Məhkəmə qərarları › İş №2(105)-1166/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1166/2025

20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1166/2025 20.08.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-219/2024 nömrəli, 30 iyun 2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsi ilə (hakim M.Mirhəsənli) iddia təmin edilərək, Cavabdeh 56000 manat və dövlət rüsumu üçün 258 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh Abşeron Rayon Məhkəməsinin e2(012)-219/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə verilmiş ərizəsinin geri qaytarılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh vəkili və nümayəndəsi Vəkil Abşeron Rayon Məhkəməsinin e2(012)-219/2024 saylı, xx.xx.2024cü il tarixli qərardadından vermiş olduğu şikayətin təmin edilməməsi, şikayətin baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş şikayət qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin e-2(012)-219/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi, şikayət və ona əlavə olunmuş sənədlər mülki işlə birlikdə prosessual qanunvericiliyin tələblərinə riayət edilməklə yenidən baxılması üçün Abşeron Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi barədə verilmiş ərizəsinin geri qaytarılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli qərardadı ilə Cavabdeh vəkili və nümayəndəsi Vəkil Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)- 219/2024 nömrəli qiyabi qətnaməsindən apellyasiya şikayəti verməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizəsinin rədd edilməsi, Cavabdeh vəkili və nümayəndəsi Vəkil Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-219/2024 nömrəli qiyabi qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılması, Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə, ********** saylı qəbz əsasında Sumqayıt Apellyasiya Məhkəməsinin hesabına ödənilmiş 130 (yüz otuz) manat məbləğində dövlət rüsumu ona geri qaytarılması qərara alınmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin 21 iyul 2025-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, Cavabdeh vəkili və nümayəndəsi Vəkil tərəfindən Abşeron Rayon Məhkəməsinin e-2(012)-219/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından vermiş olduğu şikayət baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 56000(əlli altı min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 258 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Abşeron Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş olmuşdur. Həmin iş ilə bağlı xx.xx.2024-cü il tarixində qiyabi qətnamə çıxarılmışdır. Onun bu işdən ümumiyyətlə xəbəri olmamışdır. Məhkəmə proseslərinə çağrılmamışdır. Məhkəmə iştirakını təmin etmədən qiyabi qətnamə çıxarmışdır. Həmin ərəfələrdə onun səhhətində ciddi pozuntular baş verirdi. Belə ki, o riskli, ağır hamiləlik dönəmində idi. Uzun müddət həkimlərin məsləhəti ilə yataq şəraitində olmuşdur. Hesab edir ki, qiyabi qətnamə qanunsuz, əsassız və ədalətsizdir və ləğv edilməlidir. Ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-219/2024 nömrəli qiyabi qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa olunması xahiş olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(012)-219/2024 nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)- 219/2024 nömrəli qiyabi qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa olunması barədə ərizə rədd edilmiş, qiyabi qətnamədən verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e- 2(012)-219/2024 nömrəli qərardadı qanunsuz, əsassız və ədalətsiz sayır və hesab edir ki, qərardad ləğv edilməlidir. Belə ki, Cavabdeh həmin ərəfələrdə 7-8 həftəlik hamiləlik dövründə olmuş, həmin dövrü çox ağır keçirmişdir. Bu barədə məhkəməyə tibbi arayışda təqdim etmişdir. Cavabdehin səhhətinin elə ağır olduğu zamanlarda o hər hansı vəkil axtarıb, onunla müqavilə bağlamaq imkanı yox idi. Buna görə də prosessual müddətin ötürülmə səbəbi üzrlü sayılmalıdır. İşə baxan məhkəmə qeyd olunan prosessual hüquq normasının tələblərini kobud surətdə pozaraq, qərardad qəbul etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 365. maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini cavabdehin müddəti üzrsüz səbəbdən ötürməsi ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 133.1. maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edilməsi barədə qeyd etdiyi hallar əsaslı olmadığından ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli və onunla bağlı 21 iyul 2025ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar