Məhkəmə qərarları › İş №2(105)-1083/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1083/2021

09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1083/2021 09.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pulun ödənilməsi tələbi barədə” mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2521/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı " İddiaçı" İstehsalat Birliyi tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2521/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 169,70 manat məbləğində əsas borcun və 15 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə ödənilməsi, odənilmiş dövlət rüsumunun 5 manatının iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Anar Sadıqov) Qətnamədən narazı qalan cavabdeh İddiaçı apelyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2521/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 385,70 manat məbləğində əsas borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh İddiaçı apelyasiya şikayətini onunla əsaslandırılmışdır ki, cavabdehin əsassız mülahizələri əsasında qətnamə qəbul edilmişdir. İddiaçı Xaçmaz RQİİ-si ilə Cavabdeh Saədir oğlu arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə əsasənda o, təbii qazdan istifadə edir. Abonent üçün qaz sayğacı quraşdırılmışdır. Həmin sayğaca abonentin iştirakı ilə xidmət sahəsinin işçiləri tərəfindən xx.xx.2017-ci il tarixdə baxış keçirilmiş, laboratoriya rəyinə əsasən sayğacda müdaxilə aşkar edildiyi üçün cavabdeh barəsində xx.xx.2017-ci il tarixli, ******* saylı akt tərtib edilmiş və dəymiş ziyan 1548 kub.metr və ya 309,60 manat hesablanaraq abonentin koduna işlənmişdir. Həmin aktı Cavabdeh heç bir irad bildirmədən imzalamışdır. Akta görə hesablanmış 309.60 manat itirilmiş qazın ziyanını 2018-ci ilin oktyabr ayında ödəmişdir. Bundan sonra qaz sayğacına xx.xx.2019-cu il tarixdə yenidən baxış keçirilmiş, sayğacda müdaxiıə aşkar olunduğu üçün cavabdeh barəsində xx.xx.2019-cu il tarixli, ******* saylı akt tərtib edilmiş, dəymiş ziyan 2160 kub.metr və ya 216 manat hesablanaraq abonentin hesabına işlənmişdir. Bu borc da 2019-cu ilin dekabr ayında ödənilmişdir. İddia ərizəsində cavabdehdən tutulması xahiş olunan 375,70 manat borc abonentin təbii qazdan istifadəyə görə yaranmış və sayğacla müəyyən edilən sırf debutor borcudur. Borcun ödənilməsi müqavilə öhdəliklərindən irəli gəlir. Lakin məhkəmə 169,70 manatı təbii qazdan istifadəyə görə debutor borc, 216 manatı isə akta əsasən hesablanmış borc kimi qəbul edərək iddianı qismən təmin etmişdir. Odur ki, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2521/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də iş üzrə iddiaçının nümayəndəsi cavabdeh məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2ci maddəsinə əsasən məhkəmə kollegiyası iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçı təşkilatın nümayəndəsinin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2521/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdehlə iddiaçı arasında bağlanmış «qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqı barədə» müqavilənin 2.3.2-ci bəndinə əsasən istehlakçı “X1”nın tələblərinə əməl etməlidir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt çöbələri vasitəsilə tam ödənilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbinin 169,70 manatının təbii qazdan istifadəyə görə yaranmasını, 216 manatının isə akta görə yazılmasını müəyyən edərək iddianı qismən təmin etmiş, gəldiyi nəticəni də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567, 389,390, 397,398, 399, 405,406, 385, 442, MPM-nin 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası iddianın təmin edilməyən hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh arasında təbii qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır. İş materaillarından görünür ki, iddiaçı cavabdehdən 385,70 manat borc tələb etmişdir. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, cavadbeh Cavabdeh akt üzrə 216 manat borc hesablanmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2011-ci il tarixli 80№-li qərarı ilə təsdiq olunmuş “X1”nın 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Hazırki işdə də işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, qaz sayğacı iddiaçının mənzilində deyil, mənzildən kənarda quraşdırılıb və nəzərə alınsa ki, iddiaçı fiziki şəxs olan istehlakçıdır, belə olan halda, onun həmin sayğacın işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi istisna olunur. Qaydalara görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşıyır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, cavabdeh tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilməmişdir. Həmçinin, qaz sayğacı laboratoriyada yöxlanılarkən abonentin iştirakı təmin edilməmişdir. Göstərilənlərə əsasən qaz sayğacındakı pozuntuya görə istehlakçı məsuliyyət daşımadığından, Akt və həmin aktın əsasında istehlakçının abonent hesabına hesablanmış 216 manat məbləğində borcun abonentin hesabına yazılması qanunsuzdur..Yaranmış vəziyyətdə fiziki şəxs olan cavabdehin yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına cavabdeh tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü iddiaçının üzərində olmuşdur. Lakin iddiaçı təşkilat sayğacın yararsız vəziyyətə düşməsilə əlaqədar hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, cavabdehin zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi qismən təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun 15 manatının cavabdehdən tutulması, 5 manatının isə iddiaçının özünə aid edilməsi gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2521/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-2521/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar