Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1128/2024 30.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X9 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-738/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur.
2. Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X4 anadan olmuşdur.
3. Cavabdeh ilə X5 arasında bağlanmış nikah 04 iyun 2013-cü ildə ləğv edilmişdir.
4. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(067)-391/2013 saylı qətnaməsi ilə Cavabdeh 04 fevral 2013-cü il tarixdən başlayaraq hər ay 80 manat sabit məbləğdə aliment alınaraq 12 iyul 2012-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay bir uşağa görə cavabdehdən 220 manat tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə arasında bağlanmış faktiki nikah 04 yanvar 2013-cü ildə pozulmuşdur. Cavabdehlə onun faktiki nikahından olan xx.xx.2012-ci il təvəllüdlü X4 anadan olmuşdur və onun himayəsində saxlanılmışdır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmamış Renatanın saxlanılması üçün cavabdehdən hər ay bir uşaq üçün 80 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi qət edilmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə alimentin miqdarı 2023-cü ildə 220 manat müəyyən edilmişdir. Hazırda ərzaq məhsullarının qiymətlərinin və kommunal qiymətlərin qalxdığı dövrdə ayda 80 manat aliment pulu ilə uşağın minimum tələbatlarını ödəmək qeyri-mümkündür. Uşağın orta səviyyədə saxlamaq üçün hər ay təxminən 300- 400 manat pul tələb olunur.
7. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, cavabdeh onun qardaşıdır. Qardaşı onkolji xəstəlikdən əziyyət çəkir, Hepatit C xəstəsidir. Qardaşı hazırda Rusiyada yaşayır və orada ailə qurub və bir övladı var. Hazırda xəstə olduğuna görə heç yerdə işləyə bilmir. Birinci dəfə 80 manat aliment ödəyirdi. Hazırda aliment artırılaraq 150 manat olarsa, cavabdeh bu məbləği ödəyə bilər.
8. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya X2 Çıxarışdan (Epikriz) müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə “Periferik sinirlər və vegetativ sisteminin xoşxassəli yenitörəməsi”, boyunun C-4 səviyyəsinin neyrotekoması diaqnozu ilə xəstəxanaya daxil olmuş, onun üzərində “Törəmənin kəsilib çıxarılması” əməliyyatı icra olunmuş və xx.xx.2020-ci il tarixdə xəstəxanadan evə yazılmışdır.
9. İş materiallarında olan Rusiya Federasiyası tərəfindən verilmiş İİİ-БА № 672998 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh Zirədddin oğlu ilə X3 birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X6 anadan olmuşdur.
10. İş materiallarında olan İddiaçı nümayəndəsi X8 xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında təqdim etdiyi ərizəsindən müəyyən olunur ki, o, Cavabdeh nümayəndəsi Nümayəndə təklif etdiyi 150 manat aliment məbləği ilə razıdır.
11. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-738/2024 nömrəli qətnaməsi ilə (hakim Nərmin Abiyeva) iddia qismən təmin edilərək, Xaçmaz Rayon Məhkəməsinin 18 dekabr 2013-cü il tarixli, 2(067)-391/2013 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı xeyrinə tutulan alimentin məbləğinin dəyişdirilməsi, Cavabdeh ilə İddiaçı birkə nikahından anadan olan uşaqları - xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Ailə Məcəlləsinin 78.1, 78.2, 112.1-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
17. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı izahatında bildirmişdir ki, uşaq astma-bronxit xəstəliyindən əziyyət çəkir və uşağın xəstəliyinə dair sənədləri məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsində işə baxılan zaman işdə olduğu üçün məhkəmə iclaslarına atası getmişdir. Uşağın xəstə olması səbəbindən 150 manat onun xərcləri üçün yetərli deyil. Həmçinin bildirdi ki, birinci instansiya məhkəməsində iştirak edən nümayəndəsinin təklif olunan məbləğlə razılaşmasını qəbul etmir. Ona görə də, apellyasiya şikayəti vermişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
18. Maddə 75. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.
19. Maddə 78. Uşaqların saxlanılması üçün alimentin sabit pul məbləğində tutulması 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 78.3. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
21. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
22. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər (...)
25. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.
28. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilməyən mübahisələndirildiyindən həmin hissədə müzakirə edilməlidir.
29. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
30. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da (8.2-ci bənd) izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
31. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda uşaqlar üçün yaşayış minimumu 220 manat, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda isə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir.
32. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin maddi vəziyyətinin aşağı olması onu uşağı saxlamaq, onun qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsindən azad etmir, uşağın saxlanılması üçün tərəflər birgə və bərabər məsuliyyət daşıyırlar.
33. Birinci instansiya məhkəməsi iddiaçının nümayəndəsinin razılaşmasına əsasən 150 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulması qənaətinə gəlsə də, apellyasiya icraatı zamanı iddiaçı-uşağın astma-bronxit xəstəliyindən əziyyət çəkdiyini, uşağın xəstə olması səbəbindən 150 manatın onun xərcləri üçün yetərli olmadığını, nümayəndəsinin təklif olunan 150 manat məbləğlə razılaşmasını qəbul etmədiyi üçün apellyasiya şikayəti verdiyini bildirmişdir.
34. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.
35. Cavabdehdən uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində tutulacaq alimentin miqdarı məsələsini müzakirə edərkən, məhkəmə kollegiyası uşağın yaş həddini, əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını və diqqətəlayiq olan digər halları əsas tutaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilməli və cavabdehdən verilmiş iddia tələbinə əsasən hər ay uşağın saxlanılması üçün 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(067)-738/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. Xaçmaz Rayon Məhkəməsinin 18 dekabr 2013-cü il tarixli, 2(067)-391/2013 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.