Məhkəmə qərarları › İş №2(105)-1131/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1131/2021

23.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1131/2021 23.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Heyran Mehman qızı Mürsəlovanın katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 nümayəndəsi X3 iştirakı ilə Şamaxı Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(074)-357/2020 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 nümayəndəsi S.Y.Muradzadənin verdiyi apelyasiya şikayəti üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şamaxı Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(074)-357/2020 saylı qətnaməsi ilə (hakim E.Z.Hümbətov) iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası qismən təmin olunub, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 21.04.2015-ci il tarixli, 108.LN.2102.210415.00003 saylı kredit müqaviləsi üzrə 2947,49 ABŞ dolları əsas borc, 471,03 ABŞ dolları faiz borcu və 10 ABŞ dolları cərimə olmaqla, cəmi 3428,52 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manatın məzənnəsi ilə hesablanmaqla) məbləğində borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 keçirilmiş ekspertizanın dəyəri olaraq 120 manat pulun alınıb X4 kod 210005 VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE******************** saylı hesaba köçürülməsi, iddianın qalan hissəsinin rədd edilməsi qət edilmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 nümayəndəsi S.Y.Muradzadə apelyasiya şikayəti verib, Şamaxı Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(074)-357/2020 saylı qətnaməsinin qismən ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, 21 aprel 2015-ci il tarixli 108.LN.2102.210415.00003 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 AGBank ASC tərəfindən 18 ay müddətinə, illik 24 faizlə 8900 ABŞ dolları məbləğində kredit verilmişdir. 25.01.2016-cı il tarixində əlavə razılığa əsasən əsas borc üzrə gecikmədə olan 678,39 ABŞ dolları məbləğində kredit restrukturizasiya edilib və 121,85 ABŞ dolları məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə edilmişdir. Bununla da kreditin ümumi məbləği 5645,74 ABŞ dolları təşkil etmişdir. Beləliklə, 21 aprel 2015-ci il tarixli 108.LN.2102.210415.00003 saylı kredit müqaviləsinə əsasən 21.10.2016-cı il tarixədək banka əsas məbləğ üzrə borc 9021,85 ABŞ dolları müəyyən olunmuşdur. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh3 və Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir. 22 Fevral 2018-ci il tarixə Cavabdeh1 banka 21 Aprel 2015-ci il tarixli 108.LN.2102.210415.00003 saylı kredit müqaviləsi üzrə 2947,49 ABŞ dolları əsas, 638,52 ABŞ dolları faiz və 598,60 ABŞ dolları cərimə olmaqla, cəmi 4184,61 ABŞ dolları məbləğində borcu vardır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 ödənişlər üzrə gecikdirmələri aradan qaldırmamış və borcu ödəməkdən boyun qaçırmışdır. Ona görə də, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 21 aprel 2015-ci il tarixli 108.LN.2102.210415.00003 saylı kredit müqaviləsi üzrə 2947,49 ABŞ dolları əsas, 638,52 ABŞ dolları faiz və 598,60 ABŞ dolları cərimə olmaqla, cəmi 4184,61 ABŞ dolları məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 nümayəndəsi S.Y.Muradzadə verdiyi apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsi 02 noyabr 2020-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iş materiallarından məlum olur ki, Cavabdeh1 və İddiaçı ASC arasında bağlanmış 21.04.2015-ci il tarixli, 108.LN.2102.210415.00003 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 24 faiz hesablanmaqla 18 ay müddətinə, 9800 (doqquz min səkkiz) ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərin təmin edilməsi üçün İddiaçı ASC və Cavabdeh3 və Cavabdeh2 arasında müvafiq zaminlik müqavilələri bağlanılmışdır. Cavabdeh1 kredit müqaviləsi ilə öhdəliklərini vaxtında icra etmədiyi üçün məhkəməyə müraciət edilən tarixdə 2947,49 (iki min doqquz yüz qırx yeddi ABŞ dolları, 49 sent) ABŞ dolları əsas borcun, 638,52 (altı yüz otuz səkkiz ABŞ dolları, 52 sent) ABŞ dolları faiz borcunun, 598,60 (beş yüz doxsan səkkiz ABŞ dolları, 60 sent) ABŞ dolları cərimə olmaqla, ümumilikdə 4184,61 (dörd min yüz səksən dörd ABŞ dolları 61 sent) ABŞ dolları cərimə borcu qalmışdır. İddia ərizəsində qeyd edilən hallar birinci instansiya məhkəməsində tam sübuta yetirilsə də, məhkəmə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, keçirilmiş ekspertiza rəyində ekspert ödənişləri ümumi borcdan çıxaraq nəticə olaraq cavabdehlərin borcu 3065,83 ABŞ dolları əsas və 471,03 ABŞ dolları faiz məbləği kimi müəyyən etmişdir. Cərimə borcunu isə ümumiyyətlə hesablamamışdır. 22 fevral 2018-ci il tarixli ekspert rəyi üzrə ekspert tərəfindən təhqiqatın hansı metodlarla aparılması, ekspertizanın rəyinin düzgün olub-olmaması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti ekspertiza keçirən zaman kredit müqaviləsi üzrə gecikdirilmiş faizləri nəzərə almamışdır. Bu səbəbdən də, ekspert rəyi əsassızdır və iddia tələbinin faiz və cərimə borclarının düzgün hesablanması məqsədi ilə iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi zərurəti yaranmışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilib, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 nümayəndəsi X.X.Xıdırzadə apelyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, 21.04.2015-ci il tarixli, 108.LN.2102.210415.00003 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı ASCdən 18 ay müddətinə, illik 24 faizlə 8900 ABŞ dolları məbləğində kredit götürmüşdür. 21.04.2015-ci il tarixli, 108.CL.210415.00003/c saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 21.04.2015-ci il tarixli, 108.LN.2102.210415.00003 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən, borcalanın 8900 ABŞ dolları məbləğində alınmış kreditinin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. 21.04.2015-ci il tarixli, 108.CL.210415.00003/b saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 21.04.2015-ci il tarixli, 108.LN.2102.210415.00003 saylı kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən, borcalanın 8900 ABŞ dolları məbləğində alınmış kreditinin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyinin tamamilə icra edilməsi üçün öz üzərinə məsuliyyət götürmüşdür. 21.04.2015-ci il tarixli, 108.LN.2102.210415.00003 saylı kredit müqaviləsinə 25.01.2016-cı il tarixli 1 saylı əlavə razılıqdan görünür ki, borc üzrə gecikmədə olan 678,39 ABŞ dolları məbləğində kredit restrukturizasiya edilib və 121,85 ABŞ dolları məbləğində kapitallaşdırılmış faizlər kreditin qalıq məbləğinə əlavə edilmişdir. Bununla da kreditin ümumi məbləği 5645,74 ABŞ dolları təşkil etmişdir. 23.02.2018-ci il tarixli, 19/1491 saylı xəbərdarlıq məktubundan görünür ki, AGBank ASC tərəfindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 21 aprel 2015-ci il tarixli 108.LN.2102.210415.00003 saylı kredit müqaviləsi və 25.01.2016-cı il tarixli əlavə razılığa əsasən 22.02.2018-ci il tarixə mövcud olan borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, əks halda məhkəməyə müraciət olunacağı qeyd edilmişdir. 22.02.2018-ci il tarixli, 05/212 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 21.04.2015-ci il tarixli, 108.LN.2102.210415.00003 saylı kredit müqaviləsi üzrə İddiaçı ASCyə 22.02.2018-ci il tarixə 2947,49 ABŞ dolları əsas, 638,52 ABŞ dolları faiz, 598,6 ABŞ dolları cərimə olmaqla, cəmi 4184,61 ABŞ dolları borcu vardır. 05.03.2018-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.09.2020-ci il tarixli, 9/3372 saylı ekspert rəyindən görünür ki, 21.04.2015-ci il tarixli, 108.LN.2102.210415.00003 saylı kredit müqaviləsi və 25.01.2016-cı il tarixli 01 saylı əlavə razılıqda qeyd edilmiş şərtlər nəzərə alınmaqla Cavabdeh1 ləğv prosesində olan AGBank ASC-yə 22.02.2018-ci il tarixə 3065,83 ABŞ dolları əsas, 471,03 ABŞ dolları faiz borcu mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.06.2021-ci il tarixli, 9/3138 saylı ekspert rəyindən görünür ki, 21.04.2015-ci il tarixli, 108.LN.2102.210415.00003 saylı kredit müqaviləsi və 21.10.2016-cı il tarixli 01 saylı əlavə razılıqda qeyd edilmiş şərtlər nəzərə alınmaqla Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə 21.10.2016-cı il tarixə 3474,22 ABŞ dolları əsas, 43,45 ABŞ dolları faiz borcu və 10.08.2020-ci il tarixə 3474,22 ABŞ dolları əsas, 547,87 ABŞ dolları faiz borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) ücün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edərək hesab edir ki, kredit və zaminlik müqavilələrinə əsasən cavabdehlərin bank qarşısında öhdəliyi yaranmış, cavabdehlər öz üzərlərinə götürmüş olduqları öhdəliyi icra etməmiş və onlar birlikdə bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyırlar. Birinci instansiya məhkəməsi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiasını qismən təmin edib, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 21.04.2015-ci il tarixli, 108.LN.2102.210415.00003 saylı kredit müqaviləsi üzrə 2947,49 ABŞ dolları əsas borc, 471,03 ABŞ dolları faiz borcu və 10 ABŞ dolları cərimə olmaqla, cəmi 3428,52 ABŞ dolları (qətnamənin icra olunduğu günə olan manatın məzənnəsi ilə hesablanmaqla) məbləğində borcun tutulması barədə düzgün nəticəyə gəlmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 nümayəndəsi S.Y.Muradzadə apelyasiya şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və birinci instnsiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın tam təmin olunması hallarını sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olub, başqa sübutlarla öz təsdiqini tapmamış və toplanmış sübutlarla təkzib olunmuşdur. Ona görə də apelyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyıb, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında dəyişdirilmədən, apelyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29.06.2021-ci il tarixli, 9/3138 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manatdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Verilmiş apelyasiya şikayəti təmin edilmədiyi üçün ekspertiza tədqiqatının dəyəri 150 manat iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 alınıb AZ.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X2 nümayəndəsi S.Y.Muradzadənin verdiyi apelyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin 02 noyabr 2020-ci il tarixli, 2(074)-357/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlansın. Ekspertiza tədqiqatının dəyəri 150 manat iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi X1 alınıb AZ.MEM, VÖEN **********, X5, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar