Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1144/2025 06.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: notarial qaydada bağlanmış kredit müqaviləsi üzrə pul tələbi, ,cavabdehin etirazının dəlillərinin sübut edilməməsi) X1 (sədrlik edən və məruzəçi), X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(074)-136/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. xx.xx.2023-cü il tarixli borc müqaviləsinin surətindən görünür ki, "Borc verən" – Şahid1 "Borc alana – Cavabdeh bu müqavilənin bağlandığı gün, yəni xx.xx.2023-cü il tarixdə 285485 manat 00 qəpik (iki yüz səksən beş min dörd yüz səksən beş manat sıfır qəpik) məbləğində pul borc verir. "Borc alan" borcu bu müqavilənin müddətinin bitdiyi tarixədək, yəni, xx.xx.2024-cü il tarixinədək "Borc verənə" qaytarmağı öhdəsinə götürür.
2. xx.xx.2024-cü il tarixli “tələb hüququnun ötürülməsi” müqaviləsinin surətindən görünür ki, Şahid1 Bakı şəhəri 44 saylı notariat ofisində Şahid1 ilə Cavabdeh arasında 285485 (iki yüz səksən beş min dörd yüz səksən beş) manat borc məbləğinə dair bağlanmış, 21,12.2023-cü il tarixli, 3M-458 reyestr nömrəli borc müqaviləsinə əsasən yaranmış tələb və hüquqlarını İddiaçı ötürür. İddiaçı Şahid1 yuxarıda qeyd olunan borc müqaviləsi üzrə tələb və hüquqlarını qəbul edir.
3. İş materiallarında olan borc müqaviləsi üzrə pulun notariusun depozit hesabına qoyulması və həmin pul məbləğinin notariusun depozit hesabından çıxarılmasına dair qəbzlərin surətlərindən görünür ki, Şahid1 xx.xx.2023-cü il tarixdə 285485 manat məbləğində pulu müvafiq bank hesabına köçürülməsi üçün depozit hesabına qoymuş və həmin gün Cavabdeh borc müqaviləsi üzrə 285485 manat məbləğində pulu almışdır. Apellyasiya icraatı zamanı dindirilmiş;
4. Şahid2 bildirmişdir ki, o, şəxsən özü Şahid1 pul götürərək şirkətə investisiya etmişdir. Sonra Şahid1 onlarla işləmək istəmədiyini, pulunu tələb etdiyini bildirmişdir. İddiaçı qardaşı İlkin adlı şəxs həmin pulu Şahid1 verəcəyini bildirmişdir. Sonra o, İddiaçı, onun qardaşı İlkin adlı şəxslə Şahid1 görüşdürmüş, onlar da öz aralarında danışmışdılar ki, Şahid1 285 min manat məbləğində pulu verəcəklər. Şirkət də əslində Cavabdeh adına idi və həmin pulun əvəzində şirkəti İddiaçı adına keçirmişlər. Onlar tərəfindən də Şahid1 80 min, 30 min məbləğlərində pul verilib, buna dair yazışma var. Şahid1 notarial qaydada pul götürülməyib. Pulu Şahid1 götürən o olmuş və həmin pul şirkətə investisiya edilmişdir. Qeyd olunan pul isə Şahid1 qaytarılıb.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, 3M-458 reyestr nömrəli müqaviləyə əsasən yaranmış 285485 (iki yüz səksən beş min dörd yüz səksən beş) manat borcun, 575,48 manat dövlət rüsumunun və vəkilə ödənilmiş 320 manat, ümumilikdə 286380,48 (iki yüz səksən altı min üç yüz səksən manat qırx səkkiz qəpik) manat pul vəsaitinin tutularaq İddiaçı oğuna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, 21 dekabr 2023-cü il tarixində Bakı şəhəri 44 saylı notariat kontorunda Şahid1 ilə Cavabdeh arasında 3M-458 reyestr nömrəli borc müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, Şahid1 xx.xx.2023-cü il tarixində Cavabdeh 285.485 (iki yüz səksən beş min dörd yüz səksən beş manat) manat məbləğində borc pul vermişdir. Müqavilənin 2-ci bəndinə əsasən cavabdeh həmin pulu xx.xx.2024-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 8-ci bəndinə əsasən borc alan, Cavabdeh müqavilə üzrə müəyyən edilmiş müddətdə borcu qaytarmadıqda və ödəmədikdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Şahid1 ilə İddiaçı arasında 21 avqust 2024-cü il tarixində Bakı şəhəri 14 saylı notariat kontorunda 3M-3939 reyestr nömrəli “Tələb hüququnun ötürülməsi müqaviləsi” bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, Bakı şəhəri 44 saylı notariat ofisində Şahid1 ilə Cavabdeh arasında 285485 (iki yüz səksən beş min dörd yüz səksən beş) manat borc məbləğinə dair bağlanmış, xx.xx.2023-cü il tarixli, 3M-458 reyestr nömrəli borc müqaviləsinə əsasən tələb hüquqları İddiaçı ötürülmüşdür. Hazırkı iddia ərizəsinə əlavə edilmiş borc müqaviləsindən də görünür ki, cavabdeh 285485 (iki yüz səksən beş min dörd yüz səksən beş) manat borc pul almış və 21 mart 2024-cü ilədək ödəməsini üzərinə götürmüşdür. Lakin bu günə qədər cavabdeh müqavilə şərtlərini pozaraq pulu geri qaytarmaqdan boyun qaçırır. Dəfələrlə həm borc verən, yəni Şahid1, həm də İddiaçı pulu geri qaytarması üçün Cavabdeh müraciətlər etsələr də, heç bir nəticə verməmişdir. İddiaçı onunla əlaqə saxlamaq istəsə də, təəssüflər olsun ki, o, görüşdən yayınır və bu yolla mənimsədiyi pulu ödəməməyə çalışır. Hazırda iddaçı cavabdehin könüllü olaraq borcunu ödəmək niyyətinin olmadığını gördüyü üçün o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir.
7. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(074)-136/2025 nömrəli qətnaməsi ilə (hakim N.İsmayılov iddiа təmin еdilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Şahid1 ilə Cavabdeh arasında qanunvericiliyə uyğun olaraq 3M-458 saylı, xx.xx.2023-cü il tarixli borc müqaviləsi bağlanmışdır. Şahid1 ilə İddiaçı arasında 21 avqust 2024-cü il tarixində Bakı şəhəri 14 saylı notariat kontorunda 3M-3939 reyestr nömrəli “Tələb hüququnun ötürülməsi müqaviləsi” bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, Bakı şəhəri 44 saylı notariat ofisində Şahid1 ilə Cavabdeh arasında 285485 (iki yüz səksən beş min dörd yüz səksən beş) manat borc məbləğinə dair bağlanmış, xx.xx.2023-cü il tarixli, 3M-458 reyestr nömrəli borc müqaviləsinə əsasən tələb hüquqları İddiaçı ötürülmüşdür. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, müəyyən edilmiş müddətdə borc məbləğini tam ödəməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edib ki, iddia təmin edilməli, 285 485 manat pul Cavabdehdan alınaraq İddiaçı verilməlidir.
9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1, 194.2, 386.1, 404.1, 404.2, 405.1, 425.1, 442, 448.1, 739.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 121.1, və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyator şikayətində göstərmişdir ki, onunla qohumluq münasibətində olan (əmioğlu) Şahid2 təklifi ilə onun adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, VÖEN ********** olan “X5” MMC təsis edilmişdir. MMC-nin təsisçisi formal olaraq o olsa da cəmiyyətin bütün işlərinə rəhbərliyi “cəmiyyətin icraçı direktoru” vəzifəsini icra edən Şahid2 edirdi. Şahid2 MMC-nin işini təşkil etmək üçün əvvəllər tanımadığı və özünün dostluq münasibətində olduğu Şahid1 öz aralarında xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək sadə yazılı formada tərtib edilmiş və imzalanmış qeydlərə əsasən 132 500 ABŞ dolları, 45 500 AZN borc almış (daha sonra isə 15 000 AZN borc almışdır), cəmi: 285 485 (iki yüz səksən beş min dörd yüz səksən beş) manat borcu almışdır. Onlar belə bir razılığa gəlmişlər ki, əldə ediləcək qazancın 50%-i Şahid1 veriləcək. Daha sonra Şahid1 təklifi ilə Şahid2 arasında belə bir razılıq əldə edildi ki, qeyd olunan borc məbləğinə dair notariat orqanında borc müqaviləsi bağlasınlar. Şahid1 bildirdi ki, “pulu depozitə qoyub, müqaviləni imzalayacaqlar, daha sonra həmin pulu ondan alacaq”. Deyilən qaydada razılaşma icra olundu. Belə ki, notarial qaydada borc müqaviləsini bağladılar. Lakin sonra Şahid1 dərhal 285 485 manat pulu özü götürdü. Yəni faktiki olaraq borc pul ona verilməmişdir. Bütün bunlar bankın kamera görüntüləri ilə də təsdiq edilə bilər. O, isə ümumiyyətlə nə sözügedən pulun notariusun depozitinə qoyulmasında və nə də həmin pulun bankdan götürülməsində iştirak etməmiş, yəni pulu görməmişdir. Formal olaraq borc müqaviləsini və pulun götürülməsi barədə sənədləri imzalamışdır. Lakin bu razılaşmadan bir neçə gün sonra Şahid1 verdiyi pulu Şahid2 geri tələb etməyə başladı. Ona görə də Şahid2 Nail adlı bir dostu vasitəsi ilə işlərini davam etdirmək üçün İddiaçı adlı bir nəfərlə əlaqə yaradaraq şirkətin işini davam etdirmək üçün razılaşdılar. İddiaçı bildirdi ki, “Şahid1 şirkətin işi üçün verdiyi 285 485 manat pulu 2024-cü il yanvarın 10-dək qaytara bilər. Bunun üçün isə “X5” MMC onun adına keçməlidir və şirkətin təsisçisi olmalıdır”. Bundan sonra Bakı şəhəri 26 saylı Notariat ofisində bağlanmış 19 fevral 2024-cü il tarixli "xxxx"nə əsasən MMC İddiaçı adına keçdi. O isə şirkətin "xxxx" vəzifəsinə təyin edildi. Sözügedən MMC Qarabağda yol çəkilişi işlərində iştirak edirdi və Şahid2 da Şahid1 götürdüyü pulları həmin yolların çəkilişi üçün götürmüşdür. Bunu Mehrəli özü də bilirdi. Mehrəli bir neçə dəfə öz mühasibi Anar adlı şəxsi şirkətin Bakı şəhərində yerləşən ofisinə də borc verdiyi pulun xərclənməsi istiqamətini öyrənmək üçün göndərmişdir və hətta bir dəfə özü də şəxsən Qarabağda işlərin aparıldığı əraziyə gəlmişdir. Sonradan İddiaçı ilə Şahid2 arasında münasibətlər pozulduğundan İddiaçı Şahid1 ilə aralarındakı razılaşma əsasında 21 avqust 2024-cü il tarixli “Tələb hüququnun ötürülməsi müqaviləsi”nə (“tələbin güzəşti”) əsasən ondan 285 485 manat pulu tələb etməyə başladı. Hazırkı iddia tələbi məhz bu qaydada qaldırılmışdır. Həm Şahid1, həm də İddiaçı ona bildirirlər ki, “biz bilirik ki, burada sənlik bir iş yoxdur, ancaq borc müqaviləsi sənin adına olduğuna görə səni məhkəməyə veririk ki, sən də Şahid2 təsir edəsən ki, bizə vurduğu ziyanı qaytarsın”. Onu da bildirir ki, Şahid2 tərəfindən Şahid1 götürülmüş 285 485 manat borc pul MMC-nin işləri üçün xərcləndiyinə görə İddiaçı şirkətin təsisçisi olduqdan sonra hissə-hissə olaraq həmin borcu tam həcmdə Şahid1 qaytarmışdır. Ona görə də bu vaxta qədər ondan həmin pul vəsaiti tələb olunmamışdır. İşə baxan məhkəmə sadalanan hallara düzgün qiymət verməmiş, lazımı qaydada araşdırma aparmamış, nəticədə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, işin hallarının araşdırılması məqsədi ilə Şahid1 şahid kimi məhkəmədə dindirilməsi barədə məhkəməyə vəsatət təqdim etsə də, məhkəmə vəsatəti təmin etməmişdir. İşə baxan məhkəmə onun tərəfindən təqdim edilən sübutları araşdırmamış, vəsatətləri təmin etməmiş, sanki öz qərarını əvvəlcədən müəyyənləşdirmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş Cavabdeh izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin məzmununa uyğun izahat verdi. Əlavə olaraq bildirdi ki, onun adına olan bütün sənədləşmələr formaldır. Əslində isə qeyd olunan borc məbləği ona verilməmişdir. Belə ki, həmin borc məbləği “X5” MMC-nin Qarabağda həyata keçirdiyi işlərin maliyyələşdirilməsi ilə əlaqədar Şahid1 götürülmüşdür. Həmin pul ona deyil, Səlim Cəfərova verilmişdir. Mübahisələndirilən borc müqaviləsi isə rəsmiləşdirilərkən Səlim Cəfərov ona şirkətin direktoru kimi müqavilənin onun tərəfindən imzalanmalı olduğunu bildirmişdir. Faktiki olaraq isə pul notariusun depozit hesabına keçirilib, daha sonra Şahid1 işçisi tərəfindən götürülmüşdür. Yəni ona hər hansı məbləğdə borc verilməmişdir. Bu halları isə həm Urfan, həm də Mehrəli təsdiq edirlər. Eyni zamanda ona bildirirlər ki, sözügedən müqavilə onun tərəfindən imzalandığından hazırkı iddianı ona qarşı qaldırmışlar. Məqsədləri isə Şahid2 təzyiq etməkdir. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsi tərəfindən təqdim olunmuş sənədlər əsasında araşdırma aparılmadan qətnamə çıxarılıb. Məhkəmə işin hallarını tam araşdırmamış, formal sənədlər əsasında iddiaçının xeyrinə qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı şahidlərin dindirilməsi barədə vəsatət təmin edilməmişdir. Halbuki iddiaçının da bildirdiyi kimi həm İddiaçı, həm də Şahid1 cavabdehə hazırkı mübahisənin ona aid olmadığını, lakin müqavilənin onun tərəfindən imzalandığı üçün məcburən iddianın ona qarşı qaldırıldığı bildirilmişdir. Konkret olaraq hazırkı iddianın qaldırılmasında məqsəd iddianın təmin olunması barədə mövcud qətnamə əsasında Səlim Cəfərova təzyiq imkanı əldə etmək və borcun ödənilməsini təmin etməkdir. Yəni iddiaçı özü də etiraf edir ki, mövcud borc əslində cavabdehə verilməmişdir. Bütün razılaşmalar Şahid2la aparılmışdır. Lakin işə baxan birinci instansiya məhkəməsi lazımi qaydada araşdırma aparmamış, nəticədə əsassız qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi və vəkili sonda apellyasiya şikayətinin təmin edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, tərəflər arasında xx.xx.2024-cü il tarixdə borc müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh xx.xx.2024cü il tarixinədək borcu qaytarmağı öhdəsinə götürmüş, lakin borc qeyd olunan müddət ərzində ödənilməmişdir. Müqavilədə qeyd olunan müddət ərzində cavabdeh tərəfindən borc qaytarılmadıqda xx.xx.2024-cü il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində Şahid1 ilə İddiaçı arasında tələb hüququnun ötürülməsi müqaviləsi bağlanmış və tələb hüququ İddiaçı ötürülmüşdü. O zaman da qarşı tərəf həmin pulu ödəyəcəklərini bildirmələrinə baxmayaraq, bu günə qədər pul ödənilməmişdir. Cavabdeh müqavilə bağlandığı zaman pulun notariusun depozit hesabına Şahid1 tərəfindən qoyulduğunu və sonra da onun tərəfindən götürüldüyünü bildirir. Bununla bağlı müvafiq məhkəmə sorğusuna cavabdan imzanın, xəttin cavabdehə məxsus olduğu müəyyən edilmişdir. Cavabdehin borc müqaviləsinin formal bağlanması barədə dəlilləri əsassızdır. Belə ki, müqavilə notarial qaydada qanunauyğun əsaslarla bağlanıb. Cavabdeh təhsilli, anlaqlı şəxsdir. Müqavilə üzrə öhdəliyin daşıyıcısıdır. Şahid Səlim Cəfərov isə cavabdehin qohumudur. Bu səbəbdən cavabdehin xeyrinə ifadə verməsi anlaşılandır. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə sonda apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 14.2.1.Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Maddə 194. Tələbin güzəşti 194.1. Tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. 194.2. Tələbin güzəşti tələbin sahibi ilə üçüncü şəxs arasında bağlanan müqavilə ilə həyata keçirilir və belə hallarda ilk sahibin yerini üçüncü şəxs tutur. Bu halda tələbin sahibi ilə borclu arasında bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 194.4. Sadə yazılı və ya notarial formada bağlanmış əqdə əsaslanan tələbin güzəşti müvafiq yazılı formada həyata keçirilməlidir Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Maddə 739.1. (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada ) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 740-cı maddəsi).
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətindən görünür ki, apellyator Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(074)-136/2025 nömrəli qətnaməsini tam həcmdə mübahisələndirərək, qətnamənin ləğv edilib, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Ona görə də kollegiya Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(074)-136/2025 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
21. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. İddia tələbi kredit müqaviləsi əsasında borcun tutulması barədə olmuş, iddiaçı tələbinin əsası kimi cavabdehlə bağlanmış kredit müqaviləsinə istinad etmişdir.
23. İlk olaraq qeyd edilməlidir ki, hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
24. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.
26. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.
27. Baxılan iş üzrə mübahisənin predmetini təşkil edən kredit (borc) müqaviləsinin məzmunundan müəyyən olunur ki, "Borc verən" – Şahid1 "Borc alana – Cavabdeh bu müqavilənin bağlandığı gün, yəni xx.xx.2023-cü il tarixdə 285485 manat məbləğində borc pul vermiş, "Borc alan" borcu bu müqavilənin müddətinin bitdiyi tarixədək, yəni, xx.xx.2024-cü il tarixinədək "Borc verənə" qaytarmağı öhdəsinə götürmüşdür (i/m səh.22).
28. Yenə işdə olan xx.xx.2024-cü il tarixli tələb hüququnun ötürülməsi müqaviləsinin məzmunundan aydın olur ki, Şahid1 Bakı şəhəri 44 saylı notariat ofisində özü ilə Cavabdeh arasında 285485 (iki yüz səksən beş min dörd yüz səksən beş) manat borc məbləğinə dair bağlanmış, xx.xx.2023-cü il tarixli, 3M-458 reyestr nömrəli borc müqaviləsinə əsasən yaranmış tələb və hüquqlarını hazırkı iş üzrə iddiaçı olan İddiaçı ötürüb (i/m səh. 21).
29. İş materiallarının təhlili nəticəsində həm də təsdiq olunur ki, iddiaçı müqavilədə qeyd olunan pulun tələb edilməsi ilə bağlı heç də hərəkətsiz olmamış, müxtəlif vaxtlarda cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi və yazılı müraciətlər etmiş, lakin sonda heç bir nəticəsi olmamış, əksinə cavabdeh hər dəfə müxtəlif arqumentlər və ya bəhanələr gətirməklə öhdəliyini icra etməkdən yayınmaqla, gah iddaçıdan pul almadığını, gah da borcun qohumu olan digər şəxsə verildiyini və həmin şəxs tərəfindən də ödənildiyi bəyan edir.
30. Bundan əlavə, cavabdeh iddiaya etirazında və apellyasiya şikayətində kredit müqaviləsi üzrə pul almadığını, müqavilənin yalan əqd olmasını bildirsə də, bu dəlilini işə mahiyyəti üzrə baxan nə birinci, nə də apellyasiya instansiyası məhkəməsində sübuta yetirə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Sübutları araşdırmaq və təhlil etmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli borc müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə olan halda öhdəliyin icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 442-ci maddəsinə görə həll edilməlidir.
32. Həmin maddəyə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdəqüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya qeyd edir ki, şikayətdə qeyd olunan dəlillər formal mülahizələrdən ibarət olmaqla qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz.
34. Birincisi ona görə ki, cavabdeh kredit müqaviləsi üzrə verilmiş pulun ona deyil, iş görmək məqsədilə başqa bir şəxsə verildiyini, gah da həmin pulun Cəfər adlı şəxs tərəfindən ödənildiyini bildirsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, onun tərəfindən təqdim edilmiş Şahid2 isə kredit müqaviləsi ilə səbəbli əlaqəsi olmayan və ziddiyyətli ifadə vermişdir.
35. İkincisi, kollegiya bu qənaətə gələrkən onu da nəzərə alır ki, qanunvericilikdə dəlillərin qiymətləndirilməsi prosesində ayrı-ayrı sübutların həqiqiliyinə inamı artıran qaydalar nəzərdə tutmuşdur. Bu qaydalardan biri də notariat orqanında təsdiq olunmuş sənədlərin mötəbər sübut kimi qəbul edilməsidir. Sübut növü olan hər hansı sənədin, o cümlədən müqavilənin yazılı şəkildə notariat qaydada təsdiq olunması müqavilənin dərk edilmədən, yaxud iradə xaricində bağlanmasının qarşısını almaqla, əqdin etibarlılığına təminatı daha da artırır. Bu səbəbdən də, əksi sübut edilmədikcə, notarial qaydada təsdiq edilmiş sənədin (o cümlədən müqavilənin) həqiqiliyi prezumpsiyası qəbul edilməlidir.
36. Üçüncüsü, məhkəmə kollegiyası 21 dekabr 2023-cü il tarixli, 3M-458 reyestr nömrə ilə rəsmiləşdirilmiş kredit müqaviləsinə həm də bu aspektdən yanaşaraq nəzərə alır ki, tərəflər həmin əqdi notariusun yanında imzalamaqla öz iradələrini ifadə etmişlər. Bu zaman cavabdehin iradəsinin qanunsuz hərəkətlərlə (aldatma, hədə-qorxu gəlmə və s.) zədələnməsi halına dair hər hansı sübut isə təqdim edilməmişdir.
37. Apellyasiya icraatı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsinə tənqidi yanaşan kollegiya bildirir ki, şahid “gah Şahid1 pul götürərək şirkətə investisiya etdiyini, gah da sonuncunun onlarla işləmək istəmədiyini və pulunu tələb etdiyini, sonra isə İddiaçı qardaşı İlkin adlı şəxsin həmin pulu Şahid1 verəcəyini bildirmişdi. Şahid ifadəsində İddiaçı və qardaşı İlkin adlı şəxsin Şahid1la görüşdüyünü və Şahid1 285 min məbləğində pulu verəcəklərini, şirkətin Cavabdeh adına olduğundan həmin pulun əvəzində şirkəti İddiaçı adına keçirdiklərini və sonda onlar tərəfindən Şahid1 80 min, 30 min məbləğlərində pul verildiyini bildirmişdir”
38. Beləliklə, şahidin ifadəsini işin mübahisəli halları ilə təhlil etdikdə, ümumiyyətlə ifadənin özünün anlaşılan olmamaqla, sözügedən kredit müqaviləsi ilə heç bir bağlantısının olmaması müəyyən edilmişdir.
39. Əlavə olaraq, əgər doğrudan da mübahisələndirilən kredit müqaviləsi üzrə pul məbləği cavabdeh Orxan Səmədzadəyə deyil, onun qohumu (şahid) Şahid2 verilmişdirsə, onda nəyə görə müqaviləyə və notariusun depozitindən götürülən qəbzə Cavabdeh imza edirdi və qeyd olunan əməliyyatlar nəyə görə Şahid2la aparılmırdı? Bundan əlavə, əgər Şahid2 müqavilə üzrə tələb olunan pulun sonradan ona çatdığını bildirirsə və Cavabdeh məsuliyyətdən kənarlaşdırmağa çalışırsa, onda nəyə görə İddiaçılə və ya Şahid1la mübahisəni özü həll etmir və “qohumu” olan cavabdehi mövcud vəziyyətdən çıxarmır?
40. Kollegiyanın araşdırması zamanı sorğu-sual edildikdə isə şahid yenə də qarışıq cavablar verməklə, qeyd olunan məsələyə aydınlıq gətirə bilməmişdir. Buradan da belə qənaətə gəlinir ki, şahid bu xarakterli qeyri-müəyyən ifadə verməklə həm özünü, həm də cavabdehi məsuliyyətdən kənarlaşdırmağa çalışır.
41. Kollegiya qeyd edir ki, cavabdeh tərəfin apellyasiya icraatı zamanı israrla istinad etdiyi “səs yazısına” tərəflərin iştirakı ilə qulaq asılıb, oradakı danışıqlar işin halları ilə təhlil edilən zaman qeyd olunan səs yazılarında mübahisəli borc münasibətinin əksini sübuta yetirəcək hallar və cavabdehin etirazının dəlilləri müəyyən edilməmişdir.
42. Beləliklə, göstərilənlərdən belə qənaətə gəlinir ki, cavabdeh sözügedən müqaviləni könüllü bağlamaqla, müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuş, həmin vaxt buna dair hər hansı əks şərt irəli sürməmişdir.
43. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(074)-136/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. (elektron kabinet və vəkil vasitəsilə) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.