Məhkəmə qərarları › İş №2(105)-1091/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1091/2021

07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1091/2021 07.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X1 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Elnarə Nəriman qızı Ağayevanın katibliyi, İddiaçının nümayəndəsi: X3, Cavabdeh: Cavabdeh1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 Nəcməddin oğlu və Cavabdeh2 qarşı kredit borcunun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi Ş.Sadıqov və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.A.Abdullayev) iddianın qismən təmin edilməsi, əsas borc üzrə 169869,38 ABŞ dolları, faiz borcu üzrə 5262,44 ABŞ dolları, cərimə üzrə 10000 ABŞ dolları olmaqla, cəmi 185131 (yüz səksən beş min yüz otuz bir) ABŞ dolları 82 (səksən iki) sent məbləğində pulun (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla), ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat rüsum və 21 manat xidmət haqqı və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatının cavabdehlər Cavabdeh1, Cavabdeh3 Nəcməddin oğlu və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 2-ci mikrorayonda xüsusi mülkiyyətində olan 3 mərtəbəli, 40A saylı qeyri-yaşayış binasına yönəldilməsi və açıq hərracda satılması, yaşayış sahəsinin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1, Cavabdeh3 Nəcməddin oğlu, Cavabdeh2 İddiaçı QSC-yə olan borclarının ödənilməsi, mənzilin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehlərdən ümumi qaydada tutularaq İddiaçı QSC-yə ödənilməsi, İddiaçı QSC-yə olan borc ödənildikdən sonra yaşayış sahəsinin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğin Cavabdeh1 qaytarılması, Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 2-ci mikrorayonda xüsusi mülkiyyətində olan 3 mərtəbəli, 40A saylı qeyri-yaşayış binasının ilkin satış qiymətinin ******* (bir milyon iki yüz min) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı QSC (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh3 Nəcməddin oğluna və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 336869,38 ABŞ dolları kredit borcu, 152929,66 ABŞ dolları faiz borcu və 146594,44 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 636393.48 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 2-ci mikrorayonda 813 m2 tikinti altı sahədən ibarət 3 mərtəbəli 40A saylı qeyri-yaşayış binasına yönəldilməsi, həmin qeyri-yaşayış binasının açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, Sumqayıt şəhəri Nəriman Nərimanov küçəsi, 2-ci mikrorayonda 813 m2 tikinti altı sahədən ibarət 3 mərtəbəli 40A saylı qeyriyaşayış binasına tutma yönədildikdən və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış binasının boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçı ilə bağladığı 09.06.2006-cı il tarixli, 03L000000103 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 45000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Tərəflər arasında bağlanmış 16.08.2012-ci il tarixli, 103 saylı sazişə əsasən kredit xəttinin müddəti artırılaraq 195 ay, kredit xəttinin məbləği ******* ABŞ Dolları müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ilə bağladığı 23.02.2016-cı il tarixli, 003R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 505000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 01.06.2016-cı il tarixli, 003R**********S saylı, 15.02.2017-ci il tarixli, 003R**********SA saylı, 20.07.2017-ci il tarixli, 003R**********SC saylı, 29.01.2018ci il tarixli, 003R**********SD saylı, 30.07.2018-ci il tarixli, 003R**********SE saylı, 31.01.2019-cu il tarixli, 003R**********SF saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 20.02.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 168130,62 ABŞ dolları ödəmiş, onun 336869,38 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 05.09.2019-cu il tarixə 197 gün üçün hesablanmış faiz borcu 152929,66 ABŞ dolları təşkil edir. 05.09.2019-cu il tarixə 197 gün üçün hesablanmış cərimə 146594,44 ABŞ Dolları təşkil edir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərilərinə məsuliyyət götürmüşlər. Kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 iddiaçı ilə bağladığı 16.08.2012-ci il tarixli, 03M000001152 saylı ipoteka müqaviləsi əsasında Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 2-ci mikrorayonda xüsusi mülkiyyətində olan 813 m2 tikinti altı sahədən ibarət 3 mərtəbəli, 40A saylı qeyriyaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 169869,38 ABŞ dolları kredit borcu, 152929,66 ABŞ dolları faiz borcu və 146594,44 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 469393,48 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri Nəriman Nərimanov küçəsi 2-ci mikrorayonda 813 m2 tikinti altı sahədən ibarət 3 mərtəbəli 40A saylı qeyri-yaşayış binasına yönəldilməsi, həmin qeyri-yaşayış binasının açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 636393.48 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumu və 20 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması, Sumqayıt şəhəri Nəriman Nərimanov küçəsi 2-ci mikrorayonda 813 m2 tikinti altı sahədən ibarət 3 mərtəbəli 40A saylı qeyri-yaşayış binasına tutma yönədildikdən və o satıldıqdan 1 ay sonra qeyriyaşayış binasının boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi Ş.B.Sadıqov apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət edir. Məhkəmənin faiz və cərimə borcunun qismən təmin edilməsi ilə bağlıdır. Məhkəmə öz qətnaməsində Məhkəmə Ekspertizası Mərkəzinin 27 iyul 2020-ci il tarixli rəyini əsas götürmüşdür. Ekspertin müəyyən etdiyi 5262,44 ABŞ Dolları məbləğində faiz borcu heç bir halda qanuni və əsaslı hesab edilə bilməz. Ödəniş planına əsasın cavabdehin ödəməli olduğu faiz borcu 204.025 ABŞ dolları təşkil edir. Ekspert borc məbləğlərini 22 aprel 2019-cu il tarixinədək hesablanmışdır. Bundan başqa birinci instansiya məhkəməsi qətnaməsində cərimə borcu məbləgini müqavilə üzrə cəmi 10.000 ABŞ dolları müəyyənləşdirərkən kreditorun əmlak və digər əsaslı mənafeləri nəzərə almamış, yalnız borcluların mənafeyindən çıxış etmişdir. Borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpoteka müqavilə üzrə əmələ gəlir. Cavabdeh mülkiyyətində olan əmlakı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üçün Bank qarşısında yüklü edərkən həmin əmlaka tutma yönəldiyi təqdirdə onu qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli 2(060)-3070/2020 saylı qətnaməsinin qismən faiz və cərimə borcunun qismən təmin edilməsi, həmçinin, əmlaka tutma yönəldikdən və o satıldıqdan sonra əmlakın boşaldılmasının təmin edilməməsi hissələrində ləğv edilərək həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədə müəyyən edilmiş cərimə məbləği yüksək olduğuna görə həmin məbləğ azaldılmalıdır. Göstərilən cərimə borcu 1000 ABŞ dolları olmaqla qətnamə qəbul edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 03 noyabr 2020-ci il tarixli 2(060)-3070/2020 saylı qətnaməsinin qismən cərimə borcunun qismən təmin edilməsi, barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi Ş.B.Sadıqov apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını, Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını, iddiaçının apellyasiya şikayətinin dəlillərini qəbul etmədi və təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iddiaçının apellyasiya şikayəti qismən təmin olunmalı, cavabdehin apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı qismən təmin edərkən, tərəflər arasında kredit, ipoteka, zamin müqaviləsinin olmasına və cavabdehlər tərəfindən müqavilənin şərtlərinin pozulmasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərin əmlaka tutma yönəldikdən və o satıldıqdan sonra əmlakın boşaldılması hissəsində məhkəmə iclasında araşdırılmış sübutlara tam uyğun deyildir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi Ş.B.Sadıqov və Cavabdeh1 apellyasiya şikayətləri iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 24.11.1967-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Digər Cavabdeh2 xx.xx.1969-cu ildə, ünvan 2 ünvanında qeydiyyatdadır. Cavabdeh3 isə xx.xx.1961-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. İşə əlavə olan, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 09.06.2006-cı il tarixli, 03L000000103 saylı kredit müqaviləsi və həmin müqavilə üzrə 23.02.2016-cı il tarixli kredit razılaşması üzrə iddiaçı tərəfindən E.Nadirova 60 ay müddətinə, aylıq 1 faizlə, 505000 ABŞ dolları kredit verilmişdir. Kreditin cavabdehə verilməsini eyni tarixli köçürmə qəbzi də təsdiq edir. Sonradan 01.06.2016-cı il və 15.02.2017-ci il tarixli sazişlərlə kredit razılaşması və ödəniş planına dəyişiklik edilmişdir. İşə əlavə olan 17.10.2010-cu il və 06.02.2012-ci il tarixli zaminlik müqavilələri və həmin müqavilələrə dəyişiklik və əlavələr edilməsi haqqında 9539 və 13560 nömrəli sazişlərə əsasən kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə müvafiq olaraq cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddiaçı qarşısında zamin olmuşlar. 16.08.2012-ci il tarixli, 03M000001152 saylı ipoteka müqaviləsinə əsasən, Cavabdeh1 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 2-ci mikrorayonda 813 m2 tikinti altı sahədən ibarət 3 mərtəbəli, 40A saylı qeyri-yaşayış binası Cavabdeh1 kredit öhdəliklərinin təminatı olaraq iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin RX seriyalı, ******* saylı çıxarışa əsasən həmin qeyri-yaşayış sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan maliyyə arayışına əsasən 05.09.2019-cu il tarixə Cavabdeh1 əsas məbləğ üzrə 336869,38 ABŞ dolları, faiz borcu üzrə 152929,66 ABŞ dolları, cərimə üzrə 146594,44 ABŞ dolları olmaqla, cəmi 636393,48 ABŞ dolları borcu vardır. İşdən göründüyü kimi iddiaçı tərəfindən göndərilmiş ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş daşınmaz əmlakın dövlət reyestrində 10.03.2020-ci il tarixdə qeydə alınmışdır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı tərəfindən cavabdehlərə borcunqaytarılması haqqın Məhkəmə kollegiyası iddiaçının iş üzrə faiz və cərimə borcunun düzgün hesablanmaması barədə gətirdiyi dəlili qəbul etmir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən bu hissədə qətnamə dəyişdirilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.07.2020-ci il tarixli, 9/2428 saylı ekspert rəyində kredit müqaviləsi üzrə borcun 22.04.2019-cu il tarixə əsas borc üzrə 263121,98 ABŞ dolları, faiz borcu üzrə 5262,44 ABŞ dolları olmaqla, cəmi 268384,42 ABŞ dolları təşkil etdiyi müəyyən edilmişdir. “xxxx” Məhdud Məsuliyətli Cəmiyyətinin Mənzilin qiymətləndirilməsi barədə 02.07.2020-ci il tarixli hesabatından görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, Nəriman Nərimanov küçəsi 40 A-da yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri ******* manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsi və kredit razılaşmasına əsasən iddiaçı tərəfindən ona 60 ay müddətinə, 505000 ABŞ dolları məbləğində kredit verilmişdir. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi, Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Ekspert rəyində kredit müqaviləsi üzrə 263121,98 ABŞ dolları əsas və 5262,44 ABŞ dolları faiz borcunun olduğu göstərilmişdir. İddiaçının əsas borc üzrə tələbi isə ekspert rəyində göstərilmiş məbləğdən azdır. Məhkəmə iddia tələbindən kənara çıxmayaraq iddia ərizəsində göstərilən əsas borc məbləğinin cavabdehlərdən tutulmalı olması qənaətinə gəlir. Faiz borcuna gəldikdə isə ekspert rəyində məhkəməyə müraciət edildiyi vaxtadək olan faiz borcu 5262,44 ABŞ dolları göstərildiyindən məhkəmə hesab edir ki, həmin məbləğdə faiz borcu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Odur ki, məhkəmə kollegiyası qeyd edir ki, 169869,38 ABŞ dolları əsas borc məbləğinə 146594,44 ABŞ dolları cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənməmişdir. Bu səbəbdən məhkəmə cərimə məbləğinin azaldılaraq 10000 ABŞ dolları məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. Bunu nəzərə alıb, Cavabdeh1 cərimə məbləğinin azaldılaraq 1000 ABŞ dolları təyin olunması barədə gətirdiyi dəlili qəbul etmir. Azərbaycan Respublikası Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Göründüyü kimi, Cavabdeh3 və Cavabdeh2 zaminlik müqaviləsinə əsasən Cavabdeh1 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşlar. Zaminlik müqaviləsinə əsasən onlar iddiaçı qarşısında kredit müqaviləsi üzrə Cavabdeh1la birgə məsuliyyət daşıyırlar. Bu səbəbdən Cavabdeh1 kredit xətti müqaviləsi və kredit razılaşmasına əsasən yaranmış borcu onunla birlikdə Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır. Mülki Məcəllədə göstərilmişdir ki, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (269.1.).Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir (269.2.). İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır (269.4.). Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır (319.1.). İşdən göründüyü kimi, Sumqayıt şəhəri, 2-ci mikrorayon, Nəriman Nərimanov küçəsi, ev 40 A-da yerləşən qeyri-yaşayış sahəsi iddiaçı qarşısında kredit öhdəliklərinin təmini üsulu kimi ipoteka ilə yüklü edilmişdir. Bu səbəbdən iddiaçı Cavabdeh1 kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia kredit borcu üzrə tutmanın həmin ipoteka predmetinə yönəldilməsi hissəsində də təmin edilməli, Cavabdeh1 kredit borcu üzrə tələb həmin ipoteka predmetinə yönəldilməli, qeyri-yaşayış sahəsi açıq hərracda satılmalı və əldə edilmiş vəsait hesabına iddiaçıya olan borc ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ilkin satış qiyməti bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir (1.0.9.). İpoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünvanı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir (10.5). Məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir (39.3.3.) Göründüyü kimi, “xxxx” MMC-nin Mənzilin qiymətləndirilməsi barədə 02.07.2020-ci il tarixli hesabatında ipoteka predmetinin ilkin satış qiyməti ******* manat məbləğdə müəyyən edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, mənzilin qiyməti həmin məbləğdə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 319.6-cı maddəsində göstərilmişdir ki, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, ipoteka predmetinin satışından əldə edilmiş vəsait Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcundan az olduğu təqdirdə qalan borc məbləği digər cavabdehlərdən ümumi qaydada tutulmalıdır. Həmin məbləğ kredit borcundan çox olduqda isə artıq qalan məbləğ Cavabdeh1 qaytarılmalıdır. Eyni zamanda iddiaçının ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı çəkdiyi xərclər də cavabdehlərdən tutulmalıdır. Məhkəmə kollegiyası ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və o satıldıqdan sonra əmlakın boşaldılmasının təmin edilməməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticədə düzgün hesab etmir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Belə ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. İpoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir. İpoteka kreditoru (ipoteka saxlayan) dedikdə, borclunun onun qarşısında yaranan pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka predmeti olan əşyaya tələb yönəltmək, həmin tələbi göstərilən əşya hesabına təmin etmək ixtiyarına malik olan şəxs nəzərdə tutulur. Cavabdeh mülkiyyətində olan əmlakı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı üçün Bank qarşısında yüklü edərkən həmin əmlaka tutma yönəldiyi təqdirdə onu qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşdür. Göstərilən müddəaların tələbləri baxımından cavabdehin ipoteka müqaviləsi bağlandıgı andan əmlakı tərk etmək vəzifəsi yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yenə də həmin Məcəllənin 217.4cü maddəsində nəzərdə tutulur ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi qismən ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçının nümayəndəsi X2 apellyasiya şikayəti qismən təmin edilsin, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin bu iş üzrə 03 noyabr 2020-ci i il tarixli 2(060)- 3070/2020 saylı qətnaməsi qismən ləğv edilsin. Əsas borc üzrə 169869,38 ABŞ dolları, faiz borcu üzrə 5262,44 ABŞ dolları, cərimə üzrə 10000 ABŞ dolları olmaqla, cəmi 185131 (yüz səksən beş min yüz otuz bir) ABŞ dolları 82 (səksən iki) sent məbləğində pul (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla), ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat rüsum və 21 manat xidmət haqqı və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 25 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh3 Nəcməddin oğlu və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 2-ci mikrorayonda xüsusi mülkiyyətində olan 3 mərtəbəli, 40A saylı qeyri-yaşayış binasına yönəldilsin və açıq hərracda satılsın, yaşayış sahəsinin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1, Cavabdeh3 Nəcməddin oğlu, Cavabdeh2 İddiaçı QSC-nə olan borcları ödənilsin. Mənzilin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğ cavabdehlərdən ümumi qaydada tutularaq İddiaçı QSC-nə ödənilsin. İddiaçı QSC-nə olan borc ödənildikdən sonra yaşayış sahəsinin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğ Cavabdeh1 qaytarılsın. Sumqayıt şəhəri, Nəriman Nərimanov küçəsi, 2-ci mikrorayonda xüsusi mülkiyyətində olan 3 mərtəbəli, 40A saylı qeyri-yaşayış binasının ilkin satış qiyməti ******* (bir milyon iki yüz min) manat məbləğində müəyyən edilsin. Sumqayıt şəhəri, N.Nərimanov küçəsi 2-ci mikrorayonda 813.kv.m tikinti altı sahədən ibarət 3 mərtəbəli 40A saylı qeyri-yaşayış binasına tutma yönəldilsin və o satıldıqdan 1 ay sonra qeyri-yaşayış binası boşaldılsın, hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar