Məhkəmə qərarları › İş №2(105)-1077/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1077/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1077/2024 11.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 103.000 (bir yüz üç min) manat pulun, 435 manat dövlət rüsumunun və 900 manat hüquqi yardıma görə ödənilmiş xərc olmaqla, ümumilikdə 104,335 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 nömrəli qətnaməsi ilə (hakim Rahim Həsənov) iddia qismən təmin edilərək Cavabdeh 103.000 manat məbləğində pulun, 435 manat dövlət rüsumunun və hüquqi yardımla bağlı ödənilmiş 900 manat məbləğində pulun yarısının, yəni 450 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə vermişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 nömrəli qərardadı ilə Cavabdeh Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)- 141/2024 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi təmin edilmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin buraxılması səbəbi üzürlü hesab edilərək prosessual müddət bərpa edilmiş, apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2024-cü il tarixli, 2(105)-1077/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmiş və məhkəmə baxışına təyin edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən Quba Rayon Məhkəməsinin 14 may 2024-cü tarixli məktubu məhkəməyə daxil olmuşdur. Məktubun məzmunundan görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən şikayət verilmişdir və bu səbəbdən mülki iş geri tələb olunur. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən digər işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2024-cü il tarixli, 2(105)- 1077/2024 nömrəli qərardadı ləğv edilməli və Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün iş Quba Rayon Məhkəməsinin 14 may 2024-cü tarixli sorğusu əsasında məhkəmə baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 269 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(027)-141/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2024cü il tarixli, 2(105)-1077/2024 nömrəli qərardadı ləğv edilsin və mülki iş məhkəmə baxışından çıxarılaraq Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar