Məhkəmə qərarları › İş №2(105)-106/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-106/2022

08.06.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-106/2022 08.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X3 iştirakı ilə Quba Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(027)-914/2020 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X5 verdiyi apellyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(027)-914/2020 nömrəli qətnaməsi ilə (hakim R.T.Həsənov) iddiaçılar İddiaçı1 və X6 X7 qarşı mülkiyyət hüququnu həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması və torpaq sahəsinə girişçıxış yolunun açılması tələbinə dair ilk iddiası təmin edilib, Quba rayonu, Alpan kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN:323A, KOD 30306018 saylı şəhadətnamə əsasında iddiaçılar İddiaçı1 və X8 məxsus 0,06 ha torpaq sahəsinə cavabdeh X9 tərəfindən bağlanılmış giriş-çıxış yolunun açılması, həmin torpaq sahəsinə cavabdeh X9 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, ekspertiza xərci olaraq 50 manat məbləğində pulun X9 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin (Kodu: 210005, VÖEN **********, MH:AZ41NABZ********************, SFİFT:CTREAZ22, Hesab:AZ34CT RE********************) hesabına ödənilməsi təmin edilmiş və Salmanov Cavabdeh Teyyub Əyyub oğlu və X8 qarşı gediş-gəliş yolunun açılması tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X9 apellyasiya şikayəti verib, Quba Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(027)-914/2020 nömrəli qətnaməsinin ləğv edilərək ilk iddia ərizəsinin rədd edilməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı1 və X10 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələblərini onunla əsaslandırmışlar ki, Quba rayon Aqrar İslahat Komissiyasının 15 avqust 1997-ci il tarixli 08 saylı qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün Torpağın Mülkiyyətə verilməsinə dair JN- 323A KOD 30306018 Şəhadətnaməyə əsasən Quba rayonu Alpan kəndi ərazisindən ona, həyat yoldaşı X1, uşaqları İddiaçı1 və X4 0,06 ha torpaq sahəsi verilmişdir. Ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin bir tərəfi qonşu X2 məxsus torpaq sahəsi ilə həmsərhəddir. Torpaq sahəsinin həm baş tərəflərindən, həm də digər yan tərəfindən yol vardır. Torpaq sahəsində yaşayış evi vardır. O, yenidən torpaq sahəsində bir ev tikmək istəsə də, torpaq sahəsinə giriş çıxış yolu cavabdeh tərəfindən zəbt edildiyi üçün o, həmin yoldan istifadə edə bilmir. Torpaq sahəsinə girib-çıxa bilmir. Cavabdeh və onun ailə üzvləri tərəfindən eni 4 metr olan yola müdaxilə edilmiş, yol zəbt edilmişdir. O, dəfələrlə cavabdehə gediş-gəliş yolunun könüllü açılmasını xahiş etsə də, cavabdeh buna məhəl qoymamış, ona məxsus torpaq sahəsinə gedib-gələn yolu açmamışlar. Əksinə hətta Salman Salmanov onun və oğlu barəsində müxtəlif orqanlara şikayət etmişdir. Onun şikayətləri əsasında Quba rayon Alpan Bələdiyyəsi və Alpan kənd icra nümayəndələrinin iştirakı ilə torpaq sahələrinin ölçülməsi işi aparılmış və müayinə edilmiş, bu zaman müəyyən olunmuşdur ki, cavabdeh Salman Salmanovun yola müdaxilə etməsi aşkar olunmuşdur. O, özünə məxsus torpaq sahəsinə yol olduğu üçün həmin yoldan istifadə edə bilmir, torpaq sahəsinə maşın yolu olduğu halda, ora avtomobil sala bilmir. İndi cavabdeh Salman Salmanov ona məxsus torpaq sahəsində avtomobil üçün dayanacaq tikəcəyini bildirir və ona məxsus torpaq sahəsinə gediş-gəliş yolunu açmır. Ona görə də, Torpağın mülkiyyətə verilməsinə dair JN-323A, KOD 30306018 saylı şəhadətnaməyə əsasən torpaq sahəsinin X9 tərəfindən mülkiyyət hüququnu həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması və torpaq sahəsinə girişçıxış yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. X9 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, X10 və İddiaçı1 ona qarşı Quba rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-323A Kod 30306018 saylı şəhadətnaməyə əsasən torpaq sahəsinə cavabdeh X9 tərəfindən mülkiyyət hüququnun həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması, torpaq sahəsinə giriş- çıxış yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. O, həmin iddia tələbi ilə razılaşmır. Quba rayon AİK-nın 15 avqust 1997-ci il tarixli 08 saylı qərarı ilə ona və ailə üzvlərinə Quba rayonu Alpan kəndi ərazisindən 0,17 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində o, özünə yaşayış evi tikmişdir. O, iddiaçının yolunu kəsməmiş və bildirmək istəyir ki, iddiaçı özünə məxsus torpaq sahəsində ikinci yaşayış evi tikmək istədiyindən, onun həyətinin hasarının sökülməsini tələb edir və özünə avtomobilin keçməsi üçün yol tələb edir. O, özünə məxsus həyətyanı torpaq sahəsində 50 il bundan əvvəl yaşayış evi tikmiş və həyətinin hasarının da evi kimi 50 yaşı vardır. İddiaçılar X10 və İddiaçı1 tələbləri heç bir məntiqə və qanunun tələbinə uyğun deyildir. Bundan başqa iddiaçılar ondan hasarını sökmək tələb etmələri azmış kimi, onu əsəbləşdirmək üçün onun həyət darvazasının qarşısını müxtəlif zibilliyə atılmış dəmir və plastmas əşyalar ilə kəsərək gediş-gəliş yolunu kəsib bağlamışdır. İddiaçılar olan ata və oğlu Aydəmirovlar özlərinin qanunsuz özbaşnalıqları ilə məhəllə yolunu və onun darvazasının qarşısını kəsdiklərindən, onların qanunsuz və əsassız iddia tələbi rədd edilməli, onun qarşılıqlı iddia tələbim isə təmin edilməlidir. Alpan Bələdiyyəsi kəsilmiş yolun ərazisinə gəlmiş və iddiaçıların tələblərinin əsassız olduğunu qeyd etmiş və bildirmişdir ki, gediş-gəliş yolu məhəllə yolu olduğundan mütləq açılmalıdır. İddiaçının bacanağı X14 bağlanmış yolun sol hissəsini öz həyətyanı sahəsini genişləndirməklə daraltmış və buna görə də iddiaçılar iddia tələbini öz bacanağına qarşı qaldırmalı olduğu halda, ona qarşı qaldıraraq yolun genişlənməsini onun hasarının sökməklə həyata keçirmək istəyir. Aralarında olan mübahisənin məğzi və düyünü elə İlham Kamilovun daralmış yolun hesabına öz həyətyanı torpaq sahəsini genişləndirməsi olmuşdur. Ona görə də, X10 və X6 torpaq sahəsinə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, torpaq sahəsinə giriş-çıxış yolunun açılması barədə ilkin iddia tələbinin rədd edilməsi, iddiaçılar tərəfindən bağlanmış gediş-gəliş yolunun açılmasına dair onun qarşılıqlı iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X9 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Quba Rayon Məhkəməsi 29 oktyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 157.4-cü maddələrinin və prosesual qanunverciliyin tələbləri pozulmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, ilk iddia ərizəsinin rədd edilməsi və qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-nin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X9 20 may 2022-ci il tarixli ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, apellyasiya şikayətindən imtina edib, iş üzrə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Mülki Prosessual Məcəllə: Maddə 369.1. İşdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Maddə 369.2. Apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Maddə 369.4. Şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. İş materiallarından göründüyü kimi ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X5 apellyasiya şikayətindən imtina etməsi qanuna zidd deyildir, digər şəxslərin maraqlarına toxunmur, bu səbəbdən də, onun apellyasiya şikayətindən imtinası qəbul edilməli və iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 365, 369, 400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X5 apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçılar İddiaçı1 və X6 X7 qarşı mülkiyyət hüququnu həyata keçirilməsinə yaradılmış maneələrin aradan qaldırılması və torpaq sahəsinə giriş-çıxış yolunun açılması tələbinə dair ilk və Salmanov Cavabdeh Teyyub Əyyub oğlu və X8 qarşı gediş-gəliş yolunun açılması tələbinə dair qarşılıqlı iddialara dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli, 2(027)-914/2020 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X5 verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar