Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1111/2025 31.07.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Məmmədov Zahid Tahir oğlunun məruzəsi ilə, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, X5 (qanuni nümayəndəsi Qanuni nümayəndə vasitəsilə) və Cavabdeh3 (qanuni nümayəndəsi Qanuni nümayəndə vasitəsilə) qarşı “ölmüş şəxsin kredit borcunun vərəsədən tutulması” tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2(034)-6/2025 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında tərəflərin iştirakı olmadan baxaraq Müəyyən etdi: İşin halları İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X4 vərəsələri-Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli kredit müqaviləsinə əsasən əsas borca görə 5100 manat, faiz borcuna görə 29.66 manat, cərimə borcuna görə 29.66 manat olmaqla, cəmi 5159.32 manat borcun,eyni zamanda xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli tam kart müqaviləsinə əsasən ayrılmış kredit xəttinə görə əsas borc üzrə 106.65 manat, faiz borcu üzrə 3.15 manat olmaqla, cəmi 109.8 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 72.69 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin həcminin artırılması və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X4 vərəsələricavabdehlər Cavabdeh2, Qanuni nümayəndə, X3 və Cavabdeh3dan (qanuni nümayəndəsi-Qanuni nümayəndə vasitəsilə) müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli kredit müqaviləsinə əsasən əsas borca görə 5100 manat, faiz borcuna görə 29.66 manat, cərimə borcuna görə 29.66 manat olmaqla, cəmi 5159.32 manat borcun, eyni zamanda xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli tam kart müqaviləsinə əsasən ayrılmış kredit xəttinə görə əsas borc üzrə 106.65 manat, faiz borcu üzrə 3.15 manat olmaqla, cəmi 109.8 manat borcun, həmçinin iddia ərizəsi üçün ödənilmiş 72.69 manat dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin 19 mart 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, cavabdehlərdən müştərək qaydada xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli kredit müqaviləsi üzrə 5100 manat əsas borcun, 29.66 manat faiz borcunun, 29.66 manat cərimə borcu olmaqla, cəmi 5159,32 manat məbləğində, xx.xx.2022-ci il tarixli, BPM**********01 nömrəli tam kart müqaviləsi üzrə 106.65 manat əsas borcun, 3.15 manat faiz borcu olmaqla, cəmi 109.08 manat məbləğində borcun və ödənilmiş 72 manat məbləğində dövlət rüsumunun, habelə 0,40 qəpik bank xidmət haqqının tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayəti verilməsi ilə bağlı buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi və apellyasiya şikayətinin vaxtında verilmiş hesab olunaraq Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməməsi və apellyasiya şikayətinin ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Qərardaddan Cavabdeh2 şikayət vermişdir. Şikayətdə göstərilir ki, məhkəmə iclasları cavabdehlərin iştirakı olmadan keçirilmiş və qətnamənin surəti onlara təqdim edilməmişdir. Bu səbəbdən qətnamədən apellyasiya şikayəti qanunla müəyyən olunmuş müddətdə verilməmişdir. Məhkəmə qətnaməsi barədə məlumat yalnız qətnamə icraya yönəldildikdən sonra, icra məmurları vasitəsilə əldə edilmişdir. Məhz bundan sonra cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək qətnamənin ona rəsmi qaydada təqdim olunmasını xahiş etmiş və həmin sənəd xx.xx.2025-ci il tarixdə rəsmi qaydada cavabdehə təqdim edilmişdir. Qeyd edilməlidir ki, həmin ərizə üzərində sonradan dəyişiklik aparılmış və sənədə “təkrar” sözü əlavə olunmuşdur. Halbuki, qətnamənin surəti cavabdeh Qanuni nümayəndə və digər cavabdehlərə heç vaxt təqdim edilməmişdir. Görünür ki, “təkrar” sözünün əlavə olunması, gələcəkdə prosessual müddətin bərpası ilə bağlı hüquqi imkanların qarşısını almaq məqsədi güdmüşdür. Qətnamənin surəti xx.xx.2025-ci il tarixdə təqdim edildikdən sonra Cavabdeh2 apellyasiya şikayəti və prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Zəngilan Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli qərardadı ilə prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş və qətnamədən apellyasiya şikayəti verilməsi ilə bağlı buraxılmış prosessual müddətin bərpasından imtina edilmişdir. İlk növbədə qeyd etmişdir ki, prosessual qanunvericiliyin tələblərinə əsasən, qətnamədən apellyasiya şikayəti yalnız “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə – elektron kabinet üzərindən təqdim oluna bilər. Bu səbəbdən cavabdeh xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçdikdən sonra, apellyasiya şikayətini və buraxılmış prosessual müddətin bərpası barədə ərizəni elektron qaydada məhkəməyə təqdim etmişdir. Buna baxmayaraq məhkəmə qeyd olunan halları, həmçinin qətnamənin vaxtında rəsmi qaydada cavabdeh tərəfindən alınmasını təsdiq edən sübutların olmamasını nəzərə almamış və ərizənin təmin edilməsindən imtina etmişdir. Qeyd olunmalıdır ki, prosessual müddətlər, hüquqi münasibətlərin və məhkəmə araşdırmalarının müəyyən zaman çərçivəsində effektiv şəkildə həyata keçirilməsi üçün qanunverici tərəfindən müəyyən edilmiş müddətlərdir. Bu müddətlərin əsas məqsədi prosesin çevikliyini və hüquqi sabitliyi təmin etməkdir. Lakin bəzi hallarda tərəflər obyektiv səbəblərə görə bu müddətləri buraxa bilərlər. Bu kimi hallarda AR Mülki Prosessual Məcəlləsi hüquqi çıxış yolu təqdim edir. Digər tərəfdən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Rəsmi qaydada verilmə yalnız qanunda nəzərdə tutulmuş formada, yəni müvafiq prosedurlara riayət edilməklə həyata keçirilə bilər. MPM-in 135.6-cı maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxs sistemdə qeydiyyatdan keçmişdirsə, məhkəmə sənədləri bu şəxsin “elektron kabinet”ində yerləşdirilir və bu barədə məlumat ona elektron vasitələrlə (elektron poçt, SMS və s.) çatdırılır. Yəni bildiriş yalnız elektron kabinetə sənədin yerləşdirilməsi ilə deyil, əlavə olaraq məlumatın çatdırılması ilə tam olur. MPM-in 135.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Lakin məhkəmə cavabdehin “Elektron məhkəmə” sistemində yalnız xx.xx.2025-ci il tarixində qeydiyyatdan keçməsini və məhkəmə qərarının həmin tarixədək rəsmi qaydada təqdim olunmasının mümkün olmamasını nəzərə almamışdır. Halbuki bu hallar onu göstərir ki, cavabdeh elektron kabinetdə rəsmi şəkildə qeydiyyatdan keçmədiyi müddətdə qətnamənin sistemə yerləşdirilməsi ilə apellyasiya şikayəti üçün prosessual müddətin başlanması hüquqi əsas daşımır. MPM-in 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” sistemində qeydiyyatdan keçməmiş şəxslərə məlumatlar yalnız həmin şəxsin təqdim etdiyi mobil nömrəyə SMS vasitəsilə çatdırılmalıdır. Həmin halda belə şəxs məhkəmə iclası və sənədlər haqqında lazımi qaydada xəbərdar edilmiş hesab olunur. Ancaq Cavabdeh2 tərəfindən sistemdə heç bir mobil nömrə və ya əlaqə vasitəsi təqdim olunmadığından, bu tələbin də yerinə yetirilməsi mümkün olmamışdır. Nəticə etibarilə, Cavabdeh2 müvafiq tarixədək (qətnaməni əldə edən tarixədək) “Elektron məhkəmə” sistemində qeydiyyatdan keçməməsi və hər hansı rabitə vasitəsini (elektron poçt ünvanı, telefon nömrəsi) təqdim etməməsi səbəbindən məhkəmə qərarı ona Mülki Prosessual Məcəllənin tələblərinə uyğun şəkildə rəsmi qaydada təqdim olunmamış hesab edilir. Bu şəraitdə qətnamənin təqdim olunma tarixi kimi ya onun cavabdeh tərəfindən rəsmi qaydada alındığı tarix — xx.xx.2025, ya da cavabdehin “Elektron məhkəmə” sistemində qeydiyyata alındığı tarix — xx.xx.2025 əsas götürülməlidir. Hər iki halda prosessual müddətin hesablanması yalnız bu tarixlərdən birindən başlanmalıdır. Formalaşmış məhkəmə təcrübəsi: Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 2(102)-247/2023 saylı iş üzrə qəbul etdiyi qərarda (iddiaçı “X8” cavabdeh "xxxx" MMC-yə qarşı iş üzr)ə“Elektron məhkəmə” informasiya sistemində elektron kabinet yaradılmış şəxslərin həmin sistemdə təsdiq edilmiş elektron poçt ünvanı və ya mobil nömrə təqdim etmədikləri hallarda, məhkəmə sənədlərinin kabinetdə yerləşdirilməsi faktının həmin şəxslərə avtomatik xəbər verilməsi və beləliklə sənədin rəsmi qaydada təqdim edilməsi kimi qəbul olunmasının yolverilməzliyi xüsusi vurğulanmışdır. Ali Məhkəmə bu qərarında qeyd etmişdir ki, əgər elektron kabinetdə istifadəçinin təsdiq edilmiş elektron ünvanı və ya mobil nömrəsi qeyd edilməmişdirsə, məktubun və ya bildirişin sistem tərəfindən göndərilməsi texniki baxımdan mümkün olmamışdır və bu halda məhkəmə sənədinin rəsmi qaydada verilməsi faktı baş tutmuş hesab edilə bilməz. Belə olan halda isə, müvafiq məhkəmə aktından kassasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin başlanğıcı həmin sənədin faktiki təqdim edildiyi tarixdən hesablanmalıdır. Beləliklə, yuxarıda göstərilən formalaşmış məhkəmə təcrübəsinə əsasən, elektron kabinet yaradıldığı halda belə, əgər orada təsdiqlənmiş e-mail və ya mobil nömrə mövcud deyilsə, bu hal həmin şəxsin məhkəmə sənədindən faktiki xəbərdar edilməməsini sübut edir. Bu səbəb prosessual müddətin bərpası üçün üzrlü səbəb kimi qəbul olunmalı və müvafiq şikayət üzrə baxılma təmin edilməlidir. Beləliklə, Cavabdeh2 adına yaradılmış elektron kabinetdə təsdiqlənmiş e-mail ünvanı və ya mobil nömrə mövcud olmadığından, qətnamənin xx.xx.2025-ci il tarixində həmin elektron kabinetə göndərilməsi (yerləşdirilməsi), apellyasiya şikayəti vermək üçün qanunla nəzərdə tutulmuş bir aylıq müddətin həmin tarixdən başlanması üçün əsas ola bilməz. Zəngilan Rayon Məhkəməsinin 23 iyun 2025-ci il tarixli qərardadı ilə 13 iyun 2025-ci il tarixli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 47.1. İşdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 135.5-ci maddəsinin tələbinə görə əgər məhkəmə sənədi işdə iştirak edən şəxsin “elektron kabinet”ində yerləşdirilmişdirsə, o, rəsmi qaydada verilmiş hesab olunur. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, buraxılmış müddəti bərpa edir. Maddə 174.5. Məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir. Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1.3. apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə Kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Zəngilan Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi cavabdehin apellyasiya şikayətinin geri qaytarılmasına dair mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmənin müvafiq qətnaməsi xx.xx.2025-ci il tarixdə Cavabdeh2 elektron kabinetinə yerləşdirilmiş, Cavabdeh2 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Zəngilan Rayon Məhkəməsinin 2(034)-6/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin surətinin ona verilməsini xahiş etmiş, qətnamənin surəti xx.xx.2025-ci il tarixdə cavabdehə imza etdirilməklə ona təqdim edilmiş, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh2 tərəfindən Zəngilan Rayon Məhkəməsinin e-2(034)-6/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə əsas ola biləcək mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə, cavabdehin ərizəsini əsassız hesab edib təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşıraq şikayətin dəlillərini əsassız hesab edir. Belə ki, hazırkı işin “Elektron məhkəmə” informasiya sistemi üzrə məlumatlarının “tərəflər” bölməsindən görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixdən həmin sistemdə qeydiyyatdan keçmiş və onun elektron kabineti mövcuddur. Məhkəmənin hazırkı iş üzrə qətnaməsi isə xx.xx.2025ci il tarixdə onun elektron kabinetinə yerləşdirilmişdir. Kollegiya həmçinin qeyd edir ki, qüvvədə olan mülki prosessual qanunvericiliyə əsasən şikayət onun verilməsi üçün müəyyən edilmiş müddət ötürüldükdən sonra verilirsə, qəbul edilmir. Şikayət vermiş şəxs müddət ötürülməsinə səbəb olan hallar göstərməklə həmin müddətin bərpa edilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər. Lakin vəsatətin verilməsi müddətin mexaniki bərpa edilməsinə səbəb olmur. Məhkəmə ilk növbədə müddətin buraxılmasının səbəblərini araşdırır. Əgər o, müddətin şikayəti verən şəxsdən asılı olmayan səbəblərdən (xəstəlik, ezamiyyət və s.) buraxıldığı qənaətinə gələrsə, vəsatəti təmin edərək müddəti bərpa edir, əks halda isə vəsatəti rədd edir. Məhkəmə kollegiyası buraxılmış prosessual müddətin bərpası barədə vəsatəti təmin etməyən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni və həmin nəticənin əsaslandırılması ilə bağlı istinad etdiyi halları işin hallarına, qanunvericiliyə və məhkəmə təcrübəsinə uyğun olmaqla qanuni və əsaslı hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 398, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 2(034)-6/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1111/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1111/2025
31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver