Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1089/2021 09.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borc tələbi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5657/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5657/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanılmış xx.xx.2017-ci il tarixli 003L**********75 saylı uzunmüddətli kredit müqaviləsinə və xx.xx.2019-cu il tarixli 003R********** saylı kredit razılaşmasına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 5405 (beş min dörd yüz beş) manat 48 (qırx səkkiz) qəpik məbləğində kredit borcu, 553 (beş yüz əlli üç) manat 18 (on səkkiz) qəpik məbləğində faiz borcu və 80 (səksən) manat 46 (qırx altı) qəpik məbləğində cərimə olmaqla ümumilikdə, cəmi 6039 (altı min otuz doqquz) manat 12 (on iki) qəpik məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir (hakim Rəşad Qoşqarlı). Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. İŞİ N H A L L A R İ : İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanılmış xx.xx.2017-ci il tarixli, 003L**********75 saylı uzunmüddətli kredit müqaviləsinə və xx.xx.2019-cu il tarixli, 003R********** saylı kredit razılaşmasına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 5405 (beş min dörd yüz beş) manat 48 (qırx səkkiz) qəpik məbləğində kredit borcu, 553 (beş yüz əlli üç) manat 18 (on səkkiz) qəpik məbləğində faiz borcu və 804 (səkkiz yüz dörd) manat 68 (altmış səkkiz) qəpik məbləğində cərimə olmaqla ümumilikdə, cəmi 6763 (altı min yeddi yüz altmış üç) manat 34 (otuz dörd) qəpik məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun məcburi tutulması barədə qətnamə qəbul etməyi xahiş etmişdir. İşüzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Şİ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ və P R O S E S İŞ T İ R A K Ç İ L A R İ N İ N İ Z A H A T L A R İ Məhkəmə kollegiyasinın iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək göstərdi ki, 2017-ci il tarixdə İddiaçı QSC-yə kredit götürmək üçün yaxınlaşmış, bankla xx.xx.2017-ci il tarixli 003L0000023 18575 saylı kredit müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən 120 ay müddətinə 300.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Müqavilədə də qeyd edilmişdir ki, ona veriləcək kredit məbləği və kreditin müddəti kredit razılaşma müqaviləsi ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixli 003R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167 % olmaqla, ödəniş üzrə hissə-hissə qaytarmaq şərti ilə 6000 manat məbləğində kredit götürmüşdür. 2020-ci ilin əvvəlinə kimi kredit borcunu vaxtı-vaxtında ödəmişdir, 2-ci devalvasiyadan sonra kredit borcunu ödəməyə imkanı olmamışdır. Bundan əlavə keçirilən məhkəmə prosesləri haqqında heç bir məlumatı olmamışdır. Qeydiyyatı Sumqayıt şəhəri olsa da faktiki ünvanı Ceyranbatan bağlarıdır. Bu səbəbdən də məhkəmənin keçirilməsi ilə bağlı heç bir bildirişi almamışdır. Qətnamədə cərimə və faiz borcu şişirdilərək hesablanmışdır. Banka yeni cədvəl açılaraq ödəniş etmək istədiyini bildirsə də, bank bundan imtina etmişdir. Uzun müddət ölkədə karantin rejimi ilə əlaqədar olaraq işləmir. Maddi imkanı çox zəifdir. Qeyd edir ki, yoldaşı ikinci qrup əlildir, onun aldığı pensiya ilə dolanırlar. Himayəsində körpə nəvələri var. Vəziyyəti olduqca çətindir. Ümumi məbləği ödəməkdən imtina etmir, maddi durumunu və ailə vəziyyətini nəzərə alaraq faiz və cərimə borcun silnməsini xahiş edir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5657/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5657/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 göstərdi ki, apellyasiya şikayəti verməsə də cavabdehin apelyasiya şikayətini müdafiə edir, onun təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5657/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 göstərdi ki, apellyasiya şikayəti verməsə də cavabdehin apelyasiya şikayətini müdafiə edir, onun təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5657/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iddiaçının nümayəndəsinin, cavabdehlərin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan xx xxxxxxx 2017-ci il tarixli, 003L**********75 saylı Uzunmüddətli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC-nin Sumqayıt filialı tərəfindən Cavabdeh1 300.000 ABŞ dolları məbləğində kredit xətti açılır. Kreditlər tərəflər arasında “kredit razılaşması” və “bank qarantiyasının verilməsi haqqında müqavilə” formasında bağlanmış ayrıca razılaşma əsasında veriləcək. Kredit müqaviləsi və kredit razılaşması əsasında istənilən məbləğ 120 ay, xx xxxxxxx 2027-ci il tarixdən gec olmayaraq verilməlidir. Verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşması ilə müəyyən edilir. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 (“Borclu”) arasında xx xxxxxxx 2017-ci il tarixli Sumqayıt filialında bağlanmış 003L**********75 saylı Kredit müqaviləsi üzrə 003R********** saylı, xx.xx.2019-cu il tarixli “Kredit Razılaşması”na əsasən bank tərəfindən borcalana aylıq 1.9167 faiz ödəmək şərti ilə 24 ay müddətinə 6000 manat məbləğində kredit verilmişdir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizləri ilə birlikdə banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx xxxxxxx 2017-ci il tarixli, 003S**********03 saylı zaminlik müqaviləsindən görünür ki, xx xxxxxxx 2017-ci il tarixli, 003L**********5 saylı Uzunmüddətli Kredit Müqaviləsi və Uzunmüddətli kredit Müqaviləsinin ayrılmaz hissəsi olan “Kredit Razılaşması”, “Bank qaraniyası verilməsi haqqında müqavilə” və “Akkreditiv açılması üçün razılaşma” formasında bağlanan ayrıva Razılaşmalar üzrə borclu Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC-nin Sumqayıt filialı ilə Cavabdeh3 arasında xx.xx.2017-ci il tarixli, 004S**********03 saylı, Cavabdeh4 arasında xx.xx.2017-ci il tarixli, 003S**********04 saylı, Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixli, 003S**********02 saylı zaminlik müqavilələri bağlanmışdır. Qeyd olunan müqavilələrin 1.1ci bəndində göstərilmişdir ki, bu müqavilələr borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zaminlər bank qarşısında tam məsuliyyəti öz üzərinə götürürlər və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyırlar. Bu müqavilələrin 3.1-ci bəndinə əsasən borclu kredit xətti müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, zaminlər kreditdən istifadə üçün faiz və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla borclunun kredit xətti müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludurlar. İş materiallarında olan İddiaçı QSC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 08 saylı maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 003R********** saylı kredit razılaşması üzrə xx.xx.2020-ci il tarixinə ödənilməmiş əsas borcu 5405,48 manat, faizlər üzrə553,18 manat və cərimələr üzrə isə 804,68 manat, cəmi 6763,34 manat məbləğində təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehdən faizlərin tutulması tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. İş materiallarından görünür ki, iddiaçının nümayəndəsi öz iddia tələbinin əsasları olan faktiki halları məhkəməyə təqdim edilmiş sənədlərlə qismən sübuta yetirdi. Məhkəmə həmin sübutları qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitələri ilə əldə edilmiş hesab edərək qiymətləndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Azərbaycan Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz özərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehlərin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun isə onların vəziyyətini daha ağırlaşdırdığını, habelə iddiaçının əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, xx.xx.2019-cu il tarixli, 003R********** saylıkredit razılaşması üzrə 804,68 manat məbləğində dəbbə pulu (penya) tənasübsüz surətdə yüksəkdir, odur ki, dəbbə pulu (penya) azaldılaraq 80,46 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Məhkəmə haqlı olaraq hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, cavabdeh qətnamənin ləğv edilməsini xahiş etsə də bunu əsaslandırmamış, hər hansı bir mötəbər sübut təqdim etməmişir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan, mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5657/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1089/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1089/2021
09.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver