Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-108/2020 12.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X11 və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi X3 iştirakı ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-5990/2018 saylı qətnaməsindən cavabdehlər Cavabdeh və X6 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-5990/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Təranə Mahmudova) İddiaçı X8 açıq səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh, X12, X15 və X13 qarşı borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh və X4 müştərək qaydada 14575,49 ABŞ dolları əsas, 6982,80 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 21658,29 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun İddiaçı X8 açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması, tələbin X6 mülkiyyətində olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 2 otaqlı, 48,4 kv.m ümumi, 30,1 kv.m yaşayış sahəsindən ibarət 2 nömrəli evin 8 nömrəli mənzilinə yönəldilməsi, ipoteka predmeti olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 2 otaqlı, 48,4 kv.m ümumi, 30,1 kv.m yaşayış sahəsindən ibarət 2 nömrəli evin 8 nömrəli mənzilinin ilkin satış qiymətinin 32000 manat müəyyən edilməsi, ipotekaya qoyulmuş Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən, 2 otaqlı, 48,4 kv.m ümumi, 30,1 kv.m yaşayış sahəsindən ibarət 2 nömrəli evin 8 nömrəli mənzilinin açıq hərrac vasitəsi ilə satılması və satışdan əldə olunan məbləğdən 21658,29 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun İddiaçı X8 açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi, qalan məbləğin cavabdeh X12 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 60 manat məbləğində pulun Cavabdeh və X4 müştərək qaydada İddiaçı X8 açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması qət edilmiş, cavabdehlər Cavabdeh və X16 qətnamədən apellyasiya şikayəti vermişlər. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, xx xxx 2018-ci il tarixdə İddiaçı X8 açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh və X4 müştərək qaydada İddiaçı X8 açıq səhmdar cəmiyyətinin xeyrinə xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 14575,49 ABŞ dolları əsas, 6982,8 ABŞ dolları faiz borcu və 1368,13 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 22926,42 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın X12 məxsus olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 2 otaqlı, 48,4 kv.m ümumi, 30,1 kv.m yaşayış sahəsindən ibarət 2 nömrəli evin 8 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 2 otaqlı, 48,4 kv.m ümumi, 30,1 kv.m yaşayış sahəsindən ibarət 2 nömrəli evin 8 nömrəli mənzilinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı X8 açıq səhmdar cəmiyyətinə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X12 məxsus olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 2 otaqlı, 48,4 kv.m ümumi, 30,1 kv.m yaşayış sahəsindən ibarət 2 nömrəli evin 8 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh, X6, X14, X7 Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 2 otaqlı, 48,4 kv.m ümumi, 30,1 kv.m yaşayış sahəsindən ibarət 2 nömrəli evin 8 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh, X6, X14 və X7 həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, 2015-ci il 27 aprel tarixli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı X8 açıq səhmdar cəmiyyətinin “Sumqayıt” filialından illik 22 faizlə 36 ay müddətinə 17.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq X6 mülkiyyətindəki Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 2 otaqlı, 48,4 kv.m ümumi, 30,1 kv.m yaşayış sahəsindən ibarət 2 nömrəli evin 8 nömrəli mənzili 2015-ci il 27 aprel tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. X16 ilə 2015-ci il 27 aprel tarixli zaminlik müqaviləsi də bağlanmışdır. 2018-ci ilin mayın 16-dək Cavabdeh 2015-ci il 27 aprel tarixli kredit müqaviləsi üzrə banka 14.575,49 ABŞ dolları əsas, 6982,8 ABŞ dolları faiz, 1368,13 ABŞ dolları cərimə borcu olmaqla, ümumillikdə cəmi 22.926,42 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdehlər Cavabdeh və X16 apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, qətnaməni əsassız, qanuna zidd və qeyri obyektiv hesab edirlər. Belə ki, Cavabdeh xx xxxxx 2015-ci il tarixdə İddiaçı X8 açıq səhmdar cəmiyyəti ilə 4-M-4-0-181-15 saylı kredit müqaviləsi bağlamışdır. Kredit müqaviləsinə əsasən Cavabdeh illik 22% olmaqla 36 ay müddətinə 17000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq xx xxxxx 2015-ci il tarixdə X16 ilə bank arasında ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsinə əsasən X6 mülkiyyətində olan Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 2 nömrəli evin 8 nömrəli mənzili 32.000 manat məbləğində qiymətləndirilmiş və bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh bankdan götürdüyü 17000 ABŞ dolları məbləğində kreditdən 7000 ABŞ dolları məbləğində ödəniş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləmədən, Cavabdeh ödəmiş olduğu məbləği nəzərə almadan əsassız qətnamə qəbul etmişdir. Məhkəmə borc məbləğinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin etməli olduğu halda, bunların heç birini etməmiş və bununla da onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşdur. Qətnaməyə əsasən Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 2 nömrəli evin 8 nömrəli mənzilinin ilkin satış qiyməti 32000 manat məbləğində müəyyən edilmişdir. Bununla da məhkəmə bir daha öz qərəzli mövqeyini açıq şəkildə biruzə vermişdir. Belə ki, ipoteka predmeti olan mənzil 2015-ci ildə kredit verilərkən 32000 manat məbləğində qiymətləndirilmişdir. Bu günki gün daşınmaz əmlak bazarında mənzillərin qiyməti 2015-ci il tarixdə olan qiymətlərdən yuxarıdır. Lakin məhkəmə bunu da nəzərə almamış, heç bir ekspertiza təyin etmədən ipoteka predmeti olan mənzilin ilkin satış qiymətini ipoteka müqaviləsinə əsasən 32000 manat məbləğində müəyyən etmiş və bununla da X1 hüquqlarını kobud şəkildə pozmuşdur. Cavabdehlər Cavabdeh və X16 apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. xx xxxxxx 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh, X16, X18 və X17 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə qismən, əsas və faiz borcuna, ipoteka predmetinin ilkin satış qiymətinə aid hissələrdə dəyişiklik edilməli, qalan hissələrdə qətnamə cavabdehlərin apellyasiya şikayəti üzrə iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan İddiaçı X8 açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 4-M-4-0-181-15 saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı X8 açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 22 faiz ödənilməklə 1700 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı X8 açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh və X16 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 4-M-4-0-181-15 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, İddiaçı X8 açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 4-M-4-0-181-15 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün zamin kimi X16 məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı X8 açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə X16 arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 4-M-4-0-181-15 saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı X8 açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 4-M-4-0-181-15 saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə ayrılmış 17000 ABŞ dolları məbləğində veriləcək kreditin və ona hesablanmış faizlərin, habelə qanunvericilikdə və bu müqavilələr ilə nəzərdə tutulmuş digər ödənişlərin qaytarılmasının təminatı kimi X12 məxsus Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 2 nömrəli evin 2 otaqlı, 48,4 kv.m ümumi, 30,1 kv.m yaşayış sahəsindən ibarət 8 nömrəli mənzili ipoteka ilə yüklü edilmiş, mənzil 32000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 2 nömrəli evin 8 nömrəli mənzili xüsusi mülkiyyət hüququ əsasında X6 adına xx xxxxxx 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 258 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X12 məxsus Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 2 nömrəli evin 8 nömrəli mənzilinin ipoteka ilə yüklü edilməsi xx xxxxx 2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 258 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli ödəniş qrafikindən görünür ki, "İddiaçı” X8 açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 4-M-4-0-181-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh həmin tarixə borcu 15477,33 ABŞ dolları təşkil etmiş, güzəşt müddəti 3 ay müəyyən edilməklə yeni qrafik tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli ödəniş qrafikindən görünür ki, İddiaçı X8 açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 4-M-4-0-181-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh həmin tarixə borcu 14676,49 ABŞ dolları təşkil etmiş, güzəşt müddəti 2 ay müəyyən edilməklə yeni qrafik tərtib edilmişdir. İş materiallarında olan İddiaçı X8 açıq səhmdar cəmiyyətinin maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxx 2015-ci il tarixli, 4-M-4-0-181-15 saylı kredit müqaviləsi üzrə xx xxx 2018-ci il tarixə olan əsas borcu 14575,49 ABŞ dolları, faiz borcu 6982,8 ABŞ dolları və cərimə borcu 1368,13 ABŞ dolları, cəmi borcu 22926,42 ABŞ dolları təşkil edir. İş materiallarında olan İddiaçı X8 açıq səhmdar cəmiyyətinin xx xxxxx 2018-ci il tarixli bildirişinin surətindən görünür ki, X16 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin elektron portalından çıxarışdan görünür ki, İddiaçı X8 açıq səhmdar cəmiyyətinin xx xxxxx 2018-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişi xx xxx 2018-ci il tarixdə qeydə alınmışdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 10898 saylı, xx xxxxxx 2019-cu il tarixli rəyindən görünür ki, Cavabdeh tərəfindən İddiaçı X8 açıq səhmdar cəmiyyətindən alınmış kredit vəsaiti üzrə xx xxxxx 2018-ci il tarixə (müqavilə müddətinin qüvvədə olduğu tarixədək) banka ödənilməli olan borcu 16,356,69 ABŞ dolları, o cümlədən əsas kredit borcu 11296,52 ABŞ dolları, faiz borcu 5060,17 ABŞ dolları məbləğində müəyyən edilir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxx 2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, X12 məxsus Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 2 nömrəli evin 8 nömrəli mənzilinin bazar dəyəri 48000 manat təşkil edir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, X12 məxsus Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 2 nömrəli evin 8 nömrəli mənzilinin xx xxxxxxx 2020-ci il tarixə bazar dəyəri 39000 manat, likvid dəyəri 34000-35000 manat təşkil edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş üzrə araşdırılmış sübutlardan görünür ki, İddiaçı X8 açıq səhmdar cəmiyyətinin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 4-M-4-0-181-15 saylı kredit müqaviləsinə əsasən İddiaçı X8 açıq səhmdar cəmiyyəti tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 22 faiz ödənilməklə 1700 ABŞ dolları məbləğində kredit verilmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 10898 saylı, xx xxxxxx 2019-cu il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən İddiaçı X8 açıq səhmdar cəmiyyətindən alınmış kredit vəsaiti üzrə xx xxxxx 2018-ci il tarixə (müqavilə müddətinin qüvvədə olduğu tarixədək) banka ödənilməli olan borcu 16,356,69 ABŞ dolları, o cümlədən əsas kredit borcu 11296,52 ABŞ dolları, faiz borcu 5060,17 ABŞ dolları təşkil edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə əsas və faiz borc məbləğlərinə aid hissələrdə dəyişiklik edilməli, cavabdehlər Cavabdeh və X4 müştərək qaydada İddiaçı X8 açıq səhmdar cəmiyyətinin xeyrinə 11296,52 ABŞ dolları əsas və 5060,17 ABŞ dolları faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2.faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4.ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1, 34.1.1, 34.1.2-ci maddələrinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və sair hallarda yaranır. “İpoteka haqqında” qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun 3-cü maddəsinə əsasən qiymətləndirilməsi mülki qanunvericiliklə nəzərdə tutulan və ya sifarişçi tərəfindən zəruri hesab edilən hər cür əmlak, qiymətləndirmə fəaliyyətinin obyektidir. Həmin Qanunun 5-ci maddəsinin 7 və 8-ci bəndlərində göstərilir ki, məhkəmə hökmünün və ya qərarının təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda (bu halda qiymətləndirmə əmlakın mülkiyyətçisi olan şəxslərin sifarişi ilə qiymətləndirici tərəfindən və ya qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır); etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 6-cı maddəsinin 2-ci hissəsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş hallarda obyektin qiymətləndirilməsi məhkəmənin ekspertizası haqqında, o cümlədən təkrar ekspertiza haqqında qərarı əsasında da aparıla bilər. Belə hallarda məhkəmə qiymətləndirici seçməkdə tam müstəqildir. “İpoteka haqqında” qanunun 1.0.9-cu maddəsinə görə ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli qiymətləndirmə hesabatı ilə müəyyən edilir ki, X12 məxsus Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 2 nömrəli evin 8 nömrəli mənzilinin xx xxxxxxx 2020-ci il tarixə bazar dəyəri 39000 manat, likvid dəyəri 34000-35000 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, X12 məxsus Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 2 nömrəli evin 8 nömrəli mənzilinin açıq hərracda ilkin satış qiymətinə aid hissədə birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişklik edilməli, həmin mənzilin açıq hərracda ilkin satış qiyməti 35000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehlərin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxsin izahatı, apellyasiya şikayətinin dəlilləri və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitinin ödənilməsini gecikdirməklə ondan faydalandığından, cavabdehlərdən 100 ABŞ dolları cərimə borcunun İddiaçı X8 açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması, tələbin X6 mülkiyyətində olan Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 2 nömrəli evin 2 otaqlı, 48,4 kv.m ümumi, 30,1 kv.m yaşayış sahəsindən ibarət 8 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsi ilə satılması və satışdan əldə olunan məbləğdən borcun İddiaçı X8 açıq səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi, qalan məbləğin cavabdeh X12 qaytarılması, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı olmaqla, cəmi 60 manat məbləğində pulun Cavabdeh və X4 müştərək qaydada İddiaçı X8 açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Çünki dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu, öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə uyğun olmaz. Ona görə də məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cərimənin miqdarını tənasübsüz surətdə yüksək kimi qiymətləndirərək həmin məbləği azaltmışdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdikləri digər dəlilləri əsassız hesab edir. İş üzrə iddiaçı və digər cavabdehlər məhkəmə qətnaməsindən apellyasiya şikayətləri verməmiş, qətnaməni mübahisələndirməmişlər. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə qismən, əsas və faiz borcuna, ipoteka predmetinin ilkin satış qiymətinə aid hissələrdə dəyişiklik edilməli, qalan hissələrdə qətnamə cavabdehlərin apellyasiya şikayəti üzrə iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 manat cavabdehlər Cavabdeh və X4 müştərək qaydada tutularaq tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 350 manat cavabdehlər Cavabdeh və X4 müştərək qaydada tutularaq “S-X10 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin hesablaşma hesabı AZ 06AİİB********************, VÖEN:**********, “Kapital bank ASC Sumqayıt filialı, bank kodu 200253, müxbir hesabı AZ37NABZ0135001**********1944, bank VÖEN:**********, SWİFT AİİBAZ2X hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh və X6 apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(060)-5990/2018 saylı qətnaməsinə əsas və faiz borclarına, ipoteka predmetinin ilkin satış qiymətinə aid hissələrdə dəyişiklik edilsin. Cavabdehlər Cavabdeh və X4 müştərək qaydada iddiaçı “Yelo Bank” açıq səhmdar cəmiyyətinin (İddiaçı X8 açıq səhmdar cəmiyyətinin) xeyrinə 11296,52 (on bir min iki yüz doxsan altı ABŞ dolları 52 sent) ABŞ dolları əsas və 5060,17 (beş min altmış ABŞ dolları 17 sent) ABŞ dolları faiz borcu (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) tutulsun. X12 məxsus Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Səttar Bəhlulzadə küçəsində yerləşən 2 nömrəli evin 8 nömrəli mənzilinin açıq hərracda ilkin satış qiyməti 35000 (otuz beş min) manat müəyyən edilsin. Qalan hissələrdə qətnamə cavabdehlər Cavabdeh və X6 apellyasiya şikayəti üzrə iddianın təmin edilmiş hissələrində dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 (bir yüz qırx beş) manat cavabdehlər Cavabdeh və X4 müştərək qaydada tutularaq tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 350 (üç yüz əlli) manat cavabdehlər Cavabdeh və X4 müştərək qaydada tutularaq “S-X10 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin hesablaşma hesabı AZ 06AİİB********************, VÖEN:**********, “Kapital bank ASC Sumqayıt filialı, bank kodu 200253, müxbir hesabı AZ37NABZ0135001**********1944, bank VÖEN:**********, SWİFT AİİBAZ2X hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-108/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-108/2020
12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver