Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1126/2023 22.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) X7 Süleymanovanın sədrliyi və məruzəsi, X6 Əhmədov və Səyyad Ağaəli oğlu Qafaridən ibarət tərkibdə, Ramilə Camaləddin qızı Məmmədovanın katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(060)-1395/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 13259/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah ləğv edillmiş və iddiaçının himayəsinə verilmiş uşaqları xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 80 manat olmaqla, üç uşağa görə 240 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə qətnaməsinin qəbul edilməsindən 6 ilə yaxın müddət keçmiş və bu müddət ərzində uşağın saxlanılması xərcləri bir neçə dəfə artmış və hazırda ölkə üzrə bir uşağın saxlanılması minimumu 220 manat təşkil edir. Lakin qət edilmiş aliment uşaqların maddi məsrəflərini qarşılamaq üçün yetərli deyildir. Belə ki, uşaqlar məktəbyaşlı olmaqla onların xərcləri hər il artır və o, da bu xərcləri qarşılamaqda çətinlik çəkir, uşaqları ilə kirayədə yaşayır, daimi yaşayış yeri yoxdur, maddi vəziyyəti ağırdır. Göstərilənlərə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13259/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə qət edilmiş alimentin artırılmaqla xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşağa 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin, mediasiya xərcinin cavabdehdən iddiaçının nəfinə tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13259/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi qismən təmin edilərək, Abuşova (Paşayeva) Samirə Tahir qızı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 279 saylı nikahın pozulması, nikahın pozulması haqqında şəhadətnamənin verilməsi ilə bağlı olaraq Cavabdeh 15 (on beş) manat dövlət rüsumunun alınması, Abuşova (Paşayeva) Samirə Tahir qızının dövlət rüsumunu ödəməkdən azad edilməsi, xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X4 anaları Abuşova (Paşayeva) Samirə Tahir qızının yanında qalması, Cavabdeh hər ay, hər uşağa görə 80 manat, cəmi 240 manat məbləğində alimentin tutularaq Abuşova (Paşayeva) Samirə Tahir qızına verilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi qət edilmişdir.
5. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli, MŞS/50/1/00006 saylı arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.
6. Sumqayıt şəhər Nikah evi tərəfindən xx.xx.2007-ci il tarixində verilmiş AZ-İ seriyalı, 918597 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X9 08 aprel 2007-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır.
7. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş AZ-İİ seriyalı, 289693 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 26 may 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır.
8. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixində verilmiş AZ-İİ seriyalı, 834042 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 02 mart 2012-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır.
9. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 02/22 № 26 saylı arayışdan görünür ki, Cavabdeh “Videokino materiallar” şöbəsinin arxivçisi vəzifəsində işləyir və onun vəzifə maaşı 400 manat təşkil edir.
10. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” “Sumqayıt Tibb Mərkəzi” X17 2 nömrəli xəstəxana Poliklinika şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 94 №-li arayışdan görünür ki, 1981-ci il təvəllüdlü ünvan 1 ünvanında yaşayan Cavabdeh xx.xx.2021-ci il tarixindən 2 nömrəli xəstəxananın poliklinika şöbəsinin kardioloji kabinetində “Xroniki revmatizm xəstəliyi, Aorta qapaqlarının protezləşdirilməsindən sonrakı aortanın anevrizmasının cərrahi əməliyyatdan sonrakı vəziyyət, xroniki ürək çatmamazlığı İ f.s.” diaqnozu ilə dispanser qeydiyyatındadır və mütəmadi olaraq müalicə alır.
11. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, 2009-cu il təvəllüdlü X2 “yüksək dərəcəli miopiya, yüksək dərəcəli ambliopiya” xəstəliyi mövcuddur.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(060)-1395/2023 nömrəli qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia tələbinin qismən təmin edilməsi, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13259/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment, eyni zamanda hər ay, hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, Cavabdeh ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin əvəzinin alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.
13. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, uşaqlardan ayrı yaşayan valideynlərdən birinin üzərinə aliment öhdəliyinin qoyulması birmənalı olaraq həmin tərəfin uşağın əvvəlki təminat səviyyəsini tam təmin etməsi və yaxud digər tərəfin uşağın saxlanması üçün tələb olunan bütün xərclərdən azad edilməsi anlamına gəlmir. Çünki uşağın ləyaqətli şəraitdə yaşaması və böyüməsi üçün tələb olunan bütün digər zəruri xərclər onun himayəsində qaldığı valideyinin üzərinə düşür. Həmçinin, yetkinlik yaşına çatmayan uşaqların anasının himayəsində olması, gündəlik qayğıları ilə ananın təkbaşına məşğul olması, uşaqların atalarının diqqətindən və qayğısından kənar qalması da nəzərə alınmalıdır. Hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. İddia edilən miqdarda sabit pul məbləğində alimentin ödənilməsi üçün kifayət qədər maddi imkanının olmasına dəlalət edən sübutların iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə cavabdehin işləməsi, eyni zamanda xəstəliyi, birgə nikahdan doğulan uşağın xəstəliyi, habelə yetkinlik yaşına çatmayanlar üçün 2023-cü il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması, məhkəmə qətnaməsinin qəbul edildiyi dövrdən xeyli müddət keçməsi və bu müddət ərzində uşaqların böyüməklə tələbatlarının da artması ilə bağlı halları nəzərə almışdır.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 76.2, 112.1, 76.1.3-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 4.6, 107, 115.0.9, 76.1, 76.2, 217.4, 217.3, 216-220, 227, 233 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayəti və onun dəlilləri
15. Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(060)-1395/2023 nömrəli qətnaməsi ilə razılaşmayan Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilərək yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, bu iş üzrə qəbul olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 2(060)-1395/2023 saylı qətnaməsindən narazıdır. Məhkəmə iddianı qismən təmin edərkən maddi və prosessual hüquq normalarına düzgün əməl etməmişdir. Belə ki, o, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində “Videokino materiallar şöbəsində arxivçi vəzifəsində işləyir və aylıq maaşı 400 manat təşkil edir. Belə olan halda o, əlavə yazılan hər uşağa 100 manat ümumilikdə 300 manatı necə ödəyə bilər. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə X5 ilə ailə həyatı qurmuşdur. Maddi imkanı yol vermir ki, artırılmış aliment məbləğini ödəsin. Məhkəmə prosesin çəkişmə prinsipini təmin etməmiş, cavabdehin iştirakını təmin etmədən, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Halbuki, MPM-nin tələbinə görə Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Teztələsik qərar verməklə onun qanunla qorunan hüququnu pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
18. Cavabdeh apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Həmçinin bildirdi ki, bir gün işdə, bir gün evdə olur. Evdə olan günlərdə restoranlarda ofisant işləyir, gündəlik qazancı 7-8 manat olur. Uşaqların saxlanılması üçün cəmi 300 manat ödəyə bilər. Eləcə də ikinci dəfə ailə qurmuşdur. Göstərilənlərin məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir.
19. İddiaçı apellyasiya şikayətinə etiraz edib, təmin olunmamasını xahiş etdi.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.1. Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
22. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; Maddə 27. (bənd 2) Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
23. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
24. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
25. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
26. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Maddə 76.1.3. 3. 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, tərəflərin izahatı və iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən hər uşağa hər ay 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması hissədə dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
29. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 13259/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuş və birgə nikahdan olan uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aimentin tutulması qət edilmişdir. Məhkəmənin sözügedən qətnaməsi ilə təyin edilmiş alimentin məbləği hazırda uşaqların saxlanılmaları üçün kifayət etmədiyindən iddiaçı alimentin artırılması və hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 660 manat sabit pul məbləğində alimentin tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir.
30. Göründüyü kimi mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddia qismən təmin edilmiş, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2007-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X1 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13259/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment, eyni zamanda hər ay, hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir.
31. Cavabdeh qətnamə razılaşmayaraq apellyasiya şikayəti vermişdir.
32. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
33. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
34. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”.
35. Apellyasiya şikayətinə ümumilikdə hüquqi qiymət verən kollegiya qeyd edir ki, apellyasiya şikayətində qeyd olunanlar şikayətin tam təmin olunması üçün əsaslı olmasa da, qismən təmin edilməsi və alimentin miqdarının dəyişdirilməsi üçün əsaslıdır.
36. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunverici alimentin miqdarı müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir.
37. Alimentin miqdarının müəyyən edilməsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, alimentin miqdarı ilə bağlı tərəfin fikirlərini nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-13259/2017 saylı, 11 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdehin qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulması hissədə ədalətli olmaqla qanunvericiliyin tələblərinə uyğundur.
38. Bununla yanaşı məhkəmə kollegiyası hər uşağa görə hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır, apellyasiya şikayətinin dəlillərini bu hissədə qismən əsasllı hesab edir. Məhkəmə kollegiyasının qənaətincə bu hissədə tərəflərin qarşılıqlı münasibətləri üzrə, işin faktiki hllarına uyğun qətnamə qəbul edilməmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi cavabdeh əmək müqaviləsi ilə işləməklə 400 manat əmək haqqı alır, bundan əlavə özünün etirafına əsasən boş zamanlarında ofisant işləməklə gündəlik 7-8 manat qazancı olur, ürək xəstəliyindən əziyyət çəkir, ikinci dəfə ailə qurmaqla ailə vəziyyətində dəyişiklik vardır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin müəyyən edilmiş qazancı təmin edilmiş aliment miqdarını- 500 manat ödəməyə imkan verməməklə yanaşı, həm də şəxsin özünü minimum dolanışıq xərclərində məhrum etməklə əlverişsiz vəziyyəti salır.
39. Qanunvericiliyin göstərişlərindən göründüyü kimi alimentin təyin edilməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına yönəlsə də, bu zamanı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halların nəzərə alınması da göstərilmişdir.
40. Bu qeyd olunanlara əsasən məhkəmə hər ay cavabdehin qazancının yarısı ilə yanaşı, hər uşağa görə 50 manat sabit pul məbləğində alimentin tutulmasını daha ədalətli hesab edir. Qeyd olunduğu kimi aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, hüquqlarını pozmamalıdır. Hazırkı halda alimentin daha yüksək həddə müəyyən edilməsi bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil etməklə, alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Göstərilən miqdarında alimentin müəyyən edilməsini məhkəmə hər iki tərəfə münasibətdə ədalətli və işin faktiki hallarına, tərəflərin əmlak vəziyyətinə uyğun hesab edir.
41. X12 Məhkəməsinin bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, X13rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) qeyd olunmuşdur ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.
42. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2023cü il tarixli 2(060)-1395/2023 nömrəli qətnaməsi Cavabdeh hər ay, hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi hissəsində dəyişdirilərək, həmin məbləğ hər uşağa görə hər ay 50 (əlli) manat olmaqla, cəmi 150 (yüz əlli) manat sabit pul məbləğində müəyyən edilməlidir.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 384- 385, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli 2(060)-1395/2023 nömrəli qətnaməsi Cavabdeh hər ay, hər uşağa görə 100 (bir yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi hissəsində dəyişdirilərək Cavabdeh hər ay, hər uşağa görə 50 (əlli) manat olmaqla, cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.