Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1124/2020 10.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), X9 və X6 ibarət tərkibdə, məhkəmə iclas katibi X4, iddiaçı “Delta Qrup C.O” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X11 və cavabdeh X13, onun vəkili X10 iştirakları ilə açıq məhkəmə iclasında Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(028)-17/2019 saylı qətnaməsindən cavabdeh X13 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(028)-17/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Vladimir Ruvinov) iddiaçı “Delta Qrup C.O” məhdud məsuliyyətli cəmiyyətinin cavabdeh X16 qarşı pul tələbinə dair iddiası təmin edilmiş, X12 3581,60 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq “Delta Qrup C.O” məhdud məsuliyyətli cəmiyyətinə ödənilməsi qət edilmiş, cavabdeh X20 qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(105)- 1962/2019 saylı qətnaməsi ilə cavabdeh X13 apellyasiya şikayəti təmin edilməmiş, Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(028)-17/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X20 qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(102)-7625/2019 saylı qərarı ilə cavabdeh X2 şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(105)-1962/2019 saylı qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına göndərilmişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, “Delta Qrup C.O” məhdud məsuliyyətli cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cavabdeh X12 cəmiyyətin xeyrinə 3581,60 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, “Delta Qrup C.O” məhdud məsuliyyətli cəmiyyəti ilə cavabdeh X20 arasında xx xxxxx 2016-cı il tarixli, 147/16 saylı əmək müqaviləsi və xx xxxxx 2016-cı il tarixli tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Əmək müqaviləsinə əsasən X20 “Delta Qrup C.O” məhdud məsuliyyətli cəmiyyətinin X3 şöbəsində sürücü vəzifəsində çalışmışdır. Cavabdeh X20 xx.xx.2018-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi ilə H.Ələskərov küçəsinin kəsişməsində idarə etdiyi “Delta Qrup C.O” məhdud məsuliyyətli cəmiyyətinə məxsus “Hyundai HD 65” yük markalı, **-JE-*** dövlət nömrə nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində X5 idarə etdiyi **-SB-*** dövlət nömrə nişanlı “Mercedes Benz C220” markalı nəqliyyat vasitəsinə və işıqfora zərər vurulmuşdur. Nəticədə “Hyundai HD 65” yük markalı, **-JE-*** dövlət nömrə nişanlı avtomobil “Paşa Sığorta” açıq səhmdar cəmiyyətində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” əsasında sığortaçı tərəfindən zərərçəkənin (faydalanan şəxsin) xeyrinə sığorta hadisəsi ilə bağlı edilən ödənişlərdən əlavə, “Delta Qrup C.O” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən “Mercedes Benz C220” markalı avtonəqliyyat vasitəsinin sahibinə 1000 manat, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X23 “SİQNAL” X1 İdarəsinə 2500 manat və Daxili İşlər Nazirliyi BDYPİ-nə 81,60 manat cərimə olmaqla, ümumilikdə 3581,60 manat məbləğində maddi zərər ödənilmişdir. Cavabdeh X20 yazmış olduğu xx.xx.2018-ci il tarixli izahatında törətdiyi yol nəqliyyat hadisəsini etiraf etmiş və “Delta Qrup C.O” məhdud məsuliyyətli cəmiyyətinə vurmuş olduğu maddi ziyana görə şirkət qarşısında məsuliyyət daşıdığını bildirməyinə baxmayaraq dəyən zərərin ödənişindən yayınmışdır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki,məhkəmə işin faktiki hallarını düzgün araşdırmamış və obyektiv hüquqi qiymət verməmişdir. Belə ki, o, BDYPİ “Siqnal” İLİ İdarəsi tərəfindən S.Vurğun-H.Ələsgərov küçələrinin kəsişməsində yerləşən işıqforla bağlı tərtib olunmuş 8006 manat məbləğində ziyan aktını mübahisələndirmiş və həmin ünvanda yerləşən işıqforun ziyan aktında qeyd olunanın əksinə, yenisi ilə əvəz olunmadığı, sadəcə işıqforda təmir işlərinin aparıldığı bildirilmişdir. Bununla bağlı məhkəməyə həm sığorta şirkəti, həm də onun tərəfindən çəkilmiş şəkillər təqdim olunmuş və müqayisəli şəkildə işıqforun yenisi ilə əvəz olunmadığı, sadəcə təmir olunaraq rəngləndiyi bildirilmişdir. İş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş, “S- ƏmlakQiymətləndirmə Ekspert Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuç S.Vurğun-H.Ələsgərov küçələrinin kəsişməsində yerləşən işıqforun yenisi ilə əvəz olunmadığı, işıqfor dirəyinin aşağı hissəsinin düzəldilərək rəngləndiyi, təmir və rəngləmə işlərinə ümumilikdə 350 manat məbləğində xərc çəkildiyi qeyd olunmuşdur. Lakin məhkəmə tərəfindən həmin ekspert rəyi nəzərə alınmamış və işıqforun yenisi ilə əvəz olunmadan sadəcə təmir olunması faktına hüquqi qiymət verilməmişdir. İddiaçının iddia tələbində göstərilən 2500 manat pul vəsaiti BDYPİ “Siqnal” İLİ İdarəsinə ödənilməmişdən əvvəl həmin vəsaiti ödəməməsi, işıqforun yenisi ilə əvəz olunmadığı və bununla bağlı aidiyyəti dövlət orqanlarına şikayət etdiyini bildirsə də, iddiaçı tərəfindən müraciəti nəzərə alınmamış və etirazlarına baxmayaraq həmin pul vəsaiti BDYPİ “Siqnal” İLİ idarəsinə ödənilmişdir. Bununla bağlı müraciətləri məhkəməyə təqdim olunmuşdur. Məhkəmə tərəfindən işin faktiki halları obyektiv araşdırılsa idi, yolnəqliyyat hadisəsi nəticəsində işıqfora dəymiş real zərərin məbləğinin cəmi 350 manat olduğu, işıqforun yenisi ilə əvəz olunmasına dair ziyan aktının əsassız olduğu və tələb olunan məbləğin real zərərə uyğun olmadığı müəyyən olunardı. Tərəflər arasında bağlanmış müqavilələrdə və qanunvericilikdə işəgötürənin reqressant olaraq işçiyə iddia qaldırdığı və ya işçi tərəfindən üçüncü şəxslərə vurulmuş ziyan işəgötürən tərəfindən ödənildiyi hallarda, işçinin tam maddi məsuliyyət daşıması müəyyən olunmamışdır. İddia ərizəsinə əlavə edilmiş xx xxxxx 2016-cı il tarixli əmək müqaviləsi və xx xxxxx 2016-cı il tarixli tam maddi məsuliyyət haqqında müqavilədə, həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-200-ci maddələrində işçi tərəfindən üçüncü şəxslərə ziyan vurulduğu və həmin ziyanın işəgötürən tərəfindən ödənildiyi hallarda işçinin işəgötürən qarşısında tam maddi məsuliyyət daşıdığı nəzərdə tutulmamışdır. Həmin sənədlərdə yalnız işçinin birbaşa işəgötürənə və onun əmlakına münasibətdə yol verdiyi hüquq pozuntularına görə tam maddi məsuliyyəti müəyyən olunmuşdur. Tərəflər arasında bağlanmış tam maddi məsuliyyət haqqında müqavilənin 1.3-cü və 2.2.4-cü bəndlərində işçinin yalnız ona etibar edilmiş əmlakın, maddi və digər sərvətlərin onun təqsirli əməlləri nəticəsində tam və ya qismən məhv olması ilə bağlı işəgötürən qarşısında tam maddi məsuliyyət daşıdığı nəzərdə tutulmuşdur. Belə olan halda, işçinin işəgötürən qarşısında maddi məsuliyyəti Əmək Məcəlləsinin 198-ci və 200-cü maddələrinə və Mülki Məcəllənin 1114-cü maddəsinə uyğun olaraq bir aylıq orta əmək haqqı məbləği miqdarında müəyyən olunmalıdır. Onun “Delta Qrup C.O” məhdud məsuliyyətli cəmiyyətində işləyən zaman orta əmək haqqı 175 manat olmuşdur. Cavabdeh apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilərək iddia tələbinin qismən, yəni 256,60 manat məbləğində təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X20 məhkəmə iclasındaapellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv olunub iddia tələbinin qismən, yəni 256,60 manat məbləğində təmin edilməsinə dair yeni qətnamə çıxarılmasınıxahiş etdi. Məhkəmə iclasında iddiaçı “Delta Qrup C.O” məhdud məsuliyyətli cəmiyyətinin nümayəndəsi X18 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsinə qismən, işıqforun təmiri xərcinə aid hissədə dəyişiklik edilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, “Delta Qrup C.O” məhdud məsuliyyətli cəmiyyəti ilə bağlanmış 147/16 saylı, xx xxxxx 2016-cı il tarixli əmək müqaviləsinə əsasən X20 həmin cəmiyyətin Loqistika Departamentinə (Nəqliyyat şöbəsinə) sürücü vəzifəsinə qəbul edilmiş, həmin tarixdə onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. İş materiallarında olan “Delta Qrup C.O” məhdud məsuliyyətli cəmiyyəti üzrə 91/K saylı, xx xxxxx 2018-ci il tarixli əmrin surətindən görünür ki, X20 ilə bağlanmış əmək müqaviləsinə xx xxxxx 2018-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında TYP 036551 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarın surətindən görünür ki, X20 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 60 manat cərimə edilmişdir. İş materiallarında olan “Paşa Sığorta” açıq səhmdar cəmiyyəti tərəfindən tərtib edilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx xxxxxx 2018-ci il tarixli hesabatın surətindən görünür ki, “Hyundai HD65” yük markalı **-JE-*** dövlət nömrə nişanlı avtomobilə 3520,00 manat ziyan dəymişdir. İş materiallarında olan “Paşa Sığorta” açıq səhmdar cəmiyyəti tərəfindən tərtib edilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx xxxxxx 2018-ci il tarixli hesabatın surətindən görünür ki, ** SB *** dövlət qeydiyyat nişanlı “Mersedes Benz C 220” markalı avtomobilə dəyən ziyan 5030 manat məbləğində hesablanmışdır. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qəbzin kserosurətindən görünür ki, X20 Azərbaycan Respublikası DİN Baş Dövlət X21 hesabına 81,60 manat cərimə ödəmişdir. İş materiallarında olan xx xxxxx 2018-ci il tarixli, 010589 saylı kassa məxaric qəbzinin surətindən görünür ki, “Delta Qrup C.O” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən dəymiş zərərə görə X7 1000 manat ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin “Siqnal” İLİ İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli aktın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu S.Vurğun-H.Ələkbərov küçələrinin kəsişməsində yerləşən işıqfor sahəsində “Hyudai HD 65” yük markalı, ** JE *** dövlət nömrə nişanlı avtomaşın yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə işıqfor, 222 tipli işıqfor və taymer tam yararsız vəziyyətə salınmış və 8006 manat ziyan dəymişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BDYPİ-nin “Siqnal” İLİ İdarəsinin xx xxxxx 2018-ci il tarixli arayışının görünür ki, sıradan çıxmış işıqfora görə hesablanmış maddi ziyan “Paşa Sığorta” və “Delta Qrup C.O” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən ödənilmişdir. İş materiallarında olan “S-X8 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin xx xxxxxx 2019-cu il tarixli qiymətləndirmə hesabatından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində Bakı şəhəri, Nəsimi rayonu S.Vurğun-H.Ələkbərov küçələrinin kəsişməsində yerləşən işıqfora dəymiş zərər 350 manat təşkil edir. İş üzrə keçirilmiş ekspertizanın 13674 saylı, xx xxxx 2019-cu il tarixli rəyindən görünür ki, yolnəqliyyat hadisəsi nəticəsində Fransa istehsalı olan 222 tipli işıqfor və taymerin yararsız vəziyyətə düşməsindən dəymiş ziyanın məbləği işıqfor 1 ədəd-4338,0 manat, 222 tipli işıqfor 1 ədəd-1544,0 manat, taymer 1 ədəd-790,0 manat, nəqliyyat və digər xərclər 20%-1344,0 manat), cəmi 8006,0 manat təşkil edir. İşdən görünür ki, kassasiya instansiyası məhkəməsi öz qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, işi apellyasiya qaydasında yenidən baxılmağa qaytararkən, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarının tətbiqində pozuntuya yol verməsinə istinad etmişdir. Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198-ci maddəsinə görə bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cü maddəsinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, yaxud inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. “Sığorta haqqında” qanunun 31-ci maddəsinin tələbinə görə sığortaçı sığorta ödənişini müqavilə və ya qanuna müvafiq surətdə sığortalının ərizəsinə və sığorta hadisəsi haqqında akta əsasən verir. Azərbaycan Respublikası MM-nin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə(zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasıydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-ci maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərər görə məsuliyyət daşıyan üçüncü həxsə qarşı malik olduğu hüquqlarından və vəzifələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. İşdən görünür ki, birinci instansiya məhkəməsi işıqfora dəymiş zərəri müəyyən edərkən ancaq Azərbaycan Respublikası DİN BDYPİ-nin “Siqnal” İLİ İdarəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli akta əsasən zərərin 8006,0 manat təşkil etməsinə və həmin məbləğin 2500 manatının “Delta Qrup C.O” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən ödənilməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki hallarına və iş üzrə araşdrılmış sübutlara uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş üzrə keçirilmiş ekspertizanın 13674 saylı, xx xxxx 2019-cu il tarixli rəyindən görünür ki, yolnəqliyyat hadisəsi nəticəsində Fransa istehsalı olan 222 tipli işıqfor və taymerin yararsız vəziyyətə düşməsindən dəymiş ziyanın məbləği işıqfor 1 ədəd-4338,0 manat, 222 tipli işıqfor 1 ədəd-1544,0 manat, taymer 1 ədəd-790,0 manat, nəqliyyat və digər xərclər 20%-1344,0 manat), cəmi 8006,0 manat təşkil edir. Qeyd edilən rəydən görünür ki, ekspert rəy verərkən ancaq iş materillarında olan sənədlərə istinad etmiş, zədələnmiş işıqfora baxış keçirməmişdir. Halbuki cavabdeh apellyasiya şikayətində işıqforun yenisi ilə əvəz edilməyərək təmir olunduğunu göstərmişdir. İş materiallarında olan “S-X8 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin xx xxxxxx 2019-cu il tarixli qiymətləndirmə hesabatından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində Bakı şəhəri, Nəsimi rayonu S.Vurğun-H.Ələkbərov küçələrinin kəsişməsində yerləşən işıqfora dəymiş zərər 350 manat təşkil edir. Bu hesabatdan görünür ki, “S-X8 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin mütəxəssisləri işıqfora yerində baxış keçirmiş, ancaq təmir və rəngləmə işlərinin aparıldığı müəyyən edilmişdir. Ona görə də məhkəmə kollegiyası “S-X8 Mərkəzi” məhdud məsuliyyətli cəmiyyətinin xx xxxxxx 2019-cu il tarixli qiymətləndirmə hesabatında göstərilən qiyməti daha obyektiv və mötəbər hesab edir və həmin hesabatda göstərilən qiyməti əsas götürərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə dəyişiklik edilməli, cavabdeh X26 oğlundan iddiaçı “Delta Qrup C.O” məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə işıqforun təmiri xərci olaraq 350 manat tutulmalı, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsasız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, cavabdeh X13 apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsinə qismən, işıqforun təmiri xərcinə aid hissədə dəyişiklik edilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 manatın 60 manatı iddiaçı “Delta Qrup C.O” məhdud məsuliyyətli cəmiyyətindən, 60 manatı cavabdeh X12 tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh X13 apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qubadlı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(028)-17/2019 saylı qətnaməsinə qismən, işıqforun təmiri xərcinə aid hissədə dəyişiklik edilsin. Cavabdeh X12 iddiaçı “Delta Qrup C.O” məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə işıqforun təmiri xərci olaraq 350 (üç yüz əlli) manat tutulsun, qalan hissədə-cavabdeh X12 iddiaçı “Delta Qrup C.O” məhdud məsuliyyətli cəmiyyətinin xeyrinə 1000 (bir min) və 81,60 (səksən bir manat 60 qəpik) manat tutulması hissəsində qətnamə dəyişdirilmədə saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manatın 60 (altmış) manatı iddiaçı “Delta Qrup C.O” məhdud məsuliyyətli cəmiyyətindən, 60 manatı cavabdeh X12 tutularaq Dövlət Xəzinədarlıq Agentliyi, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, hesab nömrəsi AZ43CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3 olan hesabına köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Elman Əhmədov
Məhkəmə qərarları › İş №2(105)-1124/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1124/2020
10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver