Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1065/2021 14.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Telman Qədir oğlu və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Haxverdi qızına, X4 və X3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Zəngilan rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(034)-83/2018 saylı qətnaməsindən İddiaçı QSC və Cavabdeh4 Haxverdi qızı tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Zəngilan rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim G.K.İmanova) iddiaçı ”İddiaçı” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Haxverdi qızı, X5 və X3 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbi qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Haxverdi qızı, X5 və X1 müştərək qaydada 14R000010348 saylı kredit razılaşması üzrə 20783.06 ABŞ dolları məbləğində əsas borc, 4993.99 ABŞ dolları məbləğində faiz borcu və 800 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 26577.05 (iyirmi altı min beş yüz yetmiş yeddi) ABŞ dolları qətnamə icra edilən vaxt Azərbaycan manatının məzənnəsinə uyğun olaraq və 014R********** saylı kredit razılaşması üzrə 25007,41 manat məbləğində əsas borcu, 4691.58 manat məbləğində faiz borcu və 500 məbləğində cərimə borcu olmaqla, cəmi 30198,99 (otuz min yüz doxsan səkkiz) manat məbləğində pul, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, və 20 (iyirmi) manat məbləğində xidmət haqqının, cəmi 71 (yetmiş bir) manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 10 (on) manatının iddiaçıya aid edilməsi, tutma ipotekaya qoyulmuş mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Atatürk küçəsində yerləşən 0,05 kv.m yaşayış sahəsindən ibarət 2 mərtəbəli, 6 otaqlı, 206.1 kv.m, ümumi sahəsi 124.2 kv.m, yaşayış, 81.9 kv.m. yardımçı sahədən ibarət 4 nömrəli xüsusi mülkiyyətli fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Atatürk küçəsində yerləşən 0,05 kv.m yaşayış sahəsindən ibarət 2 mərtəbəli, 6 otaqlı, 206.1 kv.m, ümumi sahəsi 124.2 kv.m, yaşayış, 81.9 kv.m, yardımçı sahədən ibarət 4 nömrəli xüsusi mülkiyyətli fərdi yaşayış evi 140.000 (yüz qırx min) manat ilkin satış qiyməti ilə açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına cavabdehlərin iddiaçıya olan 2 borcunun ödənilməsi, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Atatürk küçəsində yerləşən 0,05 kv.m yaşayış sahəsindən ibarət 2 mərtəbəli, 6 otaqlı, 206.1 kv.m, ümumi sahəsi 124.2 kv.m, yaşayış, 81.9 kv.m. yardımçı sahədən ibarət 4 nömrəli xüsusi mülkiyyətli fərdi yaşayış evi açıq hərracda satıldıqdan 1 ay sonra Cavabdeh1 fərdi yaşayış evinə istifadə hüququnun itirilməsi, onun həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Haxverdi qızı, X5 və X1 müştərək qaydada tutulması, ekspertiza tədqiqatının dəyəri olan 270 (iki yüz yetmiş) manat pulun Cavabdeh1 alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-238/2020 nömrəli qətnaməsi ilə (hakim T.O.Quliyevin sədrliyi və məruzəsi ilə, hakimlər G.F.Tağızadədən və L.M.Məmmədovadan ibarət tərkibdə) iddiaçının və Cavabdeh4 Haxverdi qızının apellyasiya şikayətləri təmin edilməmiş, Zəngilan rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(034)-83/2018 nömrəli qətnaməsi Cavabdeh4 münasibətdə dəyişdirilmiş, qətnamə - “Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 Haxverdi qızı, X5 və X1 müştərək qaydada 14R000010348 saylı kredit razılaşması üzrə 800 ABŞ dolları və 014R********** saylı kredit razılaşması üzrə 500 manat məbləğində cərimə İddiaçı QSCnin xeyrinə tutulsun” hissəsində dəyişdirilib, 14R000010348 saylı kredit razılaşması üzrə 100 ABŞ dolları və 014R********** saylı kredit razılaşması üzrə 100 manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatının dəyəri olan 100 manat iddiaçıdan alınıb ekspert təşkilatının hesabına keçirilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki kollegiyasının xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi), E.Vəliyeva və A.Abbasov) İddiaçı QSC-nın nümayəndəsi, vəkil Sadıqov Şahin Bəxtiyar oğlunun kasasiya şikayətinin təmin edilməməsi, Cavabdeh4 Haxverdi qızı və vəkili X8 oğlunun kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)-238/2020 nömrəli qətnaməsi qismən, yəni kredit borcunun Cavabdeh4 Haxverdi qızından tutulması hissəsində ləğv edilməsi və iş həmin hissədə yenidən baxılması üçün həmin apellyasiya məhkəməsinə göndərilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2(105)- 238/2020 nömrəli qətnaməsi mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İddiaçı QSC-nin İdarə Heyətinin sədrinin birinci müavini ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, Cavabdeh4 Haxverdi qızına dair hissədə iddia tələbindən imtinanın qəbul edilməsini və həmin hissədə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinin tələbləri ona izah edilmişdir. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər (Mülki Prosessual Məcəllənin 4.1. maddəsi). Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (Mülki Prosessual Məcəllənin 69.1., 74.1.və 74.2. maddələri). Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs öz hüquqlarının və qanunlar qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Əgər şəxs irəli sürdüyü iddianı müdafiə edərsə, tələbinin əsaslı olmasına dair istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tələbin sübut ediləcəyi təqdirdə iddianı təmin edilməsi qənətinə gəlməlidir. İddia tələbi üzrə irəli sürülmüş tələblər üzrə yekun məhkəmə aktı qəbul edilmədən başa çatdırılması halları mövcuddur ki, bu hallarda da tələb üzrə qətnamə qəbul edilmədən, iş üzrə icraata qərardad qəbul edilməklə yekun nəticə verilir. Belə hallardan biri də iddiaçı tələb irəli sürdüyü şəxslərə qarşı tələbindən imtina etməsidir. Bu halda iddia tələbi üzrə icraata qətnamə qəbul edilmədən qərardad ilə xitam verilir. Bu hüququ iddiaçı bilavasitə və ya nümayəndəsi vasitəsi ilə realizə edə bilər. Əgər şəxs iddiadan nümayəndəsi vasitəsi ilə imtina edirsə, iddiadan imtina etməsi səlahiyyətini nümayəndəsinə verməlidir. Hazırkı iş üzrə iddiaçının hüquqlarını təmsil edən Evgenia Gashikulinaya bir sıra səlahiyyətlər, o cümlədən iddianı tam və ya qismən etiraf etmək və ya onladan imtina etmək səlahiyyəti verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370.2. maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 191.1. maddəsinə əsəsən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası MPM-nin 191.2. maddəsinə əsəsən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiadan İddiaçı QSC-nin İdarə Heyətinin sədrinin birinci müavininin imtina barədə ərizəsi iddiaçının iradə ifadəsini ehtiva etdiyindən qəbul edilməli, Zəngilan rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qismən Cavabdeh4 Haxverdi qızına münasibətdə ləğv edilməklə, həmin hissədə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 262.4. maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda, apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 391–ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ İddiaçı QSC-nin iddiadan imtina barədə ərizəsi təmin edilsin. Cavabdeh4 Haxverdi qızının apellyasiya şikayəti qismən təmin edilsin. Zəngilan rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi qismən Cavabdeh4 Haxverdi qızına münasibətdə ləğv edilsin və həmin hissədə iddia tələbi üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1065/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1065/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver