Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1130/2024 20.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: təbii qazla təchiz edən təşkilatın hesabladığı borcun mübahisələndirilməsi, sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, İddiaçı İB-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı dəymiş zərərin və debitor borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(027)-518/2024 nömrəli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqavilə”sinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 33106- 04.2023 nömrəli müqavilə bağlanmışdır.
2. İddiaçı İB-nin Xaçmaz RQİ-nin Quba QİS-nin əməkdaşları tərəfindən abonent Cavabdeh adına tərtib olunmuş təbii X3nın pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktda, abonent sayğacdan kənar qaz xəttinə qoşulmaqla qeyri-qanuni qaz xətti vasitəsilə təbii qazdan istifadə edildiyi qeyd olunmuşdur.
3. Dəymiş ziyanın ödənilməsinə dair tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* saylı akta əsasən Cavabdeh tərəfindən 39096 m3 qaz sərfiyyatı olmuşdur.
4. Abonent saldosundan göründüyü kimi, ünvan 1i ünvanında yerləşən mənzil 13 saylı yaşayış evinə aid **********07610 saylı abonent kodu üzrə 12.2023-cü ilə kimi itirilmiş qazın bərpası üçün dəymiş zərər və debitor borc, cəmi 5066 (beş min altımış altı) manat 81 (səksən bir) qəpik təşkil edir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı «Azəriqaz” İB Cavabdeh qarşı dəymiş zərərin və debitor borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan qeyriqanuni istifadəyə görə hesablanmış 4691 (dörd min altı yüz doxsan bir) manat 52 (əlli iki) qəpik ziyan məbləğinin, 375 (üç yüz tetmiş beş) manat 29 (iyirmi doqquz) qəpik debitor borcun ümumilikdə 5066 (beş min altımış altı) manat 81 (səksən bir) qəpik pulun **********07610 saylı abonent koduna və 70 (yetmiş) manat 67 (altımış yeddi) qəpik dövlət rüsumunun məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz" İB-nın Azərbaycan Beynəlxalq Bank Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ**********000000294, SWİFT İBAZAZ2X, Azəriqaz İ13, VÖEN**********, İ BAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, “Azəriqaz" X2 Laçın Əskər oğlu arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə”yə əsasən Birlik abonentə məxsus ünvan 1ində yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB tərəfindən **********0120 nömrəli abonent kodu verilmiş, mənzilindəqaz sayğacı quraşdırılmışdır. xx.xx.2023-ci il tarixdə onun istifadəsində olan qaz xəttlərinə və qaz sayğacına baxış keçirilmiş, abonentin sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etdiyi aşkar edilmişdir. Bu barədə video çəkiliş aparılmış, abonent barədə “Təbii X3nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Akta uyğun olaraq abonent Cavabdeh hesab koduna itirilmiş qazın ziyanı olaraq 39096 m3 və ya 4691,52 manat məbləğində ziyan hesablanaraq onun abonent koduna işlənilmişdir. Hal-hazırda abonent Cavabdeh təbii qazdan istifadəyə görə 5066,81 manat borcu vardır ki, bu məbləğin 4691,52 manatı dəymiş ziyana görə, 375,29 manatı isə sayğacla müəyyən edilən debitor borcudur. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
7. Quba Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(027)-518/2024 nömrəli qətnaməsi ilə (hakim A.Babayev) iddia qismən təmin edilərək, Cavabdeh 375 (üç yüz tetmiş beş) manat 29 (iyirmi doqquz) qəpik debitor borc, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2345 (iki min üç qırx beş) manat 76 (yetmiş altı) qəpik dəymiş ziyan, cəmi 2721 (iki min yeddi yüz iyirmi bir) manat 05 (beş) qəpik və ödənilmiş 70 (yetmiş) manat 67 (altımış yeddi) qəpik dövlət rüsumunun tutulub İddiaçınə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında qazın alqısatqısı müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən istehlakçı kimi cavabdeh müəyyən olunmuş müddətdə istifadə olunmuş qazın həcminə görə dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan cavabdeh isə müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edib ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və cavabdeh öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbini debitor borc hissəsində tam təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə araşdırması zamanı həmçinin tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehin mənzilinə baxış keçirilən zaman abonentin sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qanunsuz istifadə etdiyi aşkar edilmişdir. Bu barədə video çəkiliş aparılmış, abonent barədə “Təbii X3nın pozulması haqqında” xx.xx.2023-ci il tarixli, ******* saylı akt tərtib edilmişdir, istehlakçı isə iddiaçının hesablamış olduğu həmin ziyan məbləği ilə razılaşmamışdır. “X3”nın 6.5-3-cü bəndinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Beləliklə zərər qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək hesablanmaqla 2345.76 manat məbləğdə müəyyən olunmalı və Cavabdeh tutulmalıdır.
9. Məhkəmə öz mövqeyini Azərbaycab Respublikası Mülki Məcəlləsinin 21, 23, 427.4, 428.4, 448.1, 1096.1, 1097.1-ci maddələrinə, Mənzi Məcəlləsinin 135.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3"nın müvafiq bəndlərinə bəndlərinə, «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 11,13-cü maddələrinə, «İstehlakçıların müdafiəsi haqqında» xx.xx.1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107, 217.4-cü-maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi iddia tələbinin təmin edilməyən hissəsində əsassız və qanunsuzdur. Belə ki, İddiaçı İB-nin Xaçmaz RQİİnin Quba XS-nin işçiləri abonent Cavabdeh ünvanına baxış keçirən zaman ünvanda sayğacdan kənar xətlə təbii qazdan qanunsuz istifadə halını aşkar etmiş və qanunvericiliyə uyğun olaraq faktı aktla rəsmiləşdirmişlər. Bundan başqa cavabdehin ünvanında sayğacdan kənar xətt video çəkilişlə müşayət olunmuş, həmin çəkiliş diskə köçürülərək məhkəməyə təqdim edilmişdir. İddiaçı İB-nin Xaçmaz RQİİ-nin Xaçmaz XS-nin işçiləri Qaydalara uyğun abonentin qaz işlədici cihazlarında istehlak olunan qazın hesabatını apararaq abonentin hesabına sayğacdan kənar xəttə görə itirilmiş qazın dəyəri hesablayaraq abonent koduna işlənilmişdir. Məhkəmə isə həmin qaydaların ziddinə öz şəxsi mülahizəsinə görə ziyanın hesablanmasını xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək müddət ərzində hesablamaqla iddianı qismən təmin etmişdir. İddia tələbinin əsaslarına dair məhkəməyə kifayət qədər sübutlar təqdim edilmiş, cavabdeh iddianı təkzib etmək üçün heç bir sübut təqdim etməmişdir. Buna baxmayaraq məhkəmə yuxarıda qeyd olunan formada əsassız qətnamə qəbul etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı İB-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, işə baxan məhkəmə cavabdehin ödəməli olduğu borc məbləğinə münasibətdə yanlış nəticəyə gəlmişdir. Ona görə də nümayəndə apellyasiya şikayətinin dəlillərinin nəzərə alınaraq, şikayətin təmin edilməsi, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir.
15. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X3 ilə tənzimlənir. X3 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 13-cü maddəsinin 8-ci bəndinə əsasən Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş X3 ilə tənzimlənir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X3”nın
1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 6.5-ci bəndinə əsasən, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 560.1. mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Maddə 560.2 Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətindən görünür ki, apellyator Quba Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(027)-518/2024 nömrəli qətnaməsinin iddianın təmin olunmayan hissəsini mübahisələndirərək qətnamənin ləğv edilib, iddianın tam təmin edilməsini xahiş etmişdir.
21. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirilən hissədə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. İddia tələbinin mahiyyətindən görünür ki, iddiaçı sayğacdankənar çəkilmiş qaz xətti üzrə istehlakçıya hesablanmış borcu mübahisələndirir.
24. Öyrənilən işin faktiki hallarından müəyyən edilir ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 33106/04 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə bağlanmış, tərəflər arasında paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.
25. İşdən görünür ki, İddiaçı İB-nin əməkdaşları tərəfindən cavabdehə məxsus ünvanda (abonent kodu: **********0120 nömrəli) təbii X3na riayət olunması vəziyyəti yoxlanılmış, abonentin sayğacdankənar qeyri-qanuni təbii qazdan istifadə etməsi aşkar olunmuşdur, bununla əlaqədar olaraq akt tərtib olunmuş, lakin istehlakçı aktın tərtibində iştirak etməmiş, istehlakçıya məxsus qrafanın qarşısında imza yerinə “ imtina” qeydi edilmişdir.
26. Göründüyü kimi cavabdehin mübahisəli ünvanda təbii qazdan qeyri qanuni istifadə etməsi işin tədqiq olunan faktiki halları ilə təstiq olunmuş ( videogörüntüləri əks etdirən disk və faktı təstiq edən “Təbii X3nın pozulması haqqında” xx.xx.2023-ci il tarixli , ******* saylı akt ) habelə işin bu halı cavabdeh tərəfindən inkar edilməmişdir.
27. İşə baxan məhkəmə zərərin məbləğinin hesablanması ilə bağlı qeyd edib ki, zərər məbləği tərəflər arasında müqavilə bağlanmaqla sonuncu baxış keçirildiyi (03 aprel 2023-cü il tarixdən xx.xx.2023-cü il) tarixədək hesablanmalıdır.
28. Məhkəmə bu hissədə öz hüquqi mövqeyini “X3”nın 6.5-3-cü bəndinə istinadla əsaslandırmışdır ki, həmin maddəyə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. 29.Bu formada hesablanmaqla zərərin məbləği 2345.76 manat müəyyən edilir ki, məhkəmə həmin məbləğin Cavabdeh tutulması qənaətinə gəlmişdir.
30. Apellyasiya kollegiyası da işə baxan birinci instansiya məhkəməsinin qeyd olunan qənaətini işin hallarına uyğun və qanuni mövqe hesab edir.
31. Kollegiya izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
32. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz.
33. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Quba Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(027)-518/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin 16 aprel 2024-cü il tarixli, 2(027)-518/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.