Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1167/2021 25.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə,Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçı “xxxx” QSC BOKT-un nümayəndəsi X1 iştirakı ilə, iddiaçı “xxxx” QSC BOKTun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 29 iyul 2015-ci il tarixli, 2(012)-2801/2015 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 29 iyul 2015-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Nəcəfova) iddia təmin edilmiş, «xxxx» Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 19 iyun 2008-ci il tarixli,635/01 saylı kredit müqaviləsi üzrə 18100 manat əsas borc, 15723 manat faiz borcu, 22500 manat dəbbə pulu, cəmi 54378 manat məbləğində pul vəsaiti və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh1 tutularaq «xxxx» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, Cavabdeh1 və Cavabdeh2 ipotekaya qoyulmuş Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62.8 kv.m yaşayış, 85.5 kv.m köməkçi sahədən ibarət 15 saylı fərdi yaşayış evindən çıxarılması, ödəmənin ipotekaya qoyulmuş Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62.8 kv.m yaşayış, 85.5 kv.m köməkçi sahədən ibarət 15 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması, fərdi yaşayış evinin satışından əldə olunmuş pul vəsaitindən cəmi 54378 (əlli dörd min üç yüz yetmiş səkkiz) manat məbləğində pul vəsaitinin Cavabdeh1 «xxxx» ASC-yə olan borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh1 verilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2801/2015 saylı, 29 iyul 2015-ci il tarixli qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 13 yanvar 2020-ci il tarixli, 47/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 29 iyul 2015-ci il tarixli qətnaməsinin əsas, cərimə borcuna və torpaq sahəsinin həcminə dair hissədə dəyişdirilməsi, Cavabdeh1 əsas borc üzrə 11192,71 manat, cərimə borcu üzrə 100 manat pulun tutularaq xxxx QSC BOKT-a ödənilməsi, “İpotekaya qoyulmuş yaşayış evinin yerləşdiyi Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 10 ha torpaq sahəsi cümləsində torpaq sahəsinin həcminin 10 ha yox, 0,10 ha kimi oxunması, qətnamənin faiz borcuna və mənzilin boşaldılmasına dair hissələrdə ləğv edilməsi, həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, həmin hissələrdə iddianın rədd olunması, ipoteka predmetinin ilkin satış qiymətinin 166 000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə - 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh1 tutularaq iddiaçı banka ödənilməsi, ödəmənin ipotekaya qoyulmuş Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62.8 kv.m yaşayış, 85.5 kv.m köməkçi sahədən ibarət 15 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması, fərdi yaşayış evinin satışından əldə olunmuş pul vəsaitindən borcun tutulması, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh1 verilməsi hissəsində dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun 15 manatının cavabdehin özünə aid edilməsi, 5 manatının isə iddiaçıdan tutularaq ona ödənilməsi, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının dəyəri olan 145 manat pulun iddiaçı “xxxx” QSC BOKTdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. Qətnamədən iddiaçı “xxxx” QSC BOKT tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli, 2(102)4497/2020 saylı qərarı ilə iddiaçı “xxxx” QSC BOKT-un kasasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 13 yanvar 2020-ci il tarixli qətnaməsinin ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62.8 kv.m yaşayış, 85.5 kv.m köməkçi sahədən ibarət 15 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 166 000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. İ Ş İ N H A L LA R İ: İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Bankın xeyrinə 18.100 manat əsas kredit borcunun, 15.723 manat faiz borcunun, 22.500 manat dəbbə pulunun, cəmi 54.378 (əlli dörd min üç yüz yetmiş səkkiz) manat məbləğində borcun tutulmasını, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ipotekaya qoyulmuş Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62.8 kv.m yaşayış, 85.5 kv.m köməkçi sahədən ibarət 15 saylı fərdi yaşayış evindən çıxarılmalarını, ipotekaya qoyulmuş Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsi, 15 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən etməklə açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaitinin Cavabdeh1 iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 54.378 (əlli dörd min üç yüz yetmiş səkkiz) manat məbləğində borcunun ödənilməsinə yönəldilməsini və 30,2 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmə işə baxarkən onun iştirakının təmin etməmiş, kredit borcu şişirdilmiş, ekspertiza isə ödəniş qəbzləri nəzərə alınmadan keçirilmiş, natamam rəy verilmişdir. Apelyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək əlavə etdi ki, ödənişləri vaxtında icra etsə də sonradan maddi vəziyyəti pisləşdiyindən ödəniş edə bilməmişdir. İddiaçı bank isə kredit borcunu şişirtmiş, ona əlavə faizlər hesablamışdır. Cərimə borcu isə ölçüyəgəlməz dərəcədə yuxarı həddə yazılmışdır. Həmçinin, onun borc öhdəliyi müvafiq Fərmanın təsiri dairəsinə düşür. Göstərilənlərə əsasən, apelyasiya şikayətinin təmin olunmasını xahiş edir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” QSC BOKT-un nümayəndəsi X3 şikayətin dəlillərinə etiraz edərək göstərdi ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 17 noyabr 2020-ci il tarixli, 2(102)4497/2020 saylı qərarı ilə iddiaçı “xxxx” QSC BOKT-un kasasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 13 yanvar 2020-ci il tarixli qətnaməsinin ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62.8 kv.m yaşayış, 85.5 kv.m köməkçi sahədən ibarət 15 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 166 000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Hazırda ekspert rəyi ilə razıdırlar. İpoteka predmetinin likvid dəyərinin 100000 manat müəyyən edilməsinə etiraz etmir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən qeyd edilən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli, 47/2020 saylı qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 29 iyul 2015-ci il tarixli qətnaməsinin əsas, cərimə borcuna və torpaq sahəsinin həcminə dair hissədə dəyişdirilməsi, Cavabdeh1 əsas borc üzrə 11192,71 manat, cərimə borcu üzrə 100 manat pulun tutularaq xxxx QSC BOKT-a ödənilməsi, “İpotekaya qoyulmuş yaşayış evinin yerləşdiyi Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 10 ha torpaq sahəsi cümləsində torpaq sahəsinin həcminin 10 ha yox, 0,10 ha kimi oxunması, qətnamənin faiz borcuna və mənzilin boşaldılmasına dair hissələrdə ləğv edilməsi, həmin hissələrdə yeni qətnamə qəbul edilməklə, həmin hissələrdə iddianın rədd olunması, ipoteka predmetinin ilkin satış qiymətinin 166 000 manat müəyyən edilməsi, qətnamənin qalan hissədə - 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzinin Cavabdeh1 tutularaq iddiaçı banka ödənilməsi, ödəmənin ipotekaya qoyulmuş Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62.8 kv.m yaşayış, 85.5 kv.m köməkçi sahədən ibarət 15 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracda satılması, fərdi yaşayış evinin satışından əldə olunmuş pul vəsaitindən borcun tutulması, satışdan əldə olunmuş pul vəsaitinin qalan (tələbdən artıq məbləğ) hissəsinin Cavabdeh1 verilməsi hissəsində dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun 15 manatının cavabdehin özünə aid edilməsi, 5 manatının isə iddiaçıdan tutularaq ona ödənilməsi, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının dəyəri olan 145 manat pulun iddiaçı “xxxx” QSC BOKTdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməsi qət edilmişdir. İddiaçı “xxxx” QSC BOKT tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 17 noyabr 2020-ci il tarixli, 2(102)4497/2020 saylı qərarı ilə iddiaçı “xxxx” QSC BOKT-un kasasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli qətnaməsinin ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62.8 kv.m yaşayış, 85.5 kv.m köməkçi sahədən ibarət 15 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 166 000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. Göründüyü kimi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli qətnaməsinin ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62.8 kv.m yaşayış, 85.5 kv.m köməkçi sahədən ibarət 15 saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 166 000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilmiş, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmış və qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsini yalnız ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62.8 kv.m yaşayış, 85.5 kv.m köməkçi sahədən ibarət 15 saylı fərdi yaşayış evinin dəyəri hissəsində müzakirə edir. İş materiallarında olan «xxxx» ASC-nin «Nizami» filialı ilə Cavabdeh1 arasında bağlanmış 19.06.2008-ci il tarixli, 635/01 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana 12 (on iki) ay müddətinə qaytarmaq şərtilə illik 19 (on doqquz) faiz ödənilməklə 100.000 (yüz min) manat məbləğində kredit vermişdir. İş materiallarında olan 20.06.2008-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 “xxxx” ASC-dən 100 000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX hüquqların X2 DƏDRXnin MH ******* saylı çıxarışından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62.8 kv.m yaşayış, 85.5 kv.m köməkçi sahədən ibarət 15 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 11 nömrəli reyestr kitabının 28 nömrəli vərəqində 17.06.2008-ci il tarixdə qeydiyyata alınmışdır. İşdə olan «xxxx» ASC-nin «Nizami» filialı ilə Cavabdeh1 arasında bağlanmış 19.06.2008-ci il tarixli, 635/01 saylı ipoteka müqaviləsindən görünür ki, 19.06.2008-ci il tarixli, 635/01 saylı kredit müqaviləsinin təminatı kimi tərəflər Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62.8 kv.m yaşayış, 85.5 kv.m köməkçi sahədən ibarət 15 saylı fərdi yaşayış evinin bank qarşısında ipotekaya qoyulması barədə razılığa gəlmişlər İşdə olan 06.12.2011-ci il tarixli bildirişdən görünür ki, cavabdeh ipoteka predmetinə tutma yönəldilməsi barədə xəbərdar olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinin 07.01.2012-ci il tarixli məktubundan görünür ki, ipoteka predmetinə tutma yönəldilməsi barədə bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrdən verilmiş MH Seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62.8 kv.m yaşayış, 85.5 kv.m köməkçi sahədən ibarət 15 saylı fərdi yaşayış evi 25.06.2008-ci il tarixdən “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertiza Mərkəzinin 01 may 2015-ci il tarixli, 6142 saylı rəyindən görünür ki, Cavabdeh1 04.11.2013-cü il tarixə əsas və faiz borcunun bank tərəfindən düzgün hesablanması, əsas borcun 18100.00 manat, faiz borcunun 15723.00 manat, cəmi 33823.00 manat məbləğində olması müəyyən edilmişdir. Mülki iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 25.09.2019-cu il tarixli, 28524 saylı rəyindən görünür ki, Cavabdeh1 20.06.2009-cu ilədək iddiaçı banka 45000 manat ödəniş etmiş, 20.06.2009-cu il tarixə əsas borcu 66101,49 manat, faiz borcu 2803,11 manat, cəmi 68904,71 manat olduğu müəyyən olunmuş, 20.06.2009-cu ildən sonra isə, 54908,78 manat əsas, 2803,28 manat fazi borcuna olmaqla, cəmi 57712 manat ödəniş etmişdir. Qalıq borcu 11192,71 manatdır, faiz borcu yoxdur. Mülki işə əlavə edilmiş 11.01.2018-ci il tarixli, S-FK-1094 saylı aktdan görünür ki, 19.06.2008-ci il tarixli, 635/01 saylı kredit müqaviləsi üzrə tələb hüququ xxxxQSC BOKTa güzəşt edilmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli, 2(102)4497/2020 saylı qərarındakı göstərişləri nəzərə alaraq hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 29 iyul 2015-ci il tarixli qətnaməsinə dəyişiklik edilməli, ipoteka predmeti Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində, 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 62.8 kv.m yaşayış, 85.5 kv.m köməkçi sahədən ibarət 15 saylı fərdi yaşayış evinin likvid dəyəri 100000 manat müəyyən edlməlidir. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması qənaətinə gəlsə də, ipotreka predmetinin satış qiymətini müəyyən etməmişdir. . İş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, tərəflər ipoteka predmetini 166 000 manat qiymətləndirmişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 13 yanvar 2020-ci il tarixli, 47/2020 saylı qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsinə əsasən 166 000 manat müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 13 yanvar 2020-ci il tarixli, 47/2020 saylı qətnaməsi ilə ipoteka predmetinin ilkin satış qiyməti 166 000 manat müəyyən edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 17 noyabr 2020-ci il tarixli, 2(102)4497/2020 saylı qərarı ilə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız ipoteka predmetinin likvid dəyərinin müəyyən edilməsi əsası ilə ipoteka predmetinin ilkin satış dəyərinin müəyyən edilməsi hissəsində ləğv edilərək yenidən apelyasiya baxışına qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli, 01 saylı qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin Qanunun 1.0.9-cu maddəsindən göründüyü kimi, sözügedən normada ipoteka predmetinin ilkin satış qiymətinin anlayışı aydın şəkildə həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi kimi verilmişdir. Məhkəmə kollegiyasının 16.03.2021-ci il tarixli, 2(105)1167/2021 saylı qərardadı ilə ipoteka predmeti olan əmlakın likvid dəyərinin müəyyən edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş “B+Ş AUDİT” Konsaltinq MMC-nin 26.04.2021-ci il tarixli, A-01/32 saylı qiymətləndirmə hesabatından görünür ki, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində yerləşən torpaq sahəsi 0,10 ha torpaq sahəsinin orta bazar dəyəri 115000 manat, likvid dəyər 100000 (yüz min) manat təşkil edir. Buna görə də məhkəmə kollegiyası ekspert rəyinə əsaslanaraq, belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsini qətnaməsində dəyişiklik edilərək ipoteka predmetinin likvid dəyəri ekspert rəyinə uyğun 100000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 29 iyul 2015-ci il tarixli qətnaməsinə dəyişiklik edilməli, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində yerləşən torpaq sahəsi 0,10 ha torpaq sahəsinin likvid dəyər 100000 (yüz min) manat müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 3.84.0.3, 393, 402, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 29 iyul 2015-ci il tarixli qətnaməsinə dəyişiklik edilərək Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, E.Hüseynov küçəsində yerləşən torpaq sahəsi 0,10 ha torpaq sahəsinin likvid dəyər 100000 (yüz min) manat müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1167/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1167/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver