Məhkəmə qərarları › İş №2(105)-1050/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1050/2020

25.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1050/2020 25.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-3766/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3766/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Elman Məmmədov). Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xhaiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və oğlu X3 Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinə istifadə hüquqlarının tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi- vəkil X5 iddia ərizəsinə əlavə ərizə təqdim edərək İddiaçı və iddiaçının oğlu X3 Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinə istifadə hüquqlarının tanınaraq həmin bağ evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Abşeron rayon Məhkəməsi gəldiyi nəticəni yalnız əmlak bölgüsü tələbinə dair iddianın rədd edilməsi ilə əsaslandırmışdır. Məhkəmə belə hesab etmişdir ki, işə baxılan zaman onun əmlaka olan hüquqları tanınmadığına görə və hazırki iş üzrə olan faktiki hallar da həmin işin faktiki halları ilə birbaşa əlaqəli olduğuna görə iddia təmin edilə bilməz. Məhkəmənin bu yanaşması tamamilə yanlışdır. Məhkəmə nəzərə almalı idi ki, əmlak bölgüsü tələbinə dair işə baxılarkən onun əmlaka olan hüquqları tanınmış, yalnız əmlak bölgüsü tələbi üzrə iddia müddətini ötürdüyünə görə iddia tələbi təmin edilməmişdir. həmin əmlaka olan hüquqları şikayət olunan qətnamədə qeyd edildiyi kimi “rədd edilməmiş” yalnız əmlak üzərindəki payların bölünməsindən imtina olunmuşdur. Həmin bağ evinin cavabdehlə onun birgə mülkiyyətində olduğu və onun həmin əmlak üzərində olan hüquqları isə mübahisəsiz şəkildə tanınmışdır. Hazırda əmlak bölgüsünə dair iddia müddətini itirmiş olsa da, həmin yaşayış sahəsinə olan istifadə və sahiblik hüquqları hələ də qalmaqdadır. Öncəki işdə mübahisələndirilmiş və hazırda yenidən mübahisələndirilməyə ehtiyac olmayan fakt bundan ibarətdir ki, mübahisəli əmlak cavabdehlə birgə nikah dövründə əldə edilmiş və əmlak üzərində mülkiyyət, eləcə də istifadə hüququ olmuşdur. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-3766/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbimin tam şəkildə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iddiaçı Elza Əzizmova apelyasiya şikayətinin dəlillərini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-3766/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbimin tam şəkildə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkili və nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edirk göstərdi ki, məhkəmənin istinad etdiyi hal əmlakın bankda girovda olmasıdır, əmlak hal-hazırda cavabdehin adınadır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 2(012)-3766/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam şəkildə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçı və onun nümayəndəsinin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Səadət Sarayında xx.xx.2000-ci ildə qeyd edilmiş Vİİ-JQ № 382634 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2000-ci ildə nikahlarını bağlamışlar. İş materiallarında olan Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü ildə qeyd edilmiş AZ-İ № 179157 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx.xx.2013-cü ildə ləğv edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin MA seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivi ünvanında yerləşən bağ evi xüsusi mülkiyyət hüququ əsasında ********** qeydiyyat nömrəsi ilə, xx.xx.2011-ci ildə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(105)- 3564/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X9 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh ilə “xxxxxxxxxxxxx” QSC arasında 2015-ci ildə bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, birgə nikah dövründə əldə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Ərazi idarəsində Cavabdeh adına mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci il tarixdə, **********13- 11301 reyestr nömrəsi ilə qevdiyyata alınmış, Abşeron ravonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evinin Cavabdeh ilə iddiaçı arasında bölünməsi, həmin evdə yetkinlik yaşına çatmayan X3 mənafeyi nəzərə alınaraq, İddiaçı payı 2/3 hissədə, Cavabdeh payı 1/3 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-2744/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, xx.xx.2011-ci il tarixdə, **********13-11301 reyestr nömrəsi ilə Cavabdeh adına qeydiyyata alınmış Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində olan 0.1612 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 293.24 kv.m. ümumi, 219.62 kv.m. yaşayış, 73.62 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı bağ evinin 2/3 hissəsinə (tərəflərin birgə nikahlarından anadan olan bir uşağın iddiaçının himayəsində olduğu nəzərə alınmaqla) İddiaçı 1/3 hissəsinə isə Cavabdeh payları müəyyən edilmiş, QSC “Bank Standard” KB və Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 1xx/xx/3031/13-1xx/xx/3502/14 saylı ipoteka müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi və iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh Ləğv prosesində olan QSC “xxxxxxxxxxxxx” KB-nin X1 Fondu apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(öl2)*2744/2Qi3 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3564/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi çıxarılarkən məhkəmənin hüquqi mövqeyi zamanı müəyyən edilmişdir ki, mübahisəli əmlak tərəflərin birgə nikahı dövründə əldə edilmiş və iş üzrə cavabdehin, iddiaçının sabiq əri Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Tərəflərin nikahına xitam verildikdən sonra Cavabdeh həmin bağ evini QSC "Bank Standard" KB ilə “xxxxxxxxxxxx” MMC arasında bağlanmış ******* ABŞ dolları məbləğində xx.xx.2014-c-ü il tarixli kredit müqaviləsinin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü etmişdir. Müqavilə bağlanan zamanı Cavabdeh rəsmi sənədlərə əsasən subay olmuşdur. İddiaçının hüququ isə daşınmaz əmlaka birgə hüququ olan şəxs kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Başqa sözlə, qeyd edilən ipoteka müqaviləsi bağlanan zaman ipoteka qoyanın həmin ipoteka predmeti barəsində tam səlahiyyətli olub-olmaması barədə bankın məlumatı ola bilməzdi. QSC “BankStandart" KB ipoteka hüququnu vicdanlı əldə edən olduğundan, onunla ipoteka qoyan Cavabdeh və borc alan “xxxxxxxxxxxx” MMC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 1xx/xx/3031/131xx/xx/3502/14 saylı (xx.xx.2016-cı il tarixli 01 saylı Əlavə da daxil olmaqla) sonrakı ipoteka müqaviləsi etibarsız hesab edilə bilməz. Məlikəmə kollegiyası qeyd edir ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və buna baxmayaraq, onlar əqdi bağlamalıdırlar. Hazırki halda isə yuxanda qeyd olunduğu kimi QSC “BankStandart” KB bağladığı əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək evi ipotekaya qəbul edərək ******* ABŞ dolları məbləğində kredit vermiş, həmin evə dair ipoteka hüquqlarını qeydə aldırmışdır. Bununla da ipoteka hüquqularını vicdanlı əldə edən kimi QSC “BankStandart” KB iddiaçıya nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışdır. Bundan əlavə iddiaçı ilə Cavabdeh arasındakı nikah xx xxxxxxxx 2013-cü il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuşdur, keçən 5 il ərzində, tərəflər arasında əmlak bölgüsü ilə bağlı, payların müəyyən edilməsi barədə tələb olmamışdır. İddiaçının hazırki tələblə bağlı iddia müddətinin axımı həmin gündən başlamışdır.İddiaçı isə məhkəməyə iddia müddəti bitdikdən təxminən il yarım sonra müraciət etmişdir və beləlikiə mülki (ailə) qanunvericiliyin mübahisələndirmə ilə bağlı müəyyən etdiyi üç illik iddia müddəti ötürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3564/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə QSC “xxxxxxxxxxxxx” KB-nin X1 Fondunun apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-2744/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilməsi, iddianın təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı X7 məktubundan görünür ki, Abşeron rayonu, Novxanı kəndi, Bağlar massivində yerləşən bağ evi QSC “xxxxxxxxxxxxx” KB “Korporativ” filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir və müvəqqəti nəzarət vardır. Birinci instansiya məhkəməsi iş materaiallarına istinadən iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsinə dair nəticəyə gələrkən haqlı olmuşdur. Belə ki, iş materaillarında olan və yuxarıda sadalanan məhkəmə qərarlarından müəyyən edilir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3564/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il tarixdə, **********13- 11301 reyestr nömrəsi ilə Cavabdeh adına qeydiyyata alınmış, Abşeron ravonu, Novxanı kəndi, Bağlar massivində olan 0.1612 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 293.24 kv.m. ümumi, 219.62 kv.m. yaşayış, 73.62 kv.m. yardımçı sahədən ibarət 7 otaqlı bağ evinin 2/3 hissəsinə (tərəflərin birgə nikahlarından anadan olan bir uşağın iddiaçının himayəsində olduğu nəzərə alınmaqla) İddiaçı, 1/3 hissəsinə isə Cavabdeh payları müəyyən edilməsi, QSC “Bank Standard” KB və Cavabdeh arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli, 1xx/xx/3031/13-1xx/xx/3502/14 saylı ipoteka müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi barədə Abşeron Rayon Məhkəməsinin 2(012)-2744/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilərək İddiaçı iddiası rədd edilmişdir. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxx 2019-cu il tarixli Qərarı ilə qüvvəsində saxlanılmaqla qanuni qüvvəsini almışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəsini almış Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3564/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi İddiaçı mübahisəli əmlaka dair hüquqları rədd edilmişdir. Bundan başqa iddia tələbi Apellyasiya Məhkəməsinin sözügedən qətnaməsi ilə müəyyən edilmiş işin faktiki halları ilə birbaşa bağlıdır. Bu səbəbdən də hazırki iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin qeyd edilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-3766/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar