Məhkəmə qərarları › İş №2(105)-1168/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1168/2024

27.06.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1168/2024 27.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri X1 (məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh1 qarşı istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2413/2011 nömrəli qərardadından İbrahimov Teymur Xanoğlan oğlu tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı uşağı ilə birlikdə Sumqayıt şəhəri 42-ci məhəllə, 11 saylı yataqxananın 72 saylı otağına istifadə hüquqlarının tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(060)-2413/2011 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ünvan 1 yataqxananın 72 saylı ünvanında yerləşən otağa istifadə hüququnun tanınması qət edilmişdir. İbrahimov Teymur Xanoğlan oğlu məhkəməyə ərizə ilə müraciət edərək, göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2011-ci il tarixli 2(060)-2413/2011 saylı qətnaməsi onun maraqlarına toxunduğu üçün həmin qətnamədən 08 aprel 2024-cü il tarixdə apellyasiya şikayəti və ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri 42-ci məhəllə, 11 saylı yataqxananın 72 saylı otağının sahibi kimi cavabdeh qismində o cəlb edilməli idi. Lakin məhkəmə bunu etməmiş və qətnamə qəbul etmişdir. Qətnamədən şikayət vermə müddətinin ötürülməsini üzürlü hesab edərək ötürülmüş müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2413/2011 nömrəli qərardadı ilə İbrahimov Teymur Xanoğlan oğlu tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2011-ci il tarixli 2(060)-2413/2011 saylı qətnaməsi üzrə maraqlarına toxunan şəxs kimi cəlb edilməsi və buraxılmış müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi və apellyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. İbrahimov Teymur Xanoğlan oğlu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-2413/2011 saylı qərardadından narazı qalaraq, onun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İbrahimov Teymur Xanoğlan oğlu şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Həmin qəraradad əsassız olduğundan ləğv olunmalıdır. Belə ki, məhkəmə işi araşdırmamış, nəticədə səhv qərardad qəbul etmişdir. O, 2003-cü ildə anasının mülkiyyətində olan nə 7-8-12-ci məhəllə 1A saylı evin 10 saylı mənzildə nə də İnşaatçılar qəsəbəsi 16/39 saylı evin 16-da heç vaxt yaşamamışdır. Ailəli olandan kirayədə qalmışdır. Bütün bu halları İddiaçı məhkəməyə verdiyi qarşılıqlı iddiasında özü də təsdiq etmişdir. Məhkəmə bu işi diqqətlə araşdırsa idı xx.xx.2024-cü il tarixli arayışın saxta olmasına aydınlıq gətirərdi. Bundan başqa guya ki, işdə olan orderdə onun adının qeyd edilməməsi isə tamamilə absuddur. O, 2022-ci ildən həmin otaqda qeydiyyatdayadır və orderdə adı var. Məhkəməyə işə baxılarkən orderin surətini və Sumqayıt şəhər Polis İdarəsinin xx.xx.2024-cü il tarixli arayışını şəxsən təqdim etmişdir. Necə ola bilər ki, həmin otaqda 2002-ci ildən qeydiyyatda ola-ola İddiaçı otağa hüququnun tanınması haqqında məhkəməyə qətnaməsinin qəbul olunmasından 2 ay 10 gün sonra xx.xx.2011-ci il tarixindən qeydiyyata düşmüşdür? Bu məsələyə məhkəmədə heç bir aydınlıq gətirilməmişdir. Ona görə də qərardad əsassız olduğundan ləğv edilməli, müddət bərpa olunub iş apellyasiya məhkəməsinə göndərilməlidir. O, Zəngilan rayonundan olan İddiaçı otağına qeydiyyata alınmasına ərizə və razılıq verməmişdir. Onun otağına qeydiyyata alınması və köçürülməsinə əsas verən sənədlərin olması qeyrimümkündür. Həmin otaq onun özünə məxsusdur və İddiaçı onun mənzilində formal qeydiyyata alınmışdır və yaşamır. Hazırda valideynləri ilə birlikdə yaşayır. Dəfələrlə otağın boşaldılması və otaqdan çıxmasını tələb etsə də, o bunu etməmiş, onu tutduracağı ilə hədələmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2413/2011 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı şikayətə yazılı etiraz ünvanlayaraq birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı şikayətə etirazını onunla əsaslandırmışdır ki, şikayət əsassızdır və ona görə də təmin edilməməlidir. Belə ki, Teymur İbrahimovun şikayətinin birinci dəlili odur ki, xx.xx.2003-cü ildən anasının mülkiyyətində olan Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə 1A evin 10 saylı və 2014-cü ildən isə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi. 16/39 saylı evin 16 saylı mənzilində yaşamamasıdır. Hesab edir ki, məhkəmə bu işi araşdırmamış, nəticədə səhv qərardad qəbul etmişdir. Lakin şikayətində məhkəmənin bu məsələni necə araşdırılması göstərməmiş, ona həmin mənzillərdə yaşamamasmı təsdiq edən heç bir sübut əlavə etməmişdir. Mülki iş materiallarında olan orderin surətindən görünür ki, mübahisələndirilən otaq Sumqayıt Kimya Sənayesi İstehsal Birliyinnin Mənzil kommunal İdarəsi tərəfindən xidməti yaşayış sahəsi kimi 05.11,1997-ci il tarixdə həmin idarədə sürücü işləyən Teymur İbrahimovun atası İbrahimov Xanoğlan Məhərrəm oğluna işlədiyi dövr üçün verilmişdir. Teymur İbrahimovun anası Cavabdeh1 Qulu qızı xx.xx.2003-cü il tarixdə Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə 1A saylı evin iki otaqlı 10 saylı mənzili üzərində xüsusi mülkiyyət hüququ əldə etdikdən sonra Teymur İbrahimovun özü və orderdə adları göstərilən digər ailə üzvləri atası, anası, qardaşı Cavabdeh2, bacısı Elmira İbrahimova 2003-cü ildə yataqxanadakı otağı tərk edərək həmin mənzilə köçmüşdür. Bir müddət sonra xx.xx.2003-cü il tarixdə Teymur İbrahimov ailə qurmuş, valideynləri, qardaşı və bacısı ilə iki otaqlı mənzildə yaşamaq mümkün olmadığı üçün köçüb Bakı şəhərində xalasıgildə yaşamışdır. xx.xx.2005-ci il tarixdə atası İbrahimov Xanoğlan Məhərrəm oğlu vəfat etmişdir. xx.xx.2007-ci il tarixdə onun Teymur İbrahimovun qardaşı Cavabdeh2la toyu olmuş, həmin gün 7-8-12-ci məhəllə, 1A evin 10 saylı mənzilinə gəlin köçmüşdür. Az bir müddət, bir neçə ay həmin mənzildə yaşadıqdan sonra Avtandil və anasının məsləhəti ilə onlar Teymurun Bakı şəhərində yaşayan xalasının evinə, Teymur isə ailəsi ilə birlikdə xalası evindən Sumqayıt şəhərinə anasının evinə köçmüşdür. Sonra yenə də onların məsləhəti, razılığı və atasının maddi köməyi ilə 2008-ci ilin may ayında, Teymurun mübahisələndirdiyi yataqxanadakı otağı yüngülvari (divar kağızın yenilənməsi) təmir edib keçmiş əri Avtandillə yaşamaq üçün həmin otağa köçmüş, valideynlərinin ona hədiyyə etdiyi cehiz əşyaları həmin otaqda yerləşdirilmişdir. 2008-ci ilin iyun ayının 05-də Xanoğlan adlı övladları anadan olmuşdur. 2008-ci ilin noyabr ayında ailə münasibətləri pozulduğuna görə Avtandil evdən çıxıb getmişdir. Sumqayıt şəhər məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(060)- 799/2010 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. O oğlu Xanoğlanla həmin vaxtdan bu günə kimi yataqxanadakı otaqda yaşayırıq. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-cu il tarixli 2(060)-2413/2011 saylı qətnaməsi ilə Sumqayıt şəhəri, 42-ci məhəllə 11 sayı Yataqxananın 72 ünvanda yerləşən otağa istifadə hüquqları tanınmış və həmin otağa yaşayış yeri üzrə qeydiyyata alınmışdır. 2015-ci ilin yayında özü yaşadığı otağı kosmetik təmir etdirmiş, işıq, su, kanalizasiya xətlərini dəyişmiş və taxtadan olan qapısını dəyişib dəmir qapı qoydurmuşdur. Teymur İbrahimovun anası Cavabdeh1 (İbrahimova) 2014-cü ildə mənzili satılmış, elə həmin ildə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 16/39 saylı evin 16 nömrəli mənzili alınmışdır. Teymur İbrahimov 2008-ci ildən 2014-cü ilə qədər anası ilə birlikdə 7-8-12-ci məhəllə 1A evin 10 saylı mənzilində yaşamış, 2014-cü ildən bu günə kimi isə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 16/39 saylı evin 16 nömrəli mənzilində yaşayır. Quliyeva (İbrahimova) Adilə Qulu qızının xx.xx.2003-cü il tarixdə Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə 1A evin 10 saylı və xx.xx.2014-cü il tarixdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 16/39 saylı evin 16 saylı mənzili üzərində tam mülkiyyət hüququnun qeydiyyata alınması “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinin 16 fevral 2024-cü il tarixli, 3-21-3-31/2-564/2024 nömrəli məktubu, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə 1A evin 10 saylı mənzilin qeydiyyat vəsiqəsi təsdiq edir. Teymur İbrahimovun 2008-ci ildən 2014- cü ildə mənzil satıldığı günə qədər Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə 1A evin 10 saylı mənzilində yaşaması Sumqayıt şəhər İcra Hakimiyyətinin MKTİB- nin 4 saylı Mənzil Kommunal Sahəsinin (qonşuların aktına əsasən) 137 nömrəli 10 fevral 2024-cü il tarixli arayışı təsdiq edir. Hal hazırda Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 16/39 saylı evin 16 saylı mənzilinda yaşadığını isə İddiaçı Sumqayıt şəhəri, 42-ci məhəllə Yataqxana 11 otaq 72-dəıı çıxarılması, özünün isə həmin otağa köçürülməsi barədə iddia ərizəsində göstərmişdir. Teymur İbrahimovun şikayətinin ikinci dəlili yataqxanadakı otaqda qeydiyyatda və orderdə adının olmasıdır. xx.xx.1982-ci ildən xx.xx.2009-cu ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsindən görünür ki, vətəndaşa verilən order dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Mülki iş materiallarında olan, 8 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş 1792 nömrəli 19 mart 2011-ci il tarixli Forma 2 arayışında daimi qeydiyyatda olan şəxslər kimi Cavabdeh1 və oğlu Cavabdeh2 göstərilmişdir. Orderdə Cavabdeh1ıı atasmm adı yazılmamışdır. Məhkəmənin sorğusuna əsasən hazırlanmış 2753 nömrəli 21 iyul 2011ci il tarixli arayışda isə şifahi məlumata əsasən adma order verilmiş İbrahimov Xanoğlan Məhərrəm oğlunun vəfat etməsi, ailə üzvlərinin hal-hazırda qeydiyyatda olub-olmaması barədə məlumat olmaması, otaqda yalnız Cavabdeh2 həyat yoldaşı İddiaçı azyaşlı övladı İbrahimov Xanoğlan Avtandil oğlu ilə birgə yaşadığı göstərilmişdir. Arayışların bu məzmunda verilməsi ailənin bütün üzvlərinin şəxsiyyətlərini təsdiq edən sənədləri, 2003cü ildə Cavabdeh1 adma alınmış mənzilin qeydiyyat vəsiqəsini 8 saylı Mənzil Kommunal Sahəsinə təqdim etmədiklərini və 7-8-12 -ci məhəllə, 1A saylı evin 10 saylı mənzilində qeydiyyatda olmaları barədə məlumat vermədiklərini təsdiq edir. Bu səbəbdən Forma 2 arayışda və daha sonra qətnamədə Cavabdeh1 atasının adı Qulu olduğu halda səhvən Əbil yazılmışdır. Göründüyü kimi Teymur İbrahimov və ailənin digər üzvləri qətnamənin qəbul edildiyi xx.xx.2011-ci il tarixədək və bundan sonra da bu günədək mübahisələndirilən otaqda yaşamamış, xüsusi mülkiyyətlərində mənzil olduğu üçün yataqxana ilə əlaqələrini kəsmişlər. Yalnız qeydiyyatda olma isə yataqxanadakı otaqdan istifadə etmək üçün əsas vermir. Teymur İbrahimovun mübahisələndirdiyi qətnamənin onun hüquqlarını pozubpozmadığı məsələsinin düzgün həlli üçün 1982-ci ildən 2009-cu ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsindən görünür ki, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlarda Teymur İbrahimovun qeydiyyat tarixləri barədə fərqli tarixlər göstərilməsi ilə bağlı (şəxsiyyət vəsiqəsində xx.xx.2011 -ci il göstərilmiş) bildirir ki, mübahisəlndirilən otaq xidməti yaşayış sahəsi olduğuna və öncə qeyd etdiyi kimi bu ailə könüllü olaraq yataqxananı tərk edərək alqıqları yeni mənzilə köçdüyünə görə və Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən Teymur İbrahimovun 2002-ci yaxud 2011-ci ildən yataqxanaya qeydiyyatının olmasının mübahisələndirdiyi otaqdan istifadə etmək hüququna əsas vermir. Teymur İbrahimovun şikayətinin üçüncü dəlili yataqxanadakı otağın ona məxsus olması, İddiaçı qeydiyyata alınmasına ərizə ilə razılıq verməməsi, otağa qeydiyyata alınmasına və köçürülməsini əsas verən sənədlərin olmasının qeyri-mümkünlüyü, onun qeydiyyatının formal olması və otaqda yaşamamasıdır. Yataqxanadakı otağa orderin 1997-ci ildə verilməsini nəzərə alaraq, həmin dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 6-cı maddəsindən görünür ki, yaşayış evlərinin və yaşayış sahələrinin təyinatı vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri və yataqxanalar kimi istifadə olunmaq üçündür. Həmin Məcəllənin 106-cı maddəsinin birinnci hissəsindən göstərilir ki, fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Bu maddələrin tələbindən görünür ki, vətəndaşlar yalnız işlədiyi dövrdə yataqxanlardan istifadə etməsi mümkündür. Əmək münasibətlərini kəsdikdən sonra həmin otaqlar müəssisədə işləyən başqa vətəndaşlara verilir. Öncə bildirdiyim kimi İbrahimov Xanoğlan Məhərrəm oğluna yataqxanadakı otaq işlədiyi dövr üçün verilmişdir. 2005-ci ildə o, vəfat etmiş, nə ondan əvvəl, nə də ondan sonra Teymur İbrahimov ixtiyarında yataqxana olan Sumqayıt Kimya Sənayesi İstehsal Birliyində işləməmiş, mübahisələndirdiyi otaqda yaşaması üçün ona order verilməmişdir. Göründüyü kimi yataqxanadakı otaq üzərində Teymur İbrahimovun mülkiyyət, icarə hüquqları yoxdur və istifadəsinə də verilməmişdir. Onun 28 sentyabr 2011-ci il tarixdə verilmiş AZE seriyalı 09296795 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respiublikası Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı otağa hüquqlarının tanınması haqqında qətnamənin qəbul edilməsindən 2 ay 10 gün sonra, 06 oktyabr 2011-ci il tarixdə, məhkəmə qətnaməsindən məlumatı olan kimi qərəzli olaraq, otaqda yaşamadığı və digər ailə üzvlərinin Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 1A saylı evin 10 saylı mənzilində qeydiyyatda olduğu halda, 8 saylı MKS-dən otaqda yaşamasını təsdiq edən Forma 2 arayışı almadan, otağın ona məxsus olması görüntüsü yaratmaq və onu ələ keçirmək məqsədilə mübahisələndirdiyi otağa qanunsuz olaraq pasport qeydiyyatına alınmışdır. 2003-cü ildən 21 ildir yaşamadığı yataqxanadakı otağa qeydiyyatı fonnal xarakter daşıyır. 2014-cü ildə anasının adma olan evin satışından əldə edilən vəsaitin üzərinə əlavə pul qoyaraq hazırda anası ilə yaşadığı evi onun adma almış və otağa qanunsuz hüquq əldə etmək üçün mənzilə qeydiyyata düşməmişdir. Həmin mənzil onun özünə məxsus və ailəsinin daimi yaşayış yeridir. Göstərdiyi səbəblərə görə mübahisələndirdiyi qətnamə onun hüquqlarını pozmur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 5.1,-ci maddəsinə əsasən Yaşayış yeri iizrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata almır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında'’ Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə ”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi iiçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Göründüyü kimi Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən sənədlər vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən tələb olunur. Bu isə Teymur İbrahimovun həmin normanın mahiyyətinui və məzmununu düzgün təsəvvür etmədiyini göstərir. İddiaçı yataqxanadakı otaqdan istifadə etmək hüququ məhkəmənin qətnaməsinə əsasən əldə etmiş və yalnız bundan sonra həmin otağa qeydiyyata alınmışam. Buna görə iddiaçının ərizəsində qeyd etdiyi “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında“ Qanunun göstərişləri əsassız yaratdığı mübahisəyə tətbiq edilə bilməz. Teymur İbrahimovun şikayətində onun yataqxanadakı otaqda yaşamasını göstərməsi həqiqətə uyğun deyildir. Onun oğlu ilə həmin otaqda yaşadığını qonşuları tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixi akt təsdiq edir. Göründüyü kimi Teymur İbrahimovun mübahisələndirdiyi qətnamə onun hüquqlarım pozmur, bu səbəbdən o, qətnamədən apellyasiya şikayəti vermək hüququ olmayan şəxsdir. Birinci instansiya məhkəməsi haqlı olaraq Teymur İbrahimovun Sumqayıt şəhər məhkəməsinin 2(060)- 2413/2011 saylı 26 iyul 2011- ci il tarixli qətnaməsi üzrə maraqlarına toxunan şəxs kimi işə cəlb edilməsi və buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsini təmin etməmiş və apellyasiya şikayətini özünə geri qaytarmışdır. Ona görə Teymur İbrahimovun şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin 2(060)-2413/2011 saylı xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması barədə qərardad qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)- 2413/2011 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Teymur İbrahimovun anası Cavabdeh1 (İbrahimova) 2014-cü ildə mənzili satılmış, elə həmin ildə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 16/39 saylı evin 16 nömrəli mənzili alınmışdır. T.İbrahimov 2008-ci ildən 2014-cü ilə qədər anası ilə birlikdə 7-8-12-ci məhəllə 1A saylı evin 10 saylı mənzilində yaşamış, 2014-cü ildən bu günə kimi isə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 16/39 saylı evin 16 nömrəli mənzilində yaşayır. Quliyeva (İbrahimova) Adilə Qulu qızının xx.xx.2003-cü il tarixdə Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə 1A saylı evin 10 saylı və xx.xx.2014-cü il tarixdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 16/39 saylı evin 16 saylı mənzili üzərində tam mülkiyyət hüququnun qeydiyyata alınması “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi idarəsinin 16 fevral 2024-cü il tarixli, 3-21-3-31/2-564/2024 nömrəli məktubu, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə 1A saylı evin 10 saylı mənzilin qeydiyyat vəsiqəsi təsdiq edir. T.İbrahimovun 2008-ci ildən 2014-cü ildə mənzil satıldığı günə qədər Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə 1A saylı evin 10 saylı mənzilində yaşaması Sumqayıt şəhər İcra Hakimiyyətinin MKTİB-nin 4 saylı Mənzil Kommunal Sahəsinin (qonşuların aktına əsasən) 137 nömrəli 10 fevral 2024-cü il tarixli arayışı təsdiq edir. Məhkəmə onu da qeyd etmişdir ki, işdə olan orderdə T.İbrahimovun adı qeyd edilməmişdir, odur ki, məhkəmə onun həmin otağın sahibi olması barədə dəlilini qəbul etmir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, yataqxanadakı otaq üzərində Teymur İbrahimovun mülkiyyət, icarə hüquqları yoxdur və istifadəsinə də verilməmişdir. Həmçinin, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışdan görünür ki, İbrahimov Teymur Xanoğlan oğlu İddiaçı otağa hüquqlarının tanınması haqqında qətnamənin qəbul edilməsindən 2 ay 10 gün sonra, 06 oktyabr 2011-ci il tarixdə qeyd olunan ünvanda qeydiyyata alınmışdır. Odur ki, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş və artıq icra olunmuş Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(060)-2413/2011 nömrəli qətnaməsi ilə İbrahimov Teymur Xanoğlan oğlunun hüquq və vəzifələrinə toxunması halları müəyyən edilmir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin, şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada, məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyil və qanunla müəyyən edilmiş prosessual şərtlər mövcud olduqda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, hesab edir ki, qeyd olunan qətnamənin İbrahimov Teymur Xanoğlan oğlunun hüquq və vəzifələrinə toxunması halları müəyyən edilmədiyindən, şikayət təmin oluna bilməz. Azərbaycan Respublikasının MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikasının MPM-nin 357.2-ci maddəsinə əsasən həmin hüquqa, işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir. Prokuror bu Məcəllənin 50-ci və 306-cı maddələrində göstərilən hallarda məhkəmə baxışında iddiaçı və ya ərizəçi olarsa, məhkəmə aktlarından protest verə bilər. Azərbaycan Respublikasının MPM-nin 361.1, 361.1.4, 361.1.5-ci maddələrinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar. Həmin Məcəllənin 363.1, 363.1.1-1-ci maddələrinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İbrahimov Teymur Xanoğlan oğlu tərəfindən verilmiş Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2011-ci il tarixli 2(060)-2413/2011 saylı qətnaməsi üzrə maraqlarına toxunan şəxs kimi cəlb edilməsi və buraxılmış müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi və apellyasiya şikayəti geri qaytarılmas barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının MPM-in 402.2-ci maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında, kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında, kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə, iş üzrə icraata xitam verilməsi barədə, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi, qanunverici kassasiya şikayətinin verilməsi nəzərdə tutulan qərardadların dairəsini konkret olaraq müəyyən etmişdir və hazırkı baxılan məsələ üzrə çıxarılmış qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 395-396, 398, 400-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2413/2011 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar