Məhkəmə qərarları › İş №2(105)-1103/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1103/2022

22.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1103/2022 22.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X12 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi, İddiaçı: İddiaçı, İddiaçının vəkili: X6, Cavabdeh: Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili: X10 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Y.Əhmədov) iddianın qismən təmin edilməsi, ünvan 3ində yerləşən 0.10 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə sərf olunmuş cəmi 79500 (yetmiş doqquz min beş yüz) manat pul vəsaitinin Cavabdeh alınaraq İddiaçı xeyrinə tutulması, aparılmış ekspertiza tədqiqatına görə 100 (yüz) manatın İddiaçı və 100 (yüz) manatın Cavabdeh tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh adına keçirtdiyi və cavabdeh tərəfindən satılmış Abşeron rayonu, Fatmayı kəndində yerləşən, 0.10 ha torpaq sahəsində onun tərəfindən tikilmiş, mülkiyyətində olan 1 ədəd 7000 manatlıq avtomat darvaza, 2 ədəd 2000 manatlıq jalüz, 2 ədəd 1000 manatlıq darvaza, 400 kv.m-lik 6000 manatlıq üzlük aqlay daş (çatdırılma ilə birgə), kubu 300 manat olmaqla 20 kub taxta-6000 manat, biri 350 manat olmaqla 8 ədəd pəncərə-2800 manat, 1 ədəd su motoru və 1 ədəd hidrofor su pompası300 manat, 6356 metr 16-lıq Rusiya istehsalı olan armatur-10.500 manat, 368 metr 20-lik Rusiya istehsalı armatur-700 manat, 70 kub 400 marka beton üçün 7 000 manat, 25 kamaz, hər maşında 1100 ədəd olmaqla 12500 manat dəyərində Bakı kubiki, 150 kamaz torpaq-7500 manat, 8000 ədəd kubik ölçüsündə (20x40-a olan) 3200 manatlıq bişmiş kərpic olmaqla, qeyd olunan avadanlıq və tikinti materiallarının, tikintinin onun hesabına sökülərək ona verilməsi (qaytarılması) yaxud həmin tikinti materialları olmadığı təqdirdə qiymətləndirilərək dəyərinin - yəni 69500 manatın, əlavə olaraq da tikintinin inşası üçün ustaya verilmiş 10000 manatın, kommunal xətlərin çəkilməsi və rəsmi icazələrin alınması üçün ödədiyi 3000 manatın - cəmi 82500 manatın cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1997-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmuş, nikahları 2011-ci ildə Bakı şəhəri Nərimanov rayon Məhkəməsində pozulmuş və bu barədə xx.xx.2011-ci il tarixli, AZ-1124639 nömrəli nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. O, cavabdeh ilə rəsmi boşandıqdan sonra cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlakların bölünməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin 2(005)-3383/2010 saylı, 28 dekabr 2010-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Abşeron rayonu, Fatmayı kəndində yerləşən sahəsi 0.10 ha olan torpaq sahəsinin ½ hissəsinə onun mülkiyyət hüququ tanınaraq ½ hissəsinin ona verilməsi, həmin torpaq sahəsinin digər ½ hissəsinin isə Cavabdeh mülkiyyətində saxlanılaraq həmin hissənin cavabdehə verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində istifadədə olan 0,5625 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada 42 kv.m. ümumi, 32 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı, 2 saylı mənzilin ½ hissəsinə onun, həmin mənzilin digər ½ hissəsinin isə cavabdehin mülkiyyətinə verilməsi, göstərilən torpaq sahəsinin və mənzillərin ½ hissəsinin onun, digər ½ hissəsinin isə cavabdehin adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatının aparılması və tərəflərin hər birinə ½ hissədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmənin həmin qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti vermiş, həmin işə apellyasiya instansiyasında baxılarkən o və cavabdeh yenidən ailəni bərpa edib birlikdə yaşamaq şərtilə məhkəmədənkənar razılığa gəlmiş və bundan sonra cavabdeh iddiadan imtina etmiş və Bakı Apellyasiya Məhkəməsinin 21 aprel 2011-ci il tarixli qərardadı ilə iddiaçının iddiadan imtinası qəbul edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3383/2010 saylı, 28 dekabr 2010-cu il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə icraata xitam verilmişdir. O vaxtdan etibarən onlar 6-7 il birlikdə yaşayıb təsərrüfatı birgə idarə etmişlər. Hətta cavabdehlə barışıb qeyri-rəsmi də olsa birgə yaşadıqları üçün onu 28 iyun 2012-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu, Mayakovski küçəsi, 15 saylı evin, 13 saylı mənzilinə pasport qeydiyyatına saldırmışdır. Barışdıqdan sonra yenidən bir müddət birlikdə ailə kimi yaşayıb, təsərrüfatı birgə idarə edib, birgə yaşadıqdan sonra Cavabdeh təkrarən uşaqları da götürüb atasının ona bağışladığı ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 77 kv.m. olan, 2 otaqlı mənzilə köçmüşdür. Bundan sonra da cavabdehlə yenidən ailəni bərpa etmək, barışıb birgə yaşamaqları mümkün olmamışdır. Ona görə o, min bir zəhmətlə əldə etdiyi əmlaklarını qaytarmaq üçün birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi tələbi ilə bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmədə işə baxılarkən məlum olmuşdur ki, sözügedən Abşeron rayonu, Fatmayı kəndində yerləşən sahəsi 0.10 ha olan torpaq sahəsini cavabdeh onun razılığı olmadan X1. Halbuki, həmin torpaq sahəsi üzərində onun tərəfindən 2012-2014-cü illər ərzində, rəsmi boşandıqdan sonrakı dövrdə qeyriyaşayış sahəsi tikilmişdir. Həmin alqı-satqı zamanı isə yalnız torpaq sahəsi satılmış, üzərindəki tikili isə satılmamışdır. Həmin torpaq sahəsi üzərindəki tikili ona məxsusdur, onun tərəfindən tikilmiş, onun mülkiyyətindədir, lakin torpaq sahəsi satılan zaman tikilinin aqibəti müəyyən edilməmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən torpağın üzərində tikilinin olmasına əhəmiyyət verilməmişdir. Həmin alqı-satqının etibarsızlığı ilə bağlı məhkəmə mübahisəsi hələ də davam etməkdədir. Cavabdehlə onun arasında gedən məhkəmə mübahisələri zamanı cavabdeh də etiraf etmişdir ki, onlar boşandıqdan sonra qeyri-rəsmi olaraq 6-7 il birlikdə yaşamışlar. Halbuki, onlar boşanmamışdan əvvəl birgə nikah dövründə, 2008-ci ildə onun öz adına aldığı ünvan 2 ünvanında yerləşən 4 otaqlı evini rəsmi boşandıqdan sonra (boşanma 2011-ci ilin yanvar ayında olmuş, lakin 2011-ci ilin aprel ayında barışmışlar), lakin barışıb birlikdə yaşadıqları vaxt, yəni, 03 aprel 2012-ci il tarixdə satmış və həmin alqısatqı zamanı cavabdehin razılığı olmuşdur. Baxmayaraq ki, onlar artıq rəsmi boşanmışlar və mənzil də onun adına idi, yenə də birgə nikah dövründə əldə olunduğuna görə və cavabdehin mülkiyyət hüququ olduğu üçün cavabdehin mənzilin satılmasına razılığı alınmışdır. Lakin sözügedən Abşeron rayonu, Fatmayı kəndində yerləşən torpaq sahəsini cavabdeh onun razılığı olmadan satmış və onun mülkiyyət hüququ pozulmuşdur. Belə ki, cavabdehlə birgə nikah dövründə əldə olunmuş əmlaklardan bir neçəsi, o cümlədən bələdiyyə qərarı ilə onun öz adına aldığı, Abşeron rayonu, Fatmayı kəndində yerləşən, 0,10 ha torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən cavabdehin adına çıxarış almışdır. Belə ki, həmin torpaq sahəsini bələdiyyə qərarı ilə öz adına almışdır. Uzun müddətdən sonra çıxarış almaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət etmiş və ona torpaq sahəsi bələdiyyə qərarı ilə onun adınadırsa, çıxarışın ona verilməsinin mümkün olmadığı bildirilmişdir. Ona görə də o, məcbur qalıb torpaq sahəsinə dair həmin vaxt keçmiş arvadı-cavabdehin adına çıxarış almışdır. Onların nikahı 2011-ci ildə rəsmi qaydada pozulduqdan sonra həmin torpaq sahəsində 2012-2014-cü illər ərzində tikinti işləri aparmışdır. Belə ki, qeyd olunan torpaq sahəsindəki tikinti işlərini Əliyar Əliyev küçəsində yerləşən 4 otaqlı mənzilinin 2012-ci ildə satılmasından əldə olunmuş vəsaitin hesabına həyata keçirərək, torpaq sahəsini hasara aldırmış, 3 mərtəbəli qeyri-yaşayış sahəsi tikdirmişdir. Bu hal onunla da sübut olunur ki, 4 otaqlı mənzili satdığı dövrdə adına heç bir əmlak almamış, yalnız Fatmayı kəndində qeyri-yaşayış sahəsini tikmiş və həmin pulun hamısını qeyd olunan torpaq sahəsindəki tikiliyə xərcləmişdir. Həmin tikinti işlərinin aparılması üçün icazənin verilməsinə dair Abşeron Rayon İcra Hakimiyyətindən sərəncam almış, tikintinin layihəsini çəkdirib, icra hakimiyyətində təsdiqlətmişdir. FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən icazə almış, bütün bu sənədləşmələr üçün dövlət rüsumları ödəmiş, lakin həmin icazə sənədləri cavabdehdə qalmışdır. Qeyd olunan icazələrin alınması uzun zaman çəkdiyindən tikinti işləri 2012-2014-cü illəri əhatə etmişdir. Bundan başqa, kommunal xətlərin çəkilməsi üçün elektrik dirəkləri basdırmış, kanalizasiya və su xətləri quraşdırmış, qaz xətti çəkdirmiş, sayğac qoydurmuş, bütün bunlara ümumilikdə 3000 manat xərc çəkmişdir. Həmin torpaq sahəsi çökək olduğuna görə orada tikinti işlərinin aparılması üçün 150 kamaz torpaq tökdürmüş, texnika ilə (traktor) həmin torpağı yaydırmış, həmin sahəni düzləşdirəndən sonra 0,10 ha torpaq sahəsinin (20x50 metr) 3 bir tərəfi boyunca Bakı kubiki ilə 4 metr hündürlüyündə, arxa tərəfindən isə 8 metr hündürlüyündə hasar tikdirmişdir. Sahənin içərisində 3 mərtəbəli, 20x13-ə, yəni 780 kv.mdən ibarət qeyri-yaşayış sahəsi tikdirmiş, lakin ailədaxili münaqişələr yenidən başladığı üçün 3-cü mərtəbəni tikdirib başa çatdıra bilməmiş, yarım şəkildə, yəni, tamamlanmamış şəkildə saxlamışdır. Həmin qeyri-yaşayış sahəsinin 260 kv.m-dən ibarət olan bünövrəsinin qurulması üçün 1 metr dərinliyində, 60 sm enində, 20-lik armaturla 368 metr uzunluğunda ikiqat karkaz qurulmuş və 400 marka sementlə 16 kub beton tökülmüşdür. Həmin tikilinin 2-ci mərtəbəsinin tikilməsi üçün sütunlara (kolonlara) və pəncərə üstü palasalara 224 metr 16-lıq armatur qoyulmuş, 6 kub beton tökülmüşdür. 2-ci mərtəbənin tavanı 5200 metr 16lıq armaturla toxunmuş, ikiqat karkaz qurulmuş və 30 kub beton tökülmüşdür. 2-ci mərtəbədə 11 sütun üçün 132 metr 16-lıq armaturla karkaz qurulmuş və 6 kub beton tökülmüşdür. Tikilinin pilləkənlərinin salınması üçün 400 metr 16lıq armaturla karkaz qurulmuş və 2 kub beton tökülmüşdür. Həmin torpaq sahəsində 24 tonluq, üstü bağlı hovuz inşa etdirmişdir. Həmin hovuzun tikintisi üçün torpaq sahəsi 2,60 metr hündürlüyündə qazılmış, 6x2,60 metr ölçüdə hovuzun inşası üçün 400 metr 16-lıq armaturla karkaz qurulmuş, 10 kub beton tökülmüşdür. Həmin hovuza su motoru qoyulmuş və hidrofor su pompası əlavə edilmişdir. Bundan başqa, torpaq sahəsində, hasara 7000 manatlıq pultla idarə edilən avtomat darvaza qoyulmuşdur. Tikilinin qarşı tərəfində hərəsi 500 manat olmaqla, 2 ədəd 1000 manatlıq darvaza, arxa tərəfində isə hərəsi 1000 manat olmaqla 2 ədəd 2000 manatlıq jalüz qoyulmuşdur. Həyətdə tikilinin fasadını üzləmək üçün 400 kv.m-lik üzlük aqlay daş tökdürmüşdür. Tikiliyə ümumilikdə 20 kub taxta istifadə olunmuş, 8 ədəd pəncərə qoyulmuşdur. Bütün tikilinin inşa edilməsi üçün hər kamazda 1100 ədəd kubik olmaqla, ümumilikdə 25 kamaz Bakı kubiki, 8000 ədəd kubik ölçüsündə (20x40-a olan) bişmiş kərpic istifadə olunmuşdur. Bütün tikinti materialları həmin sahədə qalmaqdadır. O, yalnız torpaq sahəsini cavabdehin adına keçirtmişdir, üzərindəki tikilini isə boşandıqdan bir neçə il sonra tikmişdir. Cavabdeh də yalnız torpaq sahəsini onun məlumatı və razılığı olmadan satmış, həmin torpaq sahəsi üzərində yerləşən tikili və onun tərəfindən yığılmış tikinti materialları isə onun mülkiyyətindədir. Qeyd olunan tikinti materiallarının onun tərəfindən alınması və onun mülkiyyətində olmasını təsdiq edən sübutları vardır. Belə ki, həmin tikililəri inşa edən ustalar və həmin tikinti materiallarını aldığı satıcılar, onları həmin sahəyə gətirən kamaz sürücüsü şahiddir. Qeyd olunan avadanlıq və tikinti materialları onun mülkiyyətindədir və o, öz mülkiyyət hüququndan məhrum olmuşdur. Bu səbəbdən də hesab edir ki, onun pozulmuş hüquqları məhkəmə qaydasında təmin olunmalıdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onlar xx.xx.1997-ci il tarixdə nikaha daxil olmuş və həmin nikahdan iki övladları anadan olmuşdur. Xarakterləri uyğun gəlmədiyindən o, 2010-cu ildə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə qətnaməsi ilə tərəflərin nikahı 2011-ci ildə pozulmuşdur. Cavabdeh ailə nikah münasibətləri pozulduqdan sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3383/2010 saylı, 28 dekabr 2010-cu il tarixli qətnaməsi ilə tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlaka hər birinin ½ hissədə payları müəyyən edilmişdir. Lakin sonradan tərəflər ailə nikah münasibətlərini bərpa etmək məqsədilə faktiki bir yerdə yaşamağa başlamış, barışığa gəlmiş, nəticədə, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(103)-1522/2011 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3383/2010 saylı, 28 dekabr 2010-cu il tarixli qətnaməsi ləğv olunmuşdur. O, birgə nikah dövründə əldə olunmuş ünvan 3ində yerləşən 0.10 torpaq sahəsini alqı-satqı yolu ilə satmış, həmin pul vəsaitini isə Fransada magistratura təhsili alan oğlunun təhsil xərclərinə sərf etmişdir. Birinci instansiya məhkəməsi maddi hüquq normalarının tətbiqinə səhvə yol vermiş, tətbiq edilməli olmayan maddi hüquq normasını tətbiq etmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29, 32-ci maddələrini və Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarına istinad etmişdir. Hazırkı iş üzrə məhkəmə ilk növbədə öhdəliyin yaranma əsasını müəyyən etməli oldugu halda, hüquqi səhvə yol verərək, mübahisəyə tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlakın bölgüsü kimi yanaşmışdır. Hazırkı mübahisəyə yalnız əsassız varlanma konteksində yanaşmaq mümkündür. Onlar boşanmadan sonra bir müddət birgə yaşamışlar və 2014-cü ildə yenidən faktiki olaraq ayrılıblar və 2018-ci ildə həmin torpaq sahəsi üzərində olan tikili ilə birlikdə satıbdır, lakin məhkəmə iddia müddətini tətbiq etməmişdir. Abşeron Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli 2(012)-237/2021 saylı qətnaməsinin ləğv edilməsi, iddiaçının ona qarşı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh, nümayəndəsi və vəkili A.E.Qasımov apellyasiya şikayətinin dəlillərini müdafiə etdilər, şikayətə uyğun izahat verdilər və apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. İddiaçı, nümayəndəsi və vəkili M.Q.Əliyev apellyasiya şikayətinin dəlillərini qəbul etmədilər, iddia ərizəsinə uyğun izahat verdilər və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İş üzrə üçüncü şəxs G.İ.Cəfərov və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında ƏMDRX-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir, apellyasiya şikayəti isə qismən təmin edilməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini qismən təmin edərkən, mübahisə olunan əmlakın iddiaçı tərəfindən tikilməsinin şahid ifadələri ilə sübuta yetirilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.1997-ci il tarixli Vİ-JQ № 316635 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.1997-ci il tarixdə nikaha daxil olmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 nömrəsi ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008-ci il tarixli MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsində istifadədə olan 0.05358 ha torpaq sahəsində yerləşən 19/3 saylı evin 3 otaqlı 9 saylı mənzili İddiaçı adına tam mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 697 saylı reyestr kitabının 65487 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********19-05101-093009 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın DRXHD qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2008ci il tarixli MH seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 3ində yerləşən 0.10 ha torpaq sahəsi Cavabdeh adına tam mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 69 saylı reyestr kitabının 135 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********05 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-ti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı məxsus Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsində yerləşən 19/3 saylı evin 3 otaqlı 9 saylı mənzil üzərində məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(005)- 3383/2010 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Abşeron rayonu, Fatmayı kəndində yerləşən sahəsi 0.10 ha olan torpaq sahəsinin ½ hissəsinə İddiaçı mülkiyyət hüququ tanınaraq ½ hissəsinin İddiaçı verilməsi, həmin torpaq sahəsinin digər ½ hissəsinin Cavabdeh mülkiyyətində saxlanılaraq həmin hissənin Cavabdeh verilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Kazım Kazımzadə küçəsində istifadədə olan 0.5625 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli binada 42 kv.m ümumi, 32 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 2 nömrəli mənzilin ½ hissəsinə İddiaçı mülkiyyət hüququnun tanınaraq ½ hissəsinin İddiaçı verilməsi, həmin mənzilin digər ½ hissəsinin Cavabdeh mülkiyyətində saxlanılaraq həmin hissənin Cavabdeh verilməsi, göstərilən torpaq sahəsinin və mənzillərin ½ hissəsinin İddiaçı, digər ½ hissəsinin isə Cavabdeh adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması və Cavabdeh və İddiaçı həmin ½ hissədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(103)-1522/2011 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh iddiadan imtina barədə ərizəsi qəbul edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(005)-3383/2010 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Qərarddadan daha sonra görünür ki, iddiaçı Cavabdeh ilə məhkəmədən kənar razılığa gələrək barışıq sazişi bağladıqları üçün iddiadan imtina etdiyini bildirmiş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(005)-3383/2010 saylı qətnaməsinin ləğv edilərək icraata xitam verilməsini xahiş etmişdir. ünvan 3ində yerləşən 0.10 ha torpaq sahəsi 134 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 2012-ci il tarixli 278 saylı arayışdan görünür ki, Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsində yerləşən 19/3 saylı evin 3 otaqlı 9 saylı mənzilində İddiaçı və Cavabdeh qeydiyyatdadır. Cavabdeh notarial qaydada təsdiq olunmuş xx.xx.2012-ci il tarixli ərizəsindən görünür ki, o, İddiaçı məxsus Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsində yerləşən 19/3 saylı evin 9 saylı mənzilinin satılmasına etiraz etməmişdir. Satıcı İddiaçı ilə alıcı X8 əvəzinə X9 arasında bağlanmış xx.xx.2012-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Bakı şəhəri Nərimanov rayonu Ə.Əliyev küçəsində yerləşən 19/3 saylı evin 3 otaqlı 9 saylı mənzilini alıcıya 58800 manata satmışdır. xx.xx.2012-ci il tarixli ödəniş qəbzindən görünür ki, alıcı Ə.M.Həsənov mənzilin dəyərindən 58800 manat pul vəsaitini notarius X4 Bank Respublika ASC-də açılmış bank hesabına köçürmüşdür. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli AZ-İ № 301668 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahı xx.xx.2011-ci il tarixdə ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 94 nömrəsi ilə qeyd edilmişdir. Cavabdeh notarial qaydada təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, o, heç bir vətəndaşla rəsmi nikahda olmadığını bildirərək gələcəkdə bununla bağlı iddia olacağı təqdirdə məsuliyyəti öz üzərinə götürmüşdür. Satıcı Cavabdeh ilə alıcı G.İ.Cəfərov arasında bağlanmış xx.xx.2018-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı ünvan 3ində yerləşən ümumi sahəsi 0.1 ha olan torpaq sahəsini alıcıya 79000 manata satmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı ilkin olaraq 51000 manat pul vəsaitini satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir, qalan 28000 manat hissəsini isə xx.xx.2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. G.İ.Cəfərovun notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, o, xx.xx.2018-ci il tarixdə Cavabdeh ilə bağladığı 4Ə-4138 reyestrdə qeyd edilmiş nisyə alqı-satqı müqaviləsi üzrə 79000 manatı tam şəkildə ödəmiş və gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacağını bildirmişdir. Ödəniş qəbzlərindən görünür ki, alıcı G.İ.Cəfərov mənzilin dəyərindən xx.xx.2018-ci il tarixdə 51000 manat, xx.xx.2018-ci il tarixdə 12000 manat, xx.xx.2019-cu il tarixdə 16000 manat pul vəsaitini notarius X5 MuğanBank ASC-də açılmış bank hesabına köçürmüşdür. İş materiallarına əlavə edilmiş iki ədəd fotoşəkildən görünür ki, həmin fotoşəkildə ünvan 3ində yerləşən torpaq sahəsi və üzərində inşa edilmiş yarımtikili şəklində birmərtəbəli yaşayış sahəsi inşa edilmişdir. Foto xx.xx.2014-cü il tarixə aiddir. İddiaçı tərəfindən təqdim olunmuş qaimə-fakturadan görünür ki, xx.xx.2012-ci il tarixli qaiməyə əsasən Rizvan adlı alıcıya “armatur”, “kutinka”, “nəqliyyat”a görə cəmi 22925 manat ödəniş almaqla həmin əşyaları alıcıya satmışdır. İddiaçı tərəfindən təqdim olunmuş qaimə-fakturadan görünür ki, xx.xx.2013-cü il tarixli qaiməyə əsasən satıcı Savalan Rizvan adlı alıcıya “sement”, “əlcək”, “araba”, “məftil”, “mala”, “lapatka”, “ustaya tərəzi”, “təkərli araba”, “çəkic”, “mişar”, “Peç odun”, “peç turbası”, “lampa”, “vedrə”yə görə cəmi 756 manat ödəniş almaqla həmin əşyaları alıcıya satmışdır. İddiaçı tərəfindən təqdim olunmuş qaimə-fakturadan görünür ki, xx.xx.2013-cü il tarixli qaiməyə əsasən satıcı X20 adlı alıcıya “Dəmir varata”ya görə 3 x 350 ölçüyə görə 5300 manat, “mator qolu”na görə 2200 manat, “reşotka” 5 x 45 ölçüyə görə 225 manat, “dəmir qol” 3 x3.30 ölçüyə görə 3600 manat olmaqla cəmi 5525 manat ödəniş almaqla həmin əşyaları alıcıya satmışdır. İddiaçı tərəfindən təqdim olunmuş qaimə-fakturadan görünür ki, xx.xx.2014-cü il tarixli qaiməyə əsasən satıcı X19 adlı alıcıya “pəncərələr”ə görə cəmi 631 manat ödəniş almaqla həmin əşyaları alıcıya satmışdır. İddiaçı tərəfindən təqdim olunmuş qaimə-fakturadan görünür ki, xx.xx.2014-cü il tarixli qaiməyə əsasən satıcı Qismət Rizvan adlı alıcıya “saya kubiklər”ə görə cəmi 6500 manat ödəniş almaqla həmin əşyaları alıcıya satmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/4429 saylı rəyindən görünür ki, Abşeron rayonu, Fatmayı kəndində quraşdırma işləri aparılmaqla fərdi yaşayış evinin inşa edildiyi, lakin tikinti işlərinin tam başa çatmadığı müəyyən edilmişdir. Rəydən daha sonra görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Abşeron rayonu, Fatmayı kəndində yerləşən fərdi yaşayış evinin inşa edilməsi ilə əlaqədar yerinə yetirilmiş tikinti işlərinin dəyəri (torpaq işləri, tikinti materiallarının daşınma xərcləri, fəhlə əməyinin haqqı nəzərə alınmaqla) təqribən 82592,9 manat müəyyən edilmişdir. Yerinə yetirilmiş tikinti işlərinin həcmi və nədən ibarət olması rəyə əlavə edilmiş smetada ətraflı göstərilmişdir. Rəydən daha sonra görünür ki, tədqiqat Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,10 ha torpaq sahəsində inşa edilmiş yarımçıq bina üzrə aparılır. Tədqiqatın aparılması üçün həmin binaya baxış keçirilərək ölçü işləri aparılmışdır. Baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan bina faktiki olaraq iki mərtəbədən ibarətdir. 2-ci mərtəbədə tikintiquraşdırma işləri tam başa çatmamış, yarımçıq vəziyyətdə saxlanılmışdır. Binanın yerləşdiyi həyətyanı torpaq sahəsinin sərhədləri mişarlanmış əhəng daşları ilə hasara alınmışdır. Hasarın sağ və arxa tərəfində yerləşən hissəsi 40 sm, sol tərəfdəki hissəsi isə 20 sm qalınlığında hörülmüşdür. Sol tərəfdəki hasarın özül hissəsi (20x40sm) ölçüdə qazılaraq əhəng daşları ilə hörülmüş, sağ və arxa tərəflərdə (40x50sm) qazılaraq monolit dəmir betondan inşa edilmişdir. Ayrı-ayrı hissələrdə dəmir beton sütunlar və kəmər quraşdırılmışdır. Mübahisəli binanın uzunluğu 20,0 metr, eni 12,0 metr, mərtəbə hündürlüyü 3,0 metr təşkil edir. 1-ci mərtəbə 3 tikilidən və giriş hissədən, 2-ci mərtəbə 2 tikilidən ibarətdir. Binanın xarici divarları 1-ci mərtəbədə 40 sm, arakəsmə divar 20 sm qalınlığında mişarlanmış əhəng daşları ilə hörülmüşdür. Xarici divarlar boyunca, eləcə də tikililərin daxilində 13 ədəd dəmir beton sütunlar inşa edilmişdir. Divarlar daxili hissədən sement məhlulu ilə suvanmışdır. Küçə tərəfə açılan iki ədəd (1,8x2,5) metr ölçüdə qapı blokları və bir ədəd (3,1x3,7) metr ölçüdə darvaza metal konstruksiyalardan düzəldilmişdir. İki ədəd tikilinin həyətə tərəf baxan hissəsində (3,0x3,3) metr ölçüdə hərəkətli jalüz qapılar quraşdırılmışdır. Tikililərin döşəməsi beton məhlulu tökülərək hamarlanmışdır. Pəncərə blokları (1,5x0,8) metr ölçüdə plastik konstruksiyalardan (PVC) düzəldilmişdir. Mərtəbəarası örtük, həmçinin giriş hissənin örtük tavası monolit dəmir-betondan inşa edilmişdir. Binanın daxili hissəsində ölçüləri (3,4x3,4) metr olan tikilidə döşəməyə dikt vurulmuşdur. 2-ci mərtəbədə divarların qarşı hissəsi mişarlanmış əhəng daşları ilə, arxa, orta və yan divarlar isə kərpiclə hörülmüş, divarlar boyunca 13 ədəd monolit dəmir-beton sütunlar və kəmər inşa edilmişdir. Giriş hissədə qarşı divar boyunca mişarlanmış əhəng daşları ilə (16 metr) pilləkən marşı hörülmüş, üst hissəsi beton məhlulu ilə hamarlanmışdır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, Abşeron rayonu, Fatmayı kəndində yerləşən 0,10 ha torpaq sahəsində tikinti-quraşdırma işləri aparılmaqla fərdi yaşayış evinin inşa edildiyi, lakin tikinti işlərinin tam başa çatmadığı müəyyən edilmişdir. Qeyd olunur ki, 2012-2014-cü illərdə mövcud olmuş tikinti materiallarının dəyəri barədə məlumat bazası olmadığından, tədqiq olunan binanın tikintisində istifadə edilmiş tikinti materiallarının dəyəri hal-hazırda mövcud olan orta bazar qiymətlərinə uyğun olaraq hesablanmışdır. Tədqiq olunan tikilinin inşa olunması üzrə yerinə yetirilmiş tikinti işlərinin dəyərini müəyyən etmək üçün, orta bazar qiymətlərinə uyğun qiymət normaları tətbiq olunmaqla smeta tərtib olunmuşdur. Məhkəməyə təqdim edilmiş 05 aprel 2016-cı il tarixli 21791 saylı Fövqəladə Hallar Nazirliyinin rəyindən müəyyən olunur ki, Abşeron rayonu, Fatmayi kəndində qeyri-yaşayış obyektində gücləndirmə işləri aparılmaqla bağlı layihəni də nəzərə almaqla ümumilikdə işçi cizgiləri tikinti norma və qaydalarının tələblərinə uyğun hesab edib razılaşdırmaq olması qeyd edilmişdir. Məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, tərəflər rəsmi qaydada 2011-ci il tarixdə boşansalar da, 2018-ci ilədək qeyri-rəsmi ailə münasibətlərində olmuşlar. Bu iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillərlə və tərəflərin məhkəmədə verilmiş izahatlarla sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Hazırda, İddiaçı ünvan 3ində yerləşən 0.10 ha torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə sərf olunmuş tikinti materiallarının, həmin tikinti materialları olmadığı təqdirdə isə onların dəyərinin, yəni 69500 manat, ustalara ödənilmiş məbləğə görə 10000 manat, kommunal xətlərin çəkilməsi və rəsmi icazələrin alınmasına görə ödənilmiş 3000 manat olmaqla cəmi 82500 manat pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlandırılacaq) 29.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər. Birinci instansiya məhkəməsi tətbiq edilməli olmayan maddi hüquq normasını, yəni, ər-arvadın birgə nikah dövründə əldə etdikləri əmlakın hüquqi rejimini müəyyən edən Ailə Məcəlləsinin 29, 32-ci maddələrini, habelə Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun qərarına istinad etmişdir. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlakın bölgüsü kimi yanaşdıgı halda, həmin pulun cavabdehdən alınıb iddiaçıya verməsi barədə gəldiyi nəticəni məhkəmə kollegiyası düzgün hesab etmir. Məhkəmə kollegiyası araşdırması zamanı tədqiq olunmuş sübutları, şahid ifadələrini paralel şəkildə nəzərdən keçirib, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, qiymətləndirib belə qənaətə gəlir ki, ünvan 3ində yerləşən 0.10 ha torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi tərəflərin ər-arvad kimi qeyri-rəsmi yaşadıqları dövrdə inşa edilmişdir. Məhkəmə kollegiyası iddiaçının Cavabdeh mübahisə olunan əmlakın tikintisində heç bir maddi köməklik göstərməməsi barədə izahatına tənqidi yanaşır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, şahid ifadələri əsasında həmin tikilinin inşa edilmə tarixinin 2012-2014-cü illəri əhatə etdiyi öz təsdiqini tapmışdır. Mülki iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/4429 saylı rəyinə əsasən, Abşeron rayonu, Fatmayı kəndində quraşdırma işlərinin aparılmaqla fərdi yaşayış evinin inşa edildiyi, lakin tikinti işlərinin tam başa çatmadığı müəyyən edilmiş, həmin fərdi yaşayış evinin inşa edilməsi ilə əlaqədar yerinə yetirilmiş tikinti işlərinin dəyərinin (torpaq işləri, tikinti materiallarının daşınma xərcləri, fəhlə əməyinin haqqı nəzərə alınmaqla) təqribən 82592,9 manat müəyyən edilmişdir. Lakin ekspert rəyinə əsasən, 2012-2014-cü illərdə mövcud olmuş tikinti materiallarının dəyəri barədə məlumat bazası olmadığından, tədqiq olunan binanın tikintisində istifadə edilmiş tikinti materiallarının dəyəri hal-hazırda mövcud olan orta bazar qiymətlərinə uyğun olaraq hesablanmış, iddiaçı isə iddia tələbində sərf olunmuş tikinti materiallarının hazırkı dövr üçün deyil, məhz həmin dövr üçün dəyərini hesablamaqla tələb etmişdir. Məhkəmə iddiaçının iddia tələbi ilə ekspert rəyini paralel şəkildə, Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən qiymətləndirərək belə qənaətə gəlir ki, məhkəmə irəli sürülmüş iddia tələbi həcmində qətnamə çıxardığından, irəli sürülmüş tələblər əsasında tikinti materiallarının dəyərinə görə 69500 manat, ustaya çəkilmiş xərclərə görə 10000 manat olmaqla cəmi 79500 manat pul vəsaitinin tutulması hissəsində əsaslı hesab edib təmin edir. Belə ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə kollegiyası Cavabdeh iş üzrə iddia müddətinin tətbiq edilməməsi barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, Mülki Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə kollegiyası daşınmaz əmlakla bağlı qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evi tərəflərin nikah münasibətlərinə xitam verildikdən sonra, yəni 2012-2014-cü illər arasında tikilmiş, həmin tikintiyə Azərbaycan Respublikası Fövqalada Hallar Nazirliyi tərəfindən 2016-cı il tarixdə rəy verilmişdir. Lakin məhkəmə kollegiyası iclası zamanı müəyyən edildi ki, tərəflər 2018-ci ilədək qeyri-rəsmi ailə münasibətlərində olmuşdular. Məhkəmə iddiaçının hüququnun pozulduğu tarixi torpaq sahəsinin satıldığı tarix olaraq, yəni xx.xx.2018-ci il tarixi kimi nəzərdən keçirib ümumi iddia müddətini tətbiq etdikdə, iddiaçı tərəfindən iddia müddətinin ötürülmədiyi qənaətinə gəlir. Bu səbəbdən də birinci instansiya məhkəməsi haqlı olaraq iddia müddətinin tətbiqi barədə ərizəsi təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq, apellyasiya şikayətinin qismən təmin edilməsi qənaətinə gəlir və ünvan 3i ünvanında yerləşən 0.10 ha torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin tikintisinə sərf olunmuş 79500 manat pul vəsaitinin tərəflər arasında bərabər şəkildə bölünməlidir. Yəni 79500:2=39.750 manat cavabdehdən pul tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi qismən edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyindən iddiaçının özünə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq cəmi 200 manat pul vəsaiti isə bərabər hissələrdə tərəflərin hər birinə aid edilməlidir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olmadığından və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olduğundan, iş üzrə məhkəmə qətnaməsi ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 28 dekabr 2021-ci il tarixli 2(012)-237/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı əmlak və pul tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh 39.750 (otuz doqquz min yeddi yüz əlli) manat alınıb İddiaçı verilsin. İddiaçı və Cavabdeh müştərək qaydada 200 (iki yüz) manat alınaraq SAP (XİİS) hesabı X2 kod 210005 VÖEN ********** müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik: CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar