Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1067/2021 25.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, iddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-800/2018 saylı, 23 fevral 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Abşeron rayon Məhkəməsinin 23 fevral 2018-cı il tarixli, 2(012)-800/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 01.10.2014-cü il tarixli 92KD/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 03.10.2014-cü il tarixli 92KD/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən 31.01.2017-ci il tarixə “xxxx" KB ASC-yə olan 24073.53 ABŞ dolları əsas, 4846.22 ABŞ dolları faiz olmaqla, cəmi 28919.75 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində kredit borcunun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının əvəzinin tutularaq, «xxxx” KB ASCnin xeyrinə verilməsi, tutmanın ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.025 ha torpaq sahəsinə və Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahələrinin açıq hərracda satılması, onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 “xxxx” KB ASC-nə olan cəmi 28919.75 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla) məbləğində kredit borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun və 60 manat xidmət haqqının əvəzinin ödənilməsi, ipoteka predmetlərinin Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.025 ha torpaq sahəsinin ilkin satış qiymətinin 16.000 (on altı min) manat və Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin ilkin satış qiymətinin 17.000 (on yeddi min) manat məbləğində müəyyən edilməsi, “xxxx” KB ASC-yə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Şövkət Nəcəfova) Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 02 oktyabr 2019-cu il tarixli, 2(105)354/2019 saylı qətnaməsi ilə Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 23 fevral 2018-cı il tarixli, 2(012)-800/2018 saylı qətnaməsinin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 24073.53 ABŞ dolları əsas, 4846.22 ABŞ dolları faiz olmaqla, cəmi 28919.75 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində kredit borcunun tutulması, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.025 ha torpaq sahəsinin ilkin satış qiymətinin 16.000 (on altı min) manat və Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin ilkin satış qiymətinin 17.000 (on yeddi min) manat məbləğində müəyyən edilməsi hissələrində dəyişdirilməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ödəniş gününün manat məzənnəsinə uyğun 23963,69 (iyirmi üç min doqquz yüz altımış üç dollar altımış doqquz sent) ABŞ dolları əsas, 4576.62 (dörd min beş yüz yetmiş altı dollar altımış iki sent) ABŞ dolları faiz olmaqla, cəmi 28540.31 (cəmi iyirmi səkkiz min beş yüz qırx dollar otuz bir sent) ABŞ dolları pulun tutulması, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.025 ha torpaq sahəsinin ilkin satış qiymətinin 18000 (on səkkiz min) manat və Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin ilkin satış qiymətinin 21000 (iyirmi bir min) manat müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, mühasibatlıq ekspertizalarının dəyəri olaraq, ümumilikdə 250 (iki yüz) manat pulun Cavabdeh1 alınaraq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilməsi, tikinti-texniki ekspertizasına görə 600 (altı yüz) manat pulun 200 (iki yüz) manatı iddiaçı “xxxx” KB ASC-dən, 400 (dörd yüz) manatının Cavabdeh1 alınaraq dövlət büdcəsinə aşağıdakı: “xxxx” MMC, Paşa Bank ASC, Cari hesab: AZ53PAHA********************, VÖEN: ********** saylı hesaba keçirilməsi qət edilmişdir. Daha sonra Abşeron Rayon Məhkəməsinin 23 fevral 2018-cı il tarixli, 2(012)- 800/2018 saylı qətnaməsindən Cavabdeh3 apelyasiya şikayəti verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 03 mart 2020-ci il tarixli, 2(105)1380/2020 saylı qərardadı ilə apelyasiya şikayəti mümkün hesab edlərək apelyasiya baxışına təyin edilmişdir. Bundan sonra Cavabdeh3 Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 02 oktyabr 2019-cu il tarixli, 2(105)354/2019 saylı qətnaməsindən kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 18 avqust 2020-ci il tarixli, 2(105)1380/2020 saylı qərardadı ilə cavabdeh Həsənov Şənlik Tarqulu oğlunun ərizəsi qismən təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 02.10.2019-cu il tarixli, 2(105)354/2019 saylı qətnaməsindən cavabdeh Həsənov Şənlik Tarqulu oğlunun kassasiya şikayəti verilməsi müddətinin ötürülməmiş hesab edilməsi, Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının 02.10.2019-cu il tarixli, 2(105)354/2019 saylı qətnaməsindən cavabdeh Həsənov Şənlik Tarqulu oğlu tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üçün mülki işin apelyasiya icraatından çıxarılaraq Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 noyabr 2020-ci il tarixli, 2(102)5212/2020 saylı qərarı ilə Cavabdeh3 kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 oktyabr 2019-cu il tarixli, 2(105)- 354/2019 saylı qətnaməsi ləğv edilərək iş yeni apelyasiya baxışına qaytarılmışdır. İŞİN HALLARİ: İddiaçı “xxxx” KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 01.10.2014-cü il tarixli 92KD/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış 03.10.2014- cü il tarixli 92KD/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən 23.963,69 ABŞ dolları əsas, 4.576,62 ABŞ dolları faiz, 1.348,94 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 29.889,25 ABŞ dolları məbləğində borcun, dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqı kimi ödənilmiş 60 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.025 ha torpaq sahəsinə və Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakların açıq hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 03.10.2014cü il tarixli, 92KD/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 29.889.25 ABŞ dolları borcunun, dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqı kimi ödənilmiş 60 manat məbləğində pulun tutularaq iddiaçı “xxxx”KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.025 ha torpaq sahəsinin ilkin satış qiymətinin 16.000 (on altı min) manat və Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin ilkin satış qiymətinin 17.000 (on yeddi min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmetlərinə tutma yönəldikdə və onlar satıldıqda ən geci 1 ay ərzində həmin torpaq sahələrinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Cavabdeh1 Tarqulu oğlu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, ekspertiza rəyi şübhəli olsa da, məhkəmə həmin rəyə istinad edərək qətnamə qəbul etmişdir. Eyni zamanda məhkəmə ipoteka predmeti olan torpaq sahələrinin ilkin satış qiymətlərini də az müəyyən etmişdir. Cavabdeh1 apelyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin dəlillərini müdafiə edərək göstərdi ki, məhkəmə qətnaməsinə əsasən təmsil etdiyi şəxs ipotekaqoyan statusundan savayı zamin kimi də göstərilmişdir. Halbuki, o yalnız ipoeka müqaviləsini imzalamış, zamin kimi hər hansı müqavilə imzalamamışdır. Məhkəmə qətnaməsi ilə kredit alanla yanaşı ondan da pulun tutulması qət edlmişdir. Eyni zamanda əmlakların ilkin satış qiyməti hədsiz dərəcədə az müəyyən edilmişdir. Əmlaka qiymət qoyularkən orta bazar dəyəri nəzərə alınmayıb. Odur ki, apelyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. PROSESSUAL MƏSƏLƏLƏR: İş üzrə iddiaçı “xxxx” KB ASC-nə və cavabdehlər Cavabdeh1 Tarqulu oğluna, , Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq gəlməmişdir, məhkəmə Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən mübahisəyə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətləri qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 23 fevral 2018-cı il tarixli, 2(012)-800/2018 saylı qətnaməsi Cavabdeh1, Cavabdeh2 24073.53 ABŞ dolları əsas, 4846.22 ABŞ dolları faiz olmaqla, cəmi 28919.75 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində kredit borcunun tutulması, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.025 ha torpaq sahəsinin ilkin satış qiymətinin 16.000 (on altı min) manat və Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin ilkin satış qiymətinin 17.000 (on yeddi min) manat məbləğində müəyyən edilməsi hissələrində dəyişdirilməli, Cavabdeh1, Cavabdeh2 ödəniş gününün manat məzənnəsinə uyğun 23963,69 (iyirmi üç min doqquz yüz altımış üç dollar altımış doqquz sent) ABŞ dolları əsas, 4576.62 (dörd min beş yüz yetmiş altı dollar altımış iki sent) ABŞ dolları faiz olmaqla, cəmi 28540.31 (cəmi iyirmi səkkiz min beş yüz qırx dollar otuz bir sent) ABŞ dolları pul tutulmalı, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.025 ha torpaq sahəsinin likvid dəyəri 10000 (on min) manat, Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin likvid dəyəri 12000 (on iki ) manat müəyyən edilməli, qətnamə kredit müqaviləsi üzrə borcun Cavabdeh3 tutulması hissəsində ləğv edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 01.10.2014-cü il tarixli 92KD/14 saylı əsas kredit müqaviləsindən (i.v.11) görünür ki, «xxxx KB ASC həmin müqavilə çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri əsasında Cavabdeh1na 60 ay müddətinə ******* manat kredit verir. İş materiallarında olan 03.10.2014-cü il tarixli 92KD/14-1 saylı əlavə kredit müqaviləsindən (i.v.15) görünür ki, bank Cavabdeh1 36 ay müddətinə, yəni 03.10.2017-ci il tarixədək illik 23 faizlə 32000 ABŞ dolları kredit vermişdir. Müqavilənin 5.1-ci bəndinə görə kreditin təminatı 01.10.2014-cü il tarixli, 92KDİ/14-1 saylı əsas İpoteka Müqaviləsinə əsasən Cavabdeh1 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0517 ha torpaq sahəsidir. İş materiallarında olan 01.10.2014-cü il tarixli, 92KDİ/14 saylı İpoteka Müqaviləsindən (i.v.20) görünür ki, Əsas Kredit Müqaviləsi və əlavə kredit müqavilələri üzrə Borcalanın öhdəliklərinin təminatı olaraq RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0517 ha torpaq sahəsi “xxxx” Kommersiya Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin çıxarışından (i.v.28) görünür ki, Cavabdeh1Tarqulu oğluna məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0517 ha torpaq sahəsi «xxxx” KB ASC-nin 11 saylı filialının xeyrinə ipoteka ilə yüklülüyü qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin çıxarışından (i.v.29) görünür ki, Cavabdeh1 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0.025 ha torpaq sahəsinin “xxxx” KB ASC-nin xeyrinə yüklülüyü qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin çıxarışından (i.v.30) görünür ki, Həsənov Şənlik Tarqulu oğluna məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin “xxxx” KB ASC-nin xeyrinə yüklülüyü qeydiyyata alınmışdır. İş materiallarında olan 31.10.2016-ci il tarixli pretenziyadan (i.v.52) görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə borcunu 10 təqvim günü müddətində tam ödəməsi xahiş olunmuş, əks təqdirdə borcun və onun üçün çəkilən xərclərin qaytarılması ilə əlaqədar Bankın iddia tələbi ilə məhkəməyə müraciət edəcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan olan Cavabdeh2 ilə iddiaçı «xxxx» KB ASC arasında bağlanmış 03.10.2014-cü il tarixli 92KD/14 saylı Zaminlik Müqaviləsindən (i.v.18) görünür ki, Zamin Borclunun Kredit Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyinin nəticəsində əmələ gələn faizlərin (dəbbə pulu), borc tutulması üzrə məhkəmə xərclərinin və bununla bağlı digər zərərin əvəzinin ödənilməsinə görə Kreditor qarşısında Borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertinin 29 dekabr 2017-ci il tarixli, 27559 saylı rəyindən (i.v.130) görünür ki, 01 oktyabr 2014-cü il tarixli 92KD/14 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh1 Tərqulu oğlunun 31.01.2017-ci il tarixə “xxxx” KB ASC-yə borcu 24073.53 ABŞ dolları əsas, 4846.22 ABŞ dolları faiz olmaqla, cəmi 28919.75 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına, o cümlədən ekspert rəyinə istinadən iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmiş, gəldiyi nəticəni də Mülki Məcəllənin 317, 319.1, 319.6, 385.1, 442, 443.1 445.1, 445.2, 445.2.1, 445.2.2, 448.1, 448.2, 449, 462.1, 467, 472.1, “İpoteka haqqında” Qanunun 33, 39.3.3 və 59-cu maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə düzgün istinad edərək əsas və faiz borcunun Cavabdeh1 tutulmalı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Çünki iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Mülki Məcəllə ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi Cavabdeh1 risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 24073.53 ABŞ dolları əsas, 4846.22 ABŞ dolları faiz olmaqla, cəmi 28919.75 ABŞ dolları pulun tutulmasını qət edərkən səhvə yol vermişdir. Belə ki, iddia tələbindən görünür ki, iddiaçı cavabdehlərdən kredit müqaviləsi üzrə 23.963,69 ABŞ dolları əsas, 4.576,62 ABŞ dolları faiz borcunun tutulmasını xahiş etsə də, məhkəmə ekspert rəyinə əsasən 24073.53 ABŞ dolları əsas, 4846.22 ABŞ dolları faiz borcunun tutulması nəticəsinə gəlməklə, iddia tələbindən kənara çıxmışdır. Halbuki Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Buna görə də ekspert rəyindən asılı olmayaraq, birinci instansiya məhkəməsi əsas və faiz borcuna münasibətdə iddia tələbi həddində qətnamə çıxarmalı idi. Borcun məbləğinə gəldikdə, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 29 dekabr 2017-ci il tarixli, 27559 saylı rəyindən görünür ki, 01 oktyabr 2014-cü il tarixli 92KD/14 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh1 Tərqulu oğlunun 31.01.2017-ci il tarixə “xxxx” KB ASC-yə borcu 24073.53 ABŞ dolları əsas, 4846.22 ABŞ dolları faiz olmaqla, cəmi 28919.75 ABŞ dolları təşkil edir. (i.v.130) Cavabdeh1 apelyasiya şikayətində borcun məbləğinin mübahisələndirdiyi və bununla da rəylə razı olmadığını bildirdiyi üçün məhkəmə kollegiyasının 21 noyabr 2018-ci il tarixli qərardadı ilə iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və ekspert qarşısında iddiaçının tələb etdiyi tarixə, yəni 06.01.2017-ci il tarixinə Cavabdeh1 nə qədər əsas, faiz və cərimə borcu olması barədə sual qoyulmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin 08 avqust 2019-ci il tarixli, 823 saylı rəyindən görünür ki, 01 oktyabr 2014-cü il tarixli 92KD/14 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh1 Tərqulu oğlunun 16 yanvar.2017-ci il tarixə “xxxx” KB ASC-yə borcu 24073.53 ABŞ dolları əsas, 4846.22 ABŞ dolları faiz olmaqla, cəmi 28919.75 ABŞ dolları təşkil edir. Göründüyü kimi, əlavə ekspert rəyində də Cavabdeh1 borcunun 24073.53 ABŞ dolları əsas, 4846.22 ABŞ dolları faiz olmaqla, cəmi 28919.75 ABŞ dolları olması təsdiqini tapmışdır. Ekspert rəyində əsas və faiz borcu daha yüksək hesablansa da, məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələbinə uyğun olaraq, belə nəticəyə gəlir ki, qətnamə əsas və faiz borcunun məbləği hissəsində dəyişdirilməli, cavabdehlərdən ödəniş gününün manat məzənnəsinə uyğun 23963,69 ABŞ dolları əsas, 4576.62 ABŞ dolları faiz olmaqla, cəmi 28540.31 ABŞ dolları pul tutulmalıdır. Eyni zamanda birinci instansiya məhkəməsi əsas borca görə cərimə borcunun tutulmasına dair iddia tələbini təmin edilməməsi hissəsində də gəldiyi nəticədə əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərf edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı, onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısını alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəlikləri lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, borcun Cavabdeh1la yanaşı digər cavabdeh Cavabdeh2 da tutulması barədə birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Hazırki iş üzrə zaminlik müqaviləsində borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminin Bank qarşısında məsuliyyəti tam olaraq öz üzərinə götürdüyü və Borclu ilə birlikdə Bank qarşısında məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borcun zamin kimi digər Cavabdeh2 tutulması qənaətinə gəlməkdə də haqlı olmuşdur. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin borcun qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanmaqla ödənilməsi barədə gəldiyi nəticə də əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, dövlət rüsumu kimi ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün xidmət haqqı kimi ödənilmiş 60 manat məbləğində pulun tutulması barədə də birinci instansiya məhkəməsi haqlı olmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa məhkəmə kollegiyası qətnamənin tələbin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.025 ha torpaq sahəsinə və Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakların açıq hərracda satılması və onların satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 03.10.2014-cü il tarixli 92KD/14-1 saylı əlavə kredit müqaviləsi üzrə borcununun ödənilməsi, “xxxx” KB ASC-yə ödənilməli olan kredit borcu və dövlət rüsumunun əvəzi ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdehlərə qaytarılması hissəsinə qiymət verərək qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəfə haqlı olmuşdur. Belə ki, iş materiallarında olan 03.10.2014-cü il tarixli 92KD/14-1 saylı əlavə kredit müqaviləsindən (i.v.15) görünür ki, bank Cavabdeh1 36 ay müddətinə, yəni 03.10.2017-ci il tarixədək illik 23 faizlə 32000 ABŞ dolları kredit vermişdir. Müqavilənin 5.1-ci bəndinə görə kreditin təminatı 01.10.2014-cü il tarixli 92KDİ/14-1 saylı əsas İpoteka Müqaviləsinə əsasən Cavabdeh1 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0517 ha torpaq sahəsidir. Eyni zamanda iş materiallarında olan 01.10.2014-cü il tarixli 92KDİ/14 saylı İpoteka Müqaviləsindən (i.v.20) görünür ki, Əsas Kredit Müqaviləsi və əlavə kredit müqavilələri üzrə Borcalanın öhdəliklərinin təminatı olaraq RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.0517 ha torpaq sahəsi “xxxx” Kommersiya Bankının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbin ödənilməsi üçün ipoteka predmetinə tutuma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsində də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı hesab edilir. Ona görə də məhkəmə işin faktiki hallarından və qeyd olunan qanunvericilik normalarından çıxış edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.025 ha torpaq sahəsinə və Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinə tutmanın yönəldilməsi, bu əmlakın hərracda satılması tələbinin də qanuni əsasları vardır və buna görə də həmin tələblər təmin olunmalıdır. Belə ki, “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə ediləcək pul vəsaiti hesabına hazırki iddia üzrə tələb olunan borcun ödənilməsi, satışdan və borcun ödənilməsindən sonra qalan məbləğin cavabdehlərə qaytarılması hissəsindədə əsaslıdır və məhkəmə haqlı olaraq iddianı qeyd edilən hissələrdə də təmin etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi sadalanan hissələrdə əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, ipoteka predmetlərinin ilkin satış qiyməti mübahisələndirilmmiş, bu səbəbdən də məhkəmə qərardadı əsasında ipoteka predmetinin likvid dəyəri də müəyyən edilmişdir.. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ipoteka predmetləri olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.025 ha torpaq sahəsinin ilkin satış qiymətinin 16.000 (on altı min) manat və Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin ilkin satış qiymətinin 17.000 (on yeddi min) manat məbləğində müəyyən etmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli, 01 saylı qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Göründüyü kimi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilsə də, onun likvid dəyəri müəyyən edilməmişdir. Məhkəmə kollegiyasının 09 mart 2021-ci il tarixli, 2(105)1067/2021 saylı qərardadı ilə ipoteka predmeti olan əmlakın likvid dəyərinin müəyyən edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “B+Ş AUDİT” Konsaltinq MMC-nin 19.04.2021-ci il tarixli, A-01/23 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.025 ha torpaq sahəsinin orta bazar dəyəri 11250 manat, likvid dəyəri 10000 manatdır. İş materiallarına əlavə edilmiş “B+Ş AUDİT” Konsaltinq MMC-nin 19.04.2021-ci il tarixli, A-01/24 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin orta bazar dəyəri 13250 manat, likvid dəyəri 12000 manatdır. Buna görə də məhkəmə kollegiyası ekspert rəyinə əsaslanaraq, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsini qətnaməsi ipoteka predmetləri olan Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.025 ha torpaq sahəsinin ilkin satış qiymətinin 16.000 (on altı min) manat və Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin ilkin satış qiymətinin 17.000 (on yeddi min) manat məbləğində müəyyən edilməsi hissəsində dəyişdirilməli, ipoteka predmetlərin likvid dəyəri müvafiq olaraq 10000 və 12000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbində kredit müqaviləsi üzrə borc məbləğinin cavabdehlər Cavabdeh1 və Mirişov Firudin Şahverdi oğlundan müştərək qaydada tutulması xahiş edilsə də, birinci instansiya məhkəməsi tələb olmadığı halda müqavilə üzrə borc məbləğinin cavabdeh Həsənov Şənlik Tarqulu oğlundan tutulması qənaətinə gəlmişdir ki, məhkəmə kollegiyası qeyd edilən nəticəni düzgün hesab etmir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Buna görə də ekspert rəyindən asılı olmayaraq, birinci instansiya məhkəməsi əsas və faiz borcuna münasibətdə iddia tələbi həddində qətnamə çıxarmalı idi. Göründüyü kimi, iddia tələbində borcun cavabdeh Həsənov Şənlik Tarqulu oğlundan tutulması xahiş edilməsə də, məhkəmə iddia tələbindən kənara çıxaraq borcun digər cavabdehlərlə birlikdə ondan da tutulması qənaətinə gəlməkdə qanunvericilik tələblərini pozmuşdur. Bu da Mülki-Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. İş üzrə aparılmış mühasibatlıq ekspertizalarının dəyəri olaraq, ümumilikdə 250 (iki yüz) manat pul Cavabdeh1 alınaraq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilməli, tikintitexniki ekspertizasına görə 600 (altı yüz) manat pulun 200 (iki yüz) manatı iddiaçı “xxxx” KB ASC-dən, 400 (dörd yüz) manatı Cavabdeh1 alınaraq dövlət büdcəsinə aşağıdakı: “xxxx” MMC, Paşa Bank ASC, Cari hesab: AZ53PAHA********************, VÖEN: ********** saylı hesaba keçirilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətləri qismən təmin edilməli, Abşeron rayon Məhkəməsinin 23 fevral 2018-cı il tarixli, 2(012)-800/2018 saylı qətnaməsi Cavabdeh1, Cavabdeh2 24073.53 ABŞ dolları əsas, 4846.22 ABŞ dolları faiz olmaqla, cəmi 28919.75 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində kredit borcunun tutulması, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.025 ha torpaq sahəsinin ilkin satış qiymətinin 16.000 (on altı min) manat və Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin ilkin satış qiymətinin 17.000 (on yeddi min) manat məbləğində müəyyən edilməsi hissələrində dəyişdirilməli, Cavabdeh1 və Cavabdeh2 ödəniş gününün manat məzənnəsinə uyğun 23963,69 (iyirmi üç min doqquz yüz altımış üç dollar altımış doqquz sent) ABŞ dolları əsas, 4576.62 (dörd min beş yüz yetmiş altı dollar altımış iki sent) ABŞ dolları faiz olmaqla, cəmi 28540.31 (cəmi iyirmi səkkiz min beş yüz qırx dollar otuz bir sent) ABŞ dolları pul tutulmalı, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.025 ha torpaq sahəsinin likvid dəyəri 10000 (on min) manat, Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin likvid dəyəri 12000 (on iki ) manat müəyyən edilməli, qətnamə kredit müqaviləsi üzrə borcun Cavabdeh3 tutulması hissəsində ləğv edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 384.0.2, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Apelyasiya şikayətləri qismən təmin olunsun. Abşeron Rayon Məhkəməsinin 23 fevral 2018-cı il tarixli, 2(012)-800/2018 saylı qətnaməsi Cavabdeh1, Cavabdeh2 24073.53 ABŞ dolları əsas, 4846.22 ABŞ dolları faiz olmaqla, cəmi 28919.75 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq) məbləğində kredit borcunun tutulması, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.025 ha torpaq sahəsinin ilkin satış qiymətinin 16.000 (on altı min) manat və Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin ilkin satış qiymətinin 17.000 (on yeddi min) manat məbləğində müəyyən edilməsi hissələrində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödəniş gününün manat məzənnəsinə uyğun 23963,69 (iyirmi üç min doqquz yüz altımış üç dollar altımış doqquz sent) ABŞ dolları əsas, 4576.62 (dörd min beş yüz yetmiş altı dollar altımış iki sent) ABŞ dolları faiz olmaqla, cəmi 28540.31 (cəmi iyirmi səkkiz min beş yüz qırx dollar otuz bir sent) ABŞ dolları pul tutulsun. Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.025 ha torpaq sahəsinin likvid dəyəri 10000 (on min) manat, Cavabdeh3 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0.03 ha torpaq sahəsinin likvid dəyəri 12000 (on iki ) manat müəyyən edilsin. Qətnamə kredit müqaviləsi üzrə borcun Cavabdeh3 tutulması hissəsində ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Mühasibatlıq ekspertizalarının dəyəri olaraq, ümumilikdə 250 (iki yüz) manat pul Cavabdeh1 alınaraq aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba keçirilsin. Tikinti-texniki ekspertizasına görə 600 (altı yüz) manat pulun 200 (iki yüz) manatı iddiaçı “xxxx” KB ASC-dən, 400 (dörd yüz) manatı Cavabdeh1 alınaraq dövlət büdcəsinə aşağıdakı: “xxxx” MMC, Paşa Bank ASC, Cari hesab: AZ53PAHA********************, VÖEN: ********** saylı hesaba keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1067/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1067/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver