Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1150/2023 20.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: pul tələbinə dair) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, e-2(012)-4650/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 manat məbləğində pulun və iddianın verilməsi üçün tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 8100 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2017-ci ildən etibarən münasibətləri yaranmış, söhbətləri zamanı cavabdeh daşınmaz əmlak məsələləri ilə məşğul olduğunu, lazım gələrsə daşınmaz əmlaka çıxarış almaq imkanına malik olduğunu dəfələrlə bildirmişdir. Təxminən 2 il bundan əvvəl "xxxx" MTK tərəfindən inşa olunmuş binada yerləşən mənzilə çıxarış almaq lazım olduğunu cavabdehə dedikdə, cavabdeh mənzillə bağlı müqaviləni və maliyyə arayışını ondan alıb baxdıqdan sonra heç bir problemin olmadığını, yəni məsələni həll edəcəyini bildirmişdir. Bundan sonrakı görüşləri zamanı cavabdeh işin həllində müəyyən problemlərin olduğunu, həmin problemlərin həlli üçün isə pul lazım olduğunu bildirərək, ondan 3 dəfəyə ümumilikdə 8000 manat məbləğində pul almışdır. Lakin bundan sonra da nəticə etibarı ilə mənzilə çıxarış alınmamış, pulu isə qaytarılmamışdır. Məsələ ilə bağlı görüşləri zamanı Cavabdeh xəstəsi olduğunu, verdiyi pulları borc kimi hesab etməyi və həmin pulları tezliklə qaytaracağını vəd etmişdir. Lakin bu söhbətlərdən sonra da cavabdeh pulunu qaytarmamış, pulunu almaq üçün etdiyi bütün cəhdlər isə heç bir nəticə verməmişdir. Odur ki, o, Cavabdeh bu hərəkətindən etibarından sui-istifadə etməklə onu aldatdığı qənaətinə gələrək Bakı şəhəri Səbail RPİ-nə şikayət etmək məcburiyyətində qalmış və şikayəti əsasında araşdırma aparılmışdır. Həmin araşdırma zamanı Cavabdeh izahatı alınmış və cavabdeh izahatında həqiqətən də ondan yuxarıda göstərilən məbləğdə pul aldığını, lakin həmin pulu qaytarmadığını və borclu qaldığını bildirmişdir. Araşdırmanın nəticəsi olaraq Bakı şəhəri Səbail RPİ tərəfindən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 noyabr 2021-ci il tarixli qərar qəbul edilmiş və həmin qərarın nəticə hissəsində məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır. Abşeron Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, e-2(012)-4650/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 7000 manat məbləğində pul və 87,50 manat dövlət rüsumunun İddiaçı qaytarılması qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh İddiaçı mənzilə çıxarış almaq üçün 8000 manat pul almış, lakin mənzilə çıxarış alınmamış, Cavabdeh İddiaçı 7000 manat borcunun olması faktı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 13 noyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında cavabdehin özünün verdiyi izahatı və məhkəmə iclasında verdiyi izahatı ilə təsdiqini tapmış və həmin faktı təkzib edəcək sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1091, 1092.1, MPM-nin 119.1, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-4650\2022 saylı qətnaməsinin ləğv edərək, apellyasiya şikayətinin təmin olunmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borc hissə-hisə ödəmək şərtilə verilmişdir. Onunsa hazırda o pulu tam həcmdə ödəmək imkanı yoxdur. Digər tərəfdən, hazırki pandemiya, işsizlik dövründə o pulu tam şəkildə ödəməyi qeyri-mümkündür. Məhkəmə bu detalları nəzər almadan, işin hallarına istinad etmədən qətnamə qəbul etmişdir. Hesab edir ki, bu ədalət mühakiməsinin tələblərinə cavab vermir. Həmçinin qeyd edir ki, iddiaçı ilə münasibətləri çox yaxşı olmuşdur. Arvadı əməliyyat olunanda iddiaçı dostlarının yanında ona 16000 azn pul vermişdir. Hazırda onun iddiaçıya 7000 manat borcu qalmışdır. Mümkün olan ən qısa müddətdə iddiaçıya olan borcunu ödəyəcəkdir. Məhkəmə onun ailə və maddi vəziyyətini nəzərə almamış, işsizliyi, pandemiyanı görməzdən gəlmişdir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdeh iki dəfə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasını təxirə salınmasını xahiş etmiş, lakin əsaslı səbəblər bildirməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbərləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091.1-ci maddəsinə əssən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Mülki Prosessual Məcəllə Maddə 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(012)-4650\2022 saylı qətnaməsini dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 13 noyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında göstərilən Cavabdeh tərəfindən imzalanaraq tərtib edilmiş izahatdan görünür ki, İddiaçı 2017-ci il tarixdən tanıyır, yaxın münasibətləri olmuşdur. 2019-cu ildə Ruslan ona BƏM-nin yanında "xxxx" MTK tərəfindən inşa olunan binada mənzili olduğunu demiş və həmin mənzilə çıxarış alınmasını ondan xahiş etmişdir. Bir neçə gün sonra ona həmin 3 otaqlı mənzilin müqaviləsini və maliyyə arayışını vermişdir. O, sənədi 1 saylı ərazi idarəsinə aparıb rəsmi qəbula vermişdir. 1 həftə sonra mühəndis zəng edib mənzilə baxış keçirildiyini söyləmiş və o, "xxxx" MTK-nın həyətinə gələrək mühəndisi qarşılamış, lakin onları binaya buraxmamışlar. O 1 saylı ərazi İdarəsinə getmiş və orada binanın üzərinə məhdudiyyət qoyulduğunu və binanın sahibinin həbs olunduğunu demişlər. Sonra o, imtina məktubu tələb etmişdir. İmtina məktubu aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə cavab olaraq bildirmişdir ki, bir az gözləmək lazımdır ki, məhdudiyyət aradan götürülsün. Həmin ərəfədə onun xəstəsi olduğu üçün Ruslandan borc pul istəmiş, Ruslan da ona 6.000 manat borc pul vermişdir. Çünki əməliyyat olunduğuna görə pula ehtiyacı olmuş, sonra isə Ruslandan borc olaraq 6000 manat bir, 500 manat da rayona getdikdə almışdır. Bir müddət keçdikdən sonra o, təkrar 1 saylı ərazi idarəsinə gedib həmin bina haqqında məlumat almışdır. Lakin məhdudiyyətin götürülmədiyini demişlər. O, Ruslandan borca aldığı 6000 manat pulu qaytarmış, qalan 7000 manat pulu isə qaytarmamışdır. Bundan başqa Hüseyn Talıbov ona Mərdəkan qəsəbəsində yerləşən torpaq sahəsinə çıxarış almaq lazım olduğunu demişdir. O, sənədləri Hüseyndən almışdır. İki gün sonra o, Hüseyndən 500 manat pul istəmişdir. 1 həftə sonra yenidən kartına 500 manat pul göndərmişdir. Bir neçə gün sonra Hüseynə zəng edib borca 1000 manat pul istəmişdir. 15 gün sonra Bakı şəhəri İcra Hakimiyyətindən ona demişlər ki, sənədin içində olan orderin arxivi yoxdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh İddiaçı mənzilə çıxarış almaq üçün 8000 manat pul almış, lakin mənzilə çıxarış alınmamış, Cavabdeh İddiaçı 7000 manat borcunun olması faktı Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin 13 noyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında cavabdehin özünün verdiyi izahatı və məhkəmə iclasında verdiyi izahatı ilə təsdiqini tapmış və həmin faktı təkzib edəcək sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd edilən hissədə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, iş materiallarında olan 13 noyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, cavadbeh izahatında mübahisəli pul məbləğini iddiaçının "xxxx" MTK tərəfindən inşa olunan binada mənzilinə çıxarış alınmasını üçün almasını, sənədləri 1 saylı ərazi idarəsinə aparıb rəsmi qəbula verməsini, orada binanın üzərinə məhdudiyyət qoyulduğunu və binanın sahibinin həbs olunduğunu deməsini, oradan imtina məktubu almasını və məhkəməyə müraciət etməsini, xəstəsi olduğu üçün iddiaçıdan borc pul istəsini, iddiaçının ona 6.000 manat borc pul verməsini, sonra isə borc olaraq 6000 manat bir, 500 manat da rayona getdikdə almışdır. Bir müddət keçdikdən sonra o, təkrar 1 saylı ərazi idarəsinə gedib həmin bina haqqında məlumat almışdır. Lakin məhdudiyyətin götürülmədiyini demişlər. O, Ruslandan borca aldığı 6000 manat pulu qaytarmış, qalan 7000 manat pulu isə qaytarmamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddia tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür. Avropa İnsan Hüquqları Məhkəməsinin «Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, injumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbini sübuta yetirmişdir. Həmçinin iş materiallarında olan 13 noyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı, eləcə də cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatı da bunu təsdiq etmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə haqlı olaraq iddia tələbi təmin edildiyindən dövlət rüsumuna görə ödənilmiş 87,50 manat dövlət rüsumunun cavabdehdən tutulması qənaətinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə qiymət verərək qeyd edir ki, şikayətin dəlilləri cavabdehin birinci instansiya məhkəməsində verdiyi izahatı və 13 noyabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı ilə təkzib edildiyindən apellyasiya şikayətinin dəlilləri formal mülahizələr kimi qiymətləndirilməklə əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki,apelyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, e-2(012)-4650/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Abşeron Rayon Məhkəməsinin 28 noyabr 2022-ci il tarixli, e-2(012)-4650/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1150/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1150/2023
20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver