Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1159/2021 13.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh və X2 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3072/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3072/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, əsas borc üzrə 2000 manat, faiz borcu üzrə 613,82 manat, cərimə üzrə 200 manat olmaqla, cəmi 2813 (iki min səkkiz yüz on üç) manat 82 (səksən iki) qəpik məbləğində pul və iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumundan 15 manat cavabdehlər Cavabdeh və X1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Emin Abdullayev) Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək kreditə görə müəyyən edilmiş 613,82 azn faiz borcunun və 200 azn cərimə pulunun ləğv edilməsi haqda qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİ N H A L L A R İ : İddiaçı QSC cavabdehlər Cavabdeh və X2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 001A********** saylı kredit razılaşması üzrə 2000 manat məbləğində kredit borcu, 613,82 manat faiz borcu və 1108 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə, 3721,82 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşüzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Şİ K A Y Ə T İ N İ N DƏ L İ L L Ə R İ Cavadbeh Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə bankdan aldığı 2000 manat məbləğindəki pul üçün hesablanmış faiz borcunu, cərimə pulunu araşdırarkən mövcud vəziyyəti nəzərə almamışdır. Yalnız 1108 manat cərimədən 900 azn çıxaraq 200 azn saxlamış, təqdim etdiyi sənədlərə və məhkəmədəki çıxışına məhəl qoymadan faiz borcuna ümumiyyətlə toxunmamışdır. Bankdan kredit götürdükdən sonra 2018-ci ilin dekabrdından 2019-cu ilin aprelin 13-nə kimi, 2019-cu ilin avqustun 1dən 2019-cu ilin oktyabrın 25-nə kimi həbsdə olmuş, hal hazırda da probasiya xidməti üzrə cəzadadır öhdəliyi üzrlü səbəblərə görə ödəyə bilməmişdir. Ona görə hesablanmış faiz borcu ləğv edilməlidir. Eləcə də 200 manat cərimə pulunun ləğv edilməsini xahiş edir. Maddi vəziyyəti pisdir, heç bir gəlir yeri yoxdur, hazırda cəza çəkir. 2000 manat kredit borcunu və 15 manat dövlət rüsumunu tez bir zamanda ödəməyi öhdəsinə götürür. Odur ki, qətnamənin ləğv edilərək kreditə görə müəyyən edilmiş 6513,82 azn faiz borcunun və 20 azn cərimə pulunun ləğv edilməsi haqda qətnaməq əbul edilməsini xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan vəəlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərəəsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır vəşikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qedyd edir ki, cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini yalnız faiz və cərimə borcunun tutulması hissəsində mübahisələndirmiş, əsas borca görə 2000 manat və 15 manat dövlət rüsumuna dair hissədə mübahisələndirməmişdir. Bu səbəbdən məhkəmə qətnaməsi mübahisələndirilən hissədə müzakirə edilir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh apelyasiya şikayətinə münasibətdə qətnamə dəyişdirilməlidir. Cavabdeh ilə iddiaçı arasında bağlanan 25.06.2018-ci il tarixli, 001A********** saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Cavabdeh 12 ay müddətinə 2000 manat məbləğində kredit verilmişdir. İşdə olan 25.06.2018-ci il tarixli məxaric orderi bunu təsdiq edir. Kredit razılaşması üzrə ödəniş planına əsasən Cavabdeh 12 ay müddətinə hər ay 192 manat, sonuncu ay isə 185,49 manat ödəniş etməli idi. İddiaçı ilə bağlanmış 25.06.2018-ci il tarixli, 001G**********01 nömrəli zaminlik müqaviləsinə əsasən kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh Fuad Əliyev iddiaçı qarşısında zamin olmuşdur. İşdə olan maliyyə arayışına əsasən Cavabdeh 30.01.2020-ci il tarixə əsas borc üzrə 2000 manat, faiz borcu üzrə 613,82 manat, cərimə borcu üzrə 1108 olmaqla, cəmi 3721,82 manat borcu vardır. İş materiallarında olan 12.03.2020-ci il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı iddia ərizəsinin verilməsi ilə bağlı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya məhkəməsi qeyd edilən iş materiallarına və qanunvericilik normalarına istinad edərək iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir. İşə apelyasiya qaydasında baxılarkən məhkəməyə daxil olmuş 19.03.2021-ci il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə cavabdeh Cavabdeh 25.06.2019-cu il tarixinə əsas məbləğ üzrə 2000 manat, faiz borcu üzrə 297.49 manat, cərimə borcu üzrə 670 manat borcu vardır. Qeyd edilən maliyyə arayışına əsasən məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə qətnaməsi mübahisələndirilən hissədə, faiz borcu üzrə 613,82 manat, cərimə üzrə 200 manat pulun cavabdehlər Cavabdeh və X1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsində dəyişdirilməli, cavabdehlərdən faiz borcuna görə 297,49 manat, cərimə borcuna görə 67 manat pul tutulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə düzgün istinad edərək əsas borca görə faiz pulunun tutulması qənaıətinə gəlməkdə haqlı olmuşdur. Çünki iddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi Cavabdeh risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə də əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Kredit müqaviləsi üzrə Cavabdeh 297,49 manat faiz borcu olması məhkəmə kollegiyasına təqdim edilmiş 19.03.2021-ci il tarixli maliyyə arayışı ilə təsdiq edilir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh öhdəliyi lazımınca icra etmədiyi üçün iddiaçının dəbbə pulu almaq tələbinin də qanuni əsasları vardır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədyi və lazımınca icra edilmədyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.3-cü bəndində görə ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1 faizi % miqdarında cərimə tətbiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçı bank cavabdehlərdən əsas məbləğə görə 670 manat məbləğində cərimə borcu tələb etdir. Məhkəmə kollegiyası hesab edir ki, qanunvericilik normalarına istinadən iddiaçının cavabdehdən dəbbə pulu almaq tələbinin əsaslı olsa da, 2000 əsas borca hesablanmış 670 manat cərimə pulu yüksəkdir. Buna görə də, Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən cərimə borcu azaldılaraq 67 manat müəyyən edilməlidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hər hansı müqavilə, o cümlədən kredit müqaviləsi münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsulu, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdehin dəlillərini qəbul etmir. Belə ki, cavabdeh əsas borca olan faizlərin və cərimələrin silinməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin xahişinə qiymət verərək qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən verilmiş kreditə aylıq 2,1667 faiz məbləğində pul hesablanmalıdır. Göründüyü kimi, götürülmüş kreditə görə faiz ödənilməli olması müqavilə ilə şərtləşdirilib. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Azərbaycan Respublikasında bank sisteminin hüquqi bazasının beynəlxalq standartlara tam uyğunlaşdırılması, iqtisadiyyatda bank xidmətlərinin rolunun artırılması, bank əmanətcilərinin və kreditorlarının müdafiəsinin gücləndirilməsi və bütövlükdə bank sisteminin stabil və təhlükəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə bankların təşkili, daxili idarəedilməsi, fəaliyyətinin tənzimlənməsi və ləğv edilməsi prinsipləri, qaydaları və normaları “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununu ilə müəyyən edilir. Həmin Qanunun 36.6-cı maddəsinin tələblərinə görə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Həmçinin kreditə görə faizlərin alınması bank fəaliyyətinin mahiyyətini təşkil etməklə onların əsas gəlir mənbəyidir. Buna görə də kreditə hesablanmış faizlərin silinməsi barədə dəlil əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə faydalanan şəxs həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Eyni zamanda cərimə borcunun silinməsinə dair cavabdehin xahişinə qiymət verərək məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə cərimə borcunun azaldılması nəzərdə tutulsa da, cərimə borcunun tamam silinməsi nəzərdə tutulmamışdır. Qeyd edilən iş materiallarına və təqdim edilmiş 19.03.2021-ci il tarixli maliyyə arayışına əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlərdən tutulan faiz və cərimə borcuna dair hissədə dəyişdirilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Cavabdeh apelyasiya şikayətinə münasibətdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3072/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - cavabdehlərdən əsas borca görə 613,82 manat faiz borcunun və 200 manat cərimə borcunun tutulması hissəsində dəyişdirilməli, cavabdehlərdən faiz borcuna görə 297,49 manat, cərimə borcuna görə 67 manat pul tutulmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 384.0.3,392- 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apelyasiya şikayətinə münasibətdə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3072/2020 saylı, 24 noyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə cavabdehlərdən əsas borca görə 613,82 manat faiz borcunun və 200 manat cərimə borcunun tutulması hissəsində dəyişdirilsin. Faiz borcu üzrə 297,49 manat və cərimə üzrə 67 pul cavabdehlər Cavabdeh və X1 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti qismən təmin olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər, qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1159/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1159/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver