Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1069/2024 04.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-4244/2023 nömrəli, 17 aprel 2024-cü il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia ərizəsinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-5601/2021 nömrəli qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh dövlət rüsumuna görə 34.4 manat pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi, alimentin dəyişdirilmiş miqdarının qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulması qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli qərardadına əsasən Cavabdeh Abşeron rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(012)-4244/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə vermişdir. Abşeron Rayon Məhkəməsinin 05 aprel 2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 28 mart 2024-cü il tarixli, 2(012)-4244/2023 nömrəli qərardadının ləğv edilməsi, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Abşeron rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(012)-4244/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpasına dair ərizəyə baxışın xx.xx.2024cü il tarixə, saat 15:50-yə təyin edilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli qərardadı ilə müddətin bərpasından imtina edilməsi, Abşeron Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli, 2(012)-4244/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə Cavabdeh verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 01 may 2024-cü il tarixli qərardadı ilə Abşeron rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli, 2(012)-4244/2023 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət əsassız hesab edilərək təmin edilməsin və baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(012)-5601/2021 nömrəli qətnaməsi ilə uşaq üçün təyin olunmuş hər ay qazancının (və ya başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında alimentin artırılaraq, birgə nikahlarından dünyaya gəlmiş xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq onun xeyirinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Qasımov X3 Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya şikayəti verilərkən buraxılmış müddətin bərpası haqqında ərizə verilmişdir və ərizədə onun qətnamə çıxarılması barədə məlumatının olmadığını, icradan gələn sms bildirişi vasitəsilə qətnamə çıxarıldığını öyrəndiyini bildirmişdir. Qətnamənin çıxarılması barədə məlumat əldə etdikdən sonra apellyasiya şikayəti verdiyini bildirmişdir. O İİ qrup əlil olduğunu, elektron kabinetdən istifadə etmədiyini qeyd etmişdir. Məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini ərizədə göstərilən xüsusatların müddətin bərpa edilməsinə əsas olmaması ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 133.2. maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərəsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edilməsi barədə qeyd etdiyi hallar əsaslı olmadığından və bu barədə sübut təqdim etmədiyindən ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 17 aprel 2024-cü il tarixli və onunla bağlı 01 may 2024-cü il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1069/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1069/2024
04.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver