Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1114/2021 22.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Əliyev Əliağa Vahid oğlunun katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2(012)-368/2020 saylı qətnaməsindən tərəflərin verdikləri apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 və "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 fevral 2015-ci il tarixli, 15/041 saylı kredit müqaviləsi üzrə 42600 manat məbləğində əsas borc, 18009,03 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 60609,03 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Cavabdeh2 və "xxxx" MMC-dən tutulmasına, tutmanın Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 240 ünvanında salınmış "AAAF Park 3" yaşayış massivi, 240 nömrəli evin 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 115,8 kv.metr olan 148 nömrəli mənzilinə yönəldilməsinə, mənzilin açıq hərracdan satılmasına, həmin mənzilə tutma yönəldikdən sonra ipoteka qoyan Cavabdeh2 və onunla birgə yaşayan ailə üzvlərinin yaşayış sahəsini ən azı 1 ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2(012)-368/2020 saylı qətnaməsilə iddia qismən təmin edilmiş, Cavabdeh2 və "xxxx" MMC-dən 20 fevral 2015-ci il tarixli, 15/041 saylı kredit müqaviləsinə əsasən 42600 manat məbləğində əsas borc, 18009,03 məbləğində faiz borcu olmaqla, cəmi 60609,03 manat məbləğində vəsaitin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun İddiaçı ASCnin xeyrinə tutulması, qalan hissədə iddia tələbinin rədd olunması qət edilmişdir. (hakim C.Səfiyeva) Qətnamədən narazı qalan iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ondan apelyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, iddianın tutmanın ipoteka pedmetinə yönəldilməsi hissəsində tamamilə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" MMC də qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin qismən-"xxxx" MMC-dən kredit müqaviləsi üzrə borcun tutulması hissəsində ləğv olunmasını xahiş etmişdir. Digər Cavabdeh2 da qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin 18009,03 məbləğində faiz borcunun tutulması hissəsində ləğv olunmasını xahiş etmişdir. Cavabdeh2 apelyasiya şikayətində göstərmişdir ki, 42600 manat məbləğində əsas borca görə ondan 18009,03 məbləğində faiz borcunun tutulması qanunsuzdur. Şikayətdə qeyd edilir ki, borclu əsas borc üzrə vəsaiti vaxtından öncə banka ödədiyinə görə bank tərəfindən ona bu məbləğdə faiz borcu hesablana bilməzdi. Apellyasiya baxışı zamanı iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddiadan imtina barədə 19.10.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasındakı mübahisənin məhkəmədən kənar həll olunduğunu, Cavabdeh2 kredit müqaviləsi üzrə yaranmış borcunu banka tamamilə ödənildiyini və iddiaçıya olan borc öhdəliklərini tam şəkildə yerinə yetirildiyini və cavabdehlərə qarşı qaldırdığı iddiadan imtina edildiyini, bunun hüquqi nəticələrinin aydın olduğunu bildirərək iddiadan imtinanın qəbul edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında ləğv prosesində olan İddiaçı ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiasından imtinanın qəbul edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh2 və iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi və məhkəmə iclasında iştirak edən şəxsin izahatını dinləyib, verilmiş ərizəni nəzərə alaraq hesab edir ki, ləğv prosesində olan İddiaçı ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiadan imtinası qəbul edilməli, Abşeron Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2(012)-368/2020 saylı qətnaməsi ləğv edilməli, hazırkı işin icraatına xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 52.1-ci maddəsinə görə iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Yenə Mülki Prosessual Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Yenə də Mülki Prosessual Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraat xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyin qeyd olunan normalarına istinad edərək hesab edir ki, iddiaçı iddia tələbindən imtina etdiyi üçün və onun iddiadan imtinası qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul edilməli, Abşeron Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2(012)-368/2020 saylı qətnaməsi ləğv edilməli, hazırkı iddia tələbi üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119cu maddəsinə əsasən tərəflərin ödədikləri dövlət rüsumları onların özlərinə aid edilməli, iş keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan 145 manat ekspertiza xərci Cavabdeh2 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261- 262, 263-264, 267, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddia tələbindən imtinası qəbul edilsin. İş üzrə Abşeron Rayon Məhkəməsinin 04 fevral 2020-ci il tarixli, 2(012)-368/2020 saylı qətnaməsi ləğv edilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-yə qarşı borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Tərəflərin mülki iş üzrə ödədikləri dövlət rüsumları onların özlərinə aid edilsin. Ekspertiza tədqiqatına görə 145 manat məbləğində pul Cavabdeh2 alınaraq X2, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilsin. Qərardad rəsmi qaydada təqdim ediləndən 10 gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-1114/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1114/2021
22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver