Məhkəmə qərarları › İş №2(105)-1061/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1061/2023

21.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1061/2023 21.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(060)-4305/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.Tanrıverdiyeva) İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus qızıl-zinət əşyalarını sataraq ona vurduğu ziyan əvəzində, həmin qızıl-zinət əşyalarının dəyərinin, yəni 3870 (üç min səkkiz yüz yetmiş) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, oğurluq cinayəti üzrə məhkum edilmiş X2 19 noyabr 2020-ci il tarixində saat 20 radələrində onun yaşadığı ünvan 1 ünvanına daxil olaraq ona məxsus qızıl əşyalarını gizli yolla talayaraq ona xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının verdiyi rəy əsasında qızıl-zinət əşyalarının dəyəri müəyyən edilmiş və ona vurulan ziyan dəqiqləşdirilmişdir. Məhkum X.Səfərov aşağıdakı qızıl əşyalarını oğurlamışdır: 1. 900 (doqquz yüz) manat dəyərində 750 əyar 10 qram çəksi olan bir ədəd qızıl qadın üzüyü, 2. 560 (beş yüz altmış) manat dəyərində 585 əyar 08 qram çəkisi olan bir ədəd qızıl qadın üzüyü, 3. 560 (beş yüz altmış) manat dəyərində 585 əyar 08 qram çəkisi olan bir ədəd qızıl kişi üzüyü, 4. 700 (yeddi yüz) manat dəyərində 585 əyar 10 qram çəkisi olan bir ədəd qızıl boyunbağı, 5. 490 ( dörd yüz doxsan) manat dəyərində 585 əyar 07 qram çəkisi olan bir cüt qızıl sırğa, 6. 270 (iki yüz yetmiş) manat dəyərində 750 əyar 03 qram çəkisi olan brilyant qaşlı bir tay sırğa. Təqsirləndirilən şəxs ona ümumilikdə 3480 (üç min dörd yüz səksən) manat dəyərində maddi ziyan vurmuşdur. Hazırda həmin əşyalar bahalaşmış və dəyəri təxminən 5000 (beş min) manat olmuşdur. Məhkəmə hökmündə göstərildiyi kimi, məhkum X2 yuxarıda göstərilən qızıl əşyalarını oğurlayaraq qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan Cavabdeh vermişdir. Cavabdeh isə bu qızılların müqabilində Xəyala 1130 (min yüz otuz) manat pul vermişdir. Məlum olduğu kimi 5000 (beş min) manat dəyəri olan qızıl-zinət əşyalarının yalnız 1130 manatı məhkum X.Səfərova ödənilmiş, qalan məbləğ yəni 3870 (üç min səkkiz yüz yetmiş) manat dəyəri olan qızıl əşyalarının nə özü, nə də dəyəri X.Səfərova ödənilməmiş və Cavabdeh qalmışdır. Cavabdeh dəfələrlə istintaq və məhkəmə zamanı qızıl-zinət əşyalarını tələb etməyinə baxmayaraq o, həmin qızıl-zinət əşyalarını ona qaytarmaqdan imtina etmiş və bildirmişdir ki, həmin əşyaları ayrı-ayrı şəxslərə satmışdır. Qanunun tələbini rəhbər tutaraq belə hesab edir ki, Cavabdeh ona qızıl-zinət əşyalarını qanunsuz olaraq başqa şəxslərə satmaqla ona maddi ziyan vurmuşdur ki, bu ziyan da onun tərəfindən ödənilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, oğurluq cinayəti üzrə məhkum edilmiş X2 19 noyabr 2020-ci il tarixində saat 20 radələrində onun yaşadığı ünvan 1 ünvanına daxil olaraq ona məxsus qızıl əşyalarını gizli yolla talayaraq ona xeyli miqdarda maddi ziyan vurmuşdur. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının verdiyi rəy əsasında qızıl əşyalarının dəyəri müəyyən edilmiş və ona vurulan maddi ziyan dəqiqləşdirilmişdir. Məhkum X.Səfərov aşağıdakı qızıl əşyalarını oğurlamışdır. 900 (doqquz yüz) manat dəyərində 750 əyar 10 qram çəkisi olan bir ədəd qızıl qadın üzüyü 560 (beş yüz altmış) manat dəyərində 585 əyar 08 qram çəkisi olan bir ədəd qızıl qadın üzüyü 560 (beş yüz altmış) manat dəyərində 585 əyar 08 qram çəkisi olan bir ədəd qızıl kişi üzüyü 700 (yeddi yüz) manat dəyərində 585 əyar 10 qram çəkisi olan bir ədəd qızıl boyunbağı 490 (dörd yüz doxsan) manat dəyərində 585 əyar 07 qram çəkisi olan bir cüt qızıl sırğa 270 (iki yüz yetmiş) manat dəyərində 750 əyar 03 qram çəkisi olan brilyant qaşlı bir tay sırğa Məhkum X.Səfərov ona ümumilikdə 3480 (üç min dörd yüz səksən) manat dəyərində maddi ziyan vurmuşdur. Hazırda həmin əşyalar bahalaşmış və dəyəri təxminən 5000 (beş min) manat olmuşdur. Məhkəmə hökmündə göstərildiyi kimi, məhkum X2 yuxarıda göstərilən qızıl əşyalarını oğurlayaraq qızıl-zinyət əşyalarının alqı-satqısı ilə məşğul olan Cavabdeh vermişdir. Cavabdeh isə bu qızılların müqabilində Xəyala 1130 (mni yüz otuz) manat pul vermişdir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmişdir ki, 5000 (beş min) manat dəyəri olan qızıl əşyalarının yalnız 1130 manatı X.Səfərova ödənilmiş, qalan məbləğ, yəni 3870 (üç min səkkiz yüz yetmiş) manat dəyəri olan qızıl əşyalarının nə özü, nə də dəyəri X.Səfərova ödənilməmiş və Cavabdeh qalmışdır. Cavabdeh dəfələrlə istintaq və məhkəmə zamanı qızıl-zinyət əşyalarını tələb etməyinə baxmayaraq, o, həmin qızılları ona qaytarmaqdan imtina etmiş və bildirmişdir ki, həmin əşyaları ayrı-ayrı şəxslərə satmışdır. Bu səbəbdən Cavabdeh qarşı iddi qaldıraraq ona vurduğu ziyanı ödəməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin yuxarıda göstərilən qətnaməsi ilə iddia tələbi təmin edilmədi. Birinci instansiya məhkəməsi qətnaməsində qeyd edir ki, Cavabdeh Xəyaldan qızıləşyalarını şəxsiyyət vəsiqəsi əsasında alıb. Halbuki, məhkəmənin bu iş üzrə qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetirilib ki, Cavabdeh iki gün müddətində ardıcıl olaraq Xəyal Səfərovdan 15 min manat dəyərində qızıl əşyaları alıb və heç bir sənəd tələb etməyib. Bu fakt onu deməyə əsas verir ki, məhkəmə hökmü ilə sübuta yetirilən hallara hökm əsasında deyil, Cavabdeh həqiqətə uyğun olmayan izahatı əsasında qiymət vermiş və bu da işin hallarına uyğun deyil. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, o, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştrak etmiş şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməməsi ilə əsaslandırmışdır. 19 noyabr 2020-ci il tarixində X1 iddiaçının yaşadığı ünvan 1 ünvanına daxil olaraq ona məxsus qızıl əşyalarını gizli yolla talayaraq 3480 manat məbləğində maddi ziyan vurması işin mübahisəsiz halıdır. Hazırkı iş üzrə iddia tələbi maddi ziyanın ödənilməsi barədədir. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (Mülki Məcəllənin 1096.1. və 1096.2. maddələri). Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. (Mülki Məcəllənin 1099.1. və 1099.2. maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, mülki hüquq məsuliyyətinin yaranması üçün əməlin baş verməsi, əməlin hüquqa zidd olması və əməli törədən şəxsin təqsirli olması vacibdir. Bu üç əlamət bir-biri ilə bağlı olduğundan və birinin mövcudluğunun olmaması mülki hüquq məsuliyyətini istisna etdiyindən hər üç əlamətin mövcud olması mülki hüquqi məsuliyyəti daşıyan şəxsdən tələb hüququ hüquqi müəyyənlik prinsipi baxımından da əhəmiyyətlidir. Çünki maddi hüquq normasının dispozisiyasında birbaşa və aydın ifadə olunmuşdur ki, delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması və buna görə də məsuliyyət daşıması, əməlin hüquqa zidd olması, həmin əmələ görə təqsirin olması ilə şərtləndirilmiş və mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzinin zərərvuran tərəfindən tam həcmdə ödənilməli olması göstərilmişdir. İşdən görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə X2 iddiaçının yaşadığı mənzildən ona məxsus qızıl-zinət əşyalarını gizli talayaraq, zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 3480 (üç min dörd yüz səksən) manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi hazırkı iş üzrə cavabdeh olan Cavabdeh qarşı deyil, oğurluq hadisəsini törətmiş şəxsə qarşı yönəldilməli olduğundan, başqa sözlə desək iddiaçıya qarşı heç bir cavabdehlik daşımadığından, birinci instansiya məhkəməsinin iddia tələbinin rədd edilməsinə dair gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir və eləcə də qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar