Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1175/2021 04.02.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Telman Osman oğlu Quliyev (sədrlik edən və məruzəçi hakim), Gülnarə Fikrət qızı Tağızadə və X1 ibarət tərkibdə, məhkəmə katibi X2, iddiaçı “xxxx” X4 Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3967/2020 saylı qətnaməsindən iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin nümayəndəsi Z.M.Osmanovun verdiyi apelyasiya şikayətinin mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: “xxxx” KB ASC ərizə ilə məhkəməyə müraciət edib, Cavabdeh “xxxx” ASC-nin xeyrinə 2152 (iki min yüz əlli iki) ABŞ dolları 08 (səkkiz) sent əsas, 86 (səksən altı) ABŞ dolları 27 (iyirmi yeddi) sent faiz, 20 (iyirmi) ABŞ dolları 34 (otuz dörd) sent cərimə, cəmi 2258 (iki min iki yüz əlli səkkiz) ABŞ dolları 69 (altmış doqquz) sent məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat məbləğində vəsaitin tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3967/2020 saylı qətnaməsi ilə iddiaçı “xxxx” X4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin nümayəndəsi Z.M.Osmanov apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası daxil olmuş apelyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq və şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən işə hazırki vəziyyətdə apelyasiya qaydasında baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apelyasiyanın mümkünlüyünü yoxlayır. Bura işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Azərbaycan Respublikası MPM-nin 361.1.3-cü maddəsinə əsasən barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı şikayətin məzmununda göstərilməlidir. İddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin nümayəndəsi Z.M.Osmanov Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-3967/2020 qətnamənin ləğv edilməsinə yönəlmiş apelyasiya şikayətinin giriş, təsviri və nəticəvi hissəsində Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi xahiş edilir. Göründüyü kimi iddiaçının nümayəndəsinin vermiş olduğu apelyasiya şikayətində barəsində şikayət verilən qətnamənin çıxarılma tarixi səhv göstərilmişdir. Belə olan halda, həmin şikayətin icraata qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikası MPM-nin 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apelyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apelyasiya instansiyası məhkəməsinə göndərilir. Lakin birinci instansiya məhkəməsi tərəfindən şikayətin Azərbaycan Respublikası MPM-nin 361-ci maddəsinin tələblərinə uyğunluğu yoxlanılmamış və həmin tələblərə cavab verməyən şikayət işlə birlikdə apelyasiya instansiya məhkəməsinə göndərilmişdir ki, bununla da prosessual hüquq normasının tələbi pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə əsasən əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 363.4-cü maddəsinə əsasən göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada şikayət ilə müraciət edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 361, 363, 365 və 366.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” X4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin nümayəndəsi Z.M.Osmanovun verdiyi apelyasiya şikayəti qeyrimümkün hesab edilsin. Qərardadın təsviri hissəsində şərh olunan hallar aradan qaldırıldıqdan sonra, apelyasiya şikayəti vermiş tərəf yenidən məhkəməyə apelyasiya şikayəti ilə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən on gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Telman Quliyev Hakimlər: Gülnarə Tağızadə Lətifə Məmmədova
Məhkəmə qərarları › İş №2(105)-1175/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1175/2021
04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver