Məhkəmə qərarları › İş №2(105)-1161/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1161/2023

13.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1161/2023 13.06.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı BOKTİddiaçı QSC-nin Cavabdeh mülki iş üzrə (Açar sözlər: faiz borcunun ödənilməsi tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X6 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, İddiaçı QSC BOKT-un nümayəndəsi Nümayəndə iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(060)-170/2023 nömrəli qətnaməsindən iddiaçı BOKTİddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı BOKTİddiaçı QSC iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh BOKTİddiaçı QSC-nin xeyrinə kredit müqaviləsi üzrə faiz borcu üzrə 407762,46 (dörd yüz yeddi min yeddi yüz altmış iki manat,46) manat, cəmi 407762,46 (dörd yüz yeddi min yeddi yüz altmış iki manat,46) manat məbləğində pul vasaitinin və 697,76 (altı yüz doxsan yeddi manat, 76) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu Cavabdeh dair sənədlər SFK- 26 saylı, xx.xx.2017ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" QSC-yə verilmişdir. "xxxx" ASC-nin Nəqliyyat filialı ilə Cavabdeh arasında xx.xx.2010-cu il tarixli, № 10679 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 14 % olmaqla 36 ay müddətinə 840000 (səkkiz yüz qırx min) manat məbləğində kredit verilmişdir. xx.xx.2010cu il tarixli kassa məxaric orderindən də göründüyü kimi Cavabdeh ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. Həmin müqaviləyə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı borcalanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır.(5.4 bəndi) bocalana verilən kredit vəsaitindən istifadə müddəti 36 aydır. Qeyd olunan kredit müqaviləsinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 14%-lə hesablanır. Cavabdeh bank qarşısında öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Hal-hazıra qədər cavabdehin müqavilə üzrə 407762,46 (dörd yüz yeddi min yeddi yüz altmış iki manat,46) manat, cəmi 407762,46 (örd yüz yeddi min yeddi yüz altmış iki manat,46) manat borcu var. Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdeh şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öjhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur.Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirməmişdir. Qanunun qeyd edilən maddəsinə əsasən hesab edirlər ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 697,76 manat dövlət rüsumu cavabdehə həvalə edilməlidir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqavilədən görünür ki, "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Abşeron Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(060)-170/2023 nömrəli qətnaməsi ilə iddiaçı BOKT İddiaçı QSC-nin Cavabdeh BOKT İddiaçı QSC-nin xeyrinə kredit müqaviləsi üzrə faiz borcu üzrə 407762,46 (dörd yüz yeddi min yeddi yüz altmış iki manat,46) manat borcun və 697,76 (altı yüz doxsan yeddi manat, 76) manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə iddia tələbinin rədd edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 manatın BOKTİddiaçı QSC-dən tutularaq X2 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********) ödənilməsi qət edilmişdir (hakim Elmir Hüseynov). Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 340.1 maddələrinə istinad edərək iddianı təmin etməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı tərfindən apellyasiya şikayəti verilərək Abşeron Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(060)-170/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri: Apellyant apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəməni qətnaməsi qanusuz və əsassızdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC BOKT-un nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qətnaməni belə əsaslandırıb ki, iş materiallarında olan kredit müqaviləsi görünüş üçün bağlanılıb və uydurma əqd olduğuna görə əhəmiyyətsizdir. Lakin məhkəmənin qətnaməsindən də görünür ki, qətnamənin əsası cavabdehin izahatıdır. Yəni güya cavabdehə ayrılmış kredit məbləği bankın kassasında qalmış və bankın rəhbərliyi tərəfindən mənimsənilmişdir. Halbuki cavabdehin ona ayrılmış krediti alması barədə xx.xx.2010-cu il tarixli məxaric orderinin imzalanması barədə mötəbər sübut mövcuddur. Əsas borc ödənilib. Faiz borcu hesabdan çıxarışda göstərilən məbləğdə tələb edilir. Bu məqsədlə birinci instansiya məhkəməsində ekspertiza keçirilib və iş materiallarında rəy var. Faiz borcu ümumiyyətlə ödənilməyib. Tələb başqa bankdan güzəşt olunduğundan əsas borcun ödənilmə forması və müddəti aydın deyil. Qrafik də onlarda yoxdur. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(060)-170/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümknü hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə müvafiq olaraq, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 340.1-ci maddəsinə müvafiq olaraq, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 14 % ödəmək şərti ilə 840000 (səkkiz yüz qırx min) manat məbləğində kredit verilmişdir. Tərəflər bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərini vaxtında yerinə yetirmədikdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərinin SFK-26 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən borclu Cavabdeh "xxxx" ASC-yə cəmi borc (kredit) 407762,46 manat, əsas borc yoxdur, faiz borcu (kredit) 407762,46 manat təşkil edir, cərimə faizləri (dəbbə məbləği) yoxdur. “X5 Edilməsi Agentliyi” MMC kredit alana bildiriş göndərmişdir. Bildirişdə göstərilir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2023-cü il tarixli, 9/9434 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, xx.xx.2010-cu il tarixli, № 10936 saylı kredit müqaviləsi üzrə: Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış (c.i.v - 103) məlumatları; 21 sentyabr 2010-cu il tarixli, 10936 №-li kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixi qərarına əsasən Cavabdeh xx.xx.2017ci il tarixə (hesabdan çıxarışda göstərilən tarixə (c.i.v - 103)) İddiaçı QSC BOKT-na olan borcu faiz borcu üzrə 131836,32 manat, illik 5%-lə hesablanmaqla faiz borcu 27631, 20 manat olmaqla cəmi 159467,52 AZN məbləğində müəyyən edilir; xx.xx.2010-cu il tarixli, № 10679 saylı kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış (c.i.v - 104) məlumatları; 24 sentyabr 2010-cu il tarixli, 10679 №-li kredit müqaviləsində qeyd olunan şərtlər və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən Cavabdeh xx.xx.2017-ci il tarixə (hesabdan çıxarışda göstərilən tarixə (c.i.v - 104)) İddiaçı QSC BOKT-na olan faiz borcu 352800 manat, illik 5%-lə hesablanmaqla faiz borcu 34883,33 manat olmaqla, cəmi 387683,33 manat məbləğində müəyyən edilir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-975/16 saylı, 14 oktyabr 2016-ci il tarixli hökmünün müəyyən etdi hissəsindən görünür ki, "xxxx" ASC-nin İdarə Heyətinin sədri X1 Xəqani Mahmud oğlunun adına rəsmiləşdirilmiş xx.xx.2010-cu il tarixli, 10679 №-li kredit müqaviləsinə əsasən 840000 manat və xx.xx.2010-cu il tarixli, 10936 №-li kredit müqaviləsinə əsasən 870000 manat Nəqliyyat filialının kassasından götürüb ona etibar edilmiş külli miqdarda özgə əmlakının mütəşəkkil dəstə halında talayaraq mənimsəməklə "xxxx" ASC-inə külli miqdarda ziyan vurmuşdur. Azərbaycan Respublikası MM-in 82.4-ci maddəsinə müvafiq olaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyatı hissəsində məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə uyğun olaraq, əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdır. Beləliklə, məhkəmədə müəyyən olunub ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsi yalnız görünüş üçün bağlanmışdır. Buna görə həmin kredit müqaviləsi uydurma əqd olduğuna görə əhəmiyyətsizdir. Məhkəmə Cavabdeh nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə iddia tələbi ilə bağlı gəldiyi nəticəyə əsaslanaraq iddia müddətinin tətbiq edilməsinin zəruri olmadığı qənaətinə gəlmişdir. Məhkəmə hesab etmişdir ki, ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul BOKTİddiaçı QSC-dən tutularaq X2 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********) ödənilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2010-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 14 % ödəmək şərti ilə 840000 (səkkiz yüz qırx min) manat məbləğində kredit verilmişdir. Tərəflər bu müqavilədə nəzərdə tutulmuş öhdəliklərini vaxtında yerinə yetirmədikdə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 10 fevral tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı müvafiq sənədlərinin SFK-26 saylı, xx.xx.2017-ci il tarixli təhvil-təslim aktına əsasən borclu Cavabdeh "xxxx" ASC-yə cəmi borc (kredit) 407762,46 manat, əsas borc yoxdur, faiz borcu (kredit) 407762,46 manat təşkil edir, cərimə faizləri (dəbbə məbləği) yoxdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-975/16 saylı, 14 oktyabr 2016-ci il tarixli hökmünün müəyyən etdi hissəsindən görünür ki, "xxxx" ASC-nin İdarə Heyətinin sədri X1 Xəqani Mahmud oğlunun adına rəsmiləşdirilmiş xx.xx.2010-cu il tarixli, 10679 №-li kredit müqaviləsinə əsasən 840000 manat və xx.xx.2010-cu il tarixli, 10936 №-li kredit müqaviləsinə əsasən 870000 manat Nəqliyyat filialının kassasından götürüb ona etibar edilmiş külli miqdarda özgə əmlakının mütəşəkkil dəstə halında talayaraq mənimsəməklə "xxxx" ASC-inə külli miqdarda ziyan vurmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, kredit müqaviləsi uydurma əqd olduğuna görə əhəmiyyətsizdir. İddiaçının nümayəndəsi apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında bildirdi ki, cavabdehin ona ayrılmış krediti alması barədə xx.xx.2010-cu il tarixli məxaric orderinin imzalanması barədə mötəbər sübut mövcuddur, əsas borc ödənilib, faiz borcunu hesabdan çıxarışda göstərilən məbləğdə tələb edirlər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. İddiaçı apellyasiya şikayətinin dəlillərini əsaslandıra bilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri formal mülahizələr kimi qimətləndirir və hesab edir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması, eləcə də dəyişdirilməsi üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(060)-170/2023 nömrəli dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti isə təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Abşeron Rayon Məhkəməsinin 09 mart 2023-cü il tarixli, 2(060)-170/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı QSC BOKT tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar