Məhkəmə qərarları › İş №2(105)-1087/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1087/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1087/2023 23.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı «Finca Azerbaijan» MM QBKT-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülki iş üzrə (Açar sözlər: borcun tutulması tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Şuşa Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e-2(077)-11/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı «Finca Azerbaijan» MM QBKT borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3257,92 manat əsas borc, 30,36 manat faiz borcu olmaqla, cəmi 3288,28 manat borc və ödənilmiş 52,90 manat dövlət rüsumunun iddiaçı «Finca Azerbaijan» MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında xx.xx.2019-cu il tarixli, **********1001 saylı kredit (restrukturizasiya) müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının 6-cı bəndinə uyğun olaraq cavabdeh vaxtı keçmiş kredit müqaviləsinin qalıq borcu olan 4836,38 manat məbləğində pulu borclu 60 ay müdətinə, 12 ay güzəşt müddəti tətbiq olunmaqla, illik 1% ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 zamin durmuşlar. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuş, lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə xx.xx.2022-ci il tarixinə 3257,92 manat əsas və 30,36 manat faiz borcu olmaqla, cəmi 3288,28 manat borc hesablanmışdır. Şuşa Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e-2(077)-11/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019-cu il tarixli, **********1001 saylı kredit müqaviləsi üzrə 3257,92 manat əsas borc, 30,36 manat faiz borcu olmaqla, cəmi 3288,28 (üç min iki yüz səksən səkkiz manat iyirmi səkkiz qəpik) manat borc və ödənilmiş 52,90 (əlli iki manat doxsan qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı «Finca Azerbaijan» MM QBKTnın xeyrinə ödənilməsi qət edilmişdir (hakim Mehrəliyev Sərdar). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 445.1, 448.1,739.1, 742-ci maddələrinə istinad edərək iddianı təmin etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh2 apellyasiya şikayəti verərək Şuşa Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e-2(077)-11/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməni qətnaməsi qanusuz və əsassızdır. Belə ki, iddiaçı «Finca Azerbaijan» MM QBKT-dən götürdüyü borcu cədvəl üzrə vaxtı-vaxtında və layiqincə yerinə yetirmişdir. Hesab edir ki, məhkəmənin bu qətnaməsi qanunsuz və ədalətsizdir. Müqavilə ilə üzərinə düşən öhdəliyi yerinə yetirməkdən imtina etmir, sözsüz ki, banka olan borc ödənməlidir. Məhkəmə prossesində iştirak etmədiyindən 1-ci instansiya məhkəməsində mübahisə həll edilərkən onun tərəfindən banka olan borcdan ödəmiş olduğu bütün ödənişləri nəzərə alınmamışdır. Göstərilən səbəbdən hüquqları və qanunla qorunan mənafeyi pozulmuşdur. Bu baxımdan hesab edir ki, məhkəmə tərəfindən işin icraatı dayandırılaraq məsələnin Azərbaycan Respublika Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemi kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx.xx.2019-cu il tarixli, fərmanına uyğun həll edilməsi üçün geri qaytarılmalıdır. Bundan başqa bildirir ki, 27 avqust 2019cu il tarixli, **********83/10 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyini vaxtında və layiqincə icra edə bilməməyinin onun iradəsindən asılı olmayan obyektiv səbəbləri vardır. Lakin bütün sadalanan obyektiv hallar, hal-hazırki maddi durumu iddiaçı tərəfindən nəzərə alınmayaraq, müqavilənin formal müddəalarını rəhbər tutaraq, borcu ödəyə bilmədiyi halda ona faiz və cərimə hesablanmışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh2 məhkəmənin elektron ünvanına məktub göndərərk üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə) qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilməmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür; 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 742-ci maddəsinə əsasən borcu alan borc məbləğini borc verənə vaxtında və borc müqaviləsində nəzərdə tutulmuş qaydada qaytarmalıdır. Mülki Prosessual Məcəllə Maddə 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********1001 saylı kredit müqaviləsinin surətindən görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının 6-cı bəndinə uyğun olaraq cavabdeh vaxtı keçmiş kredit müqaviləsinin qalıq borcu olan 4836,38 manat məbləğində pulu 60 ay müdətinə,12 ay güzəşt müddəti tətbiq olunmaqla, illik 1% ödəməyi öhdəsinə götürmüşdür. «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********1***-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********1001-730555 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. «Finca Azerbaijan» MM QBKT-nın xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2019-cu il tarixli, **********1001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixə «Finca Azerbaijan» MM QBKT-na olan borcu 3257,92 manat əsas borc və 30,36 manat faiz borcu olmaqla, cəmi 3288,28 manat təşkil edir. Məhkəmə hesab etmişdir ki, iddiaçı «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında kredit müqaviləsi, Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmasına baxmayaraq, cavabdehlər həmin müqavilələr ilə üzərlərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2019-cu il tarixli, **********1001 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 3257,92 manat, faiz borcu üzrə 30,36 manat olmaqla, cəmi 3288,28 manat pul və ödənilmiş 52,90 manat dövlət rüsumu tutularaq «Finca Azerbaijan» MM QBKT-nın xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab etmişdir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********1001 saylı kredit müqaviləsinin surətindən görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 nömrəli Fərmanının 6-cı bəndinə uyğun olaraq cavabdeh vaxtı keçmiş kredit müqaviləsinin qalıq borcu olan 4836,38 manat məbləğində pulu 60 ay müdətinə, 12 ay güzəşt müddəti tətbiq olunmaqla, illik 1% ödəməyi öhdəsinə götürmüşdür. «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, **********1***-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 bank qarşısında Cavabdeh1 ilə eyni həcmdə məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. İş materiallarından müəyyən edilmişir ki, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, yəni cavabdehə kredit vermiş, cavabdehlər isə əksinə, öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduqları borcu ödməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, cavabdeh qətnaməni ləğv olunmasını xahiş etsə də, buna dair hər hansı bir sübut təqdim edə bilməmiş, apellyasiya şikayətini əsaslandırmamışdır. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Şuşa Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e-2(077)-11/2023 saylı qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Şuşa Rayon Məhkəməsinin 12 yanvar 2023-cü il tarixli, e-2(077)-11/2023 saylı qətnaməsi Cavabdeh2 aid hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar