Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1149/2024 31.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, Şamaxı Rayonu Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-177/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Nəsimi RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X1 HK- 1/84 nömrəli materialı üzrə 14 iyun 2023-cü il tarixli “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd olunması qərara alınmışdır.
2. Bakı şəhəri 53 saylı Notariat Ofisində imzalanan xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı (borc verən) Cavabdeh (borc alan) 8000 manat məbləğində pulu notariusun depozit hesabı vasitəsilə borc verir. Cavabdeh krediti xx.xx.2023-cü il tarixinədək notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 manat məbləğində əsas borc məbləği, 500 manat vəkil xidmətinə görə ödənilmiş pulun və ödənilmiş 105 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022ci il tarixdə 8000 manat məbləğində borc pul vermişdir. Buna dair cavabdehlə aralarında Bakı şəhəri 53 saylı Notariat Kontorunda xx.xx.2022-ci il tarixli kredit müqaviləsi də bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh aldığı pul məbləğini xx.xx.2023-cü il tarixinədək qaytarmalı idi. Cavabdeh ondan aldığı pul məbləğini bugünədək qaytarmamışdır. Bu səbəbdən o və ailəsi əlverişsiz vəziyyətə düşmüşlər. Cavabdeh dəfələrlə borcunu qaytaracağına söz versə də onu çox çətin və əlverişsiz vəziyyətə salmışdır, onunla şifahi danışıqlar aparsa da, nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri 53 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, cavabdeh Şamaxı rayonu, Ovculu kəndində qeydiyyatdadır.
5. Şamaxı Rayonu Məhkəməsinin 2(060)-1291/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir (hakim Natiq İsmayılov).
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.4, 337.1, 337.2, 337.3, 337.4, 340.2, 470.1-ci maddələri, ərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022-ci il tarixli Qərarındakı hüquqi mövqeyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri
7. İddiaçı apellyasiya şikayəti verərək, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-177/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şamaxı Rayon Məhkəməsinin qətnaməsi işin həqiqi hallarına uyğun olaraq əsaslandırılmamış, habelə işdə olan sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Hakim, işə əhəmiyyəti olan halları əlavə olaraq aydınlaşdırmağı və ya sübutları əlavə olaraq tədqiq etməyi zəruri hesab edərsə, məhkəmə iclasının təzələnməsi haqqında qərardad çıxarır. İşə mahiyyəti üzrə baxılması başa çatdıqdan sonra hakim yenidən tərəflərin çıxışlarını dinləyir. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
9. Cavabdeh qarşı iddia ərizəsi ilə Şamaxı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 8000 manat məbləğində əsas borc məbləği, 500 manat vəkil xidmətinə görə ödənilmiş pulun və ödənilmiş 105 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ilə aralarında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 53 saylı Notariat Kontorunda 8000 manat məbləğində kredit müqaviəsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh 8000 manat pul məbləğini xx.xx.2023-cü il tarixinədək ona ödəməli idi. Lakin Cavabdeh həmin pul məbləğini bugünədək qaytarmamışdır. Bu səbəbdən o və ailəsi əlverişsiz vəziyyətə düşmüşlər. Cavabdeh dəfələrlə borcunu qaytaracağına söz versə də o çox çətin və əlverişsiz vəziyyətə salmışdır, onunla şifahi danışıqlar aparsa da, nəticəsi olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri 53 saylı Notariat Kontorunda təsdiq edilmiş xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, cavabdeh Şamaxı rayonu, Ovculu kəndində qeydiyyatdadır. Məhkəmə iclasında iştirak edən zaman iddia tələbinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 8000 manatı pulu Seymura verməmişdir. O pulu X12 adlı şəxsə vermişdir. Belə ki, X10 adlı şəxslə pul qazanmaq məqsədilə müəyyən işlər görmək üçün həmin vaxt Efeyə 8000 manat pul vermişdir. Həmin vaxtlar Seymuru ümumiyyətlə tanımırdı. Efenin onu aldatdığını gördükdə polis orqanlarına şikayət ilə müraciət etmişdir. Polis orqanlarına şikayətində sonra özünü Efenin dostu kimi təqdim edən hazırki cavabdeh Seymur həmin pulu ödəyəcəyini bildirmiş, Efenin ona olan borcu öz üzərinə götümüşdür. Lakin onun dediyi şifahi vədlərə inammadığını ona bildirdmişdir və həmin 8000 manat pulu ondan tələb etmişdir. Buna görə də Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə tarixdə Bakı şəhəri 53 saylı Notariat Kontorunda notarial qaydada kredit müqaviləsi bağlamışlar. Notariusda olanda isə o, faktiki olaraq 8000 manatı notariusun depozitinə qoymamışdır. Belə ki, Cavabdeh mənimlə kredit müqaviləsi bağlayarkən türk vətəndaşı olan dostu X5 olan 8000 manat borcu öz üzərinə götürmüşdür və bunun nəticəsi olaraq həqiqi iradə ifadəsi əks etdiriən kredit müqaviləsi bağlamışdır. Cavabdeh notariusda hər şeyi özünün həll edəcəyini, borcu da tam şəkildə qaytacağını bildirmişdir. Lakin hazırki vaxtadək cavabdeh tərəfindən ona həmin qeyd olunan borcdan ödəniş edilməmişdir. Bununla əlaqədar məcbur qalıb məhkəməyə müraciət etmişdir. Lakin iddia tələbi təmin edilməməmişdir. Məhkəmin qəbul etdiyi qətnamə əsaslandırılmadan qəbul edilmişdir, məhkəmənin mövqeyi aydın şəkildə qeyd olunmamış, işin halları doğrü və düzgün aparılmamışdır. Belə ki, Cavabdeh borcu öz üzərinə götürmüş, ona 8000 manat ödəyəcini bildirmiş və bununla bağlı onun notarial qaydada kredit müqaviləsi bağlamışdır. Lakin sonradan müqavilə bağlandığı tarixdə xeyli müddət sonra pulu ödəməyəcəyini bildirmişdir və məhkəmədə dostuna köməklik olsun deyə onunla kredit müqaviləsi bağladığını bildirmişdir. Borcu öz üzərinə götürərək onunla kredit müqaviləsi bağlayıb sonradan da həmin pulu ödəmək istəməməsi onun notarial qaydada təsdiq olunmuş müqavilə üzrə götürdüyü öhdəlikləri istisna etmir. Göstərilənlərin nəzərə alınmasını, Şamaxı Rayon Məhkəməsi 2(074)-177/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi maddi və prosessual qanunvericiliyin tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilməsini və iddia tələbimin təmin edilməsi haqqında yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
13. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
14. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
15. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
16. Maddə 387.3. Öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər.
17. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
18. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
19. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
20. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
21. Maddə 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur.
22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
24. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
29. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
33. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Şamaxı Rayonu Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-177/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
37. Ona görə də kollegiya Şamaxı Rayonu Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-177/2024 nömrəli qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Apellyasiya instansiyası məhkəməsi iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şamaxı Rayonu Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)- 177/2024 nömrəli qətnaməsi ləğv edilməli, iddia qismən təmin edilməli, 7500 manat məbləğində pul vəsaitinin, 500 manat vəkil xidmətinə görə ödənilmiş pulun və ödənilmiş 105 manat dövlət rüsumunun əvəzinin Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
39. Əvvəla qeyd edilməlidir ki, iddia tələbi iddiaçı ilə cavabdeh arasında notarial qaydada bağlanmış kredit müqaviləsi əsasında yaranmışdır.
40. İddianı təmin etməyən birinci instansiya məhkəməsi isə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə faktiki olaraq 8000 manat borc verilməmişdir. İddiaçı 8000 manat pulu X7 vermiş, lakin onunla olan münasibətləri pərdələmək üçün Seymurla həmin pula dair kredit müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli əqd əhəmiyyətsiz əqd olduğundan onun məhkəmə qaydasında mübahisələndirilməsindən asılı olmayaraq etibarsızdır, tərəflər arasındakı münasibətlər zaminlik münbasibətlərinə uyğun gəlsə də tərəflər zaminlik münasibələrini qanunvericlikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirməmişlər.
41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
42. Göründüyü kimi, işin mübahisəsiz hallarından aydın olur ki, X11 adlı şəxs iddiaçıdan 8000 manat məbləğində pul vəsaiti götürmüş, lakin həmin pulu qaytarmamışdır. Bundan sonra iddiaçı müvafiq polis orqanlarına müraciət etmişdir. Cavabdeh X9 verilmiş pul vəsaitini ödəyəcəyini bildirmiş, Efenin iddiaçıya olan borcu öz üzərinə götümüşdür. Bununla bağlı Cavabdeh ilə iddiaçı arasında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 53 saylı Notariat Kontorunda 8000 manat məbləğində pul vəsaitinə dair kredit müqaviəsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə cavabdeh 8000 manat pul məbləğini xx.xx.2023-cü il tarixinədək ona ödəməli idi. Lakin Cavabdeh həmin pul məbləğini qaytarmadığından, iddiaçı məcbur olub hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
43. Belə ki, iş materiallarında olan Nəsimi RPİ-nin İstintaq Şöbəsinin 14 iyun 2023-cü il tarixli “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərarının məzmunundan görünür ki, Cavabdeh X8 borclu olduğu 8000 manat pulu İddiaçı ödəməyi öz öhdəsinə götürmüşdür və Cavabdeh öz izahatında da təsdiq etmişdir. Həmçinin, iş üzrə birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli protokolundan da görünür ki, cavabdeh izahatında Ramiləyə pulun qaytarılmasına dair öhdəliyin öz üzərinə götürülməsini bildirmişdir.
44. Beləliklə kollegiya hesab edir ki, cavabdeh 8000 manat pul vəsaitinin iddiaçıya qaytarılmasına dair öhdəliyi öz üzərinə götürdüyündən, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
45. Apellyasiya instansiya məhkəməsinin iclasında iddiaçı izahatında cavabdeh tərəfindən iddiaçıya yalnız 500 manat pul vəsaitinin qaytarılmasını bildirmişdir. Belə olan halda kollegiya qeyd olunanları nəzərə alır və hesab edir ki, 7500 manat iddiaçıya ödənilməlidir.
46. Kollegiya iddianı qismən təmin etməklə yanaşı belə qənaətə gəlir ki, 500 manat vəkil xidmətinə görə ödənilmiş pul və ödənilmiş 105 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir.
47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir.
48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Şamaxı Rayonu Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(074)-177/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 7500 (yeddi min beş yüz) manat, vəkil xidmətinə görə ödənilmiş 500 (beş yüz) manat məbləğində pul vəsaiti və 105 (yüz beş) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.