Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1088/2021 02.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, İddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi X5, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə faiz borcunun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1613/2020 saylı qətnaməsindən iddiaçı “xxxx” KB ASC tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1613/2020 saylı qətnaməsi ilə “xxxx” KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun və dövlət rüsumunun əvəzinin tutulması tələbinə dair iddiası təmin olunmamışdır. (hakim R.Qoşqarlı). Qətnamədən iddiaçı “xxxx” KB ASC apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1613/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: “xxxx” KB ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh “xxxx” ASC-nin xeyrinə 1020,89 ABŞ dolları borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “xxxx” KB ASC iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı «xxxx» KB ASC ilə borclu Cavabdeh oğlu arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 25% ödəmək şərtilə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onun faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə “xxxx” KB ASC-yə 1020,89 ABŞ dolları faiz borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı “xxxx” KB ASC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə bir sıra maddi və prosessual hüquq normaları pozulmaqla və düzgün tətbiq olunmamaqla çıxarıldığından həmin qətnamə qanunsuzdur. Sumqayıt Şəhər Məhkəməsi qətnamə qəbul edərkən AR MBNP-nın “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qayda”sının təsdiq edilməsi haqqında xx.xx.2019-cu il tarixli, ********** saylı Qərarına istinad etsə də, lakin normanı hazırki mübasiəyə düzgün tətbiq etməməklə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, AR MBNP-nın sözü gedən Qərarının 5.2.2-ci bəndinə əsasən “əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə - faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir.” Buradan göründüyü kimi, 5.2.2-ci bənd yalnız “əsas kredit borcu kompensasiya hesabına ödənilən” kreditlərə şamil edilir. Lakin hazırki mübahisəli kredit borcu isə Fərmanın təsiri altına qismən düşməklə (restrukturizasiyaya düşməyib) həmin kredit üzrə əsas kredit borcu kompensasiya hesabına ödənilmiş, yəni 179,63 ABŞ dolları kompensasiyadan tutularaq əsas kredit borcuna yönəldilmiş, qalıq əsas borc 201,18 ABŞ dolları isə xx.xx.2019-ci il tarixində cavabdehin şəxsi vəsaiti hesabına tam ödənilmişdir. Eyni zamanda, texniki yanlışlıq olaraq kompensasiya qalıq 1020,89 ABŞ dolları faiz borcuna yönəldilmədiyindən qalıq 2444,91 manat kompensasiya cavabdehin sərəncamına verilmişdir. Burada ən vacib nüans tərəflər arasında azad surətdə bağlanmış xx.xx.2014-cü il tarixli, 14763nkSUM/14 saylı kredit müqaviləsinə sonradan əlavə olunmuş xx.xx.2016-cı tarixli Sazişdir. Belə ki, həmin Sazişin 1-ci bəndinə əsasən, “xx.xx.2014-cü il tarixli, 14763nkSUM/14 saylı saylı kredit müqaviləsi üzrə aylıq ödənişlər əsas borcun (ssuda borcu) ödənilməsinə yönəldilməli, faizlər isə müddətin bitdiyi vaxt alınmalı, kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixədək müəyyən olunmalıdır." Göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2016-cı tarixli Saziş imzalandığı andan etibarən cavabdeh banka toplam 3000,85 ABŞ dolları ödəniş etmişdir ki, bunun da hamısı Sazişin şərtlərinə uyğun olaraq yalnız əsas borcun ödənilməsinə yönəlmiş, faiz borcu şərtlərə uyğun olaraq gündəlik hesablanmışdır. Məhkəmənin istinad etdiyi MBNP-nın xx.xx.2019-cu il tarixli Qaydaların 5.2.2-ci bəndi isə birbaşa “əsas kredit borcu kompensasiya hesabına ödənilən” kreditlər kateqoriyasına şamil edilir. Hazırki mübahisəli kredit borcunda isə hesablanmış kompensasiya kart vasitəsilə şəxsin sərəncamına verilmişdir. Beləliklə də, məhkəmə MNBPnın Qaydalarının 5.2.2-ci bəndini hazırki mübahisəyə səhv tətbiq edərək yanlış nəticəyə gəlmişdir. Bu hallara düzgün qiymət verilmədiyindən qətnamə ləğv olunmalı, iddia isə təmin edilməlidir. Apelyasiya baxışı zamanı məhkəmə iclasında iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi X6 şikayətini müdafiər edərək onun təmin edilməsini xahiş etdi. Əlavə etdi ki, qət ediləcək faiz məbləğinin ödənişində bank öz müştərisinə güzəşt tətbiq edə bilər. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi X2 şikayətlə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. Əlavə etdi ki, kompensasiya kimi onlara nağd şəkildə 2449,9 manat vəsait ödənilmişdir. Cavabdehin ayaqları amputasiya olunub və banka ödəməyə heç bir vəsaitləri qalmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İşdə olan xx.xx.2014-cü il tarixli,14763nkSUM/14 saylı kredit və bank hesabı müqaviləsindən görünür ki, “xxxx” Kommersiya Bankı ASC tərəfindən Cavabdeh istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 25% ödəmək şərtilə 4000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və ”borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Yenə işdə olan “xxxx” KB ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixə olan borcu faiz məbləğ üzrə 1020,89 ABŞ dolları təşkil edir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/931 saylı ekspert rəyindən görünür ki, xx xxxxxx 2014cü il, 14763nkSUM/14 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx.xx.2020-ci il tarixədək “xxxx” KB ASC-nə faiz borcu üzrə 1020,80 ABŞ dolları məbləğində borcu müəyyən edilmişdir. Yenə də işdə olan problemli kreditlərin kompensasiyasına dair xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh “xxxx” KB ASC-yə xx.xx.2015-ci il tarixinə olan 3721,67 ABŞ dolları problemli kredit borcuna görə 930,42 manat, xx.xx.2015-ci il tarixinə qalan 3090,07 ABŞ dolları problemli kredit borcuna görə 1854,04 manat kompensasiya hesablanmış, güzəştə görə 34,17 manat azaldılma tətbiq olunaraq banka borcdan ümumilikdə 2750,29 manat kompensasiya edilmişdir. Həmin kredit üzrə restrukturizasiya nəzərdə tutulmamışdır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, iş üzrə tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia təmin olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı «xxxx» KB ASC ilə borclu Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 24 ay müddətinə, illik 25% ödəmək şərtilə 4000 ABŞ dolları məbləğində kredit verilmişdir. Sonradan kreditin ödənilməsində problemlər yarandığından tərəflər arasında kredit müqaviləsinə əlavə şəklində xx.xx.2016-cı tarixli saziş imzalanmışdır. Bu Sazişin 1-ci bəndinə əsasən, “xx.xx.2014-cü il tarixli, 14763nkSUM/14 saylı saylı kredit müqaviləsi üzrə aylıq ödənişlər əsas borcun (ssuda borcu) ödənilməsinə yönəldilməli, faizlər isə müddətin bitdiyi vaxt alınmalı, kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixədək müəyyən olunmalıdır." Lakin saziş bağlandıqdan sonra da ödəmədə problemlər yaranmış və bu borc Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Belə ki, problemli kreditlərin kompensasiyasına dair xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh “xxxx” KB ASC-yə xx.xx.2015-ci il tarixinə olan 3721,67 ABŞ dolları problemli kredit borcuna görə 930,42 manat, xx.xx.2015-ci il tarixinə qalan 3090,07 ABŞ dolları problemli kredit borcuna görə 1854,04 manat kompensasiya hesablanmış, güzəştə görə 34,17 manat azaldılma tətbiq olunaraq banka borcdan ümumilikdə 2750,29 manat kompensasiya edilmişdir. Həmin kredit üzrə restrukturizasiya nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən AR MBNP-nın “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında xx.xx.2019-cu il tarixli, ********** saylı Qərarına istinad etmişdir. Lakin məhkəmə kollegiyası bu nəticə ilə razılaşmır. AR MBNP-nın xx.xx.2019-cu il tarixli, ********** saylı Qərarın 5.2.2-ci bəndinə əsasən “əsas kredit borcu kompensasiya hesabına ödənilən, lakin Fərmana əsasən restrukturizasiya olunmalı kredit borclarının əhatə dairəsinə düşməyən fiziki şəxslərin kredit təşkilatının balansında olan əsas kredit borclarına münasibətdə - faiz borcları kompensasiyanın əsas kredit borcu nisbətinə müvafiq olaraq, dəbbə pulları isə tam məbləğdə silinir.” Bu normadan göründüyü kimi, 5.2.2-ci bənd yalnız “əsas kredit borcu kompensasiya hesabına ödənilən” kreditlərə şamil edilir. Lakin hazırki mübahisəli kredit borcu Fərmanın təsiri altına qismən düşməklə (restrukturizasiyaya düşməyib) həmin kredit üzrə əsas kredit borcu kompensasiya hesabına ödənilmiş, yəni 179,63 ABŞ dolları kompensasiyadan tutularaq əsas kredit borcuna yönəldilmiş, qalıq əsas borc 201,18 ABŞ dolları isə xx.xx.2019-ci il tarixində cavabdehin şəxsi vəsaiti hesabına tam ödənilmişdir. Eyni zamanda, işdən görünür ki, texniki yanlışlıq olaraq kompensasiya qalıq 1020,89 ABŞ dolları faiz borcuna yönəldilmədiyindən qalıq 2444,91 manat kompensasiya cavabdehin sərəncamına verilmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı tarixli Sazişin 1-ci bəndinə əsasən, “xx.xx.2014-cü il tarixli, 14763nkSUM/14 saylı saylı kredit müqaviləsi üzrə aylıq ödənişlər əsas borcun (ssuda borcu) ödənilməsinə yönəldilməli, faizlər isə müddətin bitdiyi vaxt alınmalı, kredit müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixədək müəyyən olunmalıdır." Göründüyü kimi, tərəflər arasında bağlanmış xx.xx.2016-cı tarixli saziş imzalandığı andan etibarən cavabdeh banka toplam 3000,85 ABŞ dolları ödəniş etmişdir ki, bunun da hamısı həmin sazişin şərtlərinə uyğun olaraq yalnız əsas borcun ödənilməsinə yönəlmiş, faiz borcu şərtlərə uyğun olaraq gündəlik hesablanmışdır. Məhkəmənin istinad etdiyi MBNP-nın xx.xx.2019-cu il tarixli Qaydaların 5.2.2-ci bəndi isə birbaşa “əsas kredit borcu kompensasiya hesabına ödənilən” kreditlər kateqoriyasına şamil edilir. Hazırki mübahisəli kredit borcunda isə hesablanmış kompensasiya kart vasitəsilə şəxsin sərəncamına verilmişdir. Beləliklə də nəhkəmə MNBP-nın Qaydalarının 5.2.2-ci bəndini hazırki mübahisəyə səhv tətbiq edərək yanlış nəticəyə gəlmişdir. Beləkilə də iş materialları ilə müəyyən edilir ki, xx.xx.2014-cü il tarixli, 14763nkSUM/14 saylı kredit müqaviləsi üzrə cavabdehin iddiaçı banka 1020,89 ABŞ dolları məbləöində ödənilməmiş faiz borcu qalmışdır və bu borc ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh həmin müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləği üçün müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaiti üzrə faizləri ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. AR Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə 1020,89 ABŞ dolları faiz borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, habelə maliyyə arayışı və ekspert rəyi ilə təsdiq olunur. Başqa sözlə, “xxxx” KB ASC Cavabdeh ona 1020,89 ABŞ dolları borclu olmasını sübuta yetirə bilmişdir. Bu hallara birinci instansiya məhkəməsi düzgün qiymət verməmiş, müqavilə öhdəliyi ilə yaranmış və ödənilməmiş faiz borcunun geri qaytarılması barədə iddiaçının qanuni tələbini heç bir əsas olmadan rədd etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlara əsasən apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia təmin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin belə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30,40 manat və apelyasiya şikayətinin verilməsi üçün ödədiyi 15,40 manat dövlət rüsumu cavabdehdən tutularaq ona qaytarılmalı, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 150 manat cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. AR MPM-in 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1613/2020 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul olunsun. İddiaçı “xxxx” KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə faiz borcunun tutulması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli, 14763nkSUM/14 saylı kredit müqaviləsi üzrə 1020,89 ABŞ dolları faiz borcu (ödəniş gününə Azərbaycan manatına məzənnəsilə) tutularaq “xxxx” KB ASC-yə ödənilsin. İddia ərizəsi verilməsi üçün ödənilmiş 30,40 manat və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh tutularaq “xxxx” KB ASC-yə qaytarılsın. Keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının dəyəri olaraq 150 (yüz əlli) manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab Az41NABZ******************** SFİFT BİK CTREAZ22 Hesab № AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə dərhal qüvvəyə minir. Ondan şikayət verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1088/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1088/2021
02.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver