Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1105/2021 16.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(012)-3012/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(012)-3012/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 004A********** saylı kredit razılaşması üzrə 2100,66 manat məbləğində əsas kredit borcu, 822,97 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2973,63 manat məbləğində borcun, 004R********** saylı kredit razılaşması üzrə 08.05.2020-ci il tarixə olan 5493,31 ABŞ dolları əsas kredit borcu, 7542,83 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13136,14 ABŞ dolları borcun və ya ödəniş gününə Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq manatla borcun, habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı-yə verilməsi qət edilmişdir (hakim E.Məmmədov). Qətnamədən narazı qalan Cavabdeh1 apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(012)-3012/2020 saylı qətnaməsinin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 oğlundan və Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 004A********** saylı kredit razılaşması üzrə 2100,66 manat məbləğində əsas kredit borcu, 822,97 manat məbləğində faiz borcu və 926,39 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3850 manat məbləğində borcun, 004R********** saylı kredit razılaşması üzrə 5493,31 ABŞ dolları məbləğində əsas kredit borcu, 7542,83 ABŞ dolları məbləğində faiz borcu və 2110,73 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 15146,87 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İddiaçı iddiasını bununla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı ilə bağladığı 24.11.2005-ci il tarixli, 04L000000139 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları 29.06.2015-ci il tarixli, 04L000000139S saylı sazişlə, kredit xəttinə əlavə və dəyişiklik edilərək, kredit xəttinin müddəti 235 ay müddətində, kredit xətinin məbləği 300000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ilə bağladığı 12.01.2015-ci il tarixli, 004A********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 07.12.2015-ci il tarixli, 004A**********S saylı, 21.04.2016-cı il tarixli, 004A**********SA saylı, 12.01.2017-ci il tarixli, 004A**********SB saylı, 19.07.2017-ci il tarixli, 004A**********SC saylı, 18.01.2018-ci il tarixli, 004A**********SD saylı, 03.12.2018-ci il tarixli, 004A**********SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 22.02.2019-cu il tarixdən banka qaytarmamışdır.Cavabdeh1 götürdüyü kredit borcundan 1899,34 manat ödəmiş, onun 2100,66 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 08.05.2020-ci il tarixə 441 gün üçün hesablanmış faiz borcu 822,97 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 08.05.2020-ci il tarixə 441 gün üçün hesablanmış cərimə 926,39 manat təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ilə bağladığı 29.06.2015-ci il tarixli, 004R********** saylı kredit razılaşması əsasında 30 ay müddətinə aylıq faiz dərəcəsi 2,1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 24.11.2005ci il tarixli, 004R**********S saylı, 29.02.2016-cı il tarixli, 004R**********SA saylı, 12.01.2017-ci il tarixli, 004R**********SB saylı, 19.07.2017-ci il tarixli, 004R**********SC saylı, 18.01.2018- ci il tarixli, 004R**********SD saylı, 03.12.2018-ci il tarixli, 004R**********SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 22.01.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 4506,69 ABŞ dolları ödəmiş, onun 5423,31 ABŞ dolları məəbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasınn 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 08.05.2020-ci il tarixə 472 gün üçün hesablanmış faiz borcu 7542,83 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kedit qalığının 0,5 % məbləğində cərimə ödəməlidir. 08.05.2020-ci il tarixə 472 gün üçün hesblanmış cərimə 2110,73 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T L Ə R İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassızdır. Məhkəmə faiz borclarını və cərimələri düzgün hesablamamış, bu zaman yalnız iddiaçı bankın irəli sürdüyü subyektiv dəlillərlə kifayətlənmiş, onun etirazını nəzərə almamışdır. Məhkəmə iclasında o, borcun daha dəqiq hesablanması məqsədilə məhkəmə-mühasibatlıq eskpertizasının keçirilməsini xahiş etsə də, onun vəsatəti təmin olunmamışdır. Bank tərəfindən faiz borcları həddindən artıq şişirdilmiş, lakin bu xüsusda məhkəmə tərəfindən hər hansı araşdırılma aparılmamışdır. Əsas borcu ödəyə bilmədiyi halda, bank ona faiz borcu hesablamış, borcu süni şəkildə şişirtmiş, borcun ödənilməsində ona güzəşt edilməmişdir. Yaranmış kredit borcunun dəqiq müəyyənləşdirilməsi məqsədilə iş üzrə mühasibatlıq ekspertizası təyin edilməlidir. Bu hallar birinci instansiya məhkəməsində kifayət qədər araşdırılmadığından qətnamə ləğv edilməlidir. Apelyasiya baxışı zamanı iştirak etdiyi məhkəmə kollegiyasının iclasında Cavabdeh1 şikayətini müdafiə edərək əlavə etdi ki, hazırda banka yalnız 5400,32 ABŞ dolları borcu qalmışdır. Bank ödədiyi məbləği düz hesablamayıb. Ona görə də məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etdi. Məhkəmə kollegiyası onun bu vəsatətini nəzərə alaraq məhkəmə-mühasibatlıq ekspertizası təyin etdi və ekspert tərəfindən müvafiq rəy verildi. İş üzrə icraat təzələnərək məhkəmə baxışına təyin edilsə də Cavabdeh1 14 iyul 2021-ci il tarixdə teleqramla məhkəməyə müraciət edərək səhhətilə əlaqədar məhkəmə iclasının başqa tarixə təxirə salınmaısnın xahiş etmiş, lakin bununla bağlı sübutları əlavə etməmişdir. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi və digər cavabdehlər heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan 24.11.2005-ci il tarixli, 04L000000139 saylı kredit xətti müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 (kredit alan) arasında kredit müqaviləsi bağlanmış və bu müqaviləyə əsasən bank tərəfindən kredit alana 60 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 29.06.2015-ci il tarixli, 04L000000139S saylı sazişdən isə görünür ki, 24.11.2005-ci il tarixli, 04L000000139 saylı kredit xətti müqaviləsinə əlavə və dəyişiklik edilərək, kredit xəttinin müddəti 235 ay müddətində, kredit xətinin məbləği 300000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Yenə iş materiallarında olan 12.01.2015-ci il tarixli, 004A********** saylı kredit razılşmasından görünür ki, Cavabdeh1 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat məbləğində kredit götürmüşdür. Yenə də iş materiallarından olan 29.06.2015-ci il tarixli, 004R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 30 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İşdə olan 24.11.2005-ci il tarixli, 04S000000102 saylı zaminlik müqaviləsindən və 29.06.2015-ci il tarixində ona edilmiş əlavə və dəyişlikdən görünür ki, İddiaçı və Cavabdeh3 bu müqaviləni bank və Cavabdeh1 arasında 24.11.2005-ci il tarixdə bağlanmış 04L000000139 saylı kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. Yenə işdə olan 22 dekabr 2015-ci il tarixli, 004S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı və Cavabdeh2 bu müqaviləni bank və Cavabdeh1 arasında 24.11.2005-ci il tarixdə bağlanmış 04L000000139 saylı kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. Yenə də işdə olan 29 iyun 2015-ci il tarixli, 004S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı və Cavabdeh4 bu müqaviləni bank və Cavabdeh1 arasında 24.11.2005-ci il tarixdə bağlanmış 04L000000139 saylı kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə bağlamışdır. İş materiallarında olan 23.06.2020-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh1 29.06.2015-ci il tarixli, 004R********** saylı kredit razılaşması üzrə 08.05.2020-ci il tarixə 5493,31 ABŞ dolları əsas kredit borcu, 7542,83 ABŞ dolları faiz borcu, 2100,73 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 15146,87 ABŞ dolları borcu və 12.01.2015-ci il tarixli, 004A********** saylı kredit razılaşması üzrə 2100,66 manat məbləğində əsas kredit borcu, 822,97 manat məbləğində faiz borcu va 926,39 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3850 manat məbləğində təşkil edir. Yenə iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20.05.2021-ci il tarixli, 9/1938 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 29.06.2015-ci il tarixli, 004R********** saylı kredit razılaşması üzrə 22 yanvar 2019-cu il tarixə (müqavilə müddətinin bitmə tarixinə) 6241,17 ABŞ dolları əsas kredit borcu, 5903,68 ABŞ dolları faiz borcu, 08 may 2020-ci il tarixə (iddianın qaldırılması tarixinə) 5493,31 ABŞ dolları əsas kredit borcu, 7460,39 ABŞ dolları faiz borcu, 12.01.2015-ci il tarixli, 004A********** saylı kredit razılaşması üzrə 22 fevral 2019-cu il tarixə (müqavilə müddətinin bitmə tarixinə) 2174,58 manat məbləğində əsas kredit borcu, 47,12 manat məbləğində faiz borcu, 08 may 2020-ci il tarixə (iddianın qaldırılması tarixinə) 2174,58 manat məbləğində əsas kredit borcu, 731,88 manat məbləğində faiz borcu vardır. Yenə iş materiallarında olan xəbərdarlığın surətindən görünür ki, cavabdehlər banka gecikdirilmiş borcun olması, ödənilməyəcəyi təqdirdə barələrində müvafiq tədbir görüləcəyi barədə xəbərdar edilmişlər. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(012)-3012/2020 saylı qətnaməsi faiz borcları hissəsində ekspert rəyinə uyğun dəyişdirilməli, qalan hissələrdə isə qətnamə dəyişdirilmədən saxlanılmalı, Cavabdeh1 apelyasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 24.11.2005-ci il tarixli, 04L000000139 saylı kredit xətti müqaviləsilə İddiaçı tərəfindən Cavabdeh1 60 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Lakin sonradan tərəflərin imzaladıqları 29.06.2015-ci il tarixli, 04L000000139S saylı sazişlə həmin müddət 235 aya, məbləğ isə 300000 ABŞ dollarına dəyişdirilmişdir. Bundan sonra, Cavabdeh1 iddiaçıdan 12.01.2015-ci il tarixli, 004A********** saylı kredit razılşması ilə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat, 29.06.2015-ci il tarixli, 004R********** saylı kredit razılaşması ilə isə 30 ay müddətinə aylıq faiz dərəcəsi 2.1667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 07.12.2015-ci il tarixli, 004A**********S saylı, 21.04.2016-cı il tarixli, 004A**********SA saylı, 12.01.2017-ci il tarixli, 004A**********SB saylı, 19.07.2017-ci il tarixli, 004A**********SC saylı, 18.01.2018-ci il tarixli, 004A**********SD saylı, 03.12.2018-ci il tarixli, 004A**********SE saylı sazişlə 12.01.2015-ci il tarixli, 004A********** saylı kredit razılşmasına və onun ödəniş planına, 24.11.2005-ci il tarixli, 004R**********S saylı, 29.02.2016-cı il tarixli, 004R**********SA saylı, 12.01.2017-ci il tarixli, 004R**********SB saylı, 19.07.2017-ci il tarixli, 004R**********SC saylı, 18.01.2018- ci il tarixli, 004R**********SD saylı, 03.12.2018-ci il tarixli, 004R**********SE saylı sazişlə isə 29.06.2015-ci il tarixli, 004R********** saylı kredit razılaşmasına və onun ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasının təminatı məqsədilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 zamin kimi bank qarşısında öz üzərlərinə öhdəlik götürmüşlər. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası hüquqi mövqeyi və gəldiyi nəticə aşağıdakılara əsaslanır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Yenə həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Yenə həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Yenə həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdən göründüyü kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinə və razılaşmalara əsasən, Cavabdeh1 həmin kredit müqaviləsi və razılaşmalar üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qrafikə əsasən vaxtında qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə yerinə yetirməmişdir. İş materiallarından və işin faktiki hallarından göründüyü kimi borclu Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh1 İddiaçı-dən aldığı kredit üzrə əsas borcu, müqavilə ilə müəyyən edilmiş faizləri və dəbbə pulu borcunu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh1 müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Həmçinin zaminlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Cavabdeh1 İddiaçı qarşısında kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün məsuliyyəti öz üzərlərinə götürsə də, öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşdən göründüyü kimi, Cavabdeh1 iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə əsas borcu, faiz borcu və dəbbə pulu borcu yaranmışdır. Borcun məbləğini Cavabdeh1 mübahisələndirdiyi üçün məhkəmə kollegiyasının 12 mart 2021-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühaisbatlıq ekspertizası təyin edilmiş və ekspert rəyi alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20.05.2021-ci il tarixli, 9/1938 saylı ekspert rəyindən görünür ki, Cavabdeh1 29.06.2015-ci il tarixli, 004R********** saylı kredit razılaşması üzrə 22 yanvar 2019-cu il tarixə (müqavilə müddətinin bitmə tarixinə) 6241,17 ABŞ dolları əsas kredit borcu, 5903,68 ABŞ dolları faiz borcu, 08 may 2020-ci il tarixə (iddianın qaldırılması tarixinə) 5493,31 ABŞ dolları əsas kredit borcu, 7460,39 ABŞ dolları faiz borcu, 12.01.2015-ci il tarixli, 004A********** saylı kredit razılaşması üzrə 22 fevral 2019-cu il tarixə (müqavilə müddətinin bitmə tarixinə) 2174,58 manat məbləğində əsas kredit borcu, 47,12 manat məbləğində faiz borcu, 08 may 2020-ci il tarixə (iddianın qaldırılması tarixinə) 2174,58 manat məbləğində əsas kredit borcu, 731,88 manat məbləğində faiz borcu vardır. Qüvvədə olan qanunvericiliyə əsasən faiz borcu kredit müqaviləsinin bitmə tarixinə kimi tətbiq edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hər iki kredit razılaşması üzrə Cavabdeh1 faiz borclarını məlum ekspert rəyindəki kimi müəyyən edir. Yəni Cavabdeh1 29.06.2015-ci il tarixli, 004R********** saylı kredit razılaşması üzrə 5903,68 ABŞ dolları faiz borcu, 12.01.2015-ci il tarixli, 004A********** saylı kredit razılaşması üzrə 47,12 manat məbləğində faiz borcu vardır. Ekspert rəyində kredit razılaşmaları üzrə əsas borclar tələb edilən əsas borcların məbləğindən yuxarı olduğundan məhkəmə kollegiyası MPM-nin 218.3-cü maddəsinin tələbləri baxımından hesab edir ki, əsas borclar məhz birinci instansiya məhkəməsinin qətnaməsindəki kimi tutulmalıdır. İş materiallarından görünür ki, iddiaçı cavabdehdən birinci saziş üzrə 2110,73 ABŞ dolları, ikinci saziş üzrə isə 926,39 manat dəbbə pulunun tutulmasını xahiş etmiş və həmin tələb qismən təmin olunmuşdur. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, kreditor tərəfindən borcluya kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi ilə əlaqədar birinci saziş üzrə 2110,73 ABŞ dolları, ikinci saziş üzrə isə 926,39 manat məbləğində cərimə borcu hesablanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işin halları nəzərə alınarsa qeyd edilən məbləğ tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən də, məhkəmə kollegiyası işin hallarını, əlavə olaraq tətbiq edilən dəbbə pulunun kreditorun vəziyyətini daha da ağırlaşdırdığını, habelə kreditorun əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, birinci saziş üzrə 100 ABŞ dolları, ikinci saziş üzrə isə 50 manat məbləğində cərimə borcunun hesablanması barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı və ədalətlidir. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları qismən sübut edə bilmiş, cavabdeh isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə və ya iddianın rədd olunmasına dair məhkəməyə daha mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, kredit müqaviləsi üzrə faiz borcunun tutulması hissəsində qətnamə dəyişdirilməli, cavabdehlərdən müştərək qaydada 29.06.2015-ci il tarixli, 004R********** saylı kredit razılaşması üzrə 5903,68 ABŞ dolları faiz borcu, 12.01.2015-ci il tarixli, 004A********** saylı kredit razılaşması üzrə 47,12 manat məbləğində faiz borcu tutulmaqla, İddiaçı-yə verilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin belə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1, 119.5-ci maddələrinin tələblərinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh1 özünə aid edilməli, ekspertiza xərci olaraq hesablanmış 100 manat pul isə tərəflərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 05 noyabr 2020-ci il tarixli, 2(012)-3012/2020 saylı qətnaməsi kredit razılaşmaları üzrə faiz borcunun tutulması hissəsində dəyişdirlsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 29.06.2015-ci il tarixli, 004R********** saylı kredit razılaşması üzrə 5903,68 ABŞ dolları (ödəniş gününə manat məzənnəsilə) və 12.01.2015-ci il tarixli, 004A********** saylı kredit razılaşması üzrə 47,12 manat məbləğində faiz borcu İddiaçınin xeyrinə tutulsun. Qətnamə, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 004A********** saylı kredit razılaşması üzrə 2100,66 manat məbləğində əsas kredit borcunun və 50 manat məbləğində cərimə borcunun, 004R********** saylı kredit razılaşması üzrə 5493,31 ABŞ dolları əsas kredit borcunun və 100 ABŞ dolları cərimə borcunun (ödəniş gününə manat məzənnəsilə), habelə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı-yə verilməsi hissəsində, dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 manat vəsaitin 50 manatı İddiaçı-dən, 50 manatı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin (Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK CTREAZ.22 Hesab AZ34CTRE********************) hesabına köçürülsün. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1105/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1105/2021
16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver