Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1056/2022 26.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Tağızadə Gülnarə Fikrət qızı və Quliyev Telman Osman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı vəkili-nümayəndəsi Vəkil2, cavabeh Cavabdeh vəkili nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabeh Cavabdeh qarşı mənzil hüquqları bərpa olunaraq yaşadıqları sahədən istifadə hüququna törədilən maneələrə son qoyulması və pasport qeydiyyatında olduğu evə köçürülmələri tələbinə dair mülki iş üzrə Qusar Rayon Məhkəməsinin 2(029)-120/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsindən cavabeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Qusar Rayon Məhkəməsinin 2(029)-120/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı ilə azyaşlı uşaqları-25.09.2009-cu il təvəllüdlü X13 və 21.10.2011-ci il təvəllüdlü X14 Qusar şəhəri Məlikov küçəsi ev 3 ünvanda yerləşən yaşayış evindən istifadə, yəni mənzil hüquqlarının bərpa edilməsi, İddiaçı ilə azyaşlı uşaqları-25.09.2009-cu il təvəllüdlü X13 və 21.10.2011-ci il təvəllüdlü X14 yaşadıqları Qusar şəhəri Məlikov küçəsi ev 3 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, İddiaçı ilə azyaşlı uşaqları-25.09.2009-cu il təvəllüdlü X23 və 21.10.2011-ci il təvəllüdlü X14 pasport qeydiyyatında olduqları Qusar şəhəri, Məlikov küçəsi, ev 3 ünvanda yerləşən yaşayış evinə köçürülməsi qət edilmişdir (hakim Adil Vəliyev). Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək Qusar Rayon Məhkəməsinin 2(029)-120/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı mənzil hüquqları bərpa olunaraq yaşadıqları sahədən istifadə hüququna törədilən maneələrə son qoyulması və pasport qeydiyyatında olduğu evə köçürülmələrinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla azyaşlı uşaqları-25.09.2009-cu il təvəllüdlü X13 və 21.10.2011-ci il təvəllüdlü X14 Qusar şəhəri, Məlikov küçəsi, ev 3 ünvanda yerləşən yaşayış evindən istifadə, yəni mənzil hüquqlarının bərpa edilməsi, onunla azyaşlı uşaqları-25.09.2009-cu il təvəllüdlü X13 və 21.10.2011-ci il təvəllüdlü X14 yaşadıqları Qusar şəhəri, Məlikov küçəsi, ev 3 ünvanda yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına Cavabdeh tərəfindən törədilən maneələrə son qoyulması, onunla azyaşlı uşaqları-25.09.2009-cu il təvəllüdlü X13 və 21.10.2011-ci il təvəllüdlü X14 pasport qeydiyyatında olduqları Qusar şəhəri, Məlikov küçəsi, ev 3 ünvanda yerləşən yaşayış evinə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ : Məhkəmə kollegiyasinın iclasında cavabeh Cavabdeh vəkili -nümayəndəsi Vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, cavabdeh evin sahibi Talıbov Şöhrətin bacısı, iddiaçı isə gəlini olub. 2008-ci ildə evə gəlin köçüb, iki uşağı olub, 2011-ci ildə əri ölüb, 2014-cü ildə həmin evi tərk edərək ata evinə gedib. Evdə Şöhrətin özü yaşayıb. onun 4 övladı var. 2020-ci ildə Söhrət öləndən sonra iddiaçı həmin evə köçürülmə, istifadə hüququnun tanınması barədə iddia qaldırıb. Lakin cavabdehin həmin evə hər hansı aidiyyəti yoxdur. Həmin evə dair onun hər hansı hüquqi münasibəti yoxdur. Belə olan halda iddia ona qarşı qaldırıla bilməz. Şöhrətin 4 övladı var, övladları mirası qəbul ediblər, evə Şöhrətin oğlu Şurik sahiblik edir. Hazırki işdə cavabdeh düzgün müəyyən edilməyib. Odur ki, apellyasioya şikayətinin təmin edilərək Qusar Rayon Məhkəməsinin 2(029)-120/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasinın iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsi, Qusar Rayon Məhkəməsinin 2(029)- 120/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, tərəflərin nümayəndəvəkillərinin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, Qusar Rayon Məhkəməsinin 2(029)-120/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. İş materiallarından müəyyən edilir ki, X20 ilə X7 20 avqust 2008ci il tarixdə rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 25.08.2009-cu ildə Nusi, 21.10.2011-ci ildə Kamil adlı uşaqları doğulmuşdur. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10.06.2021-ci il tarixli ölüm haqqında arayışlardan görünür ki, X20 11.09.2011-ci il tarixdə, X6 06.12.2020-ci il tarixdə ölmüşlər. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 10.06.2021-ci il tarixli doğum haqqında arayışlardan görünür ki, X8 02.04.1973-cü ildə, X21 29.09.1975-ci ildə, X22 10.03.1977-ci ildə, X17 29.03.1982-ci ildə anadan olmuşlar. Həmin şəxslərin ataları X6, anaları X9r. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialı tərəfindən verilmiş 29 sentyabr 2021-ci il tarixli 1014 nömrəli arxiv çıxarışından görünür ki, Qusar şəhər X16 İcraiyyə Komitəsinin 27 sentyabr 1984-cü il tarixli 68 nömrəli qərarı ilə Qusar şəhəri Sabir küçəsi 3 nömrəli evdə yaşayan X4 1,5 mərtəbəli, 3 otaqlı 60 kv.metr yaşayış sahəsi və 35 kv.metr qeyri-yaşayış sahəsi olan fərdi yaşayış evinin tikintisindən ötrü 4 (dörd) sot torpaq sahəsi ayrılmışdır (çayın sağ sahilində). İşdə olan Qusar rayon Notariat ofisi tərəfindən verilmiş 25 iyun 2021-ci il tarixli X659 nömrəli məktubdan görünür ki, İddiaçı həmin notariat ofisinə 06 dekabr 2020-ci ildə vəfat etmiş X1 miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barəsində müraciətinə baxılmış və ona bildirilmişdir ki, X3 digər birinci növbə varisləri mövcuddur. Mövcud olan digər varislər öz paylarına dair münasibət bildirmədikləri üçün tam şəkildə pay bölgüsünün aparılması mümkün deyildir. Bu səbəbdən də pay bölgüsünün aparılması və mübahisənin həlli üçün məhkəməyə müraciət etməsi İddiaçı tövsiyyə olunmuşdur. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 nömrəli Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 25.08.2021-ci il tarixli **********49 nömrəli məktubdan görünür ki, həmin idarənin arxiv sənədlərinə əsasən Qusar şəhəri Məlikov küçəsi ev 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair sənədlər aşkar edilməmişdir. İşdə olan İddiaçı məxsus Seriya AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, həmin şəxs xx.xx.1988-ci ildə ünvan 1 ünvanda qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 18 iyun 1986-cı il tarixli, 71 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Qusar şəhəri Məlikov küçəsi ev 3 X3 adına qeydiyyata alınmışdır. İşdə olan Seriya AZE 11797702 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nusi Talıbova 25.09.2009-cu ildə ünvan 2 ünvanda qeydiyyatdadır. İşdə olan Seriya AZE 11797701 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Kamil Talıbov 21.10.2011-ci ildə ünvan 2 ünvanda qeydiyyatdadır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı 20 avqust 2008-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə X20 ilə ailə həyatı qurmuş və həmin vaxtdan əri Kamil Talıbovun atası X4 məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə ev sahibinin iradəsi və razılığı ilə gəlin köçərək orada yaşamağa başlamış, həmçinin həmin ünvana pasport qeydiyyatına alınmışdır. Bununla da, həmin vaxtdan iddiaçının həmin evə istifadə hüququ yaranmışdır. İddiaçı əri Kamil Talıbovla həmin ünvanda yaşadıqları müddətdə birgə nikahlarından 25.09.2009-cu il təvəllüdlü Nusi, əri öləndən bir müddət sonra isə 21.10.2011-ci il təvəllüdlü Kamil adlı uşaqları anadan olmuş, həmin uşaqlar da, həmin ünvana qeydiyyata alınmışlar. İddiaçının əri 11.09.2011-ci il tarixdə ölmüşdür. Bundan sonra da iddiaçı öz uşaqları ilə birlikdə həmin ünvanda yaşamaqda davam etmiş, onun orada yaşamasına qaynatası Şöhrət Talıbov tərəfindən hər hansı etiraz olmamışdır. Şöhrət Talıbov 06.12.2020-ci il tarixdə ölmüşdür. Bundan sonra Şöhrət Talıbovun bacısı, iş üzrə Cavabdeh iddiaçının həmin ünvanda yaşamasına mane olmağa başlamış və onu uşaqları ilə birlikdə həmin evdən qovmuşdur. Hal-hazırda da cavabdeh iddiaçını həmin evə buraxmır, orada yaşamasına mane olur. Cavabdehin həmin evə dair mülkiyyət və ya digər əmlak hüquqlarının mövcud olması məhkəmə tərəfindən müəyyən olunmamış, cavabdeh tərəfindən bu barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Birinci instansiya qeyd edilən iş materiallarına istinadən iddia tələbini təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 228, Mənzil Məcəlləsinin 30 53, 123-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəmənin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə cavabdehə münasibətdə iddia tələbini təmin etməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, iddiaçı mübahisəli evin sahibi Şöhrət Talıbovun gəlini olmuş, həmin evə gəlin köçərək yaşamışdır. Mübahisəli evin sahibi olmuş Şöhrət Talibovun 4 övladı vardır. Cavabdeh isə Şöhrət Talıbovun bacısıdır. Hazırki iddia tələbindən görünür ki, iddiaçı ərizəsində mənzil hüquqları bərpa olunaraq yaşadıqları sahədən istifadə hüququna törədilən maneələrə son qoyulması və pasport qeydiyyatında olduğu evə köçürülmələrini xahiş etmişdirş Lakin iddiaçı qeyd edilən fərdi yaşayış evinə köçməsinə cavabdeh tərəfindən maneə yaradılmasını qeyd etsə də, ümumiyyətlə hər hansı maneənin mövcudluğu barədə heç bir sübut təqdim etməmişdir. Halbuki Mülki Prosesual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsi cavabdehin iddiaçını övladları ilə mübahisəli evdən qovmasını, iddiaçını həmin evə buraxmamasını, orada yaşamasına mane olmasını göstərsə də, qeyd edilən halların hansı sübutlarla təsdiq edilməsini qətnamədə əsaslandırmamışdır. Halbuki Mülki Prosesual Məcəllənin 217.3 və 217.4-cü maddələrinə görə qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan əlavə iş materiallarında olan Qusar rayon Notariat Ofisinin 25.02.2022-ci il tarixli məktubundan görünür ki, 06.12.2020-ci il tarixdə vəfat etmiş Talıbov Şöhrət Məlikəhməd oğlunun ölümündən sonra miras qalmış əmlaklara dair vərəsəliyin qəbulu və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün X10 müraciəti daxil olmuşdur. X30 oğlu Talıbov Şöhrət Məlikəhməd oğlunun vərəsələri sırasına daxildir. Göründüyü kimi, mübahisəli fərdi yaşayış evi də X1 qalmış miras əmlaklara daxildir və həmin əmlaklara dair vərəsəliyin qəbulu ilə əlaqədar notariat ofisinə müraciət edilmişdir. Bununla da görünür ki, mübahisəli evə sahiblik hüququ X30 oğluna aiddir. Belə olan halda hazırki iddia tələbinə cavabdeh X5 iddiaya cavab verməli şəxs deyildir. Azərbaycan Respüblikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə, işi xitam etmədən ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Lakin hazırki işdə iddiaçı mübahisəli evə sahiblik hüququ olan şəxsi cavabdeh qismində işə cəlb edilməsi ilə bağlı ərizə təqdim etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmini üçün sübutlar təqdim edilmədiyindən və cavabdehin hazırki tələbə cavab verməli şəxs olmadığından hazırki iddia tələbini təmin edərkən birinci instansiya məhkəməsi haqlı olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri əsaslı hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinin tələbinə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 385.1.1, 385.1.2 və 385.1.3-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, işüçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 2(029)-120/2022 nömrəli, 12 yanvar 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabeh Cavabdeh qarşı mənzil hüquqları bərpa olunaraq yaşadıqları sahədən istifadə hüququna törədilən maneələrə son qoyulması və pasport qeydiyyatında olduğu evə köçürülmələri tələbinə iddiası təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1056/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1056/2022
26.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver