Məhkəmə qərarları › İş №2(105)-1090/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1090/2021

23.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1090/2021 23.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh X13 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-5118/2020 saylı qətnaməsindən cavabdeh X20 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-5118/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X8 24000 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. (hakim R.Qoşqarlı) Qətnamədən narazı qalan cavabdeh X20 apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-5118/2020 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 24000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, cavabdeh onun keçmiş həyat yoldaşıdır. Belə ki, onların aralarında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli, 2(060)-7026/2019 saylı qətnaməsinə əsasən ləğv edilmişdir. Cavabdeh 2020-ci ilin fevral ayında ona müraciət edərək təcili olaraq 24000 (iyirmi dörd min) manat məbləğində pul lazım olduğunu və həmin pulu ən geci 3 ay müddətində qaytaracağını bildirmiş və o da cavabdehə inanaraq həmin məbləğdə pulu tanışı X9 verməklə cavabdehə “xxxx” ASC vasitəsi ilə xx.xx.2020-ci il tarixdə göndərmişdir. Lakin cavabdeh həmin pulu alsa da, sonradan pulu ona qaytarmamışdır. Pulu ondan tələb etdikdə, cavabdeh pulu qaytarmaq əvəzinə məhkəmədə ona qarşı aliment məbləğinin artırılması barədə iddia qaldırmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh X20 apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, iddiaçı onun keçmiş həyat yoldaşıdır. Onlar xx.xx.2007-ci ildə rəsmi nikaha daxil olmuşlar və birgə nikahdan bir övladları var: xx xxxx 2008-ci il təvəllüdlü X6. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7026/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə aralarındakı nikahın pozulması, birgə nikahdan olan xx xxxx 2008-ci il təvəllüdlü X4 onun yanında qalmasının müəyyən olunması və azyaşlı Mirhüseynin yetkinlik yaşına çatana kimi saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq İddiaçı hər ay 140 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. İddia ərizəsində qeyd edilənlərin hamısı yalandır və həqiqəti əks etdirmir. İddiaçı ona borc pul verməyib. Onların arasında olan nikah pozulduqdan sonra onun iddiaçıdan borca pul alması məntiqsizdir. Onun hesabına köçürülmüş 24000 manat məbləğində pul ona və uşağa çatası puldur. Belə ki, iddiaçının atası vəsiyyət etmişdir ki, öz adına olan mənzil satıldıqdan sonra ona və uşağına pul ayrılsın. 2020-ci ilin fevral ayında həmin mənzil satılmış və onun hesabına 24000 manat məbləğində pul köçürülmüşdür. İddiaçı iddia ərizəsində qeyd edib ki, guya ona borc pul verib, lakin bunu sübut edə biləcək heç bir sənədi məhkəməyə təqdim etməmişdir. Əgər iddiaçı ona borc pul versəydi o zaman aralarında notarial qaydada yazılı borc müqaviləsi bağlanardı. Göründüyü kimi, onların arasında heç bir borc müqaviləsi bağlanmamışdır. Pul isə iddiaçının adından yox, X7 adından onun hesabına köçürülmüşdür, çünki qayınatasına məxsus olan mənzil əvvəlcə qardaşı X17 adına, ondan sonra isə X7 adına sənədləşdirilmişdir. Mənzili X3 və 24000 manat məbləğində pulu onun hesabına köçürmüşdür. Bundan sonra, onun atası xx.xx.2020-ci il tarixdə bankdan 10000 manat kredit götürmüş və cəmi 34000 manata onlar ünvan 1 ünvanında yerləşən mənzili almışlar. Hazırkı vəziyyətdə ümumiyyətlə iddiaçının ona qarşı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Çünki pulu Valeh adlı şəxs onun hesabına köçürüb. Valeh isə həmin pulu qayınatasının vəsiyyətinə əsasən köçürüb. Lakin işə baxan məhkəmə maddi hüquq normalarını pozmuş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış və düzgün nəticəyə gəlməmişdir. O, iddiaçıdan borc pul almadığım halda məhkəmə ondan əsassız olaraq 24000 manat məbləğində pul tutaraq iddiaçıya ödənilməsini qət etmişdir. Sübut kimi yalnız X7 onun hesabına köçürdüyü 24000 manat məbləğində qəbzi təqdim edilmişdir, lakin həmin qəbz isə ona borc verilməsini sübut etmir. Həmçinin o, iddiaçıya qarşı alimentin məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etdikdən sonra, İddiaçı belə bir addım atmış, tamamilə başqa məqsəd üçün verilmiş pul vəsaitini borc adı ilə pərdələyərək əsassız iddia qaldırmış, məhkəmə isə bu iddianı təmin etmişdir. Bu hallara məhkəmə tərəfindən düzgüm qiymət verilmədiyindən qətnamə ləğv edilməli, iddia isə rədd olunmalıdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh X20 apelyasiya şikayətini müdafiə etdiyini bildirdi və onun təmin olunmasını, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə etdi ki, ona verilmiş puldan təyinatı üzrə istifadə etmiş, atasının da bankdan kreditə götürüb əlavə verdiyi pulla qeyd edilən ünvanda ev almışdır. Onun əmək haqqı az olduğu üçün evi atasının adına rəsmiləşdirmiş və banka ipoteka qoyaraq kredit götürmüşlər. Həmin kredit tam ödəndikdən sonra ev atasının adından onun adına sənədləşdiriləcəkdir. Hazırda uşağı ilə birlikdə bu evdə yaşayır. Mərhum qayınatası da sağlığında satılan mənzildən ona ayrılmış pulla nəvəsinin (Mirhüseynin) və onun yaşayış sahəsilə təmin edilməsinə çalışmışdır. X14 iddiaçının bacısının əridir. Valeh Paşayev həmin pulu iddiaçının tapşırığı ilə yox, mərhum qaynatasının hələ sağlığında verdiyi tapşırığı əsasında mənzil satıldıqdan sonra ona vermişdir. Bundan başqa, iddia edilən məbləğin 1000 manatı iddiaçının ona olan aliment borcudur. Ona görə də ödəniş qəbzindən də göründüyü kimi pul iki dəfə köçürülüb. xx.xx.2020-ci ildə 1000 manat iddiaçının ona olan aliment borcu, xx.xx.2020-ci ildə 23000 manat isə mənzil almaq üçün ona verilmiş puldur. Bu fakt da iddianın əsassızlığına dəlalət edir. İş üzrə İddiaçı keçirilmiş 4 məhkəmə iclasının vaxtı və yeri barədə hər dəfə lazımi qaydada xəbərdar edilmişdir. İddiaçı hər dəfə məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, onun xahişi nəzərə alınıb məhkəmə iclasları təxirə salınsa da o, məhkəmə iclaslarına gəlməmiş, mübahisə üzrə obyektiv nəticəyə gəlməkdən ötrü məhkəmə araşdırmasından yayınmışdır. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan “xxxx” ASC tərəfindən verilmiş X10 xx.xx.2020-xx.xx.2020-ci il tarixinə hesab üzrə çıxarışından görünür ki, X14 tərəfinən X11 hesabına xx.xx.2020-ci ildə 1000 (min) manat, xx.xx.2020-ci ildə 23000 (iyirmi üç min) manat pul köçürülmüşdür. Yenə iş materiallarında olan AZ-İ 358315 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X20 arasında olan nikah xx.xx.2020-ci il tarixdə pozulmuşdur. Yenə də iş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, İddiaçı ilə X20 arasında Sumqayıt şəhər qeydiyyat şöbəsində xx.xx.2007-ci il tarixdə bağlanmış, 427 nömrəsi ilə qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər anası X11 yanında qalması və xx.xx.2008-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay sabit pul məbləğində 140 manat miqdarında alimentin İddiaçı tutularaq X13 verilməsi qət edilmişdir. İşə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli, 20016-S135216/803053 saylı kredit limiti müqaviləsindən görünür ki, “xxxx” ASC 120 ay müddətinə X18 istifadəsinə əlavə kredit razılaşmasını imzlamaqla 500000 manat məbləğində kredit limiti ayırır. Yenə işə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarxili zaminlik müqavilələrindən görünür ki, kredit limiti müqaviləsi üzrə X18 öhdəliklərinin təminatı kimi X24 və X20 “xxxx” ASC qarşısında maddi məsuliyyət götürmüşlər. İşdə olan xx xxxxxx 2020-ci il tarixli razılaşmadan görünür ki, xx xxxxxx 2020-ci il tarixli, 20016-S135216/803053 saylı kredit limiti müqaviləsi çərçivəsində “xxxx” ASC 36 ay müddətinə, illik 23 % tətbiq edilmələ X18 istifadəsinə 10000 manat məbləğində kredit vermişdir. Kredit yaşayış sahəsinin alınması məqsədilə verilmişdir. İşə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, X15 mülkiyyətində olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsindəki 3 otaqlı 156B saylı evi 33000 manata X2. Vəsaitin 23000 manat hissəsi alıcı tərəfindən, 10000 manatı isə “xxxx” ASC-dən götürülmüş kredit hesabına ödənilmiş, yaşayış sahəsi kredit müqaviləsinin təminatı qismində həmin ASC-nin xeyrinə ipotekaya qoyulmuşdur. Yenə işə əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli reyestrdən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsindəki 3 otaqlı 156B saylı evin mülkiyyətçisi X22r. İş materiallarında olan DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx xxxxx 2021-ci il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanda yerləşən 3 nömrəli mənzil Sumqayıt şəhər XDS İcraiyyə Komitəsi Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli, 13/587 saylı order və sumqayıt şəhər İcra Hakimiyyəti MTİİB 15 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli, 1945 nömrəli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələr əsasında X5 adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Sumqayıt şəhər 3 saylı notariat kontorunun təsdiq etdiyi xx.xx.2013-cü il tarixli, 4Ə/1025 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında mənzil X17 adına qeydiyyata alınaraq xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 3 saylı notariat kontorunun təsdiq etdiyi xx.xx.2013-cü il tarixli, 4Ə-1079 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında sözügedən mənzil X7 adına qeydiyyata alınmış və xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 3 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-11 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında mənzil X12 adına qeydiyyata alınmış və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. MƏHKƏMƏNİN HÜQUQİ MÖVQEYİ Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-5118/2020 saylı qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə çıxarılaraq iddia rədd olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, qəbul edilmiş qətnamə işin faktiki hallarına uyğun deyildir və tərəflər arasında yaranmış münasibətlərə məhkəmə tərəfindən düzgün qiymət verilməmişdir. İddia ərizəsindən görünür ki, İddiaçı keçmiş arvadı K.Abasovanın xahişi ilə 3 aya qaytarmaq şərtilə tanışı Valeh Paşayev vasitəsilə “xxxx” ASC-də K.Abasovaya məxsus hesaba 24000 manat pul köçürdüyünü, verilmiş borc pul vaxtında qaytarılmadığından hazırkı tələblə məhkəməyə müraciət etdiyini bildirir. İddianın hüquqi əsası kimi isə Mülki Məcəllənin 21, 1096, 1097-ci maddələrinə istinad edilmişdir. Göründüyü kimi iddiaçı tərəflər arasında yaranmış münasibətləri borc münasibəti kimi qiymətləndirir. Lakin işə baxan məhkəmə iddianı təmin edərkən hesab etmişdir ki, cavabdeh mülki hüquq pozuntusu törətmişdir, bu səbəbdən də vurulmuş maddi ziyan məbləği ondan iddiaçının xeyrinə tutulmalıdır. Gəldiyi bu nəticəni isə Mülki Məcəllənin 21, 777, 1096, 1097, 1108, 1115-ci maddələrinə istinad etməklə əsaslandırmağa çalışmışdır. Məhkəmənin gəldiyi bu nəticə isə işin faktiki haları ilə uyğunluq təşkil etmir. Əvvəla, iddiaçı keçmiş arvadına onun xahişi ilə 24000 manat borc verdiyini iddia etsə də bunu əsaslandıra bilməmişdir. Nikahlarına xitam verildikdən 3 ay keşməmiş keçmiş arvadının xahişi ilə ona 24000 manat borc pul verməsi barədə iddiaçının dedikləri heç bir ağlabatan mühakiməyə sığışmır. Digər tərəfdən, tərəflər arasında borcla bağlı hər hansı yazılı müqavilə mövcud deyil. Halbuki, Mülki Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə kollegiyası iş üzrə cavabdehin dəlillərini daha ağlabatan və inandırıcı hesab edir. Belə ki, həmin dəlillər işin faktiki hallarına daha uyğundur. İşin tədqiq olunan faktiki hallarından görünür ki, iddiaçı ilə cavabdeh əvvəllər nikahda olmuş, bu nikahdan onların Mirhüseyn adlı uşaqları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7026/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə aralarındakı nikahın pozulması, birgə nikahdan olan xx xxxx 2008-ci il təvəllüdlü X4 onun yanında qalması müəyyən olunmuşdur. Cavabdehin dediyinə görə tərəflər nikahda olarkən iddiaçının atası mərhum Hüseynbala Hüseynov öz mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 3 nömrəli mənzilin satışından əldə edilmiş məbləğdən müəyyən hissəsini yaşayış sahəsi əldə etmək məqsədilə cavabdehə verilməsini bildirmişdir. İş materiallarından da görünür ki, qeyd edilən mənzil Sumqayıt şəhər 3 saylı notariat kontorunun təsdiq etdiyi xx.xx.2013-cü il tarixli, 4Ə/1025 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında X17 (cavabdehin qardaşı) adına qeydiyyata alınaraq xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 3 saylı notariat kontorunun təsdiq etdiyi xx.xx.2013-cü il tarixli, 4Ə-1079 reyestr nömrəli alqı-satqı və ipoteka müqaviləsi əsasında bu mənzil X7 adına qeydiyyata alınmış və xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Sumqayıt şəhər 3 saylı notariat kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə-11 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında həmin mənzil X12 adına qeydiyyata alınmış və xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. Məhz bu alqı-satqı əməliyyatından sonra “xxxx” ASC vasitəsilə X14 (iddiaçının qaynı) tərəfindən X11 hesabına xx.xx.2020 və xx.xx.2020-ci il tarixində 1000 manat və 23000 manat olmaqla, cəmi 24000 manat pul köçürülmüşdür. K.N.Abasova isə 23000 manat vəsaiti yaşayış sahəsi əldə etmək məqsədilə atası X23 vermiş, o isə “xxxx” ASC-dən 10000 manat kredit götürmüş, xx xxxxxx 2020-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsilə 33000 manata Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsindəki 3 otaqlı 156B saylı evi almışdır. Hazırda cavabdeh azyaşlı uşağı ilə bu evdə yaşayır. Göründüyü kimi tarixlər arasındakı uyğunluq cavabdehin dəlillərini təsdiq edir. Beləliklə də, iş materialları ilə cavabdeh K.N.Abasovanın İddiaçı 24000 manat məbləğində maddi zərər yetirməsi və ya borc alması öz təsdiqini tapmır. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qəbzə istinad etməklə iddianı təmin etməsi tamamilə əsassızdır, çünki yuxarıda da qeyd edildiyi kimi, qəbzlə verilmiş pul vəsaiti borc kimi deyil, iddiaçının atası, cavabdehin qaynatasının tapşırığının həyata keçirilməsi (cavabdehə və azyaşlı uşağa yaşayış sahəsinin alınması) məqsədilə verilmişdir. Yeni alınmış evin cavabdehin adına deyil, onun atasının adına rəsmiləşdirilməsi məsələsini isə məhkəmə iclasında K.N.Abasova belə izah etdi ki, onun əmək haqqı aşağı olduğu üçün bu evin alınmasına çatmayan 10000 manat pulun bankdan kredit götürülməsinə atasının məvacibi kifayət etdiyindən alqı-satqı, kredit və ipoteka ilə bağlı bütün rəsmiləşdirmə də atasının adına aparılmışdır. Kredit öhdəliyi başa çatdıqdan sonra həmin ev onun adına rəsmiləşdiriləcəkdir. Məhkəmə kollegiyası cavabdehin izahatını məqbul hesab edir. İş materiallarındakı sənədlərlə aparılmış əməliyyatların zaman baxımından bir-birini tamamlaması cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlillərin inandırıcı olmasını şərtləndirir. Məhkəmə kollegiyası sadalanan bu hallara əsalanaraq və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, 24000 manat pulun K.N.Abasovadan tutulması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuzdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3-cü hissəsindən və 71ci maddəsinin 2-ci hissəsindən irəli gələn və Mülki Məcəllənin 16-cı maddəsində təsbit olunmuş mülki qanunvericiliyin mühüm prinsiplərindən biri olan hüquqdan sui-istifadənin yolverilməzliyi prinsipi hüququn digər sahələrində olduğu kimi ilk növbədə iki əsas cəhəti nəzərdə tutur: zərərin vurulması və qanunvericiliyin müəyyən etdiyi məqsədlərə zidd şəkildə hüququdan istifadə edilməsi. Bu mənada Mülki Məcəllənin 560.3.4-cü maddəsi xüsusi önəm kəsb edir. Bu normaya əsasən hüquqdan sui-istifadə, o cümlədən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki halda, iddiaçının bank vasitəsilə ödəniş qəbzinin olması faktından, yəni hüquqdan sui-istifadə etməsi cavabdeh K.N.Abasovanın güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh mülki hüquq pozuntusu törətmədiyindən, habelə tərəflər arasında borc münasibətləri olmadığından iddia təmin edilməməlidir və mübahisə üzrə məhkəmənin gəldiyi nəticə işin nə faktiki hallarına, nə də qüvvədə olan maddi hüquq normalarına uyğun deyildir. Yuxarıda sadalanan hallara hüquqi qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tələbinin əsası kimi istinad etdiyi hallar barədə məhkəməyə əsaslı şübhələrdən kənar heç bir mötəbər və legitim sübut təqdim edə bilməmiş, əksinə, cavabdeh Kəmalə Abasova şikayətin dəlillərini sübuta yetirə bilmişdir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (bax, Makhmudov v. Russia, No. 35082/04, xx xxxx 2007-ci il, § 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (bax, Gavazov v. Bulgaria, No. 54659/00, xx xxxx 2008-ci il, § 93). Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən tutarlı əsas gətirilməmiş, onun tərəfindən borcun yaranması sübut edilə bilinməmişdir və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin iddiaçının tələbini əsaslı hesab olunması barədə gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. AR MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlara əsasən apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilib iddia təmin olunmamalıdır. Məhkəmə kollegiyası həmçinin belə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə əsasən iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumu onun özünə aid edilməli, cavabdehin apelyasiya şikayətinin verilməsi üçün ödədiyi 15,40 manat dövlət rüsumunun əvəzi isə iddiaçıdan tutularaq ona qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilsin. Hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)- 5118/2020 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh X13 qarşı 24000 manat məbləğində pul tələbinə dair iddiası təmin olunmasın. İddiaçının iddia ərizəsinin verilməsi üçün ödədiyi dövlət rüsumu onun özünə aid olunsun. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumunun əvəzi İddiaçı tutularaq cavabdeh X13 qaytarılsın. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar