Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1172/2021 09.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Fikrət qızı Tağızadə və Lətifə Məhyəddin qızı Məmmədovadan ibarət tərkibdə, məhkəmə katibi X1 iştirakı ilə Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(026)-1205/2016 saylı qərardadından Cavabdeh verdiyi şikayət üzrə işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(026)-1205/2016 saylı qərardadı ilə (hakim M.Q.Quliyev) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(026)-1205/2016 saylı qətnaməsindən Cavabdeh apelyasiya şikayətinin verilməsi müdətinin bərpa edilməsinə dair ərizə təmin edilmədiyindən geri qaytarılmışdır. Cavabdeh şikayət verib, Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(026)- 1205/2016 saylı qərardadının ləğv edilməsini və müddətin bərpa edilməsinə dair ərizənin təmin olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(026)-1205/2016 saylı qərardadı ilə şikayət təmin edilməyərək işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ: Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(026)-1205/2016 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində əsas və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə həmin qətnamədən apelyasiya şikayəti və apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpa edilməsi barədə ərizə vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ V Ə PROSES İŞTİRAKÇİLARİNİN İZAHAT İ: Cavabdeh verdiyi şikayəti onunla əsaslandırmışdır ki, Qobustan Rayon Məhkəməsi xx xxxxxx 2020-ci il tarixli qərardadı qəbul edərkən prosessual hüquq normalarının tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(026)-1205/2016 saylı qətnaməsinin surətini ona rəsmi qaydada təqdim edilməmişdir. Buna baxmayaraq birinci instansiya məhkəməsi Qobustan rayon İcra və probasiya şöbəsinin xx xxxxxx 2017-ci il tarixli bildirişinə istinad edərək hesab etmişdir ki, onun qeyd olunan qətnamədən məlumatı olmuşdur. Halbuki məhkəmənin bu nəticəyə gəlinməsi əsaslı deyil, onun sözügedən qətnamədən məlumatı olmamışdır. Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qətnaməsinin surəti müraciəti əsasında xx xxxxxx 2020-ci il tarixdə rəsmi qaydada ona təqdim edilmiş və apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş bir aylıq müddəti ötürmədən xx xxxxxx 2020-ci il tarixdə apelyasiya şikayəti vermişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilib, apelyasiya şikayətinin icraata qəbul edilərək mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, mülki işin materialları ilə müəyyən olur ki, xx xxxxxx 2016-cı il tarixdə Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(026)-1205/2016 saylı qətnaməsinin surəti Cavabdeh yaşadığı ünvan Qobustan şəhəri göstərilməklə göndərilmiş, lakin məhkəmə zərfi ünvançı “bu ünvanda yaşamır” qeydi ilə geri qaytarılmışdır. Bundan əlavə birinci instansiya məhkəməsi tərəfindən sözügedən qətnamənin rəsmi qaydada Cavabdeh təqdim edilməsi üçün heç bir tədbir görülməmiş və bu barədə iş materiallarında heç bir rəsmi sənəd (göndəriş məktubu və ya qəbz) mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxslərə birinci instansiya məhkəməsinin, apelyasiya və kassasiya məhkəmələrinin aktlarını rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə qanunverici heç bir istisna hal müəyyən etmədən iş üzrə məhkəmə aktlarının surətlərinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməsini mühüm şərt kimi müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 135.1-ci maddəsinə görə bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qanunverici qətnamədən şikayət verilməsi ilə bağlı 1 aylıq müddətin axımının, qətnamənin surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən başlanılmasını müəyyən etmişdir. “Q.Hüseynovun şikayəti üzrə məhkəməyə müraciət hüququnun pozulmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası MPM-nin 128-ci maddəsinə əsasən prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. X2 Məhkəməsi “Sovtransavto Holdinq”in Ukraynaya qarşı şikayəti üzrə xx.xx.2002-ci il tarixli qərarında şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunmasını “artıq formalizm” kimi qiymətləndirmişdir. Həmin qərarda qeyd edilmişdir ki, şikayətin qanunda nəzərdə tutulmuş müəyyən formallıqlara riayət edilmədiyinə görə qəbul edilməsindən imtina olunması ərizəçinin daxili müdafiə vasitələrini tükətməyə xidmət edir, Qanunda nəzərdə tutulmuş müəyyən formallıqlar avtomatik tətbiq olunmamalı, mütləq xarakter daşımamalıdır və hər bir konkret işdə onun halları nəzərə alınmalıdır. İş materiallarından müəyyən edilir ki, Cavabdeh müraciəti əsasında Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(026)-1205/2016 saylı qətnaməsinin surəti xx xxxxxx 2020-ci il tarixdə sonuncuya qəbzə imza edilməklə təqdim edilmiş və bundan sonra onun tərəfindən verilmiş apelyasiya şikayəti xx xxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-cı maddəsinin İİ bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən cavabdeh A.B.Xəlillinin verdiyi şikayətin dəlilləri ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qətnamədən apelyasiya şikayətinin qanunla müəyyən edilmiş müddət ərzində verilməsi halı ilə bağlı prosessual hüquq normalarına düzgün istinad etməmişdir. Azərbaycan Respublikası MPM-nin 398.0.3-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qanuni və əsaslı olduğu üçün təmin edilməli, birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(026)-1205/2016 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə xx xxxxxx 2021-ci il tarixli, 2(026)-1205/2016 saylı qərardadı ləğv edilməli, Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(026)-1205/2016 saylı qətnaməsindən Cavabdeh verdiyi apelyasiya şikayəti üzrə müddət ötürülməmiş hesab edilməlidir. Həmin Məcəllənin 402-ci maddəsinin tələbinə əsasən hazırkı iş üzrə qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 398-400 və 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh verdiyi şikayət təmin edilsin. Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(026)-1205/2016 saylı qərardadı və şikayətin təmin edilməyib baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə məhkəmənin xx xxxxxx 2021-ci il tarixli, 2(026)-1205/2016 saylı qərardadı ləğv edilsin. Qobustan Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(026)-1205/2016 saylı qətnaməsindən Cavabdeh apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmiş hesab edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-1172/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1172/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver