes Benz E220 CDİ” minik markalı, ** BT *** dövlət qeydiyyanişanlı avtomobilin xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən İddiaçı ASC qarşısında ipoteka ilə yüklülüyü qeydə alınmışdır. Ləğv prosesində olan İddiaçı ASC-nin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə ünvanladığı xx.xx.2017-ci il tarixli, 04/K-6267 saylı bildirişin qeydə alınmasına dair ərizədən müəyyən olunur ki, bank ipoteka predmetinə tutma yönəldilməsinə dair prosedura başlaması barədə bildirişin qeydə alınmasını xahiş etmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, bank tərəfindən cavabdehə kredit müqaviləsi üzrə borc 3 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli bildirişdən görünür ki, bank tərəfindən cavabdehə kredit müqaviləsi üzrə borc 3 gün müddətində ödənilmədiyi təqdirdə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2020-ci il tarixli, **********956 saylı maliyyə arayışından görünür ki, Cavabdeh ləğv prosesində olan İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixinə 2614.50 ABŞ dolları əsas, 1398.26 ABŞ dolları müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz, 1127.96 ABŞ dolları müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5 faiz olmaqla həmin faizin hesablanma düsturu (əsas borc/1005)/360 olmaqla hesablanmış günlük faiz məbləği 0.36 sent, 392 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 5533.12 ABŞ dolları təşkil edir. “B+Ş Audit” X3 Cəmiyyətinin 05 sentyabr 2022-ci il tarixli, A-04/88 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh mülkiyyətində olan “Mercedes Benz E220 CDİ” minik markalı, ** BT *** dövlət qeydiyyatnişanlı avtomobilə vizual baxış keçirilməsi mümkün olmadığından, müqayisəli metodla qiymətləndirilmiş, həmin rəyə əsasən avtomobilin bazar qiyməti 11000 min manat, likvid dəyəri isə 10000 min manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/8366 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 03 sentyabr 2015-ci il tarixli, 3012 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh İddiaçı ASC-yə müqavilə müddətinin bitmə tarixinə yəni xx.xx.2017-ci il tarixə olan borcu 2161,02 ABŞ dolları müəyyən edilir, o cümlədən: əsas borc üzrə 1709,67 ABŞ dolları; faiz borcu üzrə 451,35 ABŞ dolları. Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/8608 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilməmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 03 sentyabr 2015-ci il tarixli, 3012 nömrəli kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh xx.xx.2017-ci il tarixədək banka olan əsas borcu üzrə 2707,00 ABŞ dolları; faiz borcu üzrə 929,70 ABŞ dolları. Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli, 3012 saylı kredit müqaviləsi üzrə 2614.50 ABŞ dolları əsas, 1398.26 ABŞ dolları faiz, 1127.96 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014- cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 392.40 ABŞ dolları faiz borcu olmaqla, cəmi 5533.12 ABŞ dolları borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş “Mercedes Benz E220 CDİ” minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 3012 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik faiz dərəcəsi 22% faiz ödənilmək şərtilə 3000 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “Mercedes Benz E220 CDİ minik” markalı, qara metallik, buraxılış ili 2002-ci il olan, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə xx.xx.2015-ci il tarixli, 3012 saylı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, yaranmış mübahisəni məhkəmədənkənar qaydada həll etmək məqsədilə bank tərəfindən Cavabdeh borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 3012 saylı kredit müqaviləsi üzrə 2614.50 ABŞ dolları əsas, 1398.26 ABŞ dolları faiz, 1127.96 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MMin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanan 392.40 ABŞ dolları faiz (5%) borcu olmaqla, cəmi 5533.12 ABŞ dolları borcu yaranmışdır. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin 2-ci maddəsinə əsasən, kreditin təminatı kimi “Mercedes Benz E220 CDİ minik” markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. İpoteka predmeti olan maşının cavabdehdə olub-olmamasına dair bankda hər hansı bir məlumat yoxdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-106/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2015-ci il tarixli, 3012 saylı kredit müqaviləsi üzrə 1709.67 ABŞ dolları əsas, 451.35 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 392.40 (üç yüz doxsan iki ABŞ dolları qırx sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 2653.42 ABŞ dolları borc (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə), dövlət rüsumuna görə 30 manat pulun iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh mülkiyyətində olan “Mercedes Benz E220 CDİ” minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilinə tutmanın yönəldilməsi, həmin avtomobil satış qiymətinin 15000 ABŞ dolları olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən cəmi 2653.42 ABŞ dolları borc ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına keçirilməsi, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə tam ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılması, Mercedes Benz E220 CDİ minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunmuş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin Cavabdeh tutulması, aparılmış ekspertiza tədqiqatına görə 100 manat pul vəsaitinin Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilə üzrə Cavabdeh bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşə əlavə olunmuş arayışdan, həmçinin, mülki işin digər materiallarından görünür ki, kredit borcu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə Cavabdeh xx.xx.2015-ci il tarixli, 3012 saylı kredit müqaviləsi üzrə 2614.50 ABŞ dolları əsas, 1398.26 ABŞ dolları faiz, 1127.96 ABŞ dolları cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 392.40 ABŞ dolları faiz borcu olmaqla cəmi 5533.12 ABŞ dolları borcu yaranmışdır. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışında qeyd olunmuş məbləğlə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/8366 saylı rəyini paralel şəkildə qiymətləndirib Mülki Prosesusal Məcəllənin 88-ci maddəsinə əsasən ekspert rəyini əsas sübut növü kimi qəbul edərək nəzərə alır. Mülki iş materiallarında olan kredit müqaviləsindən göründüyü kimi, iddiaçı tərəfindən cavabdehə kredit müqaviləsi üzrə borc 24 ay müddətinə olmaqla, yəni xx.xx.2017-ci il tarixədək verildiyi halda, maliyyə arayışında borc məbləği xx.xx.2020-ci il tarixədək hesablanmışdır. Bu səbəbdən də ekspert rəyi əsasında hesablanmış əsas borc üzrə 1709.67 ABŞ dolları; faiz borcu üzrə 451.35 ABŞ dolları borcun cavabdehdən iddiaçının xeyrinə tutulmasını daha məqsədəmüvafiq hesab edir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə 1127.96 ABŞ dolları cərimənin hesablanması ilə nəticələnmişdir. İddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Ona görə də kredit müqaviləsi üzrə 2614.50 ABŞ dolları əsas borc üzrə hesablanmış 1127.96 ABŞ dolları cərimənin azaldılaraq 100 ABŞ dolları müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Cavabdeh ödəmələri vaxtında icra etməməsi onun üzərinə kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 392.40 ABŞ dolları faiz borcunun hesablanması ilə nəticələnmişdir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldə çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bu zaman pul öhdəliyin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdara faizlər hesablanır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsinin müddəti bitəndən sonra Plenum Qərarına əsasən hesablanmış 392.40 ABŞ dolları faiz borcunun tutulması tələbi qanuni və əsaslı olduğundan həmin məbləği cavabdehdən tələb edə bilər. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmini üsulu kimi cavabdeh mülkiyyətində olan “Mercedes Benz E220 CDİ” minik markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü etmişdir. Belə ki, bankın ipoteka hüququ daşınar əmlakın dövlət reyestrində qeydiyyata alınmış, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməməsi kredit borcu qaytarılmadığından qanuna və ipoteka müqaviləsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsas yaranmışdır. İddia tələbində cavabdehə məxsus “Mercedes Benz E220 CDİ” minik markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilinin ilkin satış qiyməti göstərilmədiyindən, tərəflər arasında bağlanmış ipoteka müqaviləsinin şərtlərinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka predmetinin dəyərinin 15000 ABŞ dolları olması müəyyən edildiyindən, məhkəmə ipoteka predmetinin məhz 15000 ABŞ dolları olmaqla açıq hərracdan satılması qənaətinə gəlir. İpoteka haqqında Qanunun 47.4-cü maddəsinə əsasən həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Bu baxımdan ipoteka predmeti olan “Mercedes Benz E220 CDİ” minik markalı ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına iddiaçıya ödənilməli olan borc məbləği ödənildikdən sonra, əldə olunmuş pul vəsaitinin qalan hissəsi Cavabdeh qaytarılmalı, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə isə qalan məbləğ Cavabdeh tutulmalıdır. Məhkəmə gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317, 319.1, 319.6, 385.1, 425.1, 442, 445, 443.1, 448.1, 448.2, 467, 739, İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 6.1, 33, 34.1.3, 39.3.3, 47.4-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarına istinad etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, borcun məbləği məhkəmə tərəfindən düzgün gostərilməmişdir. Məhkəmə cavabdeh tərəfindən öhdəliyin icrasının pozulmasına düzgün qiymət verməmiş və yekunda cavabdehin banka olan borc öhdəliyi üzrə məbləğinin hesablanmasında səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə qərar qəbul edərkən, AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/8366 nömrəli məhkəməmühasibatlıq ekspertizasının rəyinə əsaslanmışdır. Həmin ekspert rəyində hesablama zamanı cavabdehin digər kredit müqaviləsi üzrə etdiyi ödənişlər, hazırki kredit müqaviləsi üzrə nəzərə alınmış, nəticədə hazırki mülki iş üzrə ekspert rəyi əsas və fazi borcunun hesablanmasında səhvə yol vermişdir. Cavabdeh xx.xx.2015-ci il tarixli, 3012 saylı kredit müqaviləsi üzrə əsas və faiz borcu ekspert rəyinə əsasən kredit müqaviləsinin müddətinin bitdiyi, yəni xx.xx.2017-ci il tarixinə 1709.67 ABŞ dolları məbləğində əsas və 451.35 ABŞ dolları məbləğində faiz borcunun olduğu göstərilmişdir. Lakin həmin rəydə cavabdehin ödənişləri düzgün göstərilməmişdir və nəticədə cavabdehin borcu düzgün hesablanmamışdır. Həmçinin məhkəmə qətnaməsilə ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan “Mercedes Benz E220 CDİ” minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə 15000 ABŞ dolları müəyyən edilmişdir. İpoteka predmetinin indiki vəziyyətinin qiyməti məhkəmə tərəfindən qəbul edilmiş qətnamədə göstərilən məbləğdən aşağıdır və əmlakın ilkin satış qiymətini müəyyən edən zaman əmlakın real bazar qiymətini nəzərə alınmamışdır. Sadalanan xüsusatlar onu göstərir ki, məhkəmə iş üzrə lazımi qaydada araşdırma aparmamış, nəticədə iddiaçının hüquqlarını pozulması ilə nəticələnən qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Apelyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və verilən izahatlar Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlilləri və əsaslarına uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 317.2. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ...39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apelyasiya şikayəti faktiki olaraq məhkəmə aktının əsas və faiz borclarına, ipoteka predmetinin ilkin satış qiymətinə aid hissələrdə ləğvinə yönəldiyindən, apellyasiya baxışının həddini qətnamənin həmin hissələrdə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayəti və onun dəlillərini, iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması və ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi hissələrində ləğv edilməli, iddia tələbinin əsas və faiz borcunun məbləğinə aid hissədə iş üzrə yeni qətnamə çıxarılmalı, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə kollegiyası ilk növbədə apellyasiya şikayətinin kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı təyin edilmiş müvafiq ekspert rəyinin əsasında kredit müqaviləsi üzrə müqavilənin bitmə tarixinə əsas borcun məbləğinin 2707,00 ABŞ dolları və faiz borcunun məbləğinin 929,70 ABŞ dolları olması müəyyən edilmişdir. Həmçinin, qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsində təyin edilmiş müvafiq ekspertizanın nəticəsinə dair ekspert rəyi əsasında həmin kredit müqaviləsi üzrə müqavilənin bitdiyi tarixə olan əsas borcun məbləği 1709,67 ABŞ dolları və faiz borcnun məbləği 451,35 ABŞ dolları müəyyən edilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında iki kredit müqaviləsi bağlanılmışdır, həmin kredit müqavilələri üzrə cavabdeh tərəfindən edilmiş ödənişlər hesabdan çıxarış məlumatda eyni hesab üzrə 01 və 02 nömrəsi ilə qeyd edilmişdir. Əvvəlki ekspert rəyi müvafiq hesabdan çıxarış üzrə məlumatlar, o cümlədən cavabdeh tərəfindən edilmiş hər iki kredit müqaviləsi üzrə ödənişlər hazırki iddia tələbinin predmeti olan kredit müqaviləsi üzrə aparılmış ödənişlər kimi nəzərə alınmış, bu kredit müqaviləsinə aid olmayan ödənişlər də bununla bağlı aparılmış hesablamaya daxil edilmişdir. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən isə iddia predmeti olan kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi zamanı məhz həmin ekspert rəyi əsas götürülmüşdür. Ona görə də məhkəmə kollegiyası qedy olunan hallara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hissədə düzgün araşdırma aparılmamış, həmin hissədə gəldiyi nəticə işin hallarına uyğun olmamışdır və qeyd edilən hissədə iddiaçının apellyasiya şikayətinin dəlili əsaslı olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği məhz hazırki mərhələdə keçirilmiş ekspert rəyi əsas götürülməklə, müəyyən edilməlidir. Belə ki, həmin ekspert rəyinin məzmunundan görünür ki, iddia predmeti olan kredit müqaviləsi üzrə əsas borcun məbləği 2707,00 ABŞ dolları və faiz borcunun məbləği 929,70 ABŞ dolları təşkil edir. Həmçinin, qedy olunmalıdır ki, iddiaçının iddia tələbi üzrə əsas borcun məbləği 2614,50 ABŞ dolları qeyd olunmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia predmeti olan kredit müqaviləsi üzrə əsas borcun məbləği iddia tələbi həddində (2614,50 ABŞ dolları) müəyyən edilməlidir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbində faiz borcunun məbləğinin 1398,26 ABŞ dolları olduğunu qeyd etsə də, bununla bağlı mötəbər sübut təqdim etməmişdir. Ona görə də müvafiq kredit müqaviləsi üzrə faiz borcunun məbləği 929,70 ABŞ dolları məbləğində (hazırki ekspert rəyi əsas götürülməklə) müəyyən edilməlidir. Eyni zamanda məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlili ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, ipoteka haqqında qanunvericiliyinin qeyd olunan normasının tələbinə əsasən məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. Birinci instansiya məhkəməsi qeyd olunan maddəyə istinad etməklə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini xx.xx.2015-ci il tarixli ipoteka müqavilsəində qeyd olunmuş qiymət əsasında müəyyən etmişdir. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətini müvafiq ipoteka müqvailəsində qeyd edilmiş qiymətlə müəyyən etməklə, ipoteka predmeti olan əmlakın avtomobil olması, avtomobilin müqavilənin bağlandığı vaxtdan indiyədək olan müddət ərzində istifadə olunması, bu halın isə onun keyfiyyətinə, aşınmasına, adi normal istifadəyə yararlı vəziyyətinə təsiri amillərini, habelə normal istifadə vəziyyətində köhnəlmə hallarının mümkünlüyü və bu halların isə avtomobilin dəyərinə birbaşa təsir edən amil olması kimi halları diqqətdən qaçırmışdır. Həmçinin, qeyd olunmalıdır ki, bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən ekspertiza keçirilməsi təmin olunmamışdır Bu hal isə özlüyündə məhkəmə üçün ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin qeyd olunan hallar nəzərə alınmadan, avtomobilin dəyəri baxımından həqiqəti, real vəziyyəti əks olunmayan qiymətin müəyyən edilməsinə əsas vermir. Nəzərə alınmalıdır ki, qətnamədə ilkin satış qiyməti müəyyən edilmədikdə “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsində nəzərdə tutulan məqsədlər bu barədə məhkəmə qətnaməsinin icra edilməsi mərhələsində təmin olunur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən eidlməsi hissəsində düzgün olmayan nəticəyə gəlmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, hazırki mülki iş üzrə cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclaslarına gəlməmişdir. Həmçinin, indiki halda ipoteka predmeti olan əmlakın likvid dəyərinin müəyyən edilməsi ilə bağlı ekspertiza keçirilsə də, həmin avtomobil təqdim edilmədiyindən, avtomobilə baxış keçirilmədən, eyni ildə buraxılmış normal vəziyyətdə olan istifadəyə yararlı avtomobillər üçün orta qiymət əsasında avtomobilin likvid dəyəri müəyyən eidlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin qeyd olunan şəkildə müəyyən edilməsi qanunun məqsədlərinə cavab vermir. Belə ki, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinin təyinatı tutma yönəldilmiş ipoteka predmeti olan əmlakın satışının mövcud bazar qiymətinə uyğun olaraq həyata keçirilməsini təmin etməkdən, bununla da tərəflərdən birini əlverişsiz vəziyyətə düşməsinin qarşısını almaqdan ibarətdir. Qanun yaranmış vəziyyətdə həm ipoteka qoyanın, həm də ipoteka saxlayanın mənafeyini eyni həcmdə müdafiə olunmasını tələb edir. Bu baxımdan tərəflər arasında razılaşma olmadan, həmçinin əmlakın real bazar qiymətini müəyyən etmədən, yalnız qanunda nəzərdə tutulduğuna istinad edərək, ehtimal əsasında ipoteka predmeti olan əmlaka tərəflərdən birinin mənafeyinə zidd, əmlakın mövcud vəziyyətinə açıq-aşkar uyğun olmayan ilkin satış qiymətinin qoyulması qanunun məqsədlərinə riayət edilməsi kimi qəbul oluna bilməz. Nəzərə alınmalıdır ki, qətnamədə ilkin satış qiyməti müəyyən edilmədikdə “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsində nəzərdə tutulan məqsədlər bu barədə məhkəmə qətnaməsinin icra edilməsi mərhələsində təmin olunur. Belə ki, Mülki Məcəllənin 319.4-cü maddəsinə müvafiq olaraq açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinə görə borclunun əmlakının qiymətləndirilməsi, tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Qiymətləndirici icra məmuru tərəfindən dəvət olunur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, “İpoteka haqqında” Qanunun 39.3-cü maddəsinin göstərişinin icra edilməsi məqsədilə ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin ehtimallar əsasında müəyyən edilməsi əslində qanunun həmin göstərişinin məqsədlərinə cavab vermir və ipoteka saxlayanın mənafelərinə ziddir. Məhkəmə baxışı çərçivəsində qanunun bu tələbinə riayət edilməsi qeyri-mümkün olduğundan həmin məsələ mülki və icra haqqında qanunvericiliyin tələbinə müvafiq olaraq icra icraatı çərçivəsində ipoteka predmeti aşkar edilib ona tutma yönəldilməsi proseduru zamanı riayət edilməlidir. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli, 01 saylı qərarında ipoteka predmetinə tutuma yönəldilməsi barədə mübahisələrə baxılarkən ipoteka predmeti olan avtomobillərin ilkin satış qiymətinin mütləq müəyyən edilməli olması barədə hüquqi mövqe ifadə edilməmişdir. Yuxarıda qeyd olunan hüquq normalarının tələbləri və hüquqi mövqeni əsas götürərək məhkəmə kollegiyası hesab edir ki, hazırki mülki iş üzrə ipoteka predmeti olan əmlaka baxış keçirilməklə, onun real vəziyyətinin qiymətləndirilməsi əsasında likvid dəyərin müəyyən eidlməsi mümkün olmadığından, oxşar əmalkaların qiyməti əsasında həmin əmlakın likvid dəyərinin müəyyən edilməsi isə qanunveriicliyin tələbinə zidd olduğundan, habelə ipoteka predmeti olan əmlakın qətnamənin icrası mərhələsində qiymətləndiirlməsi halı mümkün olduğundan, bu hal isə tərəflərin mənafeyinə zidd olmadığından, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməlidir. Həmçinin, məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, iddiaçı müvafiq apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsini xahiş etsə də, şikayətin məzmununda yalnız kredit müqvailəsi üzrə əsas və faiz borcunun məbləğini və ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə mübahisələndirmişdir. Ona görə də hazırki mülki iş üzrə apellyasiya baxışının predmetini yalnız kredit müqaviləsi üzrə əsas və faiz borcun məbləği və ipoteka predmetinin ilkin satış qiyməti təşkil etmişdir. Beləliklə,qeyd olunanları əsas götürərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi və ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləvğ edilməli, iddia tələbinin əsas və faiz borcunun məbləğinin tutulması hissəsində yeni qətnamə qəbul edilməli, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mülki iş üzrə apellyasiya şikayəti qismən təmin olunduğundan, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti tərəflərdən müştərək qaydada tutularaq (50 manat məbləği iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-dən, 50 manat məbləği CavabdehHacıbala oğlundan) dövlət büdcəsinə köçürülməli, iş üzrə aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri olan 200 manat məbləğində pul vəsaiti tərəflərdən müştərək qaydada (100 manat məbləği iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-dən, 100 manat məbləği CavabdehHacıbala oğlundan) “B+Ş Audit” X3 Cəmiyyətinin (Bank: "xxxx" QSC, VÖEN:**********1, cari hesab nömrəsi: AZ15ACAB**********0009936 ) hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382,384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-106/2022 nömrəli, 16 fevral 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən iddia tələbinin kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğinin tutulması hissəsində və ipoteka predmeti olan Mercedes Benz E220 CDİ” minik markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin 15000 ABŞ dolları müəyyən edilməsi hissəsində ləğv edilsin. Mübahisələndirilən iddia tələbinin kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğinin müəyyən edilməsi hissəsində yeni qətnamə qəbul edilsin, həmin hissədə iddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış əsas borc üzrə 2614,50 ABŞ dolları məbləğində pul vəsaiti və faiz borcu üzrə 929,70 ABŞ dolları məbləğində pul vəsaiti (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənəyə uyğun olaraq manatla) tutularaq, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün öədnilmiş 15 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti tərəflərdən müştərək qaydada tutularaq (50 manat məbləği iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-dən, 50 manat məbləği Cavabdeh) dövlət büdcəsinə köçürülsün. İş üzrə aparılmış məhkəmə əmtəəşunaslıq ekspertizasının dəyəri olan 200 manat məbləğində pul vəsaiti tərəflərdən müştərək qaydada (100 manat məbləği iddiaçı Ləğv prosesində olan "xxxx" ASC-dən, 100 manat məbləği Cavabdeh) tutularaq “B+Ş Audit” X3 Cəmiyyətinin (Bank: "xxxx" QSC, VÖEN:**********1, cari hesab nömrəsi: AZ15ACAB**********0009936) hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində (elektron kabinet və vəkil vasitəsilə) Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-105/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-105/2023
27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver