Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1090/2024 02.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X7 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, tərcüməçi X4, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)-716/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Belə ki, iş materiallarında olan:
1. xx.xx.2016-cı il tarixli pul məbləğini köçürmə sənədindən görünür ki, xx.xx.2016-cı ildə İddiaçı tərəfindən Cavabdeh 52260 RUB göndərilmişdir.
2. xx.xx.2017-ci il tarixli pul məbləğini köçürmə sənədindən görünür ki, xx.xx.2017-ci ildə İddiaçı tərəfindən Cavabdeh 22165 RUB göndərilmişdir.
3. xx.xx.2019-cu il tarixli pul məbləğini köçürmə sənədindən görünür ki, xx.xx.2019cu ildə İddiaçı tərəfindən Cavabdeh 5494 AZN göndərilmişdir.
4. xx.xx.2019-cu il tarixli pul məbləğini köçürmə sənədindən görünür ki, xx.xx.2019cu ildə İddiaçı tərəfindən Cavabdeh 7139 AZN göndərilmişdir.
5. xx.xx.2019-cu il tarixli pul məbləğini köçürmə sənədindən görünür ki, xx.xx.2019cu ildə İddiaçı tərəfindən Cavabdeh 4586 AZN göndərilmişdir.
6. xx.xx.2019-cu il tarixli pul məbləğini köçürmə sənədindən görünür ki, xx.xx.2019cu ildə Cavabdeh tərəfindən X5 600 AZN göndərilmişdir.
7. xx.xx.2019-cu il tarixli pul məbləğini köçürmə sənədindən görünür ki, xx.xx.2019cu ildə X2 tərəfindən Cavabdeh 9476 AZN göndərilmişdir.
8. xx.xx.2019-cu il tarixli pul məbləğini köçürmə sənədindən görünür ki, xx.xx.2019cu ildə İddiaçı tərəfindən Cavabdeh 30000 RUB göndərilmişdir.
9. Azərbaycan Mərkəzi Bankının elektron səhifəsindən edilən çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixində 1 RUB=0,287 AZN; xx.xx.2017-ci il tarixində 1 RUB=0,296 AZN; xx.xx.2019-cu il tarixində 1 RUB=0,263 AZN təşkil etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
10. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 32.000 (otuz iki min) manat maddi ziyanın və 186 manat dövlət rüsumunun əvəzinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 2015-ci ildə tanış olaraq, nikaha daxil olmadan faktiki ər-arvad münasibətlərində olmuşlar. Cavabdeh mütəmadi olaraq iddiaçının yanına, Rusiya Federasiyasına gedib-gəlmişdir. Cavabdeh ata yurdunda ferma tikəcəyini, ferma tikilib başa çatdıqdan sonra iddiaçı ilə bərabər oraya köçüb birlikdə yaşayacaqlarını vəd etmişdir. Qeyd edilən fermanın tikintisi üçün iddiaçıdan xeyli məbləğdə pul almışdır. İddiaçı pulun bir qismini nəğd şəkildə Rusiya Federasiyasında kart vasitəsilə cavabdehin kartına, digər qismini isə bank vasitəsilə Azərbaycana, iddiaçıya göndərmişdir. Hazırda iddiaçının tələb etdiyi məbləğ Rusiyadan cavabdehə göndərilən pullardır.
12. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı ilə 2015-ci ildə tanış olmuş, iddiaçının təklifi ilə onunla bərabər Rusiya Federasiyasına getmişdir. Orada taksi fəaliyyəti və maşın alqı-satqısı ilə məşğul olaraq pul qazanmışdır. Qazandığı pulları Azərbaycana gələrkən buraya gətirməmiş, iddiaçıdan həmin pulları ona göndərməsini xahiş etmişdir. İddiaçının qeyd etdikləri vəsaitləri həqiqətən də, bank vasitəsilə qəbul etmişdir. Lakin həmin vəsaitlər onun Rusiya Federasiyasında özünün qazandığı vəsaitlər olmuşdur. Məhkəmə tərəfindən ona verilən suala cavab verən Cavabdeh bildirmişdir ki, xx.xx.2017-ci ildə 3 ay müddətinə, xx.xx.2017ci ildə 6 ay müddətinə, xx.xx.2018-ci il tarixində 4 ay müddətinə, xx.xx.2019-cu il tarixində 2 ay müddətinə iddiaçının yanına (Rusiya Federasiyasına) getmişdir. Həmin müddətlərdə Rusiya Federasiyasında işləyərək özünə pul qazandığını bildirərək iddia tələbinin həqiqətə uyğun olmadığını qeyd etmişdir.
13. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-38-2/33-385/24 saylı Cavabdeh dövlət sərhəddindən hərəkəti barəsində İAMAS bazasındakı məlumatdan görünür ki, Cavabdeh xx.xx.2016-ci il tarixindən xx.xx.2020-ci il tarixədək Dövlət sərhədindən çıxış-girişi olmuşdur.
14. İddiaçı tərəfindən təqdim edilmiş sms yazışmalarının fotoşəkillərindən görünür ki, cavabdeh iddiaçıdan bilet almaq üçün və lombard faizlərinin ödənilməsi üçün pul istəyir.
15. İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillərdə təsərrüfat təyinatlı orta ölçülü tikilillər əksini tapmışdır.
16. İddiaçının Azərbaycan Respublikası DİN-ə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Cavabdeh ümumilikdə ona məxsus 3.814.521 rubl məbləğində vəsaitini ələ keçirdiyini qeyd edir.
17. Sumqayıt RPİ-nin 4-cü PB tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, onun ərizəsində göstərilən xüsusatlar mülki xarakter daşıdığından məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir.
18. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)-716/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 30240 manat maddi ziyanın əvəzi və 180,72 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı verilməsi, ödənilmiş 5,28 manat dövlət rüsumunun iddiaçının özünə aid edilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına əlavə edilmiş pul köçürmə sənədlərindən göründüyü kimi 8 dəfəlik pul köçürmələrindən 5-i Azərbaycan manatı ilə (AZN), 3-ü isə rus rublu ilə (RUB) edilmişdir. məhkəmə rus rublu ilə köçürülən ödənişlərə dair Azərbaycan Mərkəzi Bankının elektron səhifəsindən çıxarışlar etmiş və müəyyən etmişdir ki, xx.xx.2016-cı il tarixində 1 RUB=0,287 AZN; xx.xx.2017-ci il tarixində 1 RUB=0,296 AZN; xx.xx.2019-cu il tarixində 1 RUB=0,263 AZN təşkil etmişdir. Bununla da xx.xx.2016-cı il tarixində İddiaçı Cavabdeh rus rublu ilə göndərmiş olduğu 52260 rublun manat dəyəri həmin tarixdə 1499,87 AZN, xx.xx.2017-ci il tarixdə göndərmiş olduğu 22165 rublun manat dəyəri həmin tarixdə 656,80 AZN, xx.xx.2019-cu il tarixdə göndərmiş olduğu 30000 rublun manat dəyəri həmin tarixdə 789 AZN təşkil etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iddiaçının qeyd etdiyi rus rublu ilə edilən pul köçürmələrinin Azərbaycan manatına nisbəti iddiaçının göstərdiyi kimi deyil, yuxarıda sadalanan hallara müvafiq olaraq 1499,87 AZN, 656,80 AZN və 789 AZN hesablanmalıdır.
20. Məhkəmə cavabdehin iddia tələbinə şifahi etirazına münasibətdə bildirmişdir ki, cavabdeh iddia tələbində qeyd edilən vəsaiti iddiaçıdan bank hesabı vasitəsilə əldə etdiyini bildirir, lakin həmin vəsaitlərin iddiaçıya məxsus olmadığını özünə məxsus pulların iddiaçı tərəfindən göndərildiyini qeyd edir. Məhkəmə hesab etmişdir ki, cavabdehin etirazı özünü müdafiə xarakteri daşıyır. Belə ki, cavabdeh hələ Rusiya Federasiyasına getməzdən öncə burada müəyyən gəlirə malik olduğunu bildirsə də, iş materiallarında olan sms yazışmalarından müəyyən edilir ki, o, iddiaçının yanına getməzdən əvvəl ondan müəyyən bəhanələrlə pul istəmiş və əlavə edilmiş pul köçürməsindən görünür ki, iddiaçı tərəfindən xx.xx.2016-cı il tarixində cavabdehə 1499,87 AZN göndərilmişdir. Belə olan halda həmin vəsait cavabdehin Rusiya Federasiyasında qazandığı vəsait hesab edilə bilməz, habelə bu fakt cavabdehin etirazında qeyd etdiyini, yəni iddiaçının yanına getməzdən əvvəl kifayət qədər vəsaitə malik olduğunun əksinin göstərir. Belə ki, iddiaçı özü məhkəmənin ona verdiyi suala cavab verərək xx.xx.2017-ci ildə 3 ay müddətinə, xx.xx.2017-ci ildə 6 ay müddətinə, xx.xx.2018-ci il tarixində 4 ay müddətinə, xx.xx.2019-cu il tarixində 2 ay müddətinə iddiaçının yanına (Rusiya Federasiyasına) getdiyini bildirmişdir. Göründüyü kimi iddiaçının cavabdehə bank vasitəsilə ilk pul köçürməsi cavabdehin iddiaçının yanına getməzdən öncəki dövrə təsadüf edir. Bununla yanaşı həmin müddətlər ərzində cavabdehin həmin vəsaitləri Rusiyadan Azərbaycana gətirməsi üçün kifayət qədər vaxt olmasına və qadağa olmamasına baxmayaraq həmin pulları gətirmədən iddiaçıdan ona köçürməsini xahiş etməsi, həmçinin cavabdehin Rusiya Federasiyasında olduğunu qeyd etdiyi qısa zaman kəsiyində 32000 AZN vəsait qazana bilməsi ağlabatan deyil.
21. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 1091.1, 1091.2, 1092.1-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
22. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçı hansı səbəbdən ona pul vəsaiti göndəriyini təhrif edərək məhkəməyə bildirmişdir ki, o, həmin pulları iş qurmaq adı ilə göndərmişdir. Halbuki, həmin pul vəsaiti onların faktiki birgə yaşadıqları dövrdə onun tərəfindən qazanılan pulun ona çatan hissəsi idi. O, Azərbaycana qayıdarkən həmin pulların gətirilməsinə rus sərhədçiləri tərəfindən törədilən maneələri nəzər alıb özü ilə həmin pulları gətirməmiş və həmin pulların hissə-hissə göndərilməsini xahiş etmişdir. Əgər iddiaçının dediyi hallar düz idisə həmin pullar ona göndəriləndən sonra o, dəfələrlə geriyə qayıtmışdır. Hansı səbəbdən orada olanda Slabko həmin pulları ondan niyə geriyə tələb etmirdi. Məkəmə tərəfindən bu hallar araşdırılmadan Nərimanov Rayon Polis İdarəsindən sənədlər tələb edilərək götürülmədən qətnamə qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı tərəf yazılı etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, onun vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etdilər.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
27. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (...)
28. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)
29. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
31. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
32. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
33. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
34. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
35. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
36. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
39. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
40. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)-716/2024 nömrəli qətnaməsi qismən – Cavabdeh 10.076 manat pulun alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
42. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir.
43. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövcud mübahisə üzrə cavabdehdən iddiaçının xeyrinə pul vəsaitinin tutulması barədə gəldiyi nəticə ilə razılaşsa da, hesab edir ki, cavabdehdən tutulmalı olan məbləğin miqdarı məhkəmə tərəfindən düzgün müəyyən olunmamışdır.
45. Məhkəmə iş materiallarına təqdim olunmuş pul məbləğlərinin köçürülməsi barədə sənədlərə qiymət verərkən xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli pul məbləğinin köçürülməsi barədə sənədlərdə pul vəsaitlərinin iddiaçı tərəfindən deyil, başqa şəxslər tərəfindən köçürüldüyünə diqqət yetirməmişdir.
46. Belə ki, xx.xx.2019-cu il tarixli pul məbləğini köçürmə sənədində 600 manat pul vəsaitinin Cavabdeh tərəfindən X5, xx.xx.2019-cu il tarixli sənəddə isə 9476 manat pul vəsaitinin X3 tərəfindən Cavabdeh göndərildiyi öz əksini tapmışdır.
47. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi tərəfindən xx.xx.2024-cü il tarixdə elektron qaydada “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmiş X1 ərizəsinə (iş v.128) münasibətdə qeyd edir ki, MPM-in 89.2-ci maddəsinə əsasən, faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.
48. Kollegiya həmçinin qeyd edir ki, MPM-in 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
49. Həmçinin, iş materiallarında həmin şəxsin məhkəmədə şahid qismində ifadə verməsi, ona ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə xəbərdarlıq edilməsi, bu barədə ondan iltizam alınması kimi prosessual hərəkətlərin edildiyi aşkar edilmir. Odur ki, məhkəmə kollegiyası göstərilən ərizəni mötəbər sübut kimi qəbul etmir.
50. Məhkəmə kollegiyasının araşdırması zamanı Cavabdeh hüquqi əsas olmadan İddiaçı hesabına pul vəsaiti əldə edərək əsassız varlanması tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir. Bunun əksini, o cümlədən iddiaçı tərəfindən göndərilən pul vəsaitlərinin cavabdehin özü tərəfindən qazanıldığını təsdiq edən hər-hansı sübut növü isə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.
51. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
52. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
53. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
54. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)- 716/2024 nömrəli qətnaməsi qismən - Cavabdeh 10.076 (9476+600) manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia həmin hissədə təmin edilməməli, qətnamə qalan - Cavabdeh 20.164 manat pul vəsaitinin və dövlət rüsumuna görə ödənilmiş 180,72 manatın alınaraq İddiaçı ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(060)-716/2024 nömrəli qətnaməsi qismən - Cavabdeh 10.076 (on min yetmiş altı) manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia həmin hissədə təmin edilməsin. Qətnamə qalan - Cavabdeh 20.164 (iyirmi min bir yüz altmış dörd) manat pul vəsaitinin və dövlət rüsumuna görə ödənilmiş 180,72 (bir yüz səksən manat yetmiş iki qəpik) manatın alınaraq İddiaçı ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.