Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1148/2025 08.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X2 ibarət tərkibdə, X11 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-672/2025 nömrəli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Ödəniş kartı üzrə çıxarışlardan görünür ki, xx.xx.2024-cü il tarixdə 600 manat (Qəbz 2384, Terminal 3412, Ünvan: AvroMart #2 Yasamal ray., Şixali Qurbanov küç.,ev 21), xx.xx.2024-cü il tarixdə 400 manat (Qəbz 2868, Terminal 3830, Ünvan:X6 ray., Fizuli Meydanı 1), xx.xx.2024-cü il tarixdə Milion elektron ödəmə sistemindən 300 manat, xx.xx.2024-cü il tarixdə 400 manat Ş*****M*****B*****oğluna məxsus 416973******2398 nömrəli birbank kartına ödəniş həyata keçirmişdir.
2. Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 37 manat rüsum ödənilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh məxsus **********912398 nömrəli birbank kartına səhvən ödənilmiş 2100 (iki min bir yüz) manat pul vəsaitinin, 900 (doqquz yüz) manat dəymiş zərərin (faydalı qazancın) və ödənilmiş 37 manat dövlət rüsumunun Cavabdeh alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, evdar qadındır, heç yerdə işləmir, hərdən bir kənd məhsullarının pərakəndə satışı ilə məşğul olur. Təxminən 3-4 ay bundan öncə "xxxx" Açıq Səhimdar Cəmiyyəti tərəfindən ona verilmiş 5239 1517 1919 7496 nömrəli birbank kartına 150 manat bir və 400 manat da bir pul köçürülmüşdür. Həmin puldan xx.xx.2024-cü il tarixdə 600 manat (Qəbz 2384, Terminal 3412, Ünvan: AvroMart #2 Yasamal ray., Şixali Qurbanov küç.,ev 21), xx.xx.2024- cü il tarixdə 400 manat (Qəbz 2868, Terminal 3830, Ünvan:X6 ray., Fizuli Meydanı 1) manat, xx.xx.2024-cü il tarixdə Milion elektron ödəmə sistemindən 300 manat, xx.xx.2024- cü il tarixdə 400 manat və xx.xx.2024-cü il tarixdə 400 manat Ş*****M*****B*****oğluna məxsus 416973******2398 nömrəli birbank kartına ödəniş həyata keçirmişdir. Sonradan məlum olmuşdur ki, pulları mal aldığı borclu olduğu şəxsin birbank kartına yox, səhvən başqasının birbank kartına köçürmüşdür. Müştərisi olduğu "xxxx" Açıq Səhimdar Cəmiyyətinin sədrinə müraciət etmiş, pulların səhvən köçürülməsi barədə qarşı tərəfə bildirməklərini və pulların geriyə qaytarılmasına köməklik göstərmələrini xahiş etmişdir. Bankın məsul şəxsi tərəfindən aparılmış araşdırma və verdiyi məlumat nəticəsində məlum olmuşdur ki, pulları şəhvən köçürdüyü birbank kartının sahibi Cavabdeh "xxxx" ASC-nin müştərisidir. O, Xaçmaz Rayonun Müzəffəroba kəndində daima pasport qeydiyyatında olmasına baxmayaraq, Bakı şəhəri Xəzər Rayonu Buzovna Qəsəbəsində atası Bəhmən Şamilovla birlikdə yaşayır. İstər "xxxx" Açıq Səhimdar Cəmiyyətinin rəhbərliyi tərəfindən istərsə də özü tərəfindən Cavabdeh pulların geriyə qaytarılması barədə dəfələrlə rəsmi xəbərdarlıq göndərsə də Cavabdeh pulların geriyə qaytarılmasından boyun qaçırır. Görünür Cavabdeh bu yolla qanunsuz varlanmaq niyyətindədir. O, Cavabdeh tanımır. Cavabdeh da onu tanımır. Onların arasında istər rəsmi, istərsə də şifahi heç bir əqd bağlanmamışdır. Onun Cavabdeh qarşısında heç bir öhdəliyi olmamışdır. Bütün bunlara baxmayaraq Cavabdeh onun birbank kartına müxtəlif vaxtlarda köçürdüyü pulları geriyə qaytarmaq fikri yoxdur. İddiaçı hərdən kənd məhsullarının pərakəndə satışı ilə məşğul olduğunu, kənd təsərrüfatı məhsullarının satışından gündəlik 5-10 manat çörək pulu qazandığı təsdiq olunur. Cavabdeh pulları geriyə qaytarmadığı 3 ay müddətində ən azından onu 900 (doqquz yüz) manat zərərə salmışdır. Cavabdehdən dəfələrlə ödədiyi pulu istəsə də o, pulların qaytarılmasından yayınmışdır.
5. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı bildirmişdir ki, cavabdehi tanımır, Kapital Bankdan öyrənmişdir ki, kartına pul köçürdüyü şəxsin adı Məhəmməddir.
6. Birinci instansiya məhkəməsinin xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək qeyd etmişdir ki, iddiaçının qohumu barəsində cinayət işi başlanmışdır. İddiaçı Böyükağa Abdullayev adlı şəxsin dələduz ortağı kimi qələmə verilir. 2020-ci ildə Böyükağa Abdullayev xalası X3 özünü vəkil kimi təqdim etmiş, ondan 5150 manat məbləğində pul almışdır. Sonradan həmin şəxsin vəkil yox, dələduzluqla bağlı 12 il məhbus həyatı yaşamış keçmiş məhkum olduğunu öyrənmişdir. Bunu öyrəndikdən sonra xalası pulunun geri qaytarılmasını tələb etmiş, Böyükağa Abdullayev pulu hissə-hissə qaytaracağını bildirmişdir. Xalasının kartı olmadığına görə ondan xahiş etmişdir ki, pulu onun kartına köçürsün. Böyükağa Abdullayev oktyabr ayının müxtəlif tarixlərində xalasına məxsus puldan 1700 manat məbləğində pulu onun kartına köçürmüşdür. Sonradan məhkəmədən göndərilən məktubu qəbul edəndə xəbəri olmuşdur ki, İddiaçı məhkəmədə iddia qaldıraraq 2100 manat məbləğində pul onun kartına səhvən köçürdüyünü bildirmişdir və həmin pulu tələb edir. Böyükağa Abdullayev barəsində şikayət edildiyini öyrəndikdən sonra göndərdiyi 1700 manat pulu geri almaq üçün İddiaçı adından ona qarşı hazırkı iddianı qaldırmışdır. İddiaçı iddia ərizəsində 1700 manat puldan əlavə, 400 manat məbləğində pulu da kartına köçürdüyünü qeyd etmişdir, lakin noyabr ayında onun kartına 400 manat pul gəlməmişdir. Böyükağa Abdullayev 5150 manat pul qaytarmalı idi. Böyükağa Abdullayev onun haqqında polisə şikayət edildiyini biləndən sonra 1700 manat pulun qaytarılması üçün iddiaçının adından həmin pulu geri istəyir. Hazırda iddiaçı barəsində də Yasamal rayon Polis İdarəsinə şikayət etmişlər, hazırda araşdırma aparılır.
7. Cavabdeh etiraz ərizəsində qeyd etmişdir ki, iddianı qəbul etmir və göstərmişdir ki, bu mülki işin icraatı Bakı şəhər Yasamal rayon Polis İdarəsində aparılan cinayət təqibi üzrə araşdırma yekunlaşana qədər dayandırlmalıdır. Belə ki, 2020-ci ildə bir qrup dələduz tərəfindən xalası X3 məxsus evin ələ keçirilməsi ilə bağlı şikayəti əsasında həm məhkəmədə, həm də Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma gedirdi. Hazırda da 4 ilə yaxındır ki, məhkəmə və polis araşdırması davam edir. Məhkəmədə gedən həmin mülki işlə bağlı özünü vəkil kimi təqdim edən Böyükağa Abdullayev adlı şəxs xalasının evini geri qaytaracağına söz verərək bunun müqabilində əvvəlcədən ondan 5150 manat ümumilikdə pul almışdır. Lakin pulu aldıqdan sonra o, məhkəmə iclaslarının heç birinə gəlməmiş və məlum olmuşdur ki, həmin şəxs vəkil deyilmiş. Məhkəmədə isə xalasının iddia tələbi təmin etmədi. Xalası, Böyükağa ilə əlaqə saxlayıb pulu ondan geri tələb etdikdə, o, pulu tanış qadının kartı vasitəsilə qaytaracağını bildirərək, xalasından pulu geri qaytarması üçün bank kartı nömrəsi istəmişdir. Xalasının bank kartı olmadığından onun bank kart nömrəsini Böyükağaya göndərmişdir. Daha sonra isə Böyükağa həmin tanış qadının, yəni hazırkı iddia tələbi üzrə iddiaçı X1 vasitəsilə ona məxsus karta hissə-hissə 1700 manat pul göndərmişdir. Bundan artıq pul göndərməmişdir. Lakin iddiaçı iddia ərizəsində göstərir ki, guya o, onun kartına 2100 manat pul köçürmüşdür. Ümumiyyətlə iddiaçının iddia ərizəsində göstərdiyi bir çox məqamlar həqiqəti əks etdirmir. Belə ki, o, iddia ərizəsində göstərir ki, guya pulu başqa şəxsə göndərmək əvəzinə səhvən onun kartına göndərmişdir. İddiaçının iddia ərizəsindən görünür ki, onun bank kartına pulu müxtəlif aylarda və müxtəlif günlərdə köçürmüşdür. Necə ola bilər ki, cavabdeh hər dəfə pulu səhv olaraq onun kartına göndərsin, həm də pulu ona göndərəndən 6 ay sonra məhkəməyə hazırkı iddia tələbi ilə müraciət etsin? Səbəb isə budur ki, xalası X5 iddiaçının tanışı Böyükağa Abdullayevdən Bakı şəhər Yasamal rayon Polis İdarəsinə şikayət edərək həmin şəxs tərəfindən aldadılması və pulunun ələ keçirilməsi barədə məlumat vermiş və hazırda həmin şikayət müstəntiq Vüsal Şahbazovun icraatında olmaqla Böyükağa Abdullayev barəsində axtarış verilmişdir. Hesab edir ki, Böyükağa xalasının ondan şikayət etdiyini bildikdən sonra iddiaçıya demişdir ki, xalasına verilməsi üçün iddiaçı vasitəsilə onun kartına göndərdiyi pulun geri qaytarılması barədə məhkəməyə iddia versin. İddiaçı da yalan mülahizələri ilə ona qarşı hazırkı iddia tələbini qaldıraraq guya ona səhvən 2100 manat pul köçürdüyünü qeyd etmişdir. Hesab edir ki, İddiaçı Böyükağa Abdullayevlə əlbirdir. Hazırda xalası X5 İddiaçı ilə bağlı da Yasamal rayon Polis İdarəsinə şikayət ərizəsi vermişdir. Ona görə də İddiaçı ona qarşı “pul tələbinə dair” idda ərizəsi üzrə 2(067)-672/2025 saylı mülki işin icraatı Bakı şəhər Yasamal rayon Polis İdarəsində aparılan cinayət təqibi üzrə araşdırma yekunlaşana qədər dayandırılmasını xahiş edir.
8. Məhkəmənin verdiyi sorğuya əsasən alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, qərarda qeyd edilən tarixlərdə İddiaçı istifadəsində olan 523915******7496 nömrəli plastik kartdan Cavabdeh istifadəsində olan 416973******2398 nömrəli plastik karta köçürmələr olmamışdır. Cavabdeh istifadəsində olan 416973******2398 nömrəli plastik karta xx.xx.2024-cü il tarixdən başqa digər tarixlərdə sorğu olunan vəsaitlər ödəniş terminalı ilə köçürülmüşdür. xx.xx.2024-cü il tarixdə sorğu olunan əməliyyat aşkar olunmamışdır.
9. Məhkəmənin verdiyi sorğuya əsasən alınmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, qərarda qeyd edilən dövrə 416973******2398 nömrəli plastik karta xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 300 manat (cəmi 1700 manat) və mübahisə predmetinə aid olmayan digər kiçik məbləğdə vəsaitlər mədaxil olunmuşdur. xx.xx.2024-cü il tarixdə karta mədaxil olmamışdır.
10. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-672/2025 nömrəli qətnaməsi (hakim Aynur Əliyeva) iddia qismən təmin edilmiş, Cavabdeh 1700 manat məbləğində pul və 37 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, mülki işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilməmiş 13 manat məbləğdə dövlət rüsumunun İddiaçı tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən cavabdehin plastik bank kartına hüquqi əsas olmadan xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 300 manat olmaqla cəmi 1700 manat məbləğdə vəsait köçürülmüşdür. Cavabdeh iddiaçı tərəfindən köçürülən pulun əslində ona (xalasına) məxsus olduğunu bildirsə də, məhkəməyə bu faktı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həm iş materialları, həm də cavabdehin etirafı ilə təsdiq olunan hissədə, yəni 1700 manat məbləğdə pula münasibətdə təmin edilməlidir. İddia tələbinin təmin edilməyən hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının cavabdehin kartına digər ödənişlərlə yanaşı xx.xx.2024cü il tarixdə də 400 manat köçürdüyünü bildirməsinə baxmayaraq, məhkəmənin sorğusuna əsasən müvafiq bank tərəfindən verilmiş, cavabdehin “ödəniş kartı üzrə çıxarış”dan müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə cavabdehin plastik bank kartına mədaxil olmamışdır. İddia tələbinin 900 manat məbləğdə dəymiş zərərin (faydalı qazancın) da cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, məhrum olan şəxs əsassız varlanan şəxsdən o halda əlavə pul tələb edə bilər ki, o əsassız varlanmış şəxsin əmlakın (pulun) onda olduğu bütün vaxt ərzində əmlakdan (puldan) gəlir götürdüyünü sübuta yetirmiş olsun. Lakin iddiaçı tərəfindən məhkəməyə bu faktı təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə də təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1700 manat məbləğində pul tutularaq iddiaçının xeyrinə ödənilməlidir.
12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 157.5, 386.1, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1093.1-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.3, 119.1, 217.4-cü maddəsinin tələbləri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 2020-ci ildə bir qrup dələduz tərəfindən xalası Dadaşova Qızqayıt Mahmudağa qızına məxsus evin ələ keçirilməsi ilə bağlı şikayəti əsasında həm məhkəmədə, həm də Nizami rayon Polis idarəsinin İstintaq şöbəsində araşdırma gedirdi. Həmin iş üzrə onları İmanov Əziz adlı vəkil təmsil edirdi. Sonradan özünü vəkil kimi təqdim edən Böyükağa Abdullayev adlı şəxs xalasının evini geri qaytaracağına söz verərək ondan 5150 manat ümumilikdə pul istədi. Xalası da ona dedi ki, vəkil Əziz İmanova 4150 manat pul vermiş, lakin həmin vəkil heç bir iş görməmişdir. Böyükağa da demişdir ki, pulu ondan tələb etsin. Əgər verməsə ondan şikayət etsin. Qızqayıt pulu geri qaytarması barədə vəkil Əziz İmanovla əlaqə saxladıqda, Əziz ona bildirmişdir ki, Bakı şəhərində deyil, ona bank kart nömrəsi atsın, pulu həmin karta göndərəcək. Böyükağa bu barədə xəbər tutduqdan sonra Əzizlə əlaqə saxlamış və ona bildirmişdir ki, pulu tanışının bank kartını atsın. Hesab edir ki, Böyükağanın tanış dediyi şəxs Fətullayevə Vüsalə Həsən qızı olmuşdur. Əziz də pulu Vüsalənin kartına atmış və Vüsalə də Qızqayıtın Böyükağaya verdiyi onun kart hesabına hissə-hissə 1700 manat pul göndərmişdir. Bundan artıq pul göndərməmişdir. İddiaçı Vüsalə Fətullayeva ərizəsində qeyd edir ki, kapital bank tərəfindən ona verilən 5239-1517-1919-7496 nömrəli “Birbank” kartına 150 manat bir 4000 manat isə bir pul göndərilmiş və o həmin puldan onun kartına pul atmışdır. Lakin o, kartına göndərilmiş 4150 manat pulun kim tərəfindən və hansı kart hesabından ona göndərilməsini qəsdən iddia ərizəsində göstərməmişdir. Lakin iddiaçı iddia ərizəsində göstərir ki, guya onun kartına 2100 manat pul köçürmüşdür. İddiaçının onun kartına əlavə 400 manat pul köçürməsi barədə dedikləri məhkəmə qətnaməsində öz təsdiqini tapmamışdır. Ümumiyyətlə iddiaçının iddia ərizəsində göstərdiyi bir çox məqamlar həqiqəti əks etdirmir. Belə ki, o, iddia ərizəsində göstərir ki, guya pulu başqa şəxsə göndərmək əvəzinə səhvən onun kartına göndərmişdir. İddiaçının iddia ərizəsində görünür ki, onun bank kartına pulu müxtəlif aylarda və müxtəlif günlərdə köçürmüşdür. Necə ola bilər ki, iddiaçı hər dəfə pulu səhv olaraq onun kartına göndərsin, həm də pulu ona göndərəndən 6 ay sonra məhkəməyə hazırkı iddia tələbi ilə müraciət etsin. Səbəb isə budur ki, xalası Dadaşova Qızqayıt Mahmudağa qızı iddiaçının tanışı Böyükağa Abdullayevdən Bakı şəhər Yasamal rayon Polis idarəsinə şikayət edərək həmin şəxs tərəfindən aldadılması və pulunun ələ keçirilməsi barədə məlumat vermiş və hazırda həmin şikayət müstəntiq Vüsal Şahbazovun icraatında olmaqla Böyükağa Abdullayev barəsində axtarış verilmişdir. Böyükağa xalasının ondan şikayət etdiyin bildikdən sonra iddiaçıya demişdir ki, xalasına verilməsi üçün iddiaçı vasitəsilə onun kartına göndərdiyi pulun geri qaytarılması barədə məhkəməyə iddia versin. İddiaçı da yalan mülahizələri ilə ona qarşı hazırkı iddia tələbini qaldıraraq guya ona səhvən 2100 manat pul köçürdüyünü qeyd etmişdir. İddiaçı Böyükağa Abdullayevlə əlbirdir. Xalasının şikayəti əsasında onların hər ikisi barədə hazırda Yasamal rayon Polis İdarəsində araşdırma gedir. O həmin araşdırmanın nəticəsini gözləmək məqsədilə işə baxan hakimə vəsatət versə də, lakin hakim vəsatətini təmin etməmişdir. Halbuki, həmin araşdırmanın nəticəsi iddia ilə bağlı qətnamənin nəticə hissəsinə təsir edə bilərdi. Qeyd etmişdir ki, hakim vəsatətini təmin etməməsinə səbəb kimi onu göstərmişdir ki, guya o, Yasamal rayonunda iddiaçı ilə bağlı araşdırma aparılması barədə ona heç bir sənəd verməmişdir. Halbuki, o, bununla bağlı məktub verilməsi barədə Yasamal rayon Polis idarəsinə müraciət etdiyini, lakin oradan ona yalnız məhkəmənin sorğusu olduğu təqdirdə məktubun veriləcəyini hakim Aynur Əliyevaya bildirərək, bu barədə Yasamal rayon Polis İdarəsinə sorğu verməsini vəsatətlə xahiş etsə də, lakin hakim həmin vəsatəti də təmin etməmişdir. Hesab edir ki, ya hakim iddianın təmin edilməsinə maraqlı olmuş, ya da ki, araşdırmanı səthi aparmışdır. Çünki, tərəflər məhkəmə iclasına gəlmədiyi halda hakim işi baxılmamış saxlamaq əvəzinə mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Bu hal isə ədalət mühakiməsinin tərəflərin çəkişmə prinsipinə ziddir. Məhkəmə tərəfindən müəyyən edilməmişdir ki, iddiaçının bank kartı olduğu halda niyə o, pulu onun kartına terminal vasitəsilə köçürmüşdür. Bundan başqa o, iddiasında göstərir ki, pulu başqa şəxsin kartına göndərmək əvəzinə səhvən onun kartına köçürmüşdür. Sual olunur, necə ola bilər ki, o hər dəfə pulu onun kartına köçürəndə səhvə yol verib. Axı pulu onun kartına iki ay fasilə verməklə bir neçə dəfəyə köçürmüşdür. Necə ola bilər ki, o hər dəfə pulu köçürəndən sonra həmin pulu köçürmək istədiyi şəxslə əlaqə saxlayıb pulun ona köçüb-köçməməsini soruşmasın? Çünki iddiaçı məhz Böyükağanın göstərişi ilə xalasının vəkili olmuş Əziz İmanovun ona göndərdiyi pulu hissə-hissə onun kartına göndərmişdir. Hakim tərəfindən qətnamənin nəticə hissəsində ondan iddiaçının xeyrinə pul vəsaiti tutularkən, işin hallarına düzgün qiymət verilməmişdir. Bu da qətnamənin ədalətsiz və qanuna zidd qəbul edilməsi ilə nəticələnmişdir. Ona görə də məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına qəti uyğun gəlmir.
15. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi, apellyasiya şikayəti üçün ödədiyi 20 manat dövlət rüsumunun və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı bu gündə düşünür ki, görəsən kənd təsərrüfatı məsullarının parakəndə satışından bir gündə qazandığı 5-10 manat puldan yana məhkəməyə bir yox bir neçə hansı sübutları təqdim etsin ki, hakimdə iddiaçıya dəymiş ziyanla bağlı güvən yaransın?! Əlbətdə ki, hakim nəzərə alsaydı ki, iddiaçı havayla-suyla qidalanmır, o, həqiqətən də gündəlik qazandığı 5-10 manat qəpik quruş hesabına ölmədiril yaşayır, onda hakim də 3 ayda iddiaçıya dəymiş 900 manat ziyanla bağlı güvən yaranardı. Sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır. Görünür, iddiaçının gündə 5-10 manat çörək pulu qazanmasını və cavabdehin pullarını qaytarmaması nəticəsində 3 ayda 900 manat ziyana düşməsi hakimdə şübhə doğurmuşdu. Ona görədə iddianı qismən təmin etmişdir. Bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır. Hakim nəzərə almalı və bilməli idi ki, iddiaçı hava-su ilə yaşamır. O, həqiqətəndə gündə 5-10 manat çörək pulu əldə etməsə yaşaya bilməz. Hakim onu da bilirdi ki, iddiaçı həqiqətən də heç yerdə işləmir. İşsiz və əmək müqaviləsinin olmaması barədə məhkəməyə arayış təqdim etmiş və onun pulsuz dövət hesabına vəkillə təmin edilməsini xahiş etmişdir. Baxmayaraq ki, məhkəmə iddianı qismən təmin etmişdir, qətnamənin əsalandırıcı hissəsində cavabdehin iddianın predmetindən çox predmetdən kənara boş-boğaz danışdıqlarına, cəfəngiyat və uydurma nağıllarına daha çox üstünlük vermiş, daha çox yer ayırmışdır. İddiaçı iddia qaldırarkən cavabdeh tərəfindən pulların qaytarmamasından 3 aydan çox bir müddət keçmişdi, qətnamə qəbul edilərkə isə pulların qaytarılmamasının üstündən bir ildən artıq bir müddət keçmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
19. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)
20. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir.
21. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
22. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
23. Maddə 1093. Qaytarma tələbi 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə; 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
25. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
26. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
29. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
30. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərinin dəlilləri ilə birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. İş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehin plastik bank kartına hüquqi əsas olmadan xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 300 manat olmaqla cəmi 1700 manat məbləğdə vəsait köçürülmüşdür.
33. Kollegiya İddiaçı apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, o, cavabdehin hərəkətləri (hərəkətsizliyi) nəticəsində 900 manat məbləğdə dəymiş zərəri təsdiq edən heç bir sübut təqdim etməmişdir.
34. Kollegiya Cavabdeh apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdeh iddiaçı tərəfindən köçürülən pulun əslində onun xalasına məxsus olduğunu göstərsə də, məhkəməyə bu faktı təsdiq edən mötəbər sübut təqdim etməmişdir.
35. Həmçinin, MPM-in 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
36. Həmin Məcəllənin 49.1-ci maddəsinə əsasən, öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.
37. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, ödəniş qəbzlərini məhkəməyə iddiaçı təqdim etdiyindən, həm iş materialları, həm də cavabdehin etirafı ilə 1700 manatın cavabdehin kartına ödənilməsi təsdiq olunduğundan, iddianın bu hissədə təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
38. Kollegiya iddia tələbinin 900 manat məbləğdə dəymiş zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, məhrum olan şəxs əsassız varlanan şəxsdən o halda əlavə pul tələb edə bilər ki, o əsassız varlanmış şəxsin əmlakın (pulun) onda olduğu bütün vaxt ərzində əmlakdan (puldan) gəlir götürdüyünü sübuta yetirmiş olsun. Lakin iddiaçı tərəfindən məhkəməyə bu faktı təsdiq edən heç bir sübut növü təqdim edilməmişdir.
39. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
40. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Mülki Prosessual Məcəllənin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
41. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
42. Nəzərə almaq lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.
44. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasından baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır.
45. Kollegiya MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-672/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.