Məhkəmə qərarları › İş №2(105)-1177/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1177/2020

09.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1177/2020 09.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), X14 və X9 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Vüsalə Yadigar qızının katibliyi, X1 nümayəndəsi X11, Cavabdeh iştirakı ilə, X1 Cavabdeh qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-1223/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1223/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim H.Əhmədov) Qətnamədən iddiaçı X6 apelyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 2(012)-1223/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddiasının təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)- 3029/2019 saylı qətnaməsilə apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-1223/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçı kassasiya şikayəti vermiş, AR Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(102)-7988/2019 saylı qərarı ilə onun kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(105)-3029/2019 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İŞİN HALLARİ: X2 Zaur Şahmar oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında Abşeron rayon 1 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli, AN- İ saylı ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. X6 iddia ərizəsini onunla əsaslandırılmışdır ki, onun cavabdehlə 2014-cü il tarixdən ailəvi tanışlıqları yaranmış, 2017-ci ilin iyun ayında pula ehtiyac yarandığından Cavabdeh pul istəmişdir. O, etiraz etməmiş və pulun qarşılığında yeganə yaşayış sahəsi olan ünvan 1ində yerləşən evini alqı-satqı edəcəyini bildirmişdir. Bir neçə gün sonra, ailədə məsləhətləşmiş, evi 5000 manata görə alqı-satqı etmək fikrindən yayınmışlar. O, cavabdehə bildirmişdir ki, 5000 manata görə 40000 manatlıq evi təminat olaraq satmaq istəmir. Lakin cavabdeh hər-hansı problem olduğu halda, ev üçün əlavə olaraq 30.000 manat verməklə tam alacağını bildirmişdir. Bir neçə gün sonra, onlar bir daha görüşmüş və evi tam şəkildə satmaq istədiyini cavabdehə bildirmişdir. Bu zaman cavabdeh əlində tam şəkildə pulu olmadığını demiş və ilkin olaraq ona 5000 manat, 2018-ci ilin yanvar ayına kimi yerdə qalan 30.000 manat verəcəyini bildirmişdir. Bundan sonra, xx xxxx 2017-ci il tarixdə 1 saylı notariat kontorunda evi cavabdehlə alqı-satqı etmişlər. O, cavabdehə pulu tam şəkildə ödədikdən sonra evi boşaldacağını bildirmiş və Cavabdeh isə etiraz etməmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh dələduzdur və qalan pulu vermədən onu evdən çıxarmaq üçün məhkəmədə iddia qaldırmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməli, qeyd edilən alqı-satqı müqaviləsi etibarsız hesab olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə iddiaçı X6 apelyasiya şikayətini iddia ərizəsilə eyni qaydada əsaslandırmış, əlavə olaraq qeyd etmişdır ki, birinci instansiya məhkəməsi evin həqiqi dəyərini araşdırmadan, əmlaka yerində baxış keçirmədən 40.000 manat qiymətində olan evin nəyə görə 5000 manata satıldığını müəyyənləşdirmədən birmənalı olaraq cavabdehin mövqeyini müdafiə etmiş, birtərəfli mövqe sərgiləməklə əsaslı iddianı rədd etmişdir. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməsini, Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(012)-1223/2019 saylı qətnaməsinin ləğv edilməsini və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı X1 nümayəndəsi X15pelyasiya şikayəti ilə eyni məzmunlu izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etdi.İddiaçı eyni zamanda bildirdi ki, iddiaçının cavabdehə əslində 17000 manat borcu var. Bu borcu qaytarmağa hazırdılar, bir şərtlə ki, onun qudasına məxsus olan digər torpaq sahəsini də cavabdeh onlara qaytarmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdehapelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, iddiaçı tərəfdən artıq 6 ildir ki,verdiyi pulu ala bilmədiyini qeyd edərək, Abşeron Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(012)-1223/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdeh göstərdi ki, iddiaçı tərəfindən ona ümumilikdə 25000 manat ziyan vurulmuş, bu günədək həmin məbləğ geri qaytarılmamışdır. Verdiyi pulu iddiaçıdan tələb etməkdə israrlıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarına əlavə olunan xx xxxxxxxx 2016-cı il tarixli etibarnamədən görünür ki, X6 ƏMDK yanında DƏDRX-nın X18 tərəfindən xx.xx.2011-ci il tarixdə **********70 reyestr nömrəli çıxarışa əsasən ünvan 1ində yerləşən 0.015 ha torpaq sahəsi barədə sərəncam verməyi, tikinti işləri aparmağı, buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilən bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq və sair hərəkətləri etmək üçün 6 ay müddətinə, yəni xx.xx.2017-ci il tarixədək Cavabdeh etibarnamə vermişdir. İş materiallarında olan X6 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X3 rayonu, Masazır kəndində yerləşən ümumi sahəsi 0.015 ha olan torpaq sahəsini 5000 manata Cavabdeh satmışdır. İşə əlavə olunmuş xx.xx.2017-ci il tarixli, AN-İ 630074 saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi ilə bağlı notariat işinə əlavə edilmiş sənəddən görünür ki, X16 ərizə verərək, X5 məxsus olan ünvan 1i ünvanında yerləşən 0.015 ha torpaq sahəsinin satılmasına etiraz etməmişdir. Yenə iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-671/2018 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh X5 qarşı torpaq sahəsinin və tikilinin boşaldılmasına dair iddia tələbi təmin edilmiş, X4 Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0.015 ha torpaq sahəsindən və orada olan yardımçı tikilidən çıxarılması qət edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(105)-3025/2018 saylı qətnaməsinə əsasən X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-671/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yenə də iş materiallarında olan xx.xx.1985-ci il tarixli, İİİ JQ 437092 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X16 ilə X6 xx xxx 1985-ci ildə rəsmi nikaha daxil olmuşlar. İşdə olan Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(008)- 4843/2018 saylı qətnaməsinin surətindən görünür ki, X4 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə onu aldadaraq evini əlindən almaqla yerdə qalan 30000 manat pulunu mənimsəməsi və əlavə olaraq götürülmüş 3000 manat fayda, o cümlədən 2000 manat mənəvi zərəri nəzərə almaqla ümumi olaraq 35000 manatın cavabdehdən alınaraq ona verilməsi barədə iddiası təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-12513/2018 saylı qətnaməsinə əsasən iddiaçı X6 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yenə işdə olan cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın ləğv olunması və cinayət işi başlanması haqqında xx.xx.2016-cı il tarixli qərarın surətindən görünür ki, Abşeron rayon X12 şöbəsində toplanmış HK-1/723 saylı material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi barədə müstəntiqin xx.xx.2015-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmişdir. Toplanmış material üzrə Cavabdeh şikayəti əsasında X16 barəsində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işinin başlanılması qərara alınmışdır. İşə əlavə olunmuş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 1(101)-1088/2016 saylı hökmünün surətindən görünür ki, X16 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, həmin cəzaya şərti olaraq məhkum edilməklə üzərində 01 il sınaq müddəti müəyyən edilmişdir. İşdə olan “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli rəyindən görünür ki, X4 mülkiyyətində olan Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 0.015 ha torpaq sahəsinin xx.xx.2017-ci il tarixinə orta bazar dəyəri 21000-23000 manat təşkil etmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdırıb, AR MPM-in 420-ci maddəsinin tələblərinə uyğun Ali Məhkəmənin iş üzrə göstərişlərini nəzərə alıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasənapelyasiya şikayətitəmin edilməli,Abşeron Rayon Məhkəməsinin 2(012)-1223/2019 saylı, xx xxxxx 2019-cu il tarixli il tarixli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən iddiaçının mülkiyyətində olan 0,015 ha torpaq sahəsini ailə üzvlərinin razılığı ilə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 5.000 manata cavabdehə satmasına, alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlanmasına, həmin müqavilənin etibarsızlığı üçün əsasların müəyyən edilməməsinə istinad edib, hüquqi mövqeyini Mülki Məcəllənin 329.1, 337.1, 567-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Məhkəməningəldiyibunəticəiləaşağıdagöstərilənlərəəsasənrazılaşmaqolmaz. İş materiallarından görünür ki, İddiaçı xx xxxxxxxx 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş etibarnaməyə əsasən, xx xxxxxxx 2011-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında reyestrdən çıxarışa əsasən mülkiyyətində olan ünvan 1ində yerləşən 0, 015 ha torpaq sahəsi üzərində sərəncam verməyi, tikinti işləri aparmağı, buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği almağı və digər şərtləri müəyyən etməklə qanunla icazə verilən bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq və sair hərəkətləri etməyə dair 6 ay müddətinədək, yəni xx xxxx 2017-ci il tarixədək qüvvədə olmaqla Cavabdeh adına etibarnamə vermişdir. Eləcə də, Cavabdeh xx xxxx 2016-cı il və xx xxxxxxxx 2016-cı il tarixlərdə Abşeron rayon X12 Bölməsinə və Bakı Ağır Cinayətlər Məhkəməsinə notarial qaydada təsdiq edilmiş yazılı ərizələr verərək, Alim Rzayevin ona olan 20.000 manat borcunun və dəymiş maddi ziyanın qohumları tərəfindən tam məbləğdə ödənildiyini və onun barəsində heç bir şikayətinin, tələbinin olmayacağını bildirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə müəyyən olunur ki, Nəzirə Qurbanovanın əri Alim Rzayev 2014-cü ilin aprel ayının sonlarında Cavabdeh özünü Azərbaycan Respublikası MTN İstintaq İdarəsinin rəisinin yaxını kimi təqdim edib barəsində cinayət işi başlanmış və həbs qətimkan tədbiri seçilmiş sonuncunun dostu Tofiq Ələkbərovu cinayət məsuliyyətindən azad edəcəyini öhdəsinə götürməklə, Cavabdeh aldadıb küllü miqdarda pul vəsaitini əldə etmək məqsədilə onun etibarından sui-istifadə edərək xx xxx 2014-cü il tarixdə 20.000 manat pul vəsaitini alaraq ona küllü miqdarda ziyan vurmaqla dələduzluq etmiş və sözügedən hökmlə X20 Məcəlləsinin 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun həbsdə və ev dustaqlığında saxlanıldığı müddət, yəni 3 ay 12 gün ona təyin edilmiş qəti cəzadan çıxılmış və onun üzərində 06 il, 08 ay, 18 gün müddətinə azadlıqdan məzhrumetmə cəzası saxlanılmış və onun barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, o həmin cəzaya şərti olaraq məhkum edilmiş və üzərində 01 il sınaq müəddəti müəyyən edilmişdir. Daha sonra, işdən görünür ki, ünvan 1ində yerləşən ehtiyat fondu torpaqlarına aid 0,015 ha torpaq sahəsi Nəzirə Qurbanovanın mülkiyyətində olmuş, sonuncu həmin torpaq sahəsini əri Alim Rzayevin yazılı razılıq ərizəsinə əsasən xx xxxx 2017- ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 5.000 manata Cavabdeh satmışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinin tələblərini pozaraq, məhkəmənin qanuni qüvvəyə minmiş həmin hökmü ilə müəyyən edilmiş faktlara diqqət yetirmədən, Mülki Məcəllənin 567-ci maddəsinin tələblərinə uyğun olaraq hazırda mübahisələndirilən alqı-staqı müqaviləsi üzrə iddiaçının mülkiyyətində olan 0,015 ha torpaq sahəsini cavabdehin mülkiyyətinə verib-verməməsini, sonuncunun həmin torpaq sahəsini qəbul edib əvəzində müqavilədə müəyyənləşdirilmiş 5.000 manat pul məbləğini (qiyməti) bilavasitə iddiaçıya ödəyib-ödəməməsini və ümumiyyətlə həmin alqı-satqı müqaviləsinin tərəflərin iradə ifadələrinin həqiqi mənasını əks etdirib-etdirməməsini araşdırmadan, bu zaman bütün müvafiq halları, o cümlədən tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmasınadək olan danışıqları, iddiaçının əri Alim Rzayev və qohumları tərəfindən aparılmış ödəmələri, cavabdehin özü tərəfindən istintaq və məhkəmə orqanına verilmiş yazılı ərizələri, o cümlədən tərəflərin sonrakı hərəkətlərini nəzərə almadan və bütövlükdə alqı-satqı müqaviləsinin şərtlərini Mülki Məcəllənin 404.1, 404.2-ci maddələrinin tələbləri baxımından təfsir etmədən, yalnız alqısatqı müqaviləsindəki söz və ifadələrin hərfi mənasına əsaslanaraq, alqı-satqı müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmamaqla bağlandığı qənaətinə gəlmişdir. Halbuki, Mülki Məcəllənin 337.1-ci maddəsinin mənasına görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarlı sayıla bilməz. Alqı-satqı müqaviləsi Mülki Məcəllənin 29-cu fəslinin normaları ilə tənzimlənir, alqısatqı müqaviləsinin anlayışı isə, Mülki Məcəllənin 567-ci maddəsində nəzərdə tutulub. Həmin maddənin mənasına görə, alqı-satqı müqaviləsi üzrə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddənin mənasına görə, alqı-satqı müqaviləsi hər zaman konsensual xarakterlidir və tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəldikləri andan alqı-satqı müqaviləsi bağlanmış hesab edilir. İş materiallarından isə görünür ki, tərəflər arasında müqavilə üzrə nəzərdə tutulmuş pul vəsaiti müqavilədən xeyli əvvəl, başqa niyyətlə verilmişdir. Torpaq sahəsi isə alqısatqının predmeti kimi satıcı tərəfindən alıcıya, yəni cavabdehə təqdim edilməmiş, Cavabdeh sonradan ona qarşı məhkəmədə iddia qaldıraraq mübahisəli topraq sahəsinin boşaldılamsını tələb etmişdir. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Əqdlərin etibarsız sayılması üçün əsaslar Azərbaycan Respublikası Mülki Məcəllənin 337-349-cu maddələrində təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Eyni Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. İşin tədqiq olunan faktiki hallarından görünür ki, tərəflər arasında mübahisələndirilən müqavilə bağlanarkən Mülki Məcəllədə əksini tapmış həmin əqdin etibarsızlığına səbəb ola biləcək hallar mövcud olmuşdur. Daha öncə qeyd edildiyi kimi tərəflər arasında niyyət əslində, torpaq sahəsinin alqı-satqısı deyil, iddiaçının ərinin cavabdehin şikayəti əsasında həbs olunmamasına görə edilmiş tədbirdir. Bu halı məhkəmə kollegiyasının iclasında Cavabdeh etiraf etdi. Cavabdeh qeyd etdi ki, müqavilə ona görə bağlanmışdı ki, iddiaçının əri tərəfindən ona qarşı edilmiş dələduzluq nəticəsində mənimsənilmiş pulların əvəzində mübahisəli daçınmaz əmlak əldə edilsin, çünki qarşı tərəfin ziyanı ödəməyə nağd pulları yox idi. Məhkəmə kollegiyası qeyd edir ki, alqı-satqı müqavilənin etibarsızlığı dedikdə, onun qanunun tələblərinə uyğun olmadan tərtib edilməsi və bağlanması başa düşülür və yalnız bu halda alqı-satqı müqaviləsi müəyyən hüquqi nəticə doğurmaya bilər. Nəzərə alınmalıdır ki, alqı-satqı müqaviləsində tərəflərin hərəkətləri müəyyən hüquqi nəticənin əldə olunmasına yönəlir. Bu baxımdan alqı-satqı müqaviləsinin etibarlılığı üçün: alqı-satqı müqaviləsinin subyektiv tərkibinin qanunilyi; alqı-satqı müqaviləsinin məzmununun qanunilyi; alqı-satqı müqaviləsi üzrə tərəflərin iradə və iradə ifadəsinin uyğunluğu; alqı-satqı müqaviləsinin formasının qanuniliyi şərtlərinin olması zəruridir. Alqı-satqı müqaviləsinin subyektiv tərkibinin qanunilyi alqı-satqı müqaviləsinin hüquq və fəaliyyət qabiliyyətinə malik olan şəxslər tərəfindən bağlanmasını nəzərdə tutur. Alqı-satqı müqaviləsinin məzmunu dedikdə alqı-satqı müqaviləsində əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir. Bundan başqa, alqı-satqı müqaviləsində iradə və iradə ifadəsinin vahidliyi, yəni üst-üstə düşməsi olduqca əhəmiyyətlidir, çünki iradə və iradə ifadəsinin vahidliyi olmadığı halda, alqısatqı müqaviləsi mübahisə ediləndirsə məhkəmə qərarı əsasında, yox əgər əhəmiyyətsizdirsə, o zaman belə qərar olmadan da etibarsız sayıla bilər. İradə ifadəsinin olmaması isə o, zaman baş verir ki, birincisi, ortada iradə ifadəsi olur, lakin onu formalaşdıran daxili iradə olmur (məsələn: hədə-qorxu, zorakılıq, öz hərəkətlərinin mənasını başa düşməyən və onlara rəhbərlik edə bilməyən şəxsin bağladığı əqd); ikincisi, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirir, lakin bu ifadə əsl istəyin formalaşmasına mane olan faktorların təsiri altında baş verir (məsələn: aldatma, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan sui-istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd); üçüncüsü, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirmir (məsələn: bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi). İşə baxan məhkəmə sadalanan qanuni əsaslara əhəmiyyət vermədən, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarlılığı şərtlərini tam, hərtəfli və obyektiv araşdırmadan, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə almadan, həmin müqavilənin yalan əqd olmaqla, əslində iddiaçının əri X22 Nəcəfovdan aldığı 20.000 manat pul vəsaitinin qaytarılmasının təminatı kimi bağlanıb-bağlanmamasını araşdırmadan, tərəflər arasında əmələ gəlmiş münasibətlərə Mülki Məcəllənin 340.2-ci maddəsinin tələbləri baxımından hüquqi qiymət vermədən, bu alqı-satqı müqaviləsinin qanuna uyğun şərtlərlə bağlanılması nəticəsinə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan alqı-satqı müqaviləsi yalan əqd kimi qiymətləndirilməlidir və etibarsızdır. Həmin alqı-satqı müqaviləsinin əsas məqsədi cavabdeh tərəfindən iddiaçının ərinə müəyyən işlər görülməsi müqabilində verdiyi pulların geri qaytarılması, bununla da Cavabdeh iddiaçını ərindən şikayətçi (zərəçəkmiş şəxs) olmaması olmuşdur. İddiaçı tərəfin dəlilləri ilə razılaşan məhkəmə kollegiyası nəzərə alır ki, AR MPM-nin 81-ci maddəsinin tələblərinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. AR Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İşə baxan birinci instansiya məhkəmə bu hallara, yəni tərəflər arasındakı münasibətlərin mülki deyil, cinayət tərkibli olmasına, bu münasibətlərə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə qiymət verilməsinə, iş üzrə iddiaçının ərinin qanunsuz hərəkətləri nəticəsində dəymiş zərərin ödənilməsinə notarial qaydada alqı-satqımüqaviləsi bağlamaqla qanuni don geyindirmək cəhdlərinə, bu tipli müqavilələri qanuni saymaqla yolverilməz məhkəmə presedentinin yarana bilməsinə, alqı-satqı müqaviləsinin bağlandığı andan etibarsız olmasına düzgün qiymət verməmiş, iddianın rədd olunması barədə əsassız nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası müqavilənin etibarsızlığı nəticəsinə gəldikdə, alqısatqı predmetinin real dəyərindən olduqca aşağı (təqribən 4-5 dəfə) qiymətə satılmasını da nəzərə alır. AR MPM-nin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, X6 öz tələbinin əsası kimi istinad etdiyi halları və apelyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə edə bilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzə----rə alaraq, işdə olan sübut---ları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymət--lən---dirərək belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və yeni qətnamə qəbul edilməli, iddia təmin olunmalı, X6 ilə Cavabdeh arasında Abşeron rayon 1 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli, AN-İ saylı ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə kollegiyası həmçinin belə hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119.1, 119.5-ci maddələrinin tələblərinə əsasən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 10,40 manat məbləğində dövlət rüsumu və apelyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 5,40 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X5 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 218.3, 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1223/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. X4 iddiası təmin olunsun. X6 ilə Cavabdeh arasında Abşeron rayon 1 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli, AN-İ saylı ******* saylı alqı-satqı müqaviləsi etibarsız hesab olunsun. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 10,40 manat məbləğində dövlət rüsumu və apelyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 5,40 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı X5 ödənilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Zaur Məmmədov Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar