Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1139/2021 08.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı və onun nümayəndəsi X1 iştirakları ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-2043/2020 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)-2043/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlkin Xəlilov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia təmin edilməmiş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 931,17 manat pulun və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 2018-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2019-cu ildə X6 anadan olmuşdur, uşaq hazırda onun yanındadır. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-2966/2019 saylı qətnaməsi ilə onların nikahları pozulmuş və uşağın saxlanması üçün onun xeyrinə aliment tutulmuşdur. Cavabdehlə birgə nikahları dövründə, yəni xx.xx.2019-cu ildə “Unibank” açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı ilə müqavilə bağlayaraq 1000 manat məbləğində kredit götürmüş, elə həmin vaxt “Albalı” kart vasitəsilə həmin bankdan 500 manat da pul almışdır. Kredit müqaviləsi onunla bağlandığına görə o, cavabdehlə boşanandan sonra kredit öhdəliklərini özü icra etmiş və 1000 manat kreditə görə 1188,73 manat, “Albalı” kartından çıxarılan 500 manat pula görə 673,60 manat pul ödəmişdir. Kreditlər cavabdehlə birgə nikahları dövründə götürülərək ailənin xərclərinə sərf olunduğuna görə ödənişin ½ hissəsi, yəni 931,17 manat pul cavabdeh tərəfindən ona qaytarılmalıdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi ilə razı deyildir, qətnamə qanunsuz və əsassızdır. Belə ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməmişdir. Bu isə cavabdehin ona həqiqətən borcu olduğuna öz razılığını bildirməsi deməkdir. Məhkəmə iclasında öz izahatında bunları göstərmiş, lakin məhkəmə onun izahatını nəzərə almamışdır. İddaçı apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X2 apellyasiya şikayətində göstərilənlərə uyğun izahatlar verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-2966/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, sabit pul məbləğində aliment və əlavə xərc tələbinə dair iddiası qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxx 2018-ci il tarixdə Xaçmaz rayon İcra Hakimiyyəti başçısının Susayqışlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 06 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan uşaqları-xx xxxx 2019-cu ildə anadan olmuş X4 anası-İddiaçı himayəsində saxlanılması, Cavabdeh xx xxxx 2019-cu ildə anadan olmuş Kuberov Amir İlqar oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün ərizənin verildiyi tarixdən, yəni xx xxxxxxxx 2019-cu il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 120 manat və xx xxxx 2019-cu il təvəllüdlü Kuberov Amir İlqar oğlunun doğulduğu gündən üç il ərzində hər ay 40 manat miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 280nkXCHZ/19 saylı kredit və bank hesabı müqaviləsinin surətindən görünür ki, “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı tərəfindən İddiaçı illik 29% dərəcəsi ilə 14 ay müddətinə aylıq 86 manat ödəmək şərti ilə 1000 məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 1255şXCHZ/19 saylı kredit müqaviləsinin surətindən görünür ki, “Unibank” Kommersiya Bankı açıq səhmdar cəmiyyətinin Xaçmaz filialı tərəfindən İddiaçı illik 29% dərəcəsi ilə 84 ay müddətinə 500 məbləğində kredit xətti ayrılmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 41.2-ci maddəsinə əsasən ərarvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Qeyd edilən normaların məzmunundan da görünür ki, qanun ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmənin onların ümumi əmlakına yönəldilməsini mümkün hesab edir. Həmçinin qanun yalnız ümumi borcun bölünməsinin mümkünlüyünü müəyyən edir. Hər iki maddənin hazırki mübahisəyə tətbiq edilməsi üçün götürülmüş kreditin ümumi borc olması, yaxud götürülən kreditin ailə ehtiyacları üçün istifadə olunması iş üzrə sübut olunmalıdır. Hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsas şübhədən kənar standartlar tətbiq edilir. Kredit müqaviləsi üzrə götürülmüş pulların ailənin ehtiyacları üçün istifadə olunması məhkəmə iclası zamanı sübuta yetirilməmişdir. Həmçinin iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-2966/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, sabit pul məbləğində aliment və əlavə xərc tələbinə dair iddiası xx xxxxxxxx 2019-cu il tarixdə məhkəməyə daxil olmuş və həmin iddia ərizəsində İddiaçı artıq bir neçə aydır Cavabdeh faktiki olaraq ayrıldığını göstərmişdir. Qeyd edilən hal iddiaçının göstərdiyi kreditlərin tərəflərin birgə yaşadıqları müddətdə götürülmədiyini və ailənin ehtiyacları üçün istifadə edilmədiyini təsdiq edir. Məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi barədə gəldiyi nəticə qanuni və əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, iddiaçı cavabdehdən 931,17 manat tələb edir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(067)- 2043/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-1139/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1139/2021
08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver