Məhkəmə qərarları › İş №2(105)-1097/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1097/2023

13.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1097/2023 13.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı, Cavabdeh1, onun nümayəndə və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(060)-75/2023 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı – cavabdeh tərəfindən “Opel Vectra” minik markalı, ** UD *** dövlət qeydiyyat nişanlı avtomobilə ödənilən 6500 manat məbləğində pulun, həmçinin ödənilmiş 86 manat dövlət rüsumu alınaraq ona verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(060)-75/2023 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, avtomobilin alınması üçün ödənilmiş 6200 (altı min iki yüz) manat məbləğində pul və ödənilmiş 82 (səksən iki manat) dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi, iddianın tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1 ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manatın tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməsi qət edilmişdir (hakim Aynur Behbudova). Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı notarial qaydada təsdiq edilmiş ərizəni təqdim edərək bildirdi ki, hazırki mübahisəni cavabdehlə razılıq əsasında qəti olaraq həll etmişdir. Ona dəymiş zərər cavabdehlər tərəfindən tam olaraq ödənilmişdir. Bu səbəbdən hazırki iddiadan imtian edir və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş edir. Bildirir ki, mübahisə predmeti olan “Opel Astra” minik markalı, 20DU- 764 dövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı gələcəkdə cavabdehlərə qarşı hər hansı tələbirəli sürməyəcək, hər hansı dövlət qurumuna şikayət etməyəckdir. Odur ki, ərizənin nəzərə alınaraq iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 notarial qaydada təsdiq edilmiş ərizəni təqdim edərək bildirdi ki, iddiaçı ilə aralarıdna olan mübahisəni qarşılıqlı razılıq əsasında tam və qəti olaraq həll etmişlər. İddiaçıya dəymiş zərər tam ödənilmişdir. İddiaçı tərəfindən iddiadan imtina barədə ərizə təqdim edilmişdir. Buna görə də apellyasiya şikayətindən imtina edir və mülki iş üzrə icrtaata xitam verilməsini xahiş edir. Odur ki ərizənin nəzərə alınaraq apellyasiya şikayətindən imtina edlməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndə və vəkili Vəkil2 iddiaçı və cavabdeh tərəfindən verilmiş ərizələrin qəbul edlərək iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edlməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını və verilmiş ərizələri nəzərə alaraq hesab edir ki, iddiaçının iddiadan imtina etmə barədə ərizəsi təmin edilməli, iddiadan imtina qəbul edilməklə Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(060)-75/2023 saylı qətnaməsi ləğv edilməli, iddia tələbləri üzrə işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası mülki-prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(060)-75/2023 saylı qətnaməsi ləğv edilməli, iddia tələbi üzrə işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası onu da izah edir ki, iş üzrə icraata xitam verilməsi iddiaçını eyni predmet, eyni əsas üzrə eyni şəxslərə qarşı iddia qaldırmaq hüququndan məhrum edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiadan imtina edildiyi üçün və iş üzrə icraata xitam verildiyi üçün birinci instansiya məhkəməsində keçirilmiş ekspertizanın xərcinə dair 50 manat məbləğində pulun 25 manatı İddiaçı, 25 manatı Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilməlidir. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263-264, 400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı iddiadan imtinası qəbul edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2(060)-75/2023 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair işin icraatına xitam verilsin. Ekspertiza xərcinə dair 50 manat məbləğində pulun 25 (iyirmi beş) manatı İddiaçı, 25 (iyirmi) manatı Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına ödənilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar