Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1153/2024 20.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X12 və X2 ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə1, iddiaçının vəkili və nümayəndəsi Vəkil2, cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(028)-146/2024 nömrəli qətnaməsindən iddiaçının nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)5148/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X6 qarşı cavabdeh X4 44200 manat pul borcunun tutularaq İddiaçı geri ödənilməsi barədə qətnamə qəbul edilməsi və cavabdeh X5 əməlində cinayət tərkibi olduğundan cavabdeh barəsində xüsusi qərardad çıxarılması barədə iddia tələbi rədd edilmişdir.
2. Həmin qətnamədə tədqiq edilmiş sübutlardan olan xx.xx.2023-cü il tarixli Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Mustafa Mustafazadənin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına istinad edilərək göstərilmişdir ki, Nümayəndə1 müraciəti əsasında toplanmış material üzrə Ramil adlı şəxsin əməlində cinayət tərkibi olmadığından, barəsində cinayət işinin başlanması rədd edilmiş və Nümayəndə1 irəli sürdüyü tələblə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir.
3. Həmçinin araşdırma zamanı izahatı alınan Cavabdeh göstərmişdir ki, X10 onun kürəkənidir, yəni bacısı Aytənin həyat yoldaşıdır. Ramilin 2021-ci ildə təsis etdiyi "xxxx" MMC-də 2022-ci ilin sentyabr ayından mühasib köməkçisi işləyir. Ramil MMC-nin direktoru vəzifəsinə Nümayəndə1 təyin etmişdir. Elçinlə Ramil yaxın dost olmuşlar. MMCnin ofisi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşir. Şirkətin Bakı şəhərində bir neçə və Sumqayıt şəhərində də bir "xxxx" geyim mağazası vardır. Şirkətin ümumi hesab kartları, yəni şirkətin adına olan hesab kartı, onun adına olan hesab kartı və Elçinin anası İddiaçı adına olan və özünün istifadə etdiyi hesab kartı Elçinin özündə olurmuş və ofisdə saxlamışdır. Həmin kartlara şirkətin tərkibində olan mağazaların post terminalları vasitəsi ilə edilən nağdsız ödənişlərindən əldə olunan gəlirlər toplanılır. Həmin kartlara daxil olan vəsaitlər ümumilikdə şirkətin təsisçisi Ramilə məxsusdur, sənəd üzərində sadəcə adlara qeyd olunmuşdur. Həmçinin şirkətin subicarə əsasında olan mağazası sənəd üzərində Elçinin anası İddiaçı adınadır, həmin karta mağazada alverdən yığılan vəsait Ramilə məxsusdur, nəinki həmin kartdan, şirkətin digər hesab kartlarından da istənilən vaxtı Ramil pulları şirkətin işlərinə sərf etmişdir. Hər ay Elçin anasının adına olan və onun adına olan hesab kartlara nağdsız ödəniş zamanı yüklənmiş pulları nağdlaşdırıb Elçinə verirmiş, bəzən də Elçinin dediyi şəxslərə şirkətin işləri ilə bağlı özünün dediyi kimi çatdırırmış, həmçinin şirkətin hesab kartına köçürürmüş. Kartlardan nağdlaşdırma 15000 manatdan artıq olmur. xx.xx.2023-cü il tarixdə Ramil Xanalıyev ona həmin kartlardan aylıq nağdlaşdırmanı çıxarıb "xxxx" qroup MMC-nin hesabına köçürmək üçün həmin 3 ədəd kartı ona vermişdir. Onlardan biri Elçinin anasının adına olan, digəri özünün adına olan, o biri isə ümumi şirkətin kartı olmuşdur. O da həmin kartları Ramildən aldıqdan sonra Sumqayıt şəhərində yaşadığından Sumqayıt şəhəri, 40-cı məhəllə "xxxx"ın Sumqayıt şəhər filialında quraşdırılan bankomatdan kartlardan pulları, həmçinin Elçinin anasının adına olan kartdan 14850 manat olmaqla çıxartmış və şirkətin ümumi hesabına köçürtmüşdür. Bir müddətdən sonra Elçin ona zəng edərək anasının adına olan kartdan pul çıxarmağını soruşanda o, Elçinə 14850 manat pulu çıxardıb Ramilin göstərişi ilə şirkətin ümumi hesabına köçürtdüyünü demiş, Elçin də heç bir söz deməmişdir. Həmin kartlardan nağdlaşdırmanı çox zaman şirkətdə o, həyata keçirmişdir. Elçin özü də ofisdə olduğu zamanlar anasının adına olan həmin kartı ona pulu çıxarmağı üçün dəfələrlə vermişdir. Bundan öncədən Elçinin anasının adına olan kartdan şirkətin ümumi hesabına köçürülməsi üçün pullar çıxarmışdır. Elçinin şirkətin bütün kartlarından onun pul çıxarmağından ya öncədən ya da sonradan məlumatı olub və heç bir zaman hər hansı bir narazılıq və ya hər hansı bir anlaşılmazlıq olmamışdır. Elçinlə Ramil arasında şirkətin işləri ilə bağlı yaranmış narazılıq barədə sonradan bilmiş və bunun ona aidiyyəti yoxdur, o, həmişə həm Elçinin, həm də Ramilin göstərişlərini yerinə yetirmişdir. Qeyd etdiyi hesab kartların hər üçünün şifrəsi onda olmuşdur. Elçinin anasının adına karta dair anasının Elçinə, Ramilə və ona dair ümumi etibarnaməsi olmuşdur, şirkət daxili razılaşmaya əsasən şirkətin bir mağazası və həmin mağazaya aid hesab kartı Elçinin anasının adına formal olaraq sənəd üzərində adına qeyd olunmuşdur. Həmin kartlar həmişə şirkətin ofisində, Elçin və Ramil də olmuşdur.
4. Sumqayıt Şəhər Məhkəməsinin qəbul etdiyi e-2(060)-422/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Nümayəndə1 cavabdeh X6 qarşı 44.200 manat borcun tutulmasına dair iddia tələbi rədd edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 44.200 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt Telekommunikasiya Qovşağının kros üzrə texniki işçisi işləyir. Nümayəndə1 onun oğludur. Oğlu Elçin, X10 ilə 2018-ci ildən bərabər işləyirlər. Ramil Xanalıyev və onun ailəsi ilə gediş-gəlişləri olub və oğlu ilə çox yaxın dost olublar. 2022-ci il noyabr ayında oğlu ailə büdcəsi ilə ailələrinə yeni gəlir yeri təmin etmək üçün yeni mağaza icarəyə götürmək istədiyi barədə anasına (iddiçıya) və atasına bildirmişdir. Onlar buna etiraz etməmişlər. Oğlu mağazanın onun adına rəsmiləşdirəcəyini bildirmişdir. Daha sonra oğlu ailə büdcəsindən istifadə edərək ünvan 1 ünvanında yerləşən mağazanın 1-ci mərtəbəsini subicarə müqaviləsi əsasında onun adına icarəyə götürmüşdür. İddiaçı "xxxx" ilə subicarə müqaviləsi bağlamış və banklarda hesab açmışdır. Daha sonra bütün işləri yaşı ilə əlaqədar oğlu Elçinə etibar etmişdir. Mağaza fəaliyyətə başlamamışdan öncə oğlu ona etibarnamə verməyini istəmişdir. Etibarnamə verərkən Elçin "xxxx"da rəsmi işçisi olan Cavabdeh və X7 da qeyd etməyini bildirmişdir. İddiaçı oğlunun dediyi kimi etmişdir. Çünki Ramil oğlunun yaxın dostu idi, İsa isə Ramilin qaynı və Elçinin işçisi idi. Bu səbəblərdən hər hansı problem olacağını düşünməmişdir. Mağazaya gətirilən mallar, satışlar və digər bütün prosesləri oğlu idarə etmişdir. Oğlu Nümayəndə1 Bakı şəhəri, Qara Qarayev prospektində yerləşən mağazaya Türkiyə Respublikasından rəsmi sənədlərlə mallar gətirərək satışını həyata keçirmişdir. Mağazada 1 ədəd "xxxx" ASC-yə, 1 ədəd “X16” ASC-yə məxsus post terminal aparatı olmuşdur. Nağdsız ödəmələrdən gələn vəsaitlər həmin banklar vasitəsilə qəbul edilirdi. 2023-cü ilin yanvar ayında Nümayəndə1 "xxxx" ASC hesabına bağlı plastik kart sifariş vermişdir. Yanvar ayında "xxxx" ASC hesabı ilə bağlı biznes kart oğluna, ofisdə təhvil verilmişdir. Daha sonra Nümayəndə1 yanvar ayında həmin kartdan nağdlaşdırma edərək mağazanın və sair xərclərin ödənilməsi üçün istifadə etmişdir. Həmin kartda olan vəsaitlər ona məxsus mağazada və ona məxsus malların nağdsız satışından gələn vəsaitlərdir. Yəni bu karta və hesaba oturan vəsaitlərin Ramil Xanalıyevə və Cavabdeh heç bir aiddiyyatı yox idi. 2023-cü ilin aprel ayının əvvəllərində Elçin evdə Ramillə aralarında münasibətlərdə soyuqluq olduğunu bildirmişdir. Daha sonra oğlu ona məxsus biznes 1 kartdan toplamda 44.200 manat vəsaitin İsa tərəfindən çıxarılaraq Ramilə verildiyini bildirmişdir. Yəni pulun çıxarılması və Ramilə verilməsini o çıxarıldığı anda deyil, məhz aprel ayında bilmişdir. Həmin pulların qaytarılıb-qaytarılmadığını soruşduqda oğlu pulların qaytarılmadığını bildirmişdir. Daha sonra oğlu polisə Cavabdeh barəsində şikayət etmiş, istintaqda Cavabdeh ona məxsus **********517545 nömrəli kartdan 44.200 manat vəsaiti çıxartmasını və daha sonradan Ramilə verməsini etiraf etmişdir. Bank çıxarışında da fevral, mart və aprel aylarında 44.200 manat vəsaitin çıxarılması öz əksini tapmışdır. Sumqayıt şəhər Polis idarəsində araşdırmanın nəticəsi olaraq işdə cinayət tərkibinin olmaması və mülki məsələ olması ilə bağlı qərar qəbul edilmişdir. Daha sonra o, Sumqayıt Şəhər Məhkəməsinə 44.200 manat məbləğin Ramil Xanalıyevdən tutularaq ona ödənməsi ilə bağlı iddia qaldırmış, xx.xx.2023-cü il tarixli Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5148/2023 nömrəli qətnaməsi ilə onun Elçinə və İsaya hesabdan nağdlaşdırılan vəsaitin Ramilə verilməsi ilə bağlı tapşırıq vermədiyi, Ramilin də ondan hər hansı vəsait istəmədiyi və almadığı üçün Ramilə qarşı iddia tələbi qaldıra bilmək hüququnun olmadığı qərara alınmışdır. Yəni bu da o demekdir ki, onun etibarnamə verdiyi və onun adından hərəkət edib pulları çıxaran Cavabdeh pullarını tələb etmək hüququ var və bu səbəblə o, iddianı hüquqi savadı olmadığından düzgün olmayaraq Ramilə qarşı qaldırmış, əslində isə iddianı İsaya qarşı qaldırmalı idi. Çünki pulu onun kartından çıxardan şəxs İsadır və İsa 44.200 manatı çıxartdığını həm istintaqda, həm də məhkəmə də etiraf etmişdir. Bu səbəbdən də Cavabdeh ona məxsus **********517545 nömrəli biznes kartdan fevral, mart və aprel aylarında nağdlaşdırdığı 44.200 manat vəsaiti geri qaytarmalıdır.
7. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5148/2023 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X6 qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir.
8. Həmin iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında subicarə müqaviləsi bağlanmış, icarəyə verən "xxxx" MMC-yə məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81 məhəllə ünvanında yerləşən ümumi sahəsi 130 kv.m olan qeyri-yaşayış sahəsinin 30 kv/m-ni icarəyə vermişdir. Bundan sonrsa həmin ticarət sahəsində iddiaçının adına qeydiyyatdan keçmiş VÖEN üzrə kassa aparatı qoyularaq geyim əşyaları satılmağa başlanılmışdır. İddiaçı və onun oğlu hazırkı iş üzrə şahid Nümayəndə1 qeyd edirlər ki, mağazaya gətirilən geyimlər Nümayəndə1 vəsaiti hesabına alınmışdır. Cavabdeh etiraz edərək bildirir ki, geyim əşyaları onun və təsisçisi olduğu "xxxx" MMC-nin vəsaiti hesabına alınmışdır. Cavabdeh iddia tələbində qeyd edilən vəsaiti Elçin və İsadan götürdüyünü etiraf edir və həmin pulların onun özünə məxsus olduğunu göstərir. İddiaçı Elçinə və İsaya hesabdan nağdlaşdırılan vəsaitin cavabdehə verilməsi barədə tapşırıq verməmişdir, cavabdeh iddiaçıdan hər hansı bir vəsait istəməmişdir. Hesabda olan vəsaitin bir hissəsi iddiaçının oğlu Elçinin razılığı ilə, bir hissəsi isə razılığı olmadan mühasib işləri görən İsa tərəfindən nağdlaşdırılıb cavabdehə verilmişdir. Elçin həmin vəsaiti cavabdehə verməsini belə izah edir ki, cavabdeh ondan həmin vəsaiti borc kimi almışdır. İsa həmin vəsaiti cavabdehə verməsini belə izah edir ki, həmin vəsait cavabdehin özünə məxsus olmuşdur. Hər iki halda cavabdehin məhz iddiaçıdan borc alması və ya iddiaçının hesabına varlanması müəyyən edilmir. İddiaçı etiraf edir ki, vəsait onun oğlu Nümayəndə1 məxsus olub, cavabdeh etiraz edir ki, vəsait onun özünə və təsisçisi olduğu "xxxx" MMC-yə məxsus olmuşdur.
9. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-422/2024 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı Nümayəndə1 cavabdeh X6 qarşı maddi ziyanın ödənilməsinə dair iddia tələbi təmin edilməmişdir.
10. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(028)-146/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) İddiaçı Cavabdeh 44.200 manat pulun tutularaq ona ödənilməsinə dair iddiası təmin edilməmişdir.
11. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçı qarşısında hazırki tələb üzrə öhdəliyinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş - müqavilə, əsassız varlanma, delikt və ya hər hansı başqa əsaslar mövcud deyildir. İddiaçı cavabdehin məhz ona məxsus pulları mənimsəməsini sübuta yetirə bilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən iddia əsassızdır.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 21, 385.1, 386.1, 1091.1 və 1091.2-ci və Mülki Prosessual Məcəllənin 14, 77, 106, 217-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
13. Qətnamədən iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, hüquqi savadsızlığı səbəbindən iddianı doğru cavabdehə, yəni Cavabdeh qarşı qaldırmamış və Sumqayıt Şəhər Məhkəməsi tərəfindən hüquqları izah edildikdən sonra Qubadlı Rayon Məhkəməsinə müraciət etmişdir. Oğlu Nümayəndə1 notarial qaydada təsdiq edilmiş etibarnamə əsasında onun adından subicarə qaydasında icarəyə götürülmüş "xxxx" MMCyə məxsus olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 81 məhəllə ünvanında yerləşən qeyri-yaşayış sahəsinin birinci mərtəbəsində onun adına qeydiyyatdan keçmiş VÖEN üzrə kassa aparatı qoyaraq onun və özünün ailə büdcəsini təşkil edən birgə vəsaitləri hesabına qadın geyim əşyaları satmışdır. Məhz bu səbəbdən oğlu Nümayəndə1 44.200 manat vəsaitin mənimsənilməsi ilə əlaəqdar Ramil Xanalıyevə qarşı polis orqanlarına və məhkəməyə şikayət vermişdir. Digər tərəfdən məhkəmə onun Cavabdeh ümumiyyətlə tanımadığını və X11 barəsində isə qiyabi məlumatlı olduğunu göstərmişdir. Məhkəmənin həmin mövqeyi də qərəzli və qeyri-obyektivdir. Belə ki, iddia ərizəsində də qeyd etdiyi kimi X8 2018-ci ildən oğlu Nümayəndə1 görə tanımış və oğlu ilə dostluq münasibətlərində olan Ramil Xanaliyevlə ailəvi gediş-gəlişləri olmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi məhkəmə Mülki Məcəlləsinin zərər, öhdəlik və əsassız varlanma ilə əlaqədar qeyd olunan maddi hüquq normalarını düzgün tətbiq etməyərək onun Cavabdeh qarşı iddiasıı təmin etməmişdir. Birinci instansiya məhkəməsi prosessual hüquq normasının tələblərini pozmuş və işə əlavə edilmiş sübutları düzgün araşdırmamış, həmin sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, məhkəmə cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddiaya qarşı yazılı etirazında qeyd etdiyi “iddiaçının istinad etdiyi "xxxx" hesabına bağlı plastik kartda olan vəsaitlər "xxxx" MMC-yə məxsus malların nağdsız satışından gələn vəsaitlərdir. Yəni bu karta və hesaba oturan vəsaitlərin əslində faktiki olaraq iddiaçıya heç bir aiddiyyəti yoxdur. İddiaçı mağazanı yalnız subicarə müqaviləsi qarşılığında "xxxx" MMC-dən götürüb fəaliyyət göstərsə də, həmin mağazada olan bütün mallar və avadanlıqlar əslində faktiki olaraq "xxxx" MMC-yə məxsus olmuşdur.” İddiası ilə heç bir subut olmadan “razılaşmışdır”. Cavabdeh tərəfin qeyd etdiyi kimi İddiaçı məxsus **********517545 nömrəli bank kartından Cavabdeh tərəfindən nağdlaşdırılmış 44.200 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-yə məxsus olması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə1, iddiaçının vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
18. Maddə 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır.
19. Maddə 152.8. Mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.
20. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər.
21. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
22. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.
23. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
24. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
25. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
27. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
28. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)
31. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
32. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
33. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, iddia qismən təmin edilməlidir.
35. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, AR-İİ seriyalı, 830470 saylı etibarnamənin surətindən görünür ki, Cavadova X3 İsa Nəriman oğlu və X6 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun əmlakını icarəyə vermək, icarə müqaviləsi bağlamağı və ləğv etməyi, bütün sığorta şirkətlərində onu təmsil etməyi, adından bütün sənədləşdirmə işlərini aparmağı, sığorta şirkətində onu təmsil etməyi, ona çatası sığorta məbləğini almağı, onun adma olan bütün növ plastik kartları, pin kodu almağı, adma olan plastik kart üzrə bank əməliyyatları aparmağı, dövlət orqanlarında adına hesab açmaq, olan hesablar дüzərində sərəncam verməyi, bank əməliyyatları aparmağı, pul çıxarmağı, poçtdan və teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, arayış və sənədləri toplamağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan ona çatası sənədləri, arayışları, qiymət cədvəlini, istənilən sənədin dublikatını almağı, adından istəniləli ərizə, ləğv ərizəsi verməyi, dövlət rüsumlarını təqdim etməyi, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda, hüquq mühafizə, prokurorluq orqanlarında onun adından ərizə verməyi, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etməyi etibar etmişdir. Etibarnamə 3 il müddətinə verilmişdir.
36. İşdə olan xx.xx.2024-cü il tarixli Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi Mustafa Mustafazadənin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Nümayəndə1 müraciəti əsasında toplanmış əlavə araşdırma materialında cinayət tərkibi olmadığından cinayət təqibi rədd edilmiş, mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir.
37. Həmin qərardan görünür ki, araşdırma zamanı izahatı alınan Cavabdeh göstərmişdir ki, X10 onun kürəkənidir, yəni bacısı Aytənin həyat yoldaşıdır, Ramilin 2021-ci ildə təsis etdiyi "xxxx" MMC-də 2022-ci ilin sentyabr ayından mühasib köməkçisi işləyir. Ramil MMC-nin direktoru vəzifəsinə Nümayəndə1 təyin etmişdir. Elçinlə Ramil yaxın dost olmuşlar. MMC-nin ofisi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospektində yerləşir. Şirkətin Bakı şəhərində bir neçə və Sumqayıt şəhərində də bir "xxxx" geyim mağazası vardır. Şirkətin ümumi hesab kartları, yəni şirkətin adına olan hesab kartı, onun adına olan hesab kartı və Elçinin anası İddiaçı adına olan və özünün istifadə etdiyi hesab kartı Elçinin özündə olurmuş və ofisdə saxlamışdır. Həmin kartlara şirkətin tərkibində olan mağazaların post terminalları vasitəsi ilə edilən nağdsız ödənişlərindən əldə olunan gəlirlər toplanılır. Həmin kartlara daxil olan vəsaitlər ümumilikdə şirkətin təsisçiçi Ramilə məxsusdur, sənəd üzərində sadəcə adlara qeyd olunmuşdur. Həmçinin şirkətin subicarə əsasında olan mağazası sənəd üzərində Elçinin anası İddiaçı adınadır, həmin karta mağazada alverdən yığılan vəsait Ramilə məxsusdur, nəinki həmin kartdan, şirkətin digər hesab kartlarından da istənilən vaxtı Ramil pulları şirkətin işlərinə sərf etmişdir. Hər ay Elçin anasının adına olan və onun adına olan hesab kartlara nağdsız ödəniş zamanı yüklənmiş pulları nağdlaşdırıb Elçinə verirmiş, bəzən də Elçinin dediyi şəxslərə şirkətin işləri ilə bağlı özünün dediyi kimi çatdırırmış, həmçinin şirkətin hesab kartına köçürürmüşdür. Kartlardan nağdlaşdırma 15000 manatdan artıq olmur. xx.xx.2023-cü il tarixdə Ramil Xanalıyev ona həmin kartlardan aylıq nağdlaşdırmanı çıxarıb "xxxx" qroup MMC-nin hesabına köçürmək üçün həmin 3 ədəd kartı ona vermişdir. Onlardan biri Elçinin anasının adına olan, digəri özünün adına olan, o biri isə ümumi şirkətin kartı olmuşdur. O da həmin kartları Ramildən aldıqdan sonra Sumqayıt şəhərində yaşadığından Sumqayıt şəhəri, 40-cı məhəllə "xxxx"ın Sumqayıt şəhər filialında quraşdırılan bankomatdan kartlardan pulları, həmçinin Elçinin anasının adına olan kartdan 14.850 manat olmaqla çıxartmış və şirkətin ümumi hesabına köçürtmüşdür. Bir müddətdən sonra Elçin ona zəng edərək anasının adına olan kartdan pul çıxarmağını soruşanda o, Elçinə 14850 manat pulu çıxardıb Ramilin göstərişi ilə şirkətin ümumi hesabına köçürtdüyünü demiş, Elçin də heç bir söz deməmişdir. Həmin kartlardan nağdlaşdırmanı çox zaman şirkətdə o, həyata keçirmişdir. Elçin özü də ofisdə olduğu zamanlar anasının adına olan həmin kartı ona pulu çıxarmağı üçün dəfələrlə vermişdir. Bundan öncədən Elçinin anasının adına olan kartdan şirkətin ümumi hesabına köçürülməsi üçün pullar çıxarmışdır. Elçinin şirkətin bütün kartlarından onun pul çıxarmağından ya öncədən ya da sonradan məlumatı olub və heç bir zaman hər hansı bir narazılıq və ya hər hansı bir anlaşılmazlıq olmamışdır. Elçinlə Ramil arasında şirkətin işləri ilə bağlı yaranmış narazılıq barədə sonradan bilmiş və bunun ona aidiyyəti yoxdur, o, həmişə həm Elçinin, həm də Ramilin göstərişlərini yerinə yetirmişdir. Qeyd etdiyi hesab kartların hər üçünün şifrəsi onda olmuşdur. Elçinin anasının adına karta dair anasının Elçinə, Ramilə və ona dair ümumi etibarnaməsi olmuşdur, şirkət daxili razılaşmaya əsasən şirkətin bir mağazası və həmin mağazaya aid hesab kartı Elçinin anasının adına formal olaraq sənəd üzərində adına qeyd olunmuşdur. Həmin kartlar həmişə şirkətin ofisində, Elçin və Ramil də olmuşdur.
38. İş materiallarından görünür ki, qanuni qüvvəyə minmiş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-5148/2023 nömrəli qətnaməsinə əsasən İddiaçı cavabdeh X6 qarşı pul tələbinə dair iddiası təmin edilməmişdir.
39. İşdən müəyyən olunur ki, Cavabdeh "xxxx" MMC-də menecer vəzifəsində çalışır. O, rəsmi olaraq iddiaçının işçisi olmamış, o cümlədən iddiaçının adından çalışan mağaza adı çəkilən MMC-nin tabeliyində və ya ona aid olan təsərrüfat subyekti olmamışdır.
40. İşin mübahisəsiz halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, mağazada nəğdsiz ödənişlərdən bank kartlarına mədaxil olan ödənişləri məxaric etməyə iddiaçının oğlu (hazırkı iş üzrə nümayəndəsi), cavabdeh və X1 olmuşlar. Mübahisələndirilən 44200 manat pul vəsaitinin 29350 manat hissəsi iddiaçının oğlunun (hazırkı iş üzrə nümayəndəsi) sərəncamı ilə hesabdan məxaric olunmuşdur. 14.850 manat hissəsi isə tərəflər arasında mart ayında münasibətlər pozulduqdan sonra xx.xx.2023-cü il tarixdə çıxarılmışdır.
41. Bu hal eyni zamanda cinayət işinin başlanmasının rədd edilməsi haqqında yuxarıda adı çəkilən qərarlarda da, öz təsdiqini tapmışdır.
42. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 152.8-ci maddəsinə görə mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir.
43. Həmin Məcəllənin 359.3-cü maddəsinə görə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.
44. Cavabdeh tərəf həmin pul vəsaitinin faktiki olaraq "xxxx" MMC-yə aid olmasını və MMC-nin hesabına ödənildiyini göstərsə də, yuxarıda qeyd olunduğu kimi iddiaçının adından çalışan mağazanın həmin MMC-nin tabeliyində və ya ona aid olan təsərrüfat subyekti olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Əksinə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, 29.350 manat pul vəsaiti iddiaçı tərəfindən verilmiş səlahiyyət əsasında onun oğlu Nümayəndə1 sərəncamı ilə hesabdan çıxarılsa da, 14.850 manat hissəsi isə tərəflər arasında münasibətlərin pozulduğu dövrdə, yəni xx.xx.2023-cü il tarixdə iddiaçının mənafeyinə və iradəsinə zidd olaraq hesabdan çıxarılmışdır.
45. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh 14.850 manatın iddiaçının xeyrinə tutulması hissəsində iddia tələbi əsaslıdır və həmin tələbin təmin olunmaması barədə birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir.
46. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
47. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
48. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.
49. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
50. Həmin Məcəllənin 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
51. Beləliklə məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş hallara və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(028)-146/2024 nömrəli qətnaməsi qismən - Cavabdeh 14.850 manatın tutularaq İddiaçı verilməsinin təmin olunmadığı hissədə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək Cavabdeh 14.850 (on dörd min səkkiz yüz əlli) manat tutularaq İddiaçı verilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(028)-146/2024 nömrəli qətnaməsi qismən - Cavabdeh 14.850 manatın tutularaq İddiaçı verilməsinin təmin olunmadığı hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia tələbi təmin edilsin. Cavabdeh 14.850 (on dörd min səkkiz yüz əlli) manat tutularaq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.