Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1163/2021 25.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi ilə İddiaçı ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan avtomobilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına kredit müqaviləsi üzrə borcun ödənilməsinin təmin edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-28/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-28/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Quliyeva (Əkbərova) Xanım Hikmət qızından 12.125,06 ABŞ dolları əsas borc, 1.427,28 ABŞ dolları faiz borcu, 5 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13.557,34 ABŞ dolları məbləğində pulun (qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə) və 15 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASCnin xeyrinə tutulması, tutmanın kreditin təminatı olan “Kia Cerato” minik markalı, ağ mirvari rəngli, buraxılış ili 2012-ci il, sedan tipli, mühərrik KNAFX411BD5030968, ban G4FGCH607803 olan ** ZB *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, onun açıq hərracda satılması, satışından əldə edilən vəsait hesabına Quliyeva (Əkbərova) Xanım Hikmət qızının İddiaçı ASCyə olan borcunun ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. (hakim C.Səfiyeva). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-28/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı ASC Quliyeva (Əkbərova) Xanım Hikmət qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC və Quliyeva (Əkbərova) Xanım Hikmət qızı arasında bağlanmış 20.02.2015-ci il tarixli 142769-1-13992 saylı kredit müqaviləsinə əsasən 14 may 2017-ci il tarixə banka borclu olduğu 12.125,06 ABŞ dolları əsas borc, 1.427,28 ABŞ dolları faiz borcu, 65,60 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13.617,94 ABŞ dolları məbləğində pulun (qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə) və 30 manat ödənilmiş dövlət rüsumunun Quliyeva (Əkbərova) Xanım Hikmət qızından İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın bank qarşısında ipoteka ilə yüklü edilmiş “Kia Cerato” minik markalı, ağ mirvari rəngli, buraxılış ili 2012-ci il, sedan tipli, mühərrik KNAFX411BD5030968, ban G4FGCH607803 olan ** ZB *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, həmin ASC 14.05.2013-cü il tarixli, 112939-1-6611 saylı avtomobil krediti müqaviləsinə əsasən X2 illik 17 faiz hesablanması şərtilə 48 ay müddətinə 19.400 ABŞ dolları kredit vermişdir. Öhdəliyin icrasının təmini üçün X4 mülkiyyətində olan “Kia Cerato” minik markalı, ağ mirvari rəngli, buraxılış ili 2012-ci il, sedan tipli, mühərrik KNAFX411BD5030968, ban G4FGCH607803 olan ** ZB *** dövlət nömrə nişanlı avtomobili 14.05.2013-cü il tarixli, 112939-16-8821 saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bank ilə X4 və Quliyeva (Əkbərova) Xanım Hikmət qızı arasında bağlanmış həmin avtomobil krediti müqaviləsinə dəyişiklik edilməsi barədə 20.02.2015-ci il tarixli 1 nömrəli əlavə razılaşmaya görə X1 hüquq və öhdəlikləri Quliyeva (Əkbərova) Xanım Hikmət qızına ötürülmüşdür. Bank ilə Quliyeva (Əkbərova) Xanım Hikmət qızı arasında bağlanmış 20.02.2015-ci il tarixli 142769-1-13992 saylı avtomobil krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı, 08.07.2015-ci il tarixli razılaşmaya əsasən onun 13.444 ABŞ dolları borcu 22 ay 6 gün müddətinə 14.05.2017-ci il tarixədək illik 17 faiz hesablanmaqla kapitallaşdırılmışdır. Eyni zamanda, tərəflər arasında 20.02.2015-ci il tarixli, 142769-16-17332 saylı ipoteka müqaviləsinə dəyişiklik edilməsi barədə 01 saylı, 08.07.2015- ci il tarixli razılaşma bağlanmışdır. Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini yerinə yetirməmiş və nəticədə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla İddiaçı ASC arasında bağlanmış kredit müqaviləsi üzrə vaxtaşırı ödənişlər etsə də, sonradan maddi vəziyyəti pisləşdiyi üçün ödəmələr gecikmişdir. Ödənilmiş vəsaitlər isə bank tərəfindən başqa məqsədlərə silinmişdir. Onun daha asan şərtlərlə yeni müqavilə imzalanması barədə banka bir neçə müraciəti olmuşdur. Onun banka cəmi 6000 ABŞ dolları borcu olmuş, bu isə Prezidentin məlum Fərmanın təsiri altına düşərək kompensasiya yolu ilə ödənilmişdir. Məhkəmə bu halları tam araşdırmadığından qətnamə ləğv edilməli, iddia isə rədd olunmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X7 apelyasiya şikayətinə etiraz edərək əlavə etdi ki, apelyasiya baxışı zamanı əmtəəşünaslıq ekspertizası obyektiv aparılmamışdır. Əmlakın qiyməti süni şəkildə şişirdilmişdir. Ona görə də ipoteka predmetinin ilkin satış qiymətinin müəyyənləşdirilməsi üçün yenidən ekspertiza keçirilməklə həmin rəyə uyğun ipotekanın ilkin satış qiymətinin müəyyənləşdirilməsi, qalan hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: Mülki iş materiallarında olan 14.05.2013-cü il tarixli, 112939-1-6611 saylı avtomobil krediti müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən X2 illik 17 faiz hesablanması şərtiylə 48 ay müddətinə 19.400 ABŞ dolları kredit verilmişdir. X4 tərəfindən bankdan 19013 ABŞ dolları məbləğində vəsait götürməsi işdə olan 16.05.2013-cü il tarixli kassa məxaric orderilə təsdiq olunur. Yenə iş materiallarında olan 14.05.2013-cü il tarixli, 112939-16-8821 saylı ipoteka müqaviləsindən görünür ki, X1 bank qarşısında olan öhdəliyinin icrasını təmin etmək məqsədilə “Kia Cerato” minik markalı, ağ mirvari rəngli, buraxılış ili 2012-ci il, sedan tipli, mühərrik KNAFX411BD5030968, ban G4FGCH607803 olan ** ZB *** dövlət nömrə nişanlı avtomobili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Yenə də iş materiallarında olan 14.05.2013-cü il tarixli, 112939-1-6611 saylı avtomobil krediti müqaviləsinə dəyişikliklər edilməsi barədə 20.02.2015-ci il tarixli 1 nömrəli əlavə razılaşmadan görünür ki, kredit alan qismində Quliyeva (Əkbərova) Xanım Hikmət qızı müəyyən edilir və əvvəlki kredit alanın-X1 hüquq və öhdəlikləri yeni kredit alan- Quliyeva (Əkbərova) Xanım Hikmət qızına ötürülür. İşdə olan 20.02.2015-ci il tarixli, 142769-1-13992 saylı avtomobil krediti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 01 saylı, 08.07.2015-ci il tarixli razılaşmadan görünür ki, Quliyeva (Əkbərova) Xanım Hikmət qızının 13.444 ABŞ dolları borcu 22 ay 6 gün müddətinə 14.05.2017-ci il tarixədək illik 17 faiz hesablanmaqla kapitallaşdırılmışdır. Yenə işdə olan bildirişdən görünür ki, Quliyeva (Əkbərova) Xanım Hikmət qızı İddiaçı ASC tərəfindən müvafiq qaydada kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi barədə xəbərdar edilmişdir. İşə əlavə edilmiş 10 may 2018-ci il tarixli ərizədən görünür ki, İddiaçı ASC ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması məqsədilə AR DİN Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etmişdir. Yenə işə əlavə edilmiş arayışdan görünür ki, Quliyeva (Əkbərova) Xanım Hikmət qızının 08.07.2015-ci il tarixli avtomobil krediti müqaviləsi üzrə İddiaçı ASC-yə 14 may 2017-ci il tarixinə 12125,06 ABŞ dolları əsas borc, 1427,28 ABŞ dolları faiz borcu, 65,60 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13617,94 ABŞ dolları borcu vardır. İş materiallarında olan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 mart 2020-ci il tarixli 9/341 nömrəli ekspert rəyindən görünür ki, Quliyeva (Əkbərova) Xanım Hikmət qızının İddiaçı ASC-yə 14 may 2017-ci il tarixədək 12.128,00 ABŞ dolları əsas borcu, 2.943,74 ABŞ dolları faiz borcu vardır. Yenə iş materiallarında olan “B+Ş Audit” MMC-nin A-01/26 saylı, 20.04.2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Quliyeva (Əkbərova) Xanım Hikmət qızına məxsus “Kia Cerato” minik markalı, ağ mirvari rəngli, buraxılış ili 2012-ci il, sedan tipli, mühərrik KNAFX411BD5030968, ban G4FGCH607803 olan ** ZB *** dövlət nömrə nişanlı avtomobilinin 19 aprel 2021-ci il tarixinə orta bazar dəyəri 19500 manat, likvid dəyəri isə 17500 manat təşkil edir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, lakin Abşeron Rayon Məhkəməsinin 2(012)-28/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ipoteka predmetinin açıq hərracdakı ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində “B+Ş Audit” MMC-nin A-01/26 saylı, 20.04.2021-ci il tarixli qiymətləndirmə hesabatına uyğun dəyişdirilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 14.05.2013-cü il tarixli, 112939- 1-6611 saylı avtomobil krediti müqaviləsinə əsasən iddiaçı bank tərəfindən X2 illik 17 faiz hesablanması şərtiylə 48 ay müddətinə 19.400 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsi üzrə X1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə ona məxsus “Kia Cerato” minik markalı, ağ mirvari rəngli, buraxılış ili 2012-ci il, sedan tipli, mühərrik KNAFX411BD5030968, ban G4FGCH607803 olan ** ZB *** dövlət nömrə nişanlı avtomobil iddiaçı bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Sonradan 14.05.2013-cü il tarixli, 112939-1-6611 saylı avtomobil krediti müqaviləsinə dəyişikliklər edilməsi barədə 20.02.2015-ci il tarixli, 1 nömrəli əlavə razılaşma imzalanmış, bu razılaşma ilə kredit alan qismində Quliyeva (Əkbərova) Xanım Hikmət qızı müəyyən edilmiş, əvvəlki kredit alanın- X1 hüquq və öhdəlikləri yeni kredit alan- Quliyeva (Əkbərova) Xanım Hikmət qızına ötürülmüşdür. 01 saylı, 08.07.2015-ci il tarixli razılaşma ilə Quliyeva (Əkbərova) Xanım Hikmət qızının 13.444 ABŞ dolları borcu 22 ay 6 gün müddətinə 14.05.2017-ci il tarixədək illik 17 faiz hesablanmaqla kapitallaşdırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən, cavabdeh Quliyeva (Əkbərova) Xanım Hikmət qızı həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kreditin alınmasına baxmayaraq, cavabdeh kredit vəsaitinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Quliyeva (Əkbərova) Xanım Hikmət qızının iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə kredit müqaviləsi və ona edilmiş razılaşma üzrə əsas kredit borcu üzrə 12.125,06 ABŞ dolları, faiz borcu üzrə 1.427,28 ABŞ dolları borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlar, hesabdan çıxarış, maliyyə arayışı, o cümlədən ekspert rəyi ilə təsdiq olunur. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, müqavilə üzrə cərimə borcunu 5 ABŞ dollaradək azaltmaqda məhkəmə haqlıdır. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı yaranan borc ödənilmədiyi üçün bunu ipoteka predmetinə yönəltməyi tələb etməkdə haqlıdır. Bu baxımdan məhkəmə kollegiyası aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.5-ci maddəsinəəsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. «İpoteka haqqında» AR Qanununun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəssinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Yuxarıda qeyd olunduğu kimi, borclu Quliyeva (Əkbərova) Xanım Hikmət qızı kredit müqaviləsi üzrə bank qarşısında öhədliklərini icra etməmiş, nəticədə iddiaçı qarşısında borcu yaranmışdır və buna görə də İddiaçı ASC-nin ipoteka saxlayan kimi, borcun mübahisə predmeti olan avtomobilə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun satılmış əmlak nəticəsində əldə edilmiş vəsait hesabına ödənilməsi barədə iddiası əsaslıdır. Bu hissələrdə mübahisə üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni olduğundan məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır. Bununla belə, işdən görünür ki, birinci instansiya məhkəməsi ipoteka predmetinin açıq hərracdakı ilkin satış qiymətini müəyyən etməmişdir. İş materiallarından görünür ki, bankın tələblərindən biri də, ipoteka predmetinin hərracda satılması barədədir. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinin tələblərinə görə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Yuxarıda qeyd edildiyi kimi ipoteka müqaviləsi 14.05.2013-cü ildə bağlanmış və ipoteka predmeti 21556 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İş materiallarından isə görünür ki, mübahisəni araşdıran birinci instansiya məhkəməsi hərraca çıxarılan avtomobilin ilkin satış qiymətini ümumiyyətlə müəyyən etməmiş, bununla da qüvvədə olan qanunvericiliyin tələblərini pozmuşdur. İş üzrə tərəflər ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı məhkəməyə hər hansı bir təklif verməmişlər. Müqavilədə isə ipoteka predmetinin dəyəri ABŞ dolları ilə göstərilmiş, müqavilənin bağlandığı vaxtdan isə səkkiz ilə yaxın müddət keçmişdir. Qeyd olunduğu kimi, B+Ş Audit” MMC-nin A-01/26 saylı, 20.04.2021-ci il tarixli qiymətləndirmə hesabatından görünür ki, Quliyeva (Əkbərova) Xanım Hikmət qızına məxsus “Kia Cerato” minik markalı, ağ mirvari rəngli, buraxılış ili 2012-ci il, sedan tipli, mühərrik KNAFX411BD5030968, ban G4FGCH607803 olan ** ZB *** dövlət nömrə nişanlı avtomobilinin orta bazar dəyəri 19500 manat, likvid dəyəri isə 17500 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli avtomobil açıq hərraca çıxarılarkən onun ilkin satış qiyməti məlum qiymətləndirmə rəyinə müvafiq olaraq likvid dəyərində, yəni 17500 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh apelyasiya şikayətinin əsaslarına dair tələblərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu cavabdehin özünə aid edilməli, aparılmış tədqiqatın xərci isə ondan tutularaq B+Ş Audit” MMC-nin bank hesabına keçirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-28/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilsin. Quliyeva (Əkbərova) Xanım Hikmət qızına məxsus “Kia Cerato” minik markalı, ağ mirvari rəngli, buraxılış ili 2012-ci il, sedan tipli, mühərrik KNAFX411BD5030968, ban G4FGCH607803 olan ** ZB *** dövlət nömrə nişanlı avtomobilinin ilkin satış qiyməti 17500 manat müəyyən edilsin. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu cavabdeh Quliyeva (Əkbərova) Xanım Hikmət qızına aid olunsun. Aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyəri kimi 200 manat cavabdeh Quliyeva (Əkbərova) Xanım Hikmət qızından tutularaq B+Ş Audit” MMC-nin bank hesabına keçirilsin. Qətnamə qalan hissədə-Quliyeva (Əkbərova) Xanım Hikmət qızından 12.125,06 ABŞ dolları əsas borc, 1.427,28 ABŞ dolları faiz borcu, 5 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 13.557,34 ABŞ dolları məbləğində pulun (qətnamə icra olunduğu günə olan manat məzənnəsi ilə) və 15 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, tutmanın kreditin təminatı olan “Kia Cerato” minik markalı, ağ mirvari rəngli, buraxılış ili 2012-ci il, sedan tipli, mühərrik KNAFX411BD5030968, ban G4FGCH607803 olan ** ZB *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, onun açıq hərracda satılması, satışından əldə edilən vəsait hesabına Quliyeva (Əkbərova) Xanım Hikmət qızının İddiaçı ASCyə olan borcunun ödənilməsi, tərəflərin hər birindən ekspertiza tədqiqatının dəyəri qismində 100 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Plesab AZ34CTRE********************) hesabına keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-1163/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1163/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver