Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1081/2025 29.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpası) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X1 və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2(060)-1032/2025 nömrəli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh 1500 manat məbləğində borc və ödənilmiş 35 manat dövlət rüsumunun tutularaq müştərək qaydada iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmişdir.
2. 23 may 2025-ci il tarixdə Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(060)-1032/2025 saylı qətnaməsindən apellyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayətinin verilməsi müddətinin Cavabdeh münasibətdə bərpa edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(060)-1032/2025 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilərək, iddianın rədd edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2(060)-1032/2025 nömrəli qərardadı ilə (hakim Aynur Behbudova) Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(060)-1032/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi, şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
4. Cavabdeh həmin qərardaddan şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2(060)-1032/2025 saylı qərardadının ləğv edilməsini və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1032/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir.
5. Sumqayıt Şəhər Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 2(060)-1032/2025 nömrəli qərardadı ilə (hakim Aynur Behbudova) şikayətin təmin edilməməsi, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1032/2025 saylı, 17 iyun 2025-ci il tarixli qərardadından verdiyi şikayət baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə qohumunun ölməsi nəticəsində rayona getməli olmuş, bu hadisənin prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmaması məhkəmə tərəfindən üzrlü səbəb hesab edilməmişdir. Məhkəmə özü də mübahisələndirdiyi qərardadında apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi ilə bağlı verilmiş ərizənin xüsusatlarını mahiyyəti üzrə aydınlaşdırılmamış, formal mülahizələr əsasında ərizəni təmin etməmişdir. Bununla da məhkəmə cavabdehin AR MPM-in 4.1 və Konstitusiyanın 16, 60 və 71-ci maddələrində və X6 Konvensiyasının 6-cı maddəsində (ədalətli məhkəmə araşdırması hüququ) təsbit edilmiş məhkəmə müdafiəsi hüquqlarını pozmuş və qərardadda qeyd edilən hallar həmin hüquqların pozuntusuna əsas vermir.
7. Şikayətə qarşı etirazın dəlilləri Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 360. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 357.1. Birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş, qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilərlər. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 4.1 Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 398.0.3. Apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Apellyasiya baxışının hədləri
10. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2(060)-1032/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2(060)- 1032/2025 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
11. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2(060)-1032/2025 nömrəli qərardadı ləğv edilməli, apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə Cavabdeh ərizəsi təmin edilməlidir.
12. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(060)-1032/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi, şikayətin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
13. Məhkəmə mövqeyni onunla əsaslandırmışdır ki, araşdırılan işin faktiki hallarından və məhkəmə qəbzindən müəyyən edilir ki, Cavabdeh qətnaməni xx.xx.2025-ci il tarixdə şəxsən imza etməklə əldə etmiş, lakin qətnamədən şikayəti xx.xx.2025-ci il tarixdə vermişdir. Cavabdeh tərəfindən şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən hər hansı inandırıcı, mötəbər və təkzib olunmaz sənəd məhkəməyə təqdim edilməmişdir.
14. Cavabdeh həmin qərardaddan şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2(060)-1032/2025 saylı qərardadının ləğv edilməsini və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-1032/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin Cavabdeh münasibətdə bərpa edilməsini xahiş etmişdir.
15. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual normalarının tətbiqində pozuntuya yol verilmiş, məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur.
16. İşin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh məhkəmə qətnaməsini xx.xx.2025-ci il tarixdə əldə etmiş, qətnamədən şikayəti xx.xx.2025-ci il tarixdə, yəni prosessual müddəti bir gün ötürməklə vermişdir.
17. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında məhkəmə əlçatanlığı prinsipi ilə bağlı mövqeyini bildirmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, prosessual normaların tətbiqi zamanı məhkəmələr tərəfindən icraatın ədalətliliyinə mənfi təsir edə biləcək ifrat formallıqdan qaçılmalıdır. Prosessual normaların ciddi tətbiqi bəzən məhkəməyə əlçatanlıq hüququnun əsl mahiyyətinə xələl gətirə bilər.
18. Qeyd olunmalıdır ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur.
19. Avropa Məhkəməsi xüsusi ilə vurğulayır ki, daha bir vacib amil nəzərə alınmalıdır ki, ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə vermiş şəxsin onunla bağlı qərarın mövcudluğundan nə vaxt xəbərdar olduğu andan nə qədər müddət keçməsidir (Raihani Belçikaya qarşı qərar).
20. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, mübahisənin həlli üçün tətbiq edilməli olan prosessual hüquq normalarını tətbiqində ifrat formallığa yol vermişdir. Odur ki, məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olduğundan, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2(060)-1032/2025 nömrəli qərardadı ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(060)-1032/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılması üzürlü hesab edilərək bərpa edilməlidir.
21. Kollegiya eləcə də qeyd edir ki, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə riayət etməklə verildiyindən, Mülki Prosessual Məcəllənin 357-363-cü maddələrinin tələbləri baxımından şikayətin uyğunluğunun müəyyən edilməsi məqsədilə yenidən birinci instansiya məhkəməsinə qaytarılmasına ehtiyac yoxdur.
22. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq
q ə r a r a a l d ı:
Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, 2(060)-1032/2025 nömrəli qərardadı ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2025-ci il tarixli, 2(060)-1032/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilsin. Apellyasiya şikayəti baxılması və qeydə alınaraq icraata verilməsi üçün Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.