Məhkəmə qərarları › İş №2(105)-1150/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1150/2024

20.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1150/2024 20.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X5 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(012)-3525/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü qızı X3 və xx.xx.2011-ci il təvəllüdlü oğlu X1 üçün hər uşağa görə 235 manat alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, e-2(012)-3525/2024 saylı qərardadı ilə (hakim Habil Əhmədov) iddia ərizəsi Mülki Prosessual Məcəlləsinin 152.1.3cü maddəsinin tələbinə əsasən, yəni iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması əsası ilə geri qaytarılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, İddiaçı və Cavabdeh ünvan 1i ünvanında qeydiyyatdadırlar. İş üzrə tərəflər Abşeron rayonu ərazisində qeydiyyatda deyirlər. Qanunvericilikdə şəxsin yaşayış yeri dedikdə onun daimi və müvəqqəti yaşadığı və şəxsiyyət vəsiqəsində müvafiq dövlət orqanı tərəfindən qeyd aparıldığı yer nəzərdə tutulur. Abşeron Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, e-2(012)-3525/2024 saylı qərardadından narazı qalan iddiaçı şikayət verərək qərardadın ləğv edilməsi, mülki işin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o hal-hazırda qardaşı ilə birlikdə Xırdalan şəhərində yaşayır, uşaqlar burada məktəbə gedirlər. Cavabdeh də Xırdalan şəhərində yaşayır. Mənzilin müqaviləsini iddia ərizəsinə əlavə etmişdir. Bir də ki, aliment işinə bir dəfə eyni halda Abşeron Rayon Məhəməsində baxılmışdır. Hər dəfə uşaqları qoyub Ucara gəlib-gedə bilməz. Hər ikisinin yaşayış yeri Xırdalandadırsa, başqa məhkəməyə müraciət etməməlidir. Uşaqlarının saxlanılması və təhsili üçün hər ay böyük miqdarda pul tələb olunur. Bu il dövlət uşaqların saxlanılması üçün yaşayış minimumunu 235 manata çatdırmışdır. Mediasiyada cavabdehə bu pulu ödəməyi təklif etsə də razı olmamışdır. Halbuki onun maddi durumu buna imkan verir. Cavabdeh uzun müddət Rusiya Federasiyasında çalışmış, maddi imkanı var ki, uşaqlarını minimum həddə maddi cəhətdən təmin etsin. Hesab edir ki, cavabdeh öz valideyn borcundan yayınır və bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qanunda da qeyd olunmuşdur ki, şəxsin yaşadığı yer qanunvericiliklə nəzərdə tutulmuş əsaslarla daimi yaşadığı yerdir. Cavabdehin şəxsi mülkiyyətində mənzilin olduğunu təsdiq edən sənəd iddiaya əlavə edilmişdir. Cavabdehin faktiki yaşayış yerini təsdiq edən müqavilə nəzərə alınmamışdır. Abşeron Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, e-2(012)-3525/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, e-2(012)-3525/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən isə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşının yaşayış yerinin müəyyən edilməsi barədə sənəd yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qanunun 10-cu maddəsinə əsasən yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, qanunvericilikdə şəxsin yaşayış yeri dedikdə onun daimi və müvəqqəti yaşadığı və şəxsiyyət vəsiqəsində müvafiq dövlət orqanı tərəfindən qeyd aparıldığı yer nəzərdə tutulur. Hazırki işdən isə görünür ki, iş üzrə tərəflər yaşayış yeri üzrə ünvan 1i ünvanında qeydiyyatdadırlar. Buna görə də iddiaçı aidiyyəti üzrə həmin ərazi üzrə rayon məhkəməsinə müraciət etməkdə haqlı hesab oluna bilərdi. Tərəflər arasındakı mübahisəyə daha əvvəl Abşeron Rayon Məhkəməsində baxılması faktı isə məhkəmə aidiyyətinin hazırkı iş üzrə dəyişməsinə əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticədə prosessual hüquq normalarının pozulması müəyyən olunmur. Buna görə də şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(012)-3525/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2(012)-3525/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar