Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1066/2021 18.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X10 və X9 ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi ilə, İddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “xxxx” MMC-yə qarşı kredit üzrə borcun qaytarılması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakın açıq hərracdan satılması tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(012)-4584/2013 saylı qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə (hakim T.Xəlilova) “xxxx” QSC-nin ərizəsinin təmin edilməsi, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi, Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsinə əsasən xx xxxxxxxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 7437,26 manat məbləğində əsas borc, 1427,37 manat məbləğində faiz borcu, 2573,39 manat məbləğində cərimə borcu, 6,50 manat məbləğində ipoteka qoyulmuş tutmanın yönəldilməsinə dair cavabdehə bildirişin göndərilməsi üzrə poçt xərci, 30 manat iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun cavabdeh X3 tutularaq “xxxx” QSC-yə ödənilməsi qərara alınmışdır. Cavabdeh1 qərardaddan şikayət vermişdir. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı “X13 Azərbaycan” QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “xxxx" MMC-yə qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakın açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət edərək, cavabdehlərdən iddiaçı “X13 Azərbaycan” QSC-nin xeyrinə 7437,26 manat məbləğində əsas borcun, 1427,37 manat məbləğində faiz borcunun, 2573,39 manat məbləğində cərimə, 6,50 manat məbləğində ipoteka (girov) qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair cavabdehə bildirişin göndərilməsi üzrə poçt xərcinin, 30 manat iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun, tələbin Cavabdeh1 məxsus olan 2009-cu il buraxılış tarixli, ** CD *** dövlət qeydiyyat nişanlı, mühərrik nömrəsi DA4G184190A6570, ban nömrəsi LGXC36DF0A0000347 olan, BYD F-3 markalı, ağ rəngli, avtomobilə yönəldilməsi, avtomobil açıq hərracda satılaraq satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. «X13 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər məhkəməsinin 2(060)-4584/2013 saylı, xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsinin icra qaydası və üsulunun dəyişdirilərək, xx xxxxxxxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 7437,26 manat məbləğində əsas borc, 1427,37 manat məbləğində faiz borcu, 2573,39 manat məbləğində cərimə borcu, 6,50 manat məbləğində ipoteka (girov) qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair cavabdehə bildirişin göndərilməsi üzrə poçt xərcinin, 30 manat iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun, cəmi 11474,52 (on bir min dörd yüz yetmiş dörd manat 52 qəpik ) manat məbləğində pulun Cavabdeh1 "X13 Azərbaycan” QSC-nin xeyrinə tutulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)- 4584/2013 saylı, xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx xxxxxxxx 2010-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 7437,26 manat məbləğində əsas borc, 1427.37 manat məbləğində faiz borcu, 2573,39 manat məbləğində cərimə borcunun Cavabdeh1 “X13 Azərbaycan” QSC-nin xeyrinə tutulması, borcun ödənilməsi üçün tutmanın ipoteka qoyulmuş 2009-cu il buraxılış tarixli, mühərrik nömrəsi DA4G184190A6570, ban nömrəsi LGXC36DF0A0000347 olan, BYD F-3 markalı, ağ rəngli, dövlət nömrə nişanı ** CD *** olan avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracdan satılması və əldə olunmuş vəsait hesabına borcun «X13 Azərbaycan» QSC-yə yönəldilməsi, 2009-cu il buraxılış tarixli, mühərrik nömrəsi DA4G184190A6570, ban nömrəsi LGXC36DF0A0000347 olan, BYD F-3 markalı, ağ rəngli, dövlət nömrə nişanı ** CD *** olan minik avtomobilinin hərraca çıxarılacaq ilkin satış qiymətinin 13800 (on üç min səkkiz yüz) manat müəyyən edilməsi, iddia tələbinin cavabdehlər Cavabdeh2 və “xxxx” MMC-yə qarşı hissəsində baxılmamış saxlanılması, dövlət rüsumu kimi ödənilmiş məbləğin əvəzi olaraq 30 (otuz) manat və 6,50 (altı manat əlli qəpik) manat məbləğində poçt xərcinin Cavabdeh1 tutularaq “xxxx” QSC-yə ödənilməsi qət edilmişdir. Sumqayıt şəhər məhkəməsinin 2(060)-4584/2013 saylı, xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin cavabdeh tərəfindən qanunvericiliklə müəyyən olunmuş vaxtda könüllü icrası üçün icra məmuru tərəfindən borcluya müvafiq bildiriş verilməsinə baxmayaraq, icra sənədi borclu tərəfindən üzrsüz səbəbdən icra edilməmiş və bank qarşısında olan borcunu bu günə kimi ödəməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh1 Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, ərizənin təmin edilməməsini, əks halda şikayətin işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Məhkəmə qətnamənin icra üsulunun dəyişdirməklə haqlı olmamış, qətnamənin “tutmanın avtomobilə yönəldilməsi” hissəsini faktiki olaraq öz qərardadı ilə dəyişdirmişdir. Məhkəmə iş üzrə faktiki olaraq yenidən mahiyyəti üzrə qərar qəbul etmişdir. Hakimin çıxardığı qərardadla icra üsulu dəyişdirilməyib, əslində qətnamə özü dəyişdirilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdıraraq, məruzəçini dinləyib, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və ərizə rədd edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməsini əsaslı olması, ipoteka predmeti olan minik avtomobilinin tapılmaması səbəbindən icra sənədinin icra olunmamasının iddiaçının maraqlarına zərər vurması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1 və 2-ci hissəsindən müəyyən edilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Mülki Prosessual Məcəllənin 231.1. maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, xx xxxxxx 2005-ci il tarixli qərarın 12-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hisə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamənin icrası məcburidir. Qətnamənin icrası mümkün olmadıqda bunun icra üsulu və qaydası dəyişdirilə bilməsi istisna edilmir. Qətnamənin icra üsulunun dəyişdirilməsi dedikdə, bir icra növünün başqası ilə əvəz edilməsi və ya qətnamənin ilkin icra üsulunun dəyişdirilməsi ilə transformasiya olunması anlaşılır. Qətnamənin icrası üsulunun və qaydasının dəyişdirilməsinin zərurliyi də qətnamənin icrası prosesində baş verən hallardan asılıdır. Belə bir zərurət bir qayda olaraq o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar qətnaməni icra etməyə imkan verməsin və qətnamənin icrasının əvvəl müəyyən edilmiş üsul və qaydasının onun icrasına kömək edə bilmədiyi təsdiq edilsin. İşdən göründüyü kimi, iddiaçı qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizə təqdim edərək, kredit müqaviləsinin təminatı kimi girov qoyulmuş X6 məxsus olan 2009-cu il buraxılışlı avtomobilin yerinin müəyyən edilməsi üçün Sumqayıt şəhər İcra İdarəsinin icra məmuru tərəfindən axtarışa verilsə də, avtomobilin yerinin müəyyən edilməməsini əsas gətirmiş və qətnamənin icra üsulunun dəyişdirilməsini xahiş etmişdir. İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (R.Xəmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarı). Hüququn üstünlüyünün əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir. Bu da öz növbəsində məhkəmə tərəfindən çıxarılan qərarın şübhə altına alınmamasını tələb edir (Avropa Məhkəməsinin Brumeresku Rumıniyaya qarşı iş üzrə xx xxxxxxx 1999-cu il tarixli,X1rşı iş üzrə xx xxxxxx 2004-cü il tarixli, X2rşı iş üzrə xx xxx 2007-ci il tarixli qərarları). Belə olan halda məhkəmə kollegiyası ərizənin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və ərizənin rədd edilməsinə dair yeni qərardad qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.3, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Sumqayıt şəhər məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli və onunla bağlı xx xxxxxx 2020-ci il tarixli qərardadları ləğv edilsin. “xxxx” QSC-nin Sumqayıt şəhər məhkəməsinin xx xxxxxxxx 2013-cü il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilməsi barədə ərizəsi rədd edilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Səyyad Qafari Hakimlər Elman Əhmədov Fuad Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1066/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1066/2021
18.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver