Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1155/2021 30.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(060)-3876/2020 saylı qətnaməsindən Cavabdeh3 apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(060)-3876/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Emin Abdullyev) iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, əsas borc üzrə 14875,41 ABŞ dolları, faiz borcu üzrə 5022,27 ABŞ dolları, cərimə üzrə 1500 ABŞ dolları olmaqla, cəmi 21397 ABŞ dolları 68 sent məbləğində pulun (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla), ipoteka predmetinə tutma yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 10 manat rüsumun və 21 manat xidmət haqqının və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı qapalı səhmdar cəmiyyətinə ödənilməsi, tutmanın Cavabdeh3 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 4-də yerləşən 33 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 “Access Bank” qapalı səhmdar cəmiyyətinə olan borclarının ödənilməsi, mənzilin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə çatışmayan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutularaq “Access Bank” qapalı səhmdar cəmiyyətinə ödənilməsi, “Access Bank” qapalı səhmdar cəmiyyətinə olan borc ödənildikdən sonra mənzilin satışından əldə edilmiş vəsaitdən artıq qalan məbləğin Cavabdeh3 qaytarılması, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 4-də yerləşən 33 nömrəli mənzilin ilkin satış qiymətinin 45000 manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış qiymətləndirmə tədqiqatının dəyəri olan 350 manat pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməsi, hazırki qətnamənin Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 4-də yerləşən 33 nömrəli mənzilə tutma yönəldildikdən və mənzil satıldıqdan sonra yaşayış sahəsində qeydiyyatda olan şəxslərin yaşayış sahəsinə istifadə hüquqlarına xitam verilməklə onların mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas olması qət edilmiş, Cavabdeh3 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, iddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada cəmiyyətin xeyrinə 03R000027807 saylı kredit razılaşması üzrə 14875,41 ABŞ dolları məbləğində kredit borcu, 5022,27 ABŞ dolları məbləğində faiz borcu və 9319,35 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə 29217 ABŞ dolları 03 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 4 saylı evin 33 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın acıq hərracdan satılması və ümumilikdə 29217 ABŞ dolları 03 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına cəmiyyətə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 4 saylı evin 33 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onun həmin əmlakdan çıxarılması, həmin əmlakın boşaldılması və cəmiyyətə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXLƏRİN İZAHATLARİ: Cavabdeh3 apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasında İddiaçı qapalı səhmdar cəmiyyətinin iddiadan imtinasının qəbul edilməsini xahiş etdilər. İddiaçı qapalı səhmdar cəmiyyəti və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, cavabdeh məhkəmə iclasına gəlmədiyindən, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin iddiadan imtinası qəbul edilməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(060)-3876/2020 saylı qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Belə ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin məhkəmə kollegiyasına daxil olunmuş 07.07.2021-ci il tarixli ərizəsindən görünür ki, cavabdeh tərəfindən banka olan borc sonradan əldə olunmuş razılaşmaya uyğun olaraq ödənildiyindən İddiaçı qapalı səhmdar cəmiyyəti iddiadan imtina edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır və ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən edilir. Həmin Məcəllənin 191.1-ci maddəsinə görə iddiadan imtina etmə bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 391-ci maddəsinə görə bu Məcəllənin 20-ci fəslində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə məhkəmənin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı qapalı səhmdar cəmiyyətinin iddiadan imtinası qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Buna görə də həmin imtina qəbul olunmalı, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(060)-3876/2020 saylı qətnaməsi ləğv edilməli və mülki işin icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə tikintitexniki ekspertizasının dəyəri olan 350 (üç yüz əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin VÖEN:**********, Hesab nömrəsi: AZ06AİİB********************, Bank: "xxxx" ASC Sumqayıt filialı, VÖEN:**********, Müxbir hesab: AZ37NABZ********************, kod 200253, SWİFT kod: AİİBAZ2X hesabına köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191, 261-264, 365, 370 və 391-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı qapalı səhmdar cəmiyyətinin iddiadan imtinası qəbul edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli, 2(060)- 2272/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı “Access Bank” qapalı səhmdar cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 350 (üç yüz əlli) manat cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin VÖEN:**********, Hesab nömrəsi: AZ06AİİB********************, Bank: "xxxx" ASC Sumqayıt filialı, VÖEN:**********, Müxbir hesab: AZ37NABZ********************, kod 200253, SWİFT kod: AİİBAZ2X hesabına köçürülsün. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qərardaddan kassasiya şikayəti verilməmişdirsə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1155/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1155/2021
30.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver