Məhkəmə qərarları › İş №2(105)-1105/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1105/2020

18.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1105/2020 18.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respubikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Nahid Nəsrəddin oğlunun katibliyi, İddiaçı X4 nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit müqaviləsinə xitam verilməsi, bu müqavilə üzrə borcun müştərək qaydada tutulması, tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə edilmış vəsaitlə borcun ödənilməsi, vəsait kifayət etmədikdə qalan borcun ümumi qaydada cavabdehlərdən müştərək qaydada tutulması, mübahisəli əmlakdan istifadə hüququnun itirilməsi, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi tələbinə mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-13/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı QSC tərəfindən verilmiş apelyasiya şikayətinə şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zəngilan Rayon Məhkəməsinin 2(034)-13/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı X6 ilə Cavabdeh1 arasında bağlanmış 11,12.2009-cu il tarixli, 17L000000265 saylı kredit xətt müqaviləsinə və xx.xx.2014-cü il tarixli, 017R********** saylı kredit razılaşmasına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 20.365,46 ABŞ dolları əsas, 7718,71 ABŞ dolları faiz, 10.000 ABŞ dolları cərimə borcu, 40 manat dövlət rüsumu və 20 manat xidmət haqqının İddiaçı X4 xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsinə yönəldilməsi və torpaq sahəsinin ilkin satış qiymətinin satıldığı ana bazar qiyməti ilə qiymətləndirilməklə açıq hərracda satılması, satışından əldə ediləcək pul vəsaiti hesabına cavabdehlərin borcunun İddiaçı QSC-yə ödənilməsi, iddiaçının tələbinin tam ödənildikdən sonra satışdan qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir(hakimG.İmanova). Qətnamədənnarazıqalanİddiaçı QSC apelyasiya şikayəti verərək Zəngilan Rayon Məhkəməsinin 2(034)-13/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ipoteka predmetinin ilkin satış qiymətinə dair hissədə ləğv edilməsi və ilkin satış qiymətinin “xxxxxxxxxxxxxxx” MMC-nin rəyinə əsasən müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 017R********** saylı razılaşma üzrə 20952,97 ABŞ dolları məbləğində kredit borcu, 7429,92 ABŞ dolları məbləğində faiz borcu və 15189,3 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 43572,19 ABŞ dolları borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması və ipoteka predmetinin satışından əldə olunan vəsaitin İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi qaydada tutulması, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin torpaq sahəsinə istifadə hüququnun itirilməsi, torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X6 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək,xx.xx.2009-cu il tarixli, 17L000000265 saylı kredit xətt müqaviləsinə və xx.xx.2014-cü il tarixli, 017R********** saylı kredit razılaşmasına xitam verilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 017R********** saylı razılaşma üzrə 20.365,46 ABŞdollarıəsas, 7718,71 ABŞdollarıfaiz, 17.935,41 ABŞdollarıcəriməborcuolmaqla, cəmi 46019,58 ABŞdolları borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsinə yönəldilməsi və həmin torpaq sahəsinin açıq hərracdan satılması və ipoteka predmetinin satışından əldə olunan vəsaitin İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ümumi qaydada tutulması, Cavabdeh2 mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2 həmin torpaq sahəsinə istifadə hüququnun itirilməsi, torpaq sahəsinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı X6 ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 17L000000265 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 017R********** saylı kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli, 017R142960225İS saylı və xx.xx.2016-cı il tarixli, 017R142960225İSA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 4047.03 ABŞ Dolları ödəmiş, onun 20952.97 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu vəfaiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2018-ci il tarixə 319 gün üçün hesablanmış faiz borcu 7429.92 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2018-ci il tarixə 319 gün üçün hesablanmış cərimə 15189.3 ABŞ Dolları təşkil edir.Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə Bank arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 017M**********01 saylı ipoteka müqaviləsi əsasında Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən RX ******* saylı çıxarışla Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1.1-34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İpoteka saxlayan İddiaçı QSC cavabdehipoteka qoyan Cavabdeh2 ipoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq xx.xx.2017-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmiş, xx.xx.2017-ci il tarixdə bildiriş qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə təqdim olunmuş və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş xx.xx.2017-ci il tarixdə həmin İdarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Həmin zaminlik müqaviləsinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı X6 qətnamədən verdiyi şikayətini bununla əsaslandırmışdır ki, mübahisəni araşdırarkən məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini müəyyən etsə də, qətnamənin nəticə hissəsində bu müddəa qeyd edilməmişdir, halbuki “İpoteka haqqında” AR Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “xxxxxxxxxxxxxxx” MMC-nin müvafiq rəyindən görünür ki, mübahisəli torpaq sahəsinin satış qiyməti 38000 manat müəyyən edilmişdir. Buna baxmayaraq, məhkəmə bu nəticəni öz qətnaməsində qeyd etməmiş, bununla da “İpoteka haqqında” AR Qanununun tələblərini pozmuşdur. Göstərilənlərə əsasən qətnamə qismən-ipoteka predmetinin ilkin satış qiymətinin satıldığı ana bazar qiyməti ilə qiymətləndirilməsi hissəsində ləğv edilməli, ipoteka predmetinin ilkin satış qiymətinin “xxxxxxxxxxxxxxx” MMC-nin rəyinə əsasən müəyyən edilməsi, qalan hissədə isə qətnamənin dəyişdirilmədən saxlanması barədə yeni qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı X4 nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə etdi və ipoteka predmetinin likvid dəyəri göstərilməklə mübahisənin həll edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı Zəngilan rayonundan məcburi köçkün olan cavabdehlər və Cavabdeh4 faktiki yaşadıqları ünvan kimi göstərilmiş ünvanlarda yaşamadıqlarından, məhkəmə bildirişləri Zəngilan Rayon icra Hakimiyyətinə göndərilmişdir. Lakin cavabdehlər heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Yerli icra hakimiyyəti vasitəsilə xəbərdar edilmələrini əsas götürərək məhkəmə kollegiyası işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan İddiaçı X6 iləCavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 17L000000265 saylı kredit xətti müqaviləsinə əsasən ona bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli, 017R********** saylı kredit razılaşması əsasında ona 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. İşmateriallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli, 017M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşmateriallarında olan “xxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2018-ci il tarixli, 0638/18/AB nömrəli torpaq sahəsinin qiymətləndirilməsinə dair hesabatından görünür ki, Abşeron rayonu, Masazırkəndində yerləşən Cavabdeh2 xüsusi mülkiyyətindəolan 0,06 hatorpaqsahəsininrealbazardəyəri 38.000 manat təşkiledir. Yenə işmateriallarındaolan “xxxxxxxxxxxxxxxxxxx” MMC-ninxx.xx.2020-ciiltarixli,A- 04/329nömrəlivə xx.xx.2020-ci il tarixli A-04/356 nömrəli torpaq sahəsinin qiymətləndirilməsinə dair hesabatından görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən Cavabdeh2 xüsusi mülkiyyətindəolan 0,06 ha torpaqsahəsinin xx xxxxxx 2020-ci il tarixə orta bazardəyəri 30.000 manat, likvid dəyəri isə 27000 manat təşkiledir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Zəngilan Rayon Məhkəməsinin 2(034)-13/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli, ipoteka predmetinin ilkin satış dəyəri 27000 manat müəyyən edilməlidir. Qalan hissədə qətnamədən apelyasiya şikayəti verilmədiyindən hazırkı mərhələdə bu hissələrdə (kredit müqaviləsinə xitam verilməsi, həmin müqavilə üzrə borcun müştərək qaydada tutulması, tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi, əmlakın açıq hərracda satılması, satışdan əldə edilmış vəsaitlə borcun ödənilməsi, qalan vəsaitin cavabdehə qaytarılması və iddianın qalan hissədə təmin edilməməsi) qətnamə MPM-nin 372.6-cı maddəsinə əsasən apelyasiya baxışının predmeti hesab edilmir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı X6 iləCavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 17L000000265 saylı kredit xətti müqaviləsinə əsasən ona bank tərəfindən 120 (yüz iyirmi) ay müddətinə 50000 (əlli min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2014cü il tarixli, 017R********** saylı kredit razılaşması əsasında o, 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 ABŞ Dolları məbləğində kredit götürmüşdür. Kredit öhdəliyinin təminatı kimi xx.xx.2014-cü il tarixli, 017M**********01 saylı ipoteka müqaviləsilə Cavabdeh2 Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə öhdəliyin təminatı kimi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirmədiyinə görə bank məhkəmədə hazırkı iddianı qaldırmış və iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-13/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnamə şıxarılmışdır. Lakin məhkəmə öz qətnaməsində ipoteka predmetinin hərracdakı satış qiymətini müəyyən etmədiyindən İddiaçı QSC bu hissədə qətnamədən apelyasiya şikayəti vermişdir. “İpoteka haqqında” AR Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Yenə həmin Qanunun 54-cü maddəsinin tələblərinə görə ipoteka predmeti olan torpaq sahəsinə tutma yönəldilərkən, onun ilkin satış qiyməti bazar qiyməti nəzərə alınmaqla müəyyən edilir. Qeyd edildiyi kimi işə baxan məhkəmə “İpoteka haqqında” AR Qanununun 39.3.3-cü maddəsinin tələbinə əməl etməmiş, öz qətnaməsində ipoteka predmetinin ilkin satış qiymətini müəyyənlşdirməmiş, mübahisəli torpaq sahəsinin ilkin satış qiymətinin satıldığı ana bazar qiyməti ilə qiymətləndirilməklə açıq hərracda satılması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Mübahisəli ipoteka predmetinin likvid dəyərinin müəyyənləşdirilməsi məqsədilə özəl qiymətləndirici tədqiqata cəlb edilmiş və “xxxxxxxxxxxxxxxxxxx” MMC-ninxx.xx.2020ciiltarixliA-04/356nömrəlitorpaqsahəsininqiymətləndirilməsinədairhesabatı ilə Abşeronrayonu, MasazırkəndindəyerləşənİbrahimovMayisVaqifoğlununxüsusimülkiyyətindəolan 0,06 hatorpaqsahəsininxx xxxxxx 2020-ci il tarixə orta bazardəyəri 30.000 manat, likvid dəyəri isə 27000 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli torpaq sahəsi hərracda satılarkən onun ilkin satış dəyəri məhz bu hesabatda göstərildiyi kimi, 27000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı QSC apelyasiya şikayətinin əsaslarına dair istinad etdiyi halları qismən də olsa sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti qismən təmin edilsin. Hazırkı iş üzrə Zəngilan Rayon Məhkəməsinin 2(034)-13/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ipoteka predmetinin açıq hərracdakı ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. İpoteka predemti olan və Abşeron rayonu, Masazır kəndində yerləşən Cavabdeh2 xüsusi mülkiyyətindəki 0,06 ha torpaq sahəsinin açıq hərracda ilkin satış qiyməti 27000 manat müəyyən edilsin. Qətnamə-İddiaçı X6 ilə Cavabdeh1 arasında bağlanmış 11,12.2009-cu il tarixli, 17L000000265 saylı kredit xətt müqaviləsinə və xx.xx.2014-cü il tarixli, 017R********** saylı kredit razılaşmasına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 20.365,46 ABŞ dolları əsas, 7718,71 ABŞ dolları faiz, 10.000 ABŞ dolları cərimə borcu, 40 manat dövlət rüsumu və 20 manat xidmət haqqının İddiaçı X4 xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsinə yönəldilməsi və açıq hərracda satılması, satışından əldə ediləcək pul vəsaiti hesabına cavabdehlərin borcunun İddiaçı QSC-yə ödənilməsi, iddiaçının tələbinin tam ödənildikdən sonra satışdan qalan pul vəsaitinin Cavabdeh1 qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi hissəsində, İddiaçı QSC-nin apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya verilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyigündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Gülnarə Tağızadə Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar