Məhkəmə qərarları › İş №2(105)-1071/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1071/2021

18.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1071/2021 18.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-220/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-220/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rahim Həsənov) İddiaçı Cavabdeh qarşı ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, cavabdeh X2 İddiaçı sahibliyində olan “Mersedes Benz” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi olaraq 914 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək yol-nəqliyyat hadisəsi nəticəsində maddi ziyana görə 914 manat məbləğində pulun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdeh X2 tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X9 verdiyi AD 488052 nömrəli, xx xxx 2019-cu il tarixli texniki pasporta əsasən **-OS-*** dövlət nömrə nişanlı avtomaşın xx.xx.2019-cu il tarixli, 7E-4987 nömrəli etibarnaməyə əsasən ona məxsusdur. Cavabdeh xx.xx.2019-cu il tarixdə, saat 08:10 radələrində Quba-İspik-Xınalıq yolu ərazisində yerləşən evdə özünə məxsus iribuynuzlu mal qaranı sahibsiz buraxmış və nəticədə həmin iribuynuzlu heyvan onun idarə etdiyi “Mersedes Benz” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hərəkət istiqamətinə çıxaraq yol nəqliyyat hadisəsi törətmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(027)-627/2019 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1 və 338.7-ci maddələri ilə təqsirli bilinərək 90 manat məbləğində cərimə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(105)-369/2019 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1 və 338.7-ci maddələri ilə təqsirli bilinib 90 manat məbləğində cərimə edilməsinə dair Quba Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.5.1-ci maddəsinə dair müddəaların Cavabdeh barəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və məhkəmə qərarının əsaslandırma hissəsindən xaric edilməsi və Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib barəsində 80 manat məbləğində cərimə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati xəta haqqında iş üzrə inzibati tənbeh edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(105)-369/2019 saylı qərarı qanuni qüvvəyə minmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomaşınına 914 manat məbləğində maddi zərər dəymişdir. Qeyd olunan maddi ziyanın məbləğinin 914 manat olması “xxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, 1515 nömrəli ziyan aktında öz əksini tapmışdır. Ziyanın ödənilməsini tələb etsə də, Cavabdeh ona dəymiş ziyanı ödəməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə razılaşmır, qətnamə maddi və prosessual hüquq normalarının kobud şəkildə pozulması ilə çıxarıldığından ləğv edilməlidir. Belə ki, Quba Rayon Məhkəməsində mülki işə baxılarkən Rusiya Federasiyasında olmuş və pandemiya ilə əlaqədar Azərbaycan Respublikasına gələ bilməmişdir. O, Azərbaycana qayıtdıqdan sonra Quba rayon İcra və probasiya şöbəsinə dəvət edilərək məhkəmə qətnaməsinə əsasən zərər çəkən tərəfə 914 manat ödəməli olması bildirilmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxmış, avtomobil təmir sexinin zərərlə əlaqədar verildiyi rəyinə əsasən ekspertiza təyin etmədən və işin faktiki hallarını tam və obyektiv araşdırmadan ədalətsiz və qanunsuz qətnamə çıxarmışdır. Avtomobilə 450 manata yaxın zərər dəymişdir və buna görə də qeyd edilən rəylə razı deyildir. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin qismən ləğv edilməsi və iddia tələbinin 450 manat hissəsində təmin edilməsi barədə yeni qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, 914 manat məbləğində pulu birdəfəlik ödəməyə maddi imkanı yoxdur, həmin məbləği hissə-hissə, yəni hər ay 50 manat olmaqla ödəməyə razıdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin qismən ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan AD seriyalı, 488052 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X3r. İş materiallarında olan Quba regional “Asan xidmət” mərkəzində notariat ofisinin xx xxx 2019-cu il tarixdə təsdiq edilərək 7E-4987 sayla reyestrdə qeydə alınmış etibarnamənin surətindən görünür ki, X5 “Mercedes Benz” minik markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi və bu etibarnamə üzrə səlahiyyətin başqa şəxsə verilməsi hüququ ilə xx xxx 2029-cu il tarixədək İddiaçı etibar etmişdir. İş materiallarında olan “xxxx” MMC-nin 1515 saylı, xx xxxx 2019-cu il tarixli ziyan aktından görünür ki, “Mercedes Benz” markalı, **-OS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş, yol-nəqliyyat hadisəsi nəticəsində yararsız hala düşmüş hissələrin təmir-bərpa xərci 914 manat təşkil edir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 3(027)-627/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, X6 Azərbaycan Respublikası İXM-nin 338.5.1 və 338.7-ci maddələri ilə təqsirli bilinib 90 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-369/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarının surətindən görünür ki, X4 Azərbaycan Respublikası İXMnin 338.5.1 və 338.7-ci maddələri ilə təqsirli bilinib 90 manat məbləğində cərimə edilməsinə dair Quba Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı dəyişdirilmiş, Azərbaycan Respublikası İXM-nin 338.5.1-ci maddəsinə dair müddəalar Cavabdeh barəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və məhkəmə qərarının əsaslandırma hissəsindən xaric edilmiş, X6 Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1110-cu maddəsinə görə heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh öz heyvanını yolda nəzarətsiz qoyması nəticəsində yol nəqliyyat hadisəsi baş vermiş və iddiaçının sahibliyində və istifadəsində olan “Mercedes Benz” markalı, **-OS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 914 manat məbləğində ziyan dəymişdir. Cavabdehin həmin yol nəqliyyat hadisəsində təqsirli olması Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)-369/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərarı ilə də təsdiq olunur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, iş üzrə birinci instansiya məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Cavabdeh apellyasiya şikayətində məhkəmə qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini göstərsə də, bunun nədə ifadə olunduğunu konkret qeyd etmədiyindən məhkəmə kollegiyası onun bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmamışdır. Cavabdeh apellyasiya şikayətində məhkəmənin işə onun iştirakı olmadan baxdığını göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh 24 sentyabr və xx xxxxxxx 20219-cu il tarixdə keçirilən məhkəmə iclaslarında iştirak etmiş, xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə mobil telefon nömrəsinə SMS-lə çatdırılmış məhkəmə bildirişi vasitəsilə xəbərdar edilmişdir. Azərbaycan Respublikası MPM-nin 135.7-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, iddiaçı cavabdehdən 914 manat tələb edir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İs üzrə Quba Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(027)-220/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən:Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar