Məhkəmə qərarları › İş №2(105)-108/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-108/2022

17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-108/2022 17.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə açıq məhkəmə iclasında, Xaçmaz Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(067)-10/2018 saylı qətnaməsindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayətlərinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(067)-10/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rövşən Xəlilov) iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və "xxxx" qapalı səhmdar cəmiyyətinə qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə iddianın qismən təmin edilməsi, Cavabdeh1 220000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinə verilməsi, tutmanın "xxxx" qapalı səhmdar cəmiyyətinə (“AER” firması) məxsus Sumqayıt şəhəri avtovağzal ərazisində icarəsində olan 0,1580 ha torpaq sahəsində yerləşən 2 girişli, 141,84 kv.metr ümumi, 73,36 kv.metr əsas, 68,48 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına (mağaza) yönəldilməsi, əmlakın 457800 manat bazar dəyərində qiymətləndirilməsi, Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, X5ndə istifadədə olan 0,34627 ha torpaq sahəsində yerləşən 21 nömrəli binanın 1-ci mərtəbəsində 1413,3 kv.metr ümumi, 877,1 kv.metr əsas, 536,2 kv.metr köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) yönəldilməsi, əmlakın ******* manat bazar dəyərində qiymətləndirilməsi, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,16 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 6 otaqlı, 181,02 kv.metr yaşayış, 155,82 kv.metr köməkçi sahədən ibarət B-4709 nömrəli bağ evinə, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən B-4710 nömrəli bağ sahəsinə yönəldilməsi, əmlakların 246400 manat dəyərində qiymətləndirilməsi, "xxxx" qapalı səhmdar cəmiyyətinə (“AER” firması) məxsus Bakı şəhəri, Xətai rayonu, X5ndə istifadədə olan 0,34627 ha torpaq sahəsində yerləşən 21 nömrəli binanın zirzəmisində 331,8 kv.metr ümumi, 331,8 kv.metr əsas sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməsi, əmlakın 370000 manat bazar dəyərində qiymətləndirilməsi, Cavabdeh1 məxsus Xaçmaz rayonu, Palçıq oba kəndində mülkiyyətində olan 1,854496 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus Xaçmaz rayonu, Yeni-Sudur kəndində mülkiyyətində olan 2,536391 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus Xaçmaz rayonu, Palçıq oba kəndində mülkiyyətində olan 1,73 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus Xaçmaz rayonu, Pirqulu oba kəndində mülkiyyətində olan 5,36 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus Xaçmaz rayonu, Yeni-Sudur kəndində mülkiyyətində olan 1,76 ha torpaq sahəsinə yönəldilməsi, əmlakların 540160 manat dəyərində qiymətləndirilməsi, Cavabdeh1 məxsus olan ünvan 5ində yerləşən ümumi sahəsi 3,320997 ha olan torpaq sahəsinə yönəldilməsi, əmlak 132200 manat dəyərində qiymətləndirilməsi, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi ev 45, mərtəbə 9, Lider MTK-da 145,25 kv.metr mənzilə yönəldilməsi, əmlakın 130000 manat bazar dəyərində qiymətləndirilməsi, həmin əmlakların açıq hərracdan satılmalı və borcun əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, qət edilmiş, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti və cavabdehlər qətnamədən apellyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 mart 2020-ci il tarixli, 2(105)-48/2020 saylı qətnaməsi ilə iddiaçının nümayəndəsi X2 və cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və "xxxx" qapalı səhmdar cəmiyyətinin direktoru Adilə Əhmədovanın apellyasiya şikayəti qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin bu iş üzrə 04 may 2018-ci il tarixli, 2(067)-10/2018 saylı qətnaməsi qismən ləğv edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh1 182911,83 qəpik məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ləğv prosesində olan İddiaçı Açıq səhmdar Cəmiyyətinə verilməsi, tutmanın Cavabdeh1 məxsus bazar qiyməti 60000 manat olan Xaçmaz rayonu, Yeni-Sudur kəndində mülkiyyətində olan 2,536391 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus Xaçmaz rayonu, Palçıq oba kəndində mülkiyyətində olan bazar qiyməti 110000 manat olan 1,73 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus ünvan 3ində mülkiyyətində olan ümumi bazar dəyəri 70000 manat olan 1,76 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı açıq səhmdar cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli, 2(102)-17/2021 saylı qərarı ilə iddiaçı ləğv prosesində olan olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-48/2020 nömrəli iş üzrə 16 mart 2020-ci il tarixli qətnaməsi ipoteka və girov predmetlərinə tutma yönəldilməsi tələbinin təmin olunmaması hissəsində ləğv olunmuş və iş həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılmış, qətnamənin iddianın təmin olunmayan qalan hissəsində və ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, 23.10.2015-ci il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh1 cəmiyyətin xeyrinə 2012-ci il 03 oktyabr tarixli kredit müqaviləsi üzrə ******* manat əsas borc, 98335,30 manat faiz borcu olmaqla ümumilikdə, cəmi 1098335,30 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, həmçinin 17 avqust 2015-ci il tarixdən borc öhdəliklərinin tam şəkildə icra olunması gününədək hər gün üçün 166,67 manat məbləğində gündəlik faiz borcunun hesablanaraq ödənilməsi, tutmanın “AER” firmasının mülkiyyətindəki Sumqayıt şəhəri, Avtovağzal ərazisində yerləşən, 141.84 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binası (mağaza), Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, X5 21 ünvanında yerləşən 25 saylı təsərrüfat malları mağazası, Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0,16 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 336.84 kv.m olan B-4709 nömrəli bağ evi, Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, Novxanı bağ massivi, ümumi sahəsi 0,12 ha olan B-4710 nömrəli torpaq sahəsi, “AER” firmasının mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, X5ndə yerləşən, 21 saylı qeyri yaşayış sahəsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 2i ünvanında yerləşən 1,854496 ha torpaq sahəsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 3i ünvanında yerləşən 2,536391 ha torpaq sahəsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 2i ünvanında yerləşən 1,73 ha torpaq sahəsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 4i ünvanında yerləşən 5,36 ha torpaq sahəsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 3i ünvanında yerləşən 1,76 ha torpaq sahəsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 5i ünvanında yerləşən 3,320997 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və borcun əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına cəmiyyətə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 ilə "xxxx" MTK arasında bağlanmış 15 mart 2008-ci il tarixli müqaviləyə xitam verilərək, həmin mənzilə cəmiyyətin hüquqlarının tanınması, Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, C saylı evin, 46 saylı mənzilə cəmiyyətin gələcəkdə mülkiyyət hüququnun tanınması şərti ilə cəmiyyətlə müqavilə bağlanmasının "xxxx" MTKya həvalə edilməsi, “AER” firmasının mülkiyyətindəki Sumqayıt şəhəri, Avtovağzal ərazisində yerləşən, 141,84 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binası (mağaza), Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, X5 21 ünvanında yerləşən 25 saylı təsərrüfat malları mağazası, Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0,16 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 336,84 kv.m olan B- 4709 nömrəli bağ evi, Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, Novxanı bağ massivi, ümumi sahəsi 0,12 ha olan B-4710 nömrəli torpaq sahəsi, “AER” firmasının mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, X5ndə yerləşən, 21 saylı qeyri yaşayış sahəsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 2i ünvanında yerləşən 1,854496 ha torpaq sahəsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 3i ünvanında yerləşən 2,536391 ha torpaq sahəsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 2i ünvanında yerləşən 1,73 ha torpaq sahəsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 4i ünvanında yerləşən 5,36 ha torpaq sahəsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 3i ünvanında yerləşən 1,76 ha torpaq sahəsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 5i ünvanında yerləşən 3,320997 ha torpaq sahəsinə tutma yönəldildikdə və onlar satıldıqdan 1 ay sonra “AER” firmasının, "xxxx" qapalı səhmdar cəmiyyətinin, Cavabdeh1 və Cavabdeh3 həmin əmlaklara olan istifadə hüquqlarının itirilmiş hesab ediməsi, həmin əmlakların boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, 2012-ci il 03 oktyabr tarixli 379/22-SKMF nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 cəmiyyətdən illik 6%lə 84 ay müddətinə ******* manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq 2012-ci il 04 oktyabr tarixli, 2012-ci il 28 noyabr tarixli və 2015-ci il 21 aprel tarixli ipoteka müqavilələrinə əsasən “AER” firmasının mülkiyyətindəki Sumqayıt şəhəri, Avtovağzal ərazisində yerləşən, 141,84 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binası (mağaza), Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, X5 21 ünvanında yerləşən 25 saylı təsərrüfat malları mağazası, Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0,16 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 336,84 kv.m olan B- 4709 nömrəli bağ evi, Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, Novxanı bağ massivi, ümumi sahəsi 0,12 ha olan B-4710 nömrəli torpaq sahəsi, “AER” firmasının mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, X5ndə yerləşən, 21 saylı qeyri yaşayış sahəsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 2i ünvanında yerləşən 1,854496 ha torpaq sahəsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 3i ünvanında yerləşən 2,536391 ha torpaq sahəsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 2i ünvanında yerləşən 1,73 ha torpaq sahəsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 4i ünvanında yerləşən 5,36 ha torpaq sahəsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 3i ünvanında yerləşən 1,76 ha torpaq sahəsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 5i ünvanında yerləşən 3,320997 ha torpaq sahəsi bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, ipoteka müqavilələri notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2012-ci il 04 oktyabr tarixli sonrakı girov müqaviləsinə əsasən Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, C saylı evin, 46 saylı mənzilə olan hüquqları girov qoyulmuşdur. 2012-ci il 03 oktyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və müqavilənin 2.5-ci bəndinə əsasən bank 38 faizlə hesablayıb borcludan tələb edir. 2015-ci il avqustun 17-dək Cavabdeh1 2012-ci il 03 oktyabr tarixli kredit müqaviləsi üzrə banka ******* manat əsas borc, 98335,30 manat faiz borcu olmaqla, ümumilikdə cəmi 1098335,30 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Tərəflər arasında imzalanmış və notarial qaydada təsdiq olunmuş ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur.Cavabdeh1 ilə cəmiyyət arasında bağlanmış 03 oktyabr 2012-ci il tarixli kredit müqaviləsi üzrə iddia tələbinə əlavə edilmiş maliyyə arayışında 17 avqust 2015-ci il tarixədək olan borc və maliyyə sanksiyaları hesablanmışdir. Lakin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında göstərildiyi kimi, qəbul olunacaq məhkəmə qərarında borc və faiz göstərilməklə öhdəliyin tam icra olunan gününədək maliyyə sanksiyalarının hesablanmalı olduğu göstərilməlidir. Hazırki iş üzrə mübahisəyə baxılarkən nəzərə alınmalı maliyyə arayışının tərtib olunduğu tarixdən, yəni 17 avqust 2015-ci ildən borc öhdəliklərinin tam icra olunması günədək 03 oktyabr 2012-ci il tarixli kredit müqaviləsinə əsasən hər gün üçün 166,67 manat gündəlik faiz borcu hesablanaraq tutulmalıdır. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaklara tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnamədə borcu 220000 manatadək azaldarkən Cavabdeh1 izahatına əsaslanaraq qeyd etmişdir ki, məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək göstərmişdir ki, cəmiyyətin ona ******* manat məbləğində kredit verməsi 03.10.2012-ci il tarixli kredit müqaviləsində göstərilmiş, bununla əlaqədar müəyyən əmlaklar ipotekaya qoyulmuş, lakin həmin məbləğ ona verilməmişdir, onun imzası ilə 220000 manat pul götürülüb təyinatı üzrə xərclənmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə bunu onunla əsaslandırmışdır ki, 16.10.2017-ci il tarixli, 5067 saylı ekspert rəyindən və digər sənədlərdən müəyyən olunmuşdur ki, Cavabdeh1 ilə cəmiyyət arasında 03.10.2012-ci il tarixli, 379/22-skmf saylı kredit müqaviləsi üzrə kredit müştərisinin hesabına ******* manat məbləğində kredit məbləği hesaba köçürülmüş, həmin məbləğdən 410000 manatı nağd çıxarılmış, 11200 manatı kreditin verilməsinə görə komissiya xərclərinə tutulmuş, qalan məbləğlərin çox hissəsi digər kredit ödənişlərinə və köçürülmələrə yönəldilmişdir. Kredit məbləğlərinin hansı kreditə və hansı sərəncama əsasən köçürülməsi barədə sənəd təqdim edilmədiyindən kim tərəfindən bank müştərisinin hesabı üzrə əməliyyatların aparılmasına qərar verməsini müəyyən etmək mümkün olmamışdır, iş materiallarında olan kassa məxaric çeklərindəki məbləğlər və hesabdan çıxarış məlumatlarındakı məxariclər kassa hesabına nağd mədaxil edilmiş və sonra məxaric edilmişdir. Bunun kredit məbləğinə aiddiyyəti olmamışdır (200 000 manatdan başqa). İş materiallarında bank müştərisi tərəfindən məxaric olunmuş 410000 manat məbləğin 220000 manatı kassa məxaric çekində öz əksini tapdığından iddia tələbi bu hissədə təmin olunmalı, Cavabdeh1 220000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq cəmiyyətin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir. Halbuki, ekspertiza mərkəzinə təqdim edilmiş müştərinin cari hesabından çıxarışından da göründüyü kimi, Cavabdeh1 03.10.2012-ci il tarixli, 379/22-SKMF saylı kredit müqaviləsi üzrə açılmış hesabına ******* manat məbləğində vəsait köçürülmüşdür. Hesabdan çıxarışdan göründüyü kimi, cavabdeh öz növbəsində həmin vəsaiti müxtəlif tarixlərdə məxaric etmiş (6 ədəd məxaric orderlərinin surəti əlavə edilir), başqa kreditlər (20.09.2012-ci il tarixli kredit komitəsinin 123/18 saylı protokolunun əlavə şərtlər hissəsinin 5 və 6-cı bəndlərində qeyd olunanlara əsasən kreditin ayrılmasının əsas şərtlərindən biri kimi Cavabdeh1 həmin dövrə bank qarşısında olan 04.09.2009-cu il tarixli kredit müqaviləsi üzrə 356000 manat ödənişin və 03.06.2011-ci il tarixli kredit müqaviləsi üzrə 175000 manat ödənişin aparılması şərti qoyulmuşdur) və bu kredit üzrə borcuna yönəltmişdir. Bu səbəbdən müştərinin cəmi 220000 manat məbləğində vəsaitin ona çatmasını iddia etməsi yanlışdır. Belə ki, müştəriyə verilmiş ******* manat vəsaitin 10000 manatı ssuda hesabının açılmasına və digər xidmətlərə görə borcludan kredit müqaviləsinin 2.7-ci bəndinə əsasən komissiya tutulmuş, 420000 manat (150000, 20000, 2 000, 200000, 20000, 10000) məbləğində müxtəlif tarixlərdə müştəri tərəfindən imza edilməklə nağdlaşdırılmış, 3390 manat 1200, 160, 160, 1 600, 180, 90) məbləğində müvafiq nağdlaşdırılma haqqları tutulmuş, 179,48 manat (1, 1.53, 8.47, 20.9, 147,36) məbləğində müxtəlif tarixlərdə digər xərclər tutulmuş, 536932,02 manat (61690,05, 299353,84, 2777,29, 172222,71, 888,13) məbləğində müxtəlif tarixlərdə müştərinin digər 2 kredit müqavilələri üzrə olmaqla qalıq borclara, 29499,16 manat (9332,09, 20167,07) məbləğində müxtəlif tarixlərdə bu kredit üzrə faiz borcuna yönəldilmişdir. Bundan başqa, ipoteka qoyulmuş əmlakların hazırki bazar dəyəri hərracda satılması üçün qətnamə üzrə müəyyənləşdirilmiş ilkin hərrac qiymətindən dəfələrlə aşağıdır və qətnamə üzrə müəyyən edilmiş qiymət həmin əmlakların real dəyərini əks etdirmir. İş materiallarından göründüyü kimi, məhkəmə “AER” firmasının mülkiyyətindəki Sumqayıt şəhəri, Avtovağzal ərazisində yerləşən 141.84 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasının (mağazanın) hərracda ilkin satış qiymətini 457800 manat, Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, X5 21 ünvanında yerləşən 25 saylı təsərrüfat malları mağazasının hərracda ilkin satış qiymətini ******* manat, Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0,16 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 336,84 kv.m olan B-4709 nömrəli bağ evi, Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, Novxanı bağ massivi, ümumi sahəsi 0,12 ha olan B-4710 nömrəli torpaq sahəsinin hərracda ilkin satış qiymətini 246400 manat, “AER” firmasının mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, X5ndə yerləşən, 21 saylı qeyri yaşayış sahəsinin hərracda ilkin satış qiymətini 370000 manat, Cavabdeh1 mülkiyyətindəki ünvan 2i ünvanında yerləşən 1,854496 ha torpaq sahəsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 3i ünvanında yerləşən 2,536391 ha torpaq sahəsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 2i ünvanında yerləşən 1,73 ha torpaq sahəsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 4i ünvanında yerləşən 5,36 ha torpaq sahəsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 3i ünvanında yerləşən 1,76 ha torpaq sahəsinin hərracda ilkin satış qiymətini 540160 manat, Cavabdeh1 mülkiyyətindəki ünvan 5i ünvanında yerləşən 3,320997 ha torpaq sahəsinin hərracda ilkin satış qiymətini 132200 manat, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə 9, "xxxx" MTK-da 145.25 kv.m mənzilin hərracda ilkin satış qiymətini 30000 manat müəyyən edilməsi ilə bağlı qərar qəbul edərkən, bu əmlakların dəyərinin əks etdirildiyi ipoteka müqaviləsinin müvafiq bəndlərinə istinad etmişdir. Kredit və ipoteka müqaviləsi tərəflər arasında 2012-ci ilin oktyabr ayında bağlanmışdır. Həmin vaxtdan 5 ildən artıq müddət keçmişdir. Bu müddət ərzində, xüsusilə son zamanlar baş vermiş iqtisadi hadisələr nəticəsində daşınmaz əmlak bazarında qiymətlər əhəmiyyətli dərəcədə aşağı düşmüşdür. İpoteka predmetlərinin hazırki real dəyərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməli və ekspert rəyinin nəticəsindən asılı olaraq əmlakların ilkin satış qiyməti müəyyən edilməlidir. Bundan başqa, məhkəmə iddianın əmlakların satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda, qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmetlərinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra “AER” firmasının, "xxxx" QSC-nin, Cavabdeh1 və Cavabdeh3 qeyri yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri yaşayış sahəsinin boşaldılması və banka təhvil verilməsi hissəsini təmin etməyərkən maddi hüquq normalarının pozuntusuna yol vermişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin qismən, cavabdehdən 1098335,3 manat məbləğində borc əvəzinə, 220000 manat məbləğində borcun tutulması, “AER” firmasının mülkiyyətindəki Sumqayıt şəhəri, Avtovağzal ərazisində yerləşən, 141.84 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasının (mağazanın) hərracda ilkin satış qiymətinin 457800 manat, Cavabdeh3 mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, X5 21 ünvanında yerləşən 25 saylı təsərrüfat malları mağazasının hərracda ilkin satış qiymətinin ******* manat, Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0,16 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 336.84 kv.m olan B-4709 nömrəli bağ evi, Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, Novxanı bağ massivi, ümumi sahəsi 0,12 ha olan B-4710 nömrəli torpaq sahəsinin hərracda ilkin satış qiymətinin 246400 manat, “AER” firmasının mülkiyyətindəki Bakı şəhəri, Xətai rayonu, X5ndə yerləşən, 21 saylı qeyri yaşayış sahəsinin hərracda ilkin satış qiymətinin 370000 manat, Cavabdeh1 mülkiyyətindəki ünvan 2i ünvanında yerləşən 1,854496 ha torpaq sahəsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 3i ünvanında yerləşən 2,536391 ha torpaq sahəsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 2i ünvanında yerləşən 1,73 ha torpaq sahəsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 4i ünvanında yerləşən 5,36 ha torpaq sahəsi, Cavabdeh1 mülkiyyətindəki ünvan 3i ünvanında yerləşən 1,76 ha torpaq sahəsinin hərracda ilkin satış qiymətinin 540160 manat, Cavabdeh1 mülkiyyətindəki ünvan 5i ünvanında yerləşən 3,320997 ha torpaq sahəsinin hərracda ilkin satış qiymətinin 132200 manat, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi, ev 45, mərtəbə 9, Lider MTK-da 145.25 kv.m mənzilin hərracda ilkin satış qiymətinin 130000 manat müəyyən edilməsi, ipoteka predmetlərinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra “AER” firmasının, "xxxx" QSC-nin, Cavabdeh1 və Cavabdeh3 qeyri yaşayış sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri yaşayış sahəsinin boşaldılması və banka təhvil verilməsi hissəsinin təmin edilməməsi hissəsində ləğv edilərək, iş üzrə əmlakların hazırki real dəyərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsi, rəyə əsasən əmlakların ilkin satış qiymətinin müəyyən edilməklə iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər "xxxx" qapalı səhmdar cəmiyyəti, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 apellyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan qətnamə qismən, tələbin tutmanın girov qoyulmuş bütün əmlaka yönəldilməsi hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə Cavabdeh1 arasında 2012-ci il 03 oktyabr tarixli, 379/22-SKMF nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin təminatı olaraq Cavabdeh1 və digər cavabdehlərin mülkiyyətində olan əmlaklar ipoteka müqavilələrinə əsasən bankın xeyrinə yüklü edilmişdir. İşin birinci instansiya məhkəməsində araşdırılması zamanı Cavabdeh1 bildirmişdir ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən ona ******* manat ayrılması nəzərdə tutulsa da, sonradan ona həmin məbləğ verilməmişdir. Onun imzası ilə cəmi 220000 manat pul götürülmüş və təyinatı üzrə xərclənmişdir. Qalan məbləğ onun tərəfindən götürülməmişdir. Bu xüsusat iş üzrə təyin edilmiş ekspertizanın 16 oktyabr 2017ci il tarixli 5067 nömrəli rəyi ilə də təsdiqini tapmışdır. Məhkəmə göstərilənlərə düzgün hüquqi qiymət verərək iddianı qismən təmin etmiş, Cavabdeh1 tərəfindən götürülmüş 220000 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsini qət etmişdir. Lakin birinci instansiya məhkəməsi kredit müqaviləsinin təminatı kimi qoyulmuş bütün əmlaklara tutmanı yönəltməklə düzgün nəticəyə gəlməmiş və həmin hissədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Mülki iş materiallarında olan qiymətləndirmə sənədlərindən görünür ki, kredit müqaviləsinin təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlakların ümumi dəyəri birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iddiaçının xeyrinə tutulması qət edilmiş Cavabdeh1 kredit borcundan dəfələrlə çoxdur. Tutmanın ipoteka ilə yüklü edilmiş bütün əmlaklara yönəldilməsi qeyri qanuni olmaqla "xxxx" QSC-nin Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələri, “Əsas insan hüquq və azadlıqları haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi, həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsi ilə təsbit olunmuş mülkiyyət hüquqlarını pozmuşdur. Cavabdehlər apellyasiya şikayətlərində iş üzrə məhkəmə qətnaməsinin qismən, tələbin tutmanın girov qoyulmuş bütün əmlaklara yönəldilməsi hissəsində ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iddiaçının apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və "xxxx" qapalı səhmdar cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdeh "xxxx" qapalı səhmdar cəmiyyəti nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən, digər cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə qismən dəyişiklik edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08 fevral 2021-ci il tarixli, 2(102)-17/2021 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-48/2020 nömrəli iş üzrə 16 mart 2020-ci il tarixli qətnaməsi ipoteka və girov predmetlərinə tutma yönəldilməsi tələbinin təmin olunmaması hissəsində ləğv olunmasına və iş həmin hissəsində ləğv edildiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissələrdə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 03.10.2012-ci il tarixli, 379/22-SKMF saylı kredit müqaviləsinə əsasən “AER” firmasının direktoru Cavabdeh1 84 ay müddətinə illik 6 faiz ödənilməklə ******* manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 04.10.2012-ci il tarixli, SİP2-379/22-SKMF saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “AER” firmasının direktoru Cavabdeh1 arasında bağlanmış 03.10.2012-ci il tarixli, 379/22-SKMF saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi “AER” firmasına məxsus Sumqayıt şəhəri, Avtovağzal ərazisində icarəsində olan 0,1580 ha torpaq sahəsində yerləşən 2 girişli, 141,84 kv.metr ümumi, 73,36 kv.metr əsas, 68,48 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası (mağaza) ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 457800 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, “AER” firmasının mülkiyyətində olan Sumqayıt şəhəri, Avtovağzal ərazisində icarəsində olan 0,1580 ha torpaq sahəsində yerləşən 141,84 kv.metr ümumi sahədən ibarət qeyri yaşayış binasının (mağazanın) ipoteka ilə əlavə yüklü edilməsi 24.10.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 14 sentyabr 2015-ci il tarixli bildirişinin surətindən görünür ki, “AER” firması ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışdan görünür ki, “AER” firmasının mülkiyyətində olan Sumqayıt şəhəri, Avtovağzal ərazisində icarəsində olan 0,1580 ha torpaq sahəsində yerləşən 2 girişli, 141,84 kv.metr ümumi sahədən ibarət qeyri yaşayış binası (mağaza) tutmanın yönəldilməsi haqqında bildiriş 24.09.2015-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan 04.10.2012-ci il tarixli, SİP3-379/22-SKMF saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “AER” firmasının direktoru Cavabdeh1 arasında bağlanmış 03.10.2012-ci il tarixli, 379/22-SKMF saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, X5ndə istifadədə olan 0,34627 ha torpaq sahəsində yerləşən 21 nömrəli binanın 1-ci mərtəbəsində 1413,3 kv.metr ümumi, 877,1 kv.metr əsas, 536,2 kv.metr köməkçi sahədən ibarət qeyri yaşayış sahəsi (25 saylı təsərrüfat malları mağazası) ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti ******* manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, X5ndə 21 nömrəli li qeyri yaşayış sahəsinin (25 saylı təsərrüfat malları mağazası) ipoteka ilə yüklü edilməsi 17.10.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 45 nömrəli reyestr kitabının 4209 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 14 sentyabr 2015-ci il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh3 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışdan görünür ki, Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, X5ndə 21 nömrəli qeyri yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası) tutmanın yönəldilməsi haqqında bildiriş 24.09.2015-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan 04.10.2012-ci il tarixli, SİP4-379/22-SKMF saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə “AER” firmasının direktoru Cavabdeh1 arasında bağlanmış 03.10.2012-ci il tarixli, 379/22-SKMF saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,16 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 6 otaqlı, 181,02 kv.metr yaşayış, 155,82 kv.metr köməkçi sahədən ibarət B-4709 nömrəli və Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən B-4710 nömrəli bağ evi və bağ sahəsi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetlərinin qiymətləri 246400 manat manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 0,16 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 336,84 kv.m olan B-4709 nömrəli bağ evinin ipoteka ilə yüklü edilməsi 24.10.2012ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 3 nömrəli reyestr kitabının 166 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 14 sentyabr 2015-ci il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,16 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 6 otaqlı, 181,02 kv.metr yaşayış, 155,82 kv.metr köməkçi sahədən ibarət B-4709 №-li bağ evinə tutmanın yönəldilməsi haqqında bildiriş 24.09.2015-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, ümumi sahəsi 0,12 ha olan B-4710 nömrəli torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi 22.11.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 14 sentyabr 2015-ci il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışdan görünür ki, Cavabdeh1 məxsus Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən B-4710 nömrəli bağ evinə tutmanın yönəldilməsi haqqında bildiriş 24.09.2015-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan 04.10.2012-ci il tarixli, SİP5-379/22-SKMF saylı sonrakı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti ilə “AER” firmasının direktoru Cavabdeh1 arasında bağlanmış 03.10.2012-ci il tarixli, 379/22-SKMF saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi “AER” firmasına məxsus Bakı şəhəri, Xətai rayonu, X5ndə istifadədə olan 0,34627 ha torpaq sahəsində yerləşən 21 nömrəli binanın zirzəmisində 331,8 kv.metr ümumi, 331,8 kv.metr əsas sahədən ibarət qeyri yaşayış sahəsi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin qiyməti 370000 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, 083918 nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, “AER” firmasına məxsus Bakı şəhəri, Xətai rayonu, X5ndə yerləşən 21 nömrəli qeyri yaşayış sahəsinin ipoteka ilə yüklü edilməsi 23.11.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli reyestr kitabının 3982 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 14 sentyabr 2015-ci il tarixli bildirişinin surətindən görünür ki, “Cavabdeh4 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalından çıxarışdan görünür ki, “AER” firmasına məxsus Bakı şəhəri, Xətai rayonu, X5ndə yerləşən 21 nömrəli qeyri yaşayış sahəsinə tutmanın yönəldilməsi haqqında bildiriş 24.09.2015-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan 28 noyabr 2012-ci il tarixli, İP1-379/22-SKMF saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 03 oktyabr 2012-ci il tarixli, 379/22- SKMF saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh1 məxsus Xaçmaz rayonu, Palçıq oba kəndində mülkiyyətində olan 1,854496 ha torpaq sahəsi, ünvan 3ində mülkiyyətində olan 2,536391 ha torpaq sahəsi, ünvan 2ində mülkiyyətində olan 1,73 ha torpaq sahəsi, Xaçmaz rayonu Pirquluoba kəndində mülkiyyətində olan 5,36 ha torpaq sahəsi, ünvan 3ində mülkiyyətində olan 1,76 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetlərinin qiyməti 540160 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Xaçmaz rayonu, Palçıq oba kəndində yerləşən 1,854496 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi 20.04.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 188 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin 14 sentyabr 2015-ci il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin 01 oktyabr 2015-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 mülkiyyətində olan Xaçmaz rayonu, Palçıq oba kəndində yerləşən 1,854496 ha torpaq sahəsinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestri aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 3ində yerləşən 2,536391 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi 20.04.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 192 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 14 sentyabr 2015-ci il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin 01 oktyabr 2015-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 mülkiyyətində olan torpaq sahəsinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestri aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 2ində yerləşən 1,73 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi 20.04.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 14 nömrəli reyestr kitabının 185 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 14 sentyabr 2015-ci il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin 01 oktyabr 2015-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 2ində yerləşən 1,73 ha torpaq sahəsinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestri aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Xaçmaz rayonu Pirquluoba kəndində yerləşən 5,36 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi 20.04.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 68 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 14 sentyabr 2015-ci il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin 01 oktyabr 2015-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 mülkiyyətində olan Xaçmaz rayonu Pirquluoba kəndində yerləşən 5,36 ha torpaq sahəsinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestri aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 3ində yerləşən 1,76 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi 20.04.2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 65 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 14 sentyabr 2015-ci il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin 01 oktyabr 2015-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 3ində yerləşən 1,76 ha torpaq sahəsinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestri aparılmışdır. İş materiallarında olan 21 aprel 2015-ci il tarixli, İP2-379/22-SKMF saylı ipoteka müqaviləsinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 03 oktyabr 2012-ci il tarixli, 379/22-SKMF saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh1 məxsus ünvan 5ində mülkiyyətində olan 3,320997 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetlərinin qiyməti 132200 manat müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5ində yerləşən 3,320997 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına 24.02.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 5ində yerləşən 3,320997 ha torpaq sahəsinin ipoteka ilə yüklü edilməsi 22.04.2015-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 36 nömrəli reyestr kitabının 19 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 14 sentyabr 2015-ci il tarixli bildirişinin surətindən görünür ki, Cavabdeh1 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin 01 oktyabr 2015-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 mülkiyyətində olan ünvan 5ində yerləşən 3,320997 ha torpaq sahəsinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı daşınmaz əmlakın dövlət reyestri aparılmışdır. İş materiallarında olan 04 oktyabr 2011-ci il tarixli, G1-379/22-SKMF saylı sonrakı girov müqaviləsinin surətindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 03 oktyabr 2012-ci il tarixli, 379/22-SKMF saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini kimi Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi ev 45, mərtəbə 9, Lider MTK-da 145,25 kv.metr mənzilə olan pay hüququ girov qoyulmuş və əmlak 130000 manat bazar dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin maliyyə arayışından görünür ki, 03 oktyabr 2012-ci il tarixli, 379/22-SKMF saylı kredit müqaviləsi üzrə Cavabdeh1 17 avqust 2015-cı il tarixə əsas kredit borcu ******* manat, faiz borcu 98335,30 manat, cəmi borcu 1098335,30 manat təşkil edir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin son xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə xəbərdar edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın 16 oktyabr 2017-ci il tarixli, 5067 saylı rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 03.10.2012-ci il tarixli, 379/22-SKMF saylı kredit müqaviləsinin şərtlərini əsas götürməklə Cavabdeh1 17 avqust 2015-ci il tarixədək banka olan borcu 1093076,91 manat məbləğində, o cümlədən 17.08.2015-ci il tarixə əsas borc üzrə 995214,18 manat, faiz borcu üzrə 97862,73 manat müəyyən olunur. İş materiallarında olan Cavabdeh1 ilə İddiaçı Açıq səhmdar Cəmiyyəti arasında 03.10.2012-ci il tarixli 379/22-SKMF saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablanmamışdır. Buna görə də hazırki tədqiqatla Cavabdeh1 cərimə hesablanmır. Tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə kredit müştərisinin hesabına 1.000.000,00 manat məbləğində kredit məbləği hesaba köçürülmüş, həmin məbləğdən 410.000 manatı nəqd çıxarılmış, 11.200,00 manatı kreditin verilməsinə görə komissiya xərclərinə tutulmuş, qalan məbləğlərin çox hissəsi digər kredit ödənişlərinə və köçürmələrə yönəldilmişdir. Kredit məbləğlərinin hansı kreditə və hansı sərəncama əsasən köçürülməsi barədə sənəd təqdim edilmədiyindən kim tərəfindən bank müştərisinin hesabı üzrə əməliyyatların aparılmasına qərar verməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan kassa məxaric çeklərindəki məbləğlər və hesabdan çıxarış məlumatlarındakı məxariclər kassa hesabına nəğd mədaxil edilmiş və sonra məxaric edilmişdir. Bunun kredit məbləğinə aidiyyəti olmamışdır (200.000,00 manatdan başqa). İş materiallarında bank müştərisi tərəfindən məxaric olunmuş 410.000,00 manat məbləğdən 220.000,00 manatın kassa məxaric çeki öz əksini tapır. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 may 2019-cu il tarixli qiymətləndirmə hesabatlarından görünür ki, "xxxx" qapalı səhmdar cəmiyyətinə (“AER” firması) məxsus Sumqayıt şəhəri, Avtovağzal ərazisində yerləşən 141.84 kv.metr ümumi sahədən ibarət qeyri yaşayış binasının (mağaza) bazar dəyəri 625000 manat, Cavabdeh1 məxsus Xaçmaz rayonu, Palçıq oba kəndində yerləşən 1,73 ha torpaq sahəsinin bazar dəyəri 110.000 manat, Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, X5ndə istifadədə olan 0,34627 ha torpaq sahəsində yerləşən 21 nömrəli binanın 1-ci mərtəbəsində 1413,3 kv.metr ümumi, 877,1 kv.metr əsas, 536,2 kv.metr köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinin (25 saylı təsərrüfat malları mağazası) bazar dəyəri 950000 manat, Cavabdeh1 məxsus ünvan 3ində yerləşən 1,76 ha torpaq sahəsinin bazar dəyəri 70000 manat, Cavabdeh1 məxsus ünvan 5ində yerləşən ümumi sahəsi 3,320997 ha torpaq sahəsinin bazar dəyəri ******* manat, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində yerləşən 0,12 ha torpaq sahəsində yerləşən B-4710 nömrəli bağ sahəsinin bazar dəyəri 130000 manat, Cavabdeh1 məxsus Xaçmaz rayonu, Palçıq oba kəndində yerləşən 1,854496 ha torpaq sahəsinin bazar dəyəri 60000 manat, Cavabdeh1 məxsus Xaçmaz rayonu, Pirqulu oba kəndində yerləşən 5,36 ha torpaq sahəsinin bazar dəyəri 150000 manat, Cavabdeh1 məxsus ünvan 3ində mülkiyyətində olan 2,536391 ha torpaq sahəsinin bazar dəyəri 130000 manat, Cavabdeh1 məxsus Bakı şəhəri, Xətai rayonu, Xoçalı-2 küçəsi, ev 45, 9 mərtəbə, Lider MTK-da 145,25 kv.m metr mənzilin bazar dəyəri 250000 manat, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində olan 0,16 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 6 otaqlı, 181,02 kv.metr yaşayış, 155,82 kv.metr köməkçi sahədən ibarət B-4709 nömrəli bağ evinin bazar dəyəri 350000 manat, "xxxx" qapalı səhmdar cəmiyyətinə (“AER” firması) məxsus Bakı şəhəri, Xətai rayonu, X5ndə istifadədə olan 0,34627 ha torpaq sahəsində yerləşən 21 nömrəli binanın zirzəmisində 1-ci mərtəbəsində 1413,3 kv.m ümumi sahədən ibarət qeyri yaşayış sahəsinin bazar dəyəri ******* manat qiymətləndirilmişdir. İş üzrə keçirilmiş ekspertizanın 10 fevral 2020-ci il tarixli, 28961 saylı rəyindən görünür ki, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 03.10.2012-ci il tarixli, 379/22-SKMF saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh1 17 avqust 2015-ci il tarixədək banka olan borcu 241633,33 manat məbləğində müəyyən olunur, o cümlədən 17.08.2015-ci il tarixə əsas borc üzrə borcu 220000,00 manat, faiz borcu üzrə 21633,33 manatdır. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizanın 10.08.2021-ci il tarixli rəylərindən görünür ki, “AER Companu” qapalı səhmdar cəmiyyətinə (“AER” firması) məxsus Sumqayıt şəhəri, Avtovağzal ərazisində icarəsində olan 0,1580 ha torpaq sahəsində yerləşən 2 girişli, 141,84 kv.metr ümumi, 73,36 kv.metr əsas, 68,48 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasının 10.08.2021-ci il tarixə bazar dəyəri 680000 manat, likvid dəyəri 620000 manatdır, Cavabdeh1 məxsus olan ünvan 5ində yerləşən ümumi sahəsi 3,320997 ha olan torpaq sahəsinin 10.08.2021-ci il tarixə bazar dəyəri 265000 manat, likvid dəyəri 240000 manatdır, Cavabdeh1 məxsus Xaçmaz rayonu, Palçıq oba kəndində olan 1,854496 ha torpaq sahəsinin 10.08.2021-ci il tarixə bazar dəyəri 80000 manat, likvid dəyəri 60000 manatdır, Cavabdeh1 məxsus Xaçmaz rayonu, Pirqulu oba kəndində mülkiyyətində olan 5,36 ha torpaq sahəsinin 10.08.2021-ci il tarixə bazar dəyəri 160000 manat, likvid dəyəri 140000 manatdır, Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, X5ndə istifadədə olan 0,34627 ha torpaq sahəsində yerləşən 21 saylı binanın 1-ci mərtəbəsində 1413,3 kv.metr ümumi, 877,1 kv.metr əsas, 536,2 kv.metr köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinin 10.08.2021-ci il tarixə bazar dəyəri 4900000,00 manat, likvid dəyəri 4400000,00-4500000,00 manatdır, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində olan 0,16 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 3 mərtəbəli 6 otaqlı 181,02 kv.metr yaşayış, 155,82 kv.metr köməkçi sahədən ibarət B-4709 saylı bağ evinin 10.08.2021-ci il tarixə bazar dəyəri 300000,00 manat, likvid dəyəri 270000,00 manatdır, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində olan 0,12 ha torpaq sahəsində yerləşən B-4710 saylı bağ sahəsinin 10.08.2021-ci il tarixə bazar dəyəri 135000,00 manat, likvid dəyəri 120000,00 manatdır, “AER Companu” qapalı səhmdar cəmiyyətinə (“AER” firması) məxsus Bakı şəhəri, Xətai rayonu, X5ndə istifadədə olan 0,34627 ha torpaq sahəsində yerləşən 21 saylı binanın zirzəmisində 331,8 kv.metr ümumi, 331,8 kv.metr əsas sahədən ibarət qeyri yaşayış sahəsinin 10.08.2021-ci il tarixə bazar dəyəri 663000,00 manat, likvid dəyəri 600000,00 manatdır. İş materiallarına əlavə olunmuş 05.01.2022-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 məxsus olan ünvan 5ində yerləşən ümumi sahəsi 3,320997 ha olan torpaq sahəsinin həmin torpaq sahəsində yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri ******* manat, likvid dəyəri ******* manatdır. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qismən ləğv edərkən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ipoteka və girov predmeti olan əmlaklara tutma yönəldilməsi tələblərinin təmin olunmayan hissəsində maddi hüquq normalarının pozulması ilə qəbul edilməsinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 269.1, 269.2 və 269.4-cü maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 270.1-ci maddəsinə görə girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsində göstərilir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında” qanunun 4.1-ci maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2.faizlər; 4.1.3. öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi. 4.1.4.ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1, 34.1.2-ci maddələrinin mənasına görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı-əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması və sair hallarda yaranır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, məhkəmə qətnaməsinə ipoteka və girov predmetləri olan əmlaklara tutma yönəldilməsi hissəsində dəyişiklik edilməli, tutma Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, X5ndə istifadədə olan 0,34627 ha torpaq sahəsində yerləşən 21 nömrəli binanın 1-ci mərtəbəsində 1413,3 kv.metr ümumi, 877,1 kv.metr əsas, 536,2 kv.metr köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası), Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,16 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 6 otaqlı, 181,02 kv.metr yaşayış, 155,82 kv.metr köməkçi sahədən ibarət B-4709 nömrəli bağ evinə, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən B-4710 nömrəli bağ sahəsinə, "xxxx" qapalı səhmdar cəmiyyətinə (“AER” firması) məxsus Bakı şəhəri, Xətai rayonu, X5ndə istifadədə olan 0,34627 ha torpaq sahəsində yerləşən 21 nömrəli binanın zirzəmisində 331,8 kv.metr ümumi, 331,8 kv.metr əsas sahədən ibarət qeyri yaşayış sahəsinə, Cavabdeh1 məxsus Xaçmaz rayonu, Palçıq oba kəndində mülkiyyətində olan 1,854496 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus Xaçmaz rayonu, Pirqulu oba kəndində mülkiyyətində olan 5,36 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus olan ünvan 5ində yerləşən ümumi sahəsi 3,320997 ha olan torpaq sahəsinə, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi ev 45, mərtəbə 9, Lider MTK-da 145,25 kv.metr mənzilə yönəldilməli, həmin əmlaklar açıq hərracdan satılmalı və əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə qismən dəyişiklik edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin 04 may 2018-ci il tarixli, 2(067)-10/2018 saylı qətnaməsinə qismən dəyişiklik edilsin. Tutma Cavabdeh3 məxsus Bakı şəhəri, Xətai rayonu, X5ndə istifadədə olan 0,34627 ha torpaq sahəsində yerləşən 21 nömrəli binanın 1-ci mərtəbəsində 1413,3 kv.metr ümumi, 877,1 kv.metr əsas, 536,2 kv.metr köməkçi sahədən ibarət qeyri yaşayış sahəsinə (25 saylı təsərrüfat malları mağazası), Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,16 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 6 otaqlı, 181,02 kv.metr yaşayış, 155,82 kv.metr köməkçi sahədən ibarət B-4709 nömrəli bağ evinə, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivində mülkiyyətində olan 0,12 ha torpaq sahəsində yerləşən B-4710 nömrəli bağ sahəsinə, "xxxx" qapalı səhmdar cəmiyyətinə (“AER” firması) məxsus Bakı şəhəri, Xətai rayonu, X5ndə istifadədə olan 0,34627 ha torpaq sahəsində yerləşən 21 nömrəli binanın zirzəmisində 331,8 kv.metr ümumi, 331,8 kv.metr əsas sahədən ibarət qeyri yaşayış sahəsinə, Cavabdeh1 məxsus Xaçmaz rayonu, Palçıq oba kəndində mülkiyyətində olan 1,854496 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus Xaçmaz rayonu, Pirqulu oba kəndində mülkiyyətində olan 5,36 ha torpaq sahəsinə, Cavabdeh1 məxsus olan ünvan 5ində yerləşən ümumi sahəsi 3,320997 ha olan torpaq sahəsinə, Cavabdeh2 məxsus Bakı şəhəri, Xətai rayonu, Xocalı-2 küçəsi ev 45, mərtəbə 9, Lider MTK-da 145,25 kv.metr mənzilə yönəldilsin, həmin əmlaklar açıq hərracdan satılsın və əmlakların hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar